Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1084/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı Cavabdeh qızına qarşı qapının sökülməsi və zirzəminin boşaldılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1143/20 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilərək, Cavabdeh qızı tərəfindən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 12 saylı evin 74 saylı mənzilinin alt hissəsində yerləşən zirzəmiyə qanunsuz olaraq qoyulmuş qapının sökülməsi və zirzəminin boşaldılması qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qızına qarşı “qapının sökülməsi və zirzəminin boşaldılması” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızı tərəfindən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 12 saylı evin 74 saylı mənzilinin alt hissəsində yerləşən zirzəmiyə qanunsuz olaraq qoyulmuş qapının sökülməsi və zirzəminin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş və hal-hazırda onun mülkiyyətindədir. Ona məxsus mənzilin alt hissəsində yerləşən zirzəmi cavabdeh X1 tərəfindən zəbt edilmiş və qapı qoyularaq cavabdeh tərəfindən qanunsuz istifadə edilməkdədir. Cavabdehə dəfələrlə qapının sökülməsi və zəbt olunmuş zirzəminin boşaldılması barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh zirzəmini boşaltmaqdan imtina etmişdir. Bu barədə Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə müraciət etsə də, məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh qızı apellyasiya şikayəti verərək, qətnaməni ləğv edilməsi, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi tərəflərin maddi və prosessual hüquq normalarının kobud pozulması şəraitində çıxarılmışdır, məhkəmə iclasında onun iştirakı təmin edilməmişdir, məhkəmənin qətnamədə gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmir, tətbiq edilməli olmayan maddi hüquq norması tətbiq edilmişdir, ona görə də, həmin qətnamə ləğv olunmalı və Azərbaycan Respublikasının qanunlarına və qanunvericilik aktlarının tələblərinə cavab verən iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və cavabdeh kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, bina 12, mənzil 74 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx xxxxxx 2019-cu il tarixdə qeydə alınmışdır. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, bina 12, mənzil 74 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx xxxxxx 2019-cu il tarixdə qeydə alınmışdır. Ona məxsus mənzilin alt hissəsində yerləşən zirzəmi cavabdeh X1 tərəfindən zəbt edilmiş və qapı qoyularaq cavabdeh tərəfindən qanunsuz istifadə edilməkdədir. Hazırda İddiaçı Cavabdeh qızına qarşı “qapının sökülməsi və zirzəminin boşaldılması” tələbi ilə məhkəməyə müraciət etmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə əsasən, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Həmin məcəllənin 227.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Həmin Məcəllənin 35.3cü maddəsinə əsasən, çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Göründüyü kimi, çoxmənzilli binanın zirzəmisi ümumi paylı mülkiyyət hüququ üzrə binanın tərkib hissəsinin mülkiyyətçilərinə mənsubdur. Buna baxmayaraq, cavadeh Cavabdeh qızı tərəfindən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 12 saylı evin 74 saylı mənzilinin alt hissəsində yerləşən zirzəmiyə qapı qoyulmuşdur. Kollegıya hesab edir ki, cavabdehin mübahisəli zirzəmiyə qoyduğu qapı qanunsuz olaraq qoyulduğundan,iddia tələbinı yuxarıda göstərilən qaydada təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qə t etdi: Cavabdeh qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin hazırkı iş üzrə olan xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1084/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1084/2021
11.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver