Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10834/2021 25.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İlk iddia üzrə Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə qarşı “pul və dəymiş zərərin ödənilməsi” tələbinə dair və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ACRİERA" MMC-nin hərəkətlərinin qanunsuz hesab edilməsini, dəymiş mənəvi zərərə görə 20000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq xeyirinə ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 24 may 2019-cü il tarixdən 31 yanvar 2021-ci il tarixədək Cavabdeh MMC-də marketoloq vəzifəsində çalışmışdır. MMC-nin direktoru X2 ona telefon vasitəsi ilə vergilərin ödəməsi ilə əlaqədər yaranmış problemlərinin nəticəsində şirkət adının dəyişdirilməsinə görə işçilərdən işdən azad olunmasına dair ərizənin imzalanmasını tələb etmişdir. Bundan sonra yaşadığı evə gələrək, ona ərizə yazmağını və imzalamağını tələb edir. Həmin ərizəyə o, imza atmışdır. Lakin işdən azad olunsa da, məzuniyyət və digər müavinətlər ona ödənilməmişdir. Bu barədə 23 fevral 2021-ci il tarixli Əmək Müfəttişliyi Xidmətinə müraciətinə əsasən 18 mart 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə İddiaçı iddia tələblərinin təmin edilməməsi, qarşılıqlı iddia tələblərinin təmin edilərək İddiaçı Cavabdeh MMC-yə dəymiş maddi zərərin əvəzi 9791 (doqquz min yeddi yüz doxsan bir) manat pul vəsaiti, iddianın verilməsi ilə bağlı ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 9821 (doqquz min səkkiz yüz iyirmi bir) manat pul vəsaiti qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq Cavabdeh MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək Cavabdeh MMC-yə qarşı “pul və dəymiş zərərin ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə iddia ərizəsinə etirazını bildirib, qarşılıqlı iddia tələblərinin əsaslılığını məhkəmənin diqqətinə çatdırır. Belə ki, onun oğlu X4 28.06.2013-cü ildə İddiaçı ilə nikaha daxil olmuş və birgə nikahdan 05.03.2015-ci il təvəllüdlü X5 və 16.08.2016-ci il təvəllüdlü X7 adlı uşaqları olmuşdur. Gəlini İddiaçı ali təhsilli olduğundan, uşaqlar artıq bağçaya getdiyindən, o, İddiaçı müxtəlif şirkətlərə işə düzəltməyini dəfələrə təklif etmişdir. Lakin İddiaçı hər dəfə bildirirmiş ki, işləmək istəmir. Bu səbəbdən o, İddiaçı təklif etmişdir ki, o zaman ona məxsus Cavabdeh MMC-yə onun adını rəsmilləşdirir, həm staj getsin, gələcəkdə həm normal pensiya ala bilsin, həm da gənc ailəyə köməklik kimi hər ay kartına əmək haqqı adı ilə pul köçürsün. Bu təklifə İddiaçı razılaşmış və 15.05.2019-cu il tarixdə Cavabdeh MMC ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə əsasən İddiaçı marketoloq vəzifəsinə işə qəbul edilmiş, lakin 1 gün belə həmin işdə işləməmiş, işə heç vaxt gəlməmiş, digər işçiləri tanımır, ümumiyyətlə iş funksiyalarının nədən ibarət olmağından xəbərsizdir. 2020-ci il pandemiya dövrünə düşdüyü səbəbindən Cavabdeh MMC-də işlər çox zəifləmiş, işçilərin əmək haqlarını vaxtı-vaxtında vermək çox çətinləşmiş, məhz bu səbəbindən işçilər müxtəlif tarixlərdə (dekabr 2020-ci il, yanvar, fevral, may 2021-ci il) işdən öz xahişləri ilə işdən azad olunması barədə ərizələrlə müraciət etmişlər. İddiaçı ilə müqavilə formal olduğundan və şirkətin vəziyyəti pisləşməsi səbəbindən artıq İddiaçı bildirilmişdir ki, şirkət bağlanacaq və hər ay ona yardım qismində 500 (beş yüz) manat ödəməyə şirkətin imkanı yoxdur. İddiaçı ailənin üzvü olaraq vəziyyəti başa düşmüş və 31.01.2021-ci il tarixdə öz xahişi ilə işdən azad olunması barədə ərizə yazmışdır. Lakin 2021-ci iln fevral ayında oğlu Cabbarov Emil ilə gəlini İddiaçı arasında münasibtər pisləşmiş, oğlu İddiaçı başqa kişi ilə yaxalamış və bu səbəbdən ayrılmışlar. Məhz bundan sonra İddiaçı qərara gəlir ki, onu şərləsin, heç vaxt işləmədiyi yerdən ona dəymiş zərərin ödənilməsi barədə iddia qaldırır. Cavabdeh MMC tərəfindən İddiaçı 15.05.2019-cu il tarixdən 31.01.2021-ci il tarixinə qədər 9791 (doqquz min yeddi yüz doxsan bir) manat pul ödənilmiş. Qeyd olunan pul İddiaçı tərəfindən heç bir əmək funksiyası yerinə yetirilmədən ödənilməmişdir. Yuxarıdakılara əsasən görünür ki, İddiaçı hərəkətlərinə görə Cavabdeh MMC-yə maddi zərər vurulmuşdur. Bu səbəbdən hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə dəymiş maddi zərərin əvəzi olaraq 9791 (doqquz min yeddi yüz doxsan bir) manat pul vəsaiti tutularaq Cavabdeh MMC-yə ödənilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-dən istifadə edilməmiş əmək məzuniyyətinə görə 583,1 manat, işçiyə ödənilməli olan son əmək haqqına görə 494,57 manat, cəmi 1077,67 manat məbləğində pul tutularaq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “qarşılıqlı iddia üzrə İddiaçı Cavabdeh MMC-yə dəymiş maddi zərərin əvəzi 9791 (doqquz min yeddi yüz doxsan bir) manat pul vəsaiti, iddianın verilməsi ilə bağlı ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 9821 (doqquz min səkkiz yüz iyirmi bir) manat pul vəsaitinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq Cavabdeh MMC-nin xeyrinə ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, Cavabdeh MMC-nin qarşılıqlı iddiasının təmin edilməsini xahiş etmişdr. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Apellyator digər əsaslar da göstərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Kollegiya Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Apellyator apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etdiyindən, qətnamənin qanuniliyi və əsaslılığı tam yoxlanılır. Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini ayrıayrılıqda müzakirə edib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki işin materiallarında olan: - X1 ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Cavabdeh MMC-də 15.05.2019-cu il tarixdə marketoloq vəzifəsinə işə qəbul edilmişdir. Onun aylıq əmək haqqı 543,02 manat olmuşdur. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Cavabdeh MMC arasında olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü ilə) 31.01.2021-ci il tarixdə xitam verilmişdir. - Cavabdeh MMC-nin məlumatından görünür ki, işçi ilə 15.05.2019-cu il tarixdə Əmək haqqı məbləği 543,02 AZN olmaqla vaxtamuzd olaraq əmək müqaviləsi bağlanılmışdır. İşçi ilə bağlanmış əmək müqaviləsinə əsasən işçinin 1 (bir) iş ili üçün nəzərdə tutulmuş əmək məzuniyyəti müddəti 21 (iyirmi bir) gündür, işçinin birinci iş ili 15.05.2019-cu il tarixdən 14.05.2020-ci il tarixlərini əhatə edir. Bu iş ilinə əsasən 21 (iyirmi bir) gün əmək məzuniyyəti günü təyin edilmişdir. 15.05.2020-ci il tarixdən 31.01.2021-ci il tarixə kimi (8 ay 15 gün) olan müddət üçün isə işçiyə 15 (on beş) gün əmək məzuniyyəti günü təyin edilmişdir. İşçinin 31.01.2021-ci il tarixli XC-2501/21 nömrəli əmrində ümumi olaraq istifadə edilməmiş əmək məzuniyyətinə görə 36 (otuz altı) gün pul əvəzi ödənilməsi göstərilmişdir. İşçinin xitam tarixindən (31.01.2021-ci il) geriyə son 12 aylıq əməkhaqqı məbləği müvafiq olaraq aşağıdakı kimi olmuşdur: Yanvar 2020-543,02 AZN, Fevral 2020- 543,02 AZN, Mart 2020-543,02 AZN, Aprel 2020-543,02 AZN, May 2020-543,02 AZN, İyun 2020-543,02 AZN, İyul 2020-543,02 AZN, Avqust 2020-543,02 AZN, Sentyabr 2020- 543,02 AZN, Oktyabr 2020-543,02 AZN, Noyabr 2020-543,02 AZN, Dekabr 2020-543,02 AZN. Əmək Məcəlləsinin 140-cı maddəsinə uyğun olaraq hesablasaq orta aylıq əməkhaqqı məbləği 543,02 AZN-dir. 543.02/30,4=17,86 AZN. 17.86 AZN*36=643,05 AZN (istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya) və 543,2 AZN (Yanvar 2021- ci il üçün əməkhaqqı məbləği). İşçinin son haqq hesab məbləği: 543,02 +643,05=1186,07 AZN (Bu məbləğdən də 2021-ci ilin qüvvədə olan Vergi və Sosial qanunvericiliyə, eyni zamanda İşsizlik və icbari tibbi sığorta haqqında qanunlara əsasən tutulmalar olacaqdır). 543,2 AZN (Yanvar 2021) əmək haqqından və 643,05 AZN-dən (istifadə edilməmiş məzuniyyətə görə kompensasiya) ayrılıqda tutulmalar olacaqdır. 543,2 AZN-dən cəmi 48,45 AZN tutulmalar olacaqdır (40,30 AZN Sosial, 2,72 AZN işsizlik, 5,43 AZN İcbari tibbi sığorta). 643,05 AZN-dən cəmi 59,95 AZN tutulmalar olacaqdır (50,31 AZN Sosial, 3,22 AZN işsizlik, 6,43 AZN İcbari tibbi sığorta). Ümumilikdə işçiyə ödənilən 1186,07 AZN-dən 108,40 AZN tutulduqdan sonra işçiyə 1077,67 AZN məbləğ ödəniləcəkdir. - MN ******* saylı, 11.03.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 31.01.2021-ci il tarixdə ƏM-nin 68.2 “a” bəndinə əsasən xitam verilmiş, lakin son haqq-hesabı ödənilməmişdir. Nəticədə, Nümayəndə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. - MN ******* saylı 18.03.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Nümayəndə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 700 manat cərimə tənbeh növü tətbiq edilmişdir . - Cavabdeh MMC-nin direktoru Nümayəndə X6 Xidmətinin Bakı şəhəri İdarəsinə vermiş olduğu 05.03.2021-ci il tarixli izahatından görünür ki, hal-hazırda pandemiya ilə və Qarabağ müharibəsi ilə əlaqədar olaraq iş sifarişlərinin azlığı və maliyyə vəziyyətlərinin çətinliyi səbəbindən şirkəti işçisi olmuş İddiaçı yanvar (2021-ci il) ayı üçün olan maaşını verə bilməmişlər. Maliyyə vəsaiti əldə etmiş olan vaxtda onun ödənilməmiş əmək haqqını və məzuniyyət pulunu bank kartına köçürməklərini öhdəsinə götürürlər. - İddiaçı əmək haqqı kartından 01.05.2019-cu il tarixdən 31.01.2021-ci il tarixənədək olan hesabdan çıxarışdan görünür ki, İddiaçı ümumilikdə 9791,74 manat ödəniş edilmiş, sonuncu ödəniş 28.12.2020-ci il tarixdə 500 manat məbləğində olmuşdur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin 19.03.2021-ci il tarixli **********0 saylı məlumatından görünür ki, tərəflərindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt steminə baxış keçirilərkən İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə 31.01.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi müəyyən edilmişdir. Lakin İddiaçı izahatından və bank hesabından çıxarışdan işdən azad olunan gün son haqq-hesabın ödənilmədiyi məlum olmuşdur. Bu fakt müəssisə rəhbərinin təqdim etdiyi izahatla da öz təsdiqini tapmış, nəticədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələbləri pozulduğundan barəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 18.03.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin bildirirlər ki, yol verilmiş nöqsanın aradan qaldırılması məqsədilə Cavabdeh MMCnin rəhbərliyinə **********4 saylı, 11.03.2021-ci il tarixli məktub ünvanlanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı marketoloq vəzifəsinə işə qəbul edilmiş, 31.01.2021-ci il tarixdə işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 294-cü maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Qeyd olunan maddənin 2-ci bəndində göstərilmişdir ki, kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. 9-cu maddəsinin “d” bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. 154-cü maddəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 156-cı maddəsinə əsasən, əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi işçinin əmək haqqı işəgörürənlə aralarında bağlanmış əmək müqaviləsi əsasında ödənilir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Acriera” MMC-də müqavilə bağlanan tarixdən, yəni 15.05.2019-cu il tarixdən işləməyə başlamış və onun əmək haqqı almaq hüququ yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı əmək haqqın kartından 01.05.2019-cu il tarixdən 31.01.2021-ci il tarixini əhatə edən çıxarışdan görünür ki, İddiaçı sonuncu ödəniş 28.12.2020-ci il tarixdə olmuşdur. Həmçinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin direktoru Nümayəndə vermiş olduğu izahatından da görünür ki, o, İddiaçı 2021-ci ilin yanvar ayı üçün əmək haqqını və ona işlədiyi müddət üçün məzuniyyət haqqını ödəmədiyi etiraf etmişdir. Belə ki, MN ******* saylı 18.03.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Nümayəndə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 700 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zaman iddia tələbində əmək haqqının ödənilməməsi ilə bağlı göstərilənlər öz təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əmək haqqının ödənilməsi hissəsində təmin edilməli və ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMCdə işlədiyi müddət ərzində 2021-ci ilin yanvar ayı üçün ödənilməmiş əmək haqqı ona ödənilməlidir. İş materiallarında da göründüyü kimi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aylıq əmək haqqı məbləği 543,02 manat olmuş, vergilər (sosial, işsizlik və icbari tibbi sığorta) çıxıldıqdan sonra ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 2021-ci ilin yanvar ayı üçün ödənilməmiş əmək haqqı kimi 494,57 manat məbləğində pul ödənilməlidir. Məhkəmə ilkin iddia tələbinin məzuniyyət haqqının verilməsi hissəsinə münasibətdə qeyd edir ki, hazırda ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili, həmçinin direktoru Nümayəndə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona cəmiyyətdə işlədiyi müddət üçün məzuniyyət haqqı ödənilmədiyini bildirmişlər. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, iddiaçı 15.05.2019-cu il tarixdən 31.01.2021-ci il tarixinə kimi işlədiyi müddət üzrə əmək haqqısına uyğun olaraq onun ödənilməmiş 643,05 manat (15.05.2019- 15.05.2020-ci il üzrə 21 gün və 15.05.2020- 1.01.2021-ci il üzrə 15 gün, cəmi 36 gün) məzuniyyət haqqı vardır. Hesablanmış 643,05 manat məzuniyyət haqqı məbləğindən vergilər çıxıldıqdan sonra İddiaçı ödənilməmiş 583,1 manat məzuniyyət haqqı məbləği olduğu müəyyən edilir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-dən 583,1 manat məbləğində məzuniyyət haqqı tutularaq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilməlidir. Birinci instansiya məhkəməsi qeyd edilənlərə münasibətdə belə qənaətə gəlmişdir ki, məhkəmə araşdırması zamanı Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin formal karakter daşıması faktı öz təsdiqi tapmamışdır. Belə ki, İddiaçı 15.05.2019-cu il tarixdən 31.01.2021-ci il tarixinə kimi cəmiyyətdə işləmiş, onunla qanunvericiliyə müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlanılmış və 28.12.2020ci il tarixinə kimi hər ay əmək haqqı ödənilmişdir. Cavabdeh MMC-nin direktoru Nümayəndə Əmək müfəttişliyində vermiş olduğu izahat və ərizədən də görünür ki, o, pandemiya və Qarabağ müharibəsi ilə əlaqədar olaraq cəmiyyətin işçisi olmuş İddiaçı 2021-ci ilin yanvar ayı üçün əmək haqqı və məzuniyyət pulunun ödənilməmiş qaldığını bildirmiş, nəticədə İddiaçı cəmiyyətdə işləməsi faktını qəbul etmiş, onunla bağlanmış əmək müqaviləsini inkar etməmiş və ya əmək müqaviləsinin formal xarakter daşımasına dair heç bir məlumat göstərməmişdir. Belə ki, Cavabdeh MMC-nin direktoru Nümayəndə tərəfindən İddiaçı cəmiyyətdə işlədiyi müddət ərzində hər ay (2021-ci ilin yanvar ayı istisna olmaqla) əmək haqqı ödənilmiş, ilkin iddia üzrə iddiaçı yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət edənə qədər hazırda münahisələndirilən, yəni İddiaçı əmək haqqı kimi ödənilmiş 9791 manatın cəmiyyətin xeyrinə tutulması ilə bağlı heç bir tədbir görməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla, təmin edilməsi üçün hüquqi əsaslar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını da nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir, gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10834/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10834/2021
25.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver