Məhkəmə qərarları › İş №2(103)-10881/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10881/2021

30.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10881/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” 2(005)-3741/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və onun oğlu Cavabdeh1 vermiş olduğu 2350 manat dəyərində olan qızılları və satmaq məqsədi ilə götürdüyü müxtəlif növ parfimeriya və geyim əşyalarınının dəyəri olan 3730 manatın, borc olaraq aldıqları 330 manatın və dəymiş mənəvi ziyanın əvəzi olaraq 2000 (min) manatın və 30 (otuz) manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh2 və onun oğlu Cavabdeh1 onu aldadaraq, etibarından sui istifadə edərək özünü anası Sevdanı güclü fala baxan kimi təqdim etməklə, fala baxmaq vergisinin verildiyini bildirərək qəhvə və kart ilə guya onun falına baxıb yalan vədlər verərək ona məxsus olan dəyəri 2350 manat olan qızılları və eyni zamanda satmaq məqsədi ilə götürdüyü müxtəlif növ parfümeriya və geyim əşyalarını satıb pulunu qaytarmayaraq ona 3730 manat dəyərində ziyan vurmuşlar. Bundan başqa Cavabdeh1 atalığının azadlığa buraxılması üçün borca 500 manat pul istəmiş, onu inandıraraq atalığı Samirin həbsdən çıxan kimi 500 manatını qaytaracağını bildirmişdir. Lakin həmin puldan 300 manatını qaytarsalarda, qalan 200 manat qaytarılmamış, sonradan yenidən atalığının yanına türməyə getməyə 600 manat pul lazım olduğunu bildirərək borc almış və nəmin puldan hisssə-hissə qaytarılmış və 130 manat ərzaq mallarına görə ödənilmiş məbləğ qalmışdır. Beləliklə Ağami və anasının borcu ona 6410 manat pul qalmışdır və ondan cəmi 100 manat Ağami tərəfindən 2018-ci il avqust ayında qaytarılmışdır. Lakin qızıllarını da, qaytarmasını bildirsə də, qaçıb gizlənmişdir. Bundan başqa 16.06.2021 -ci il tarixdə Cavabdeh2 axtarış nəticəsində tutulub Nərimanov RPİ-nə gətirilərkən Ağami ona maşınını satıb onun pulunu verməsini öhdəsinə götürmüşdür. Lakin onun şəxsiyyət vəsiqəsi olmadığı üçün “Hyundai Sonata” markalı avtomobilini adına sənədləşdirilə bilmədi. Onu da qeyd edir ki, Ağaminin mülkiyyətində olan avtomobilə 28.07.2020-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinin hakimi T.Ələkbərov tərəfindən ona olan borcunu ödəmədiyinə görə həbs qoyulmuşdur. Onu da qeyd edir ki, Ağami və onun anası Sevda tərəfindən tələb olunan pulları Nərimanov rayonu ərazisində Metropark deyilən ərazidə Ağaminin özünə məxsus avtomobillə gəlib götürmüşdür. Hətta elə zamanlar olub ki, Ağami ondan qızılları götürərkən oradan onun avtomobili ilə anası Sevdanın yanına da gəlmişlər. Çoxsaylı şikayətləri nəticəsində Cavabdeh2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Oğlu Ağami də pulu və qızılı ondan alaraq öz mənfəətləri üçün xərclədiyinə görə 2 gün saxlanılmış sonda onun pulunu qaytarması üçün vaxt istədiyindən onu sərbəst buraxmışlar. Lakin sonradan onu tapmaq mümkün olmamışdır. Cinayət işi isə tək anasına qarşı qaldırılmış və ailədən 2 nəfər tutmaq istəmədiklərini və əsasən şikayətinin Ağaminin anası Sevdaya qarşı olmasını Nərimanov rayon Polis İdarəsinin əməkdaşları məsləhət görmüşlər. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 maddi ziyan üçün 3730 manat və 330 manat manat, cəmi 4060 (dörd min altmış) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulub İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi işin faktiki hallarını düzgün araşdırmamış və məhkəmə baxışı zamanı hökmdə göslərilən 2350 manat dəyərində qızıl-zinət əşyalarının dələduzluq yolu ilə aldadılaraq iddiaçıdan alınması qeyd edilsə də, Nərimanov Rayon Məhkəməsinin hakimi bu hallara qiymət verməmişdir. Apellyasiya baxışı zamanı İddiaçı müdafiə edərək təmin olunmasını xahiş etdi və bildirdi ki, ona məxsus qızıl-zinət əşyaları onun xəbəri olmadan Cavabdeh2 tərəfindən lombarda girov qoyulmuş, həmin əşyalar bu günədək geri qaytarılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmamış hissəsində yoxlanılır. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 1(008)-203/2021 nömrəli hökmünə əsasən, Cavabdeh2 təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədilə İddiaçı aldadaraq özünü güclü fala baxan kimi təqdim edib ona Allah tərəfindən fala baxmaq vergisinin verildiyini bildərərək qəhvə və kart ilə guya İddiaçı falına baxıb onun ailəsinə cadu edildiyini, bu səbəbdən ailəsinin maddi vəziyyətinin yaxşı olmadığını, həmin caduların ona məxsus olan qızıllarda olduğunu və həmin qızıllarda olan caduları təmizləyəcəyinə, bundan sonra ailəsində olan maddi vəziyyətin düzələcəyinə dair yalan verərək aldatmış, İddiaçı etibarından sui-istifadə edərək Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 19/3, mənzil 18-də 2017-ci ilin iyun ayının əvvəllərində ona məxsus 10 manat və 50 manat pulu, 2017-ci ilin iyun ayının ortalarında çəkisi 5 qram olan 280 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış 1 cüt sırğanı, çəkisi 4 qram olan 250 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış 1 cüt sırğanı, çəkisi 20 qram olan 850 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış boyunbağını, çəkisi 2,5 qram olan 130 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış qolbağını, çəkisi 5 qram olan 380 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış üzərində gül formalı naxışı olan üzüyü, 2017-ci ilin iyun ayının sonlarında 400 manat pulu ələ keçirərək vahid niyyətlə zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 2350 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədilə İddiaçı aldadıb etibarından sui-istifadə edərək Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 19/3, mənzil 18-də 2017-ci ilin avqust ayından noyabr ayınadək olan müddət ərzində satıb qazanc əldə edəcəklərinə dair yalan vəd verib ona məxsus 3730 manat dəyərində parfümeriya və geyim əşyalarını ələ keçirərək vahid niyyətlə zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 3730 manat ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd olunan hökmlə ifadə verən Cavabdeh2 ifadəsində göstərmişdir ki, o, Leyladan ayrı-ayrılıqda borca 500 manat pul və 600 manat məbləğində ərzaq məhsulları almışdır. O, 500 manat borcun 300 manatını, 600 manat məbləğində ərzaq məhsullarının 470 manatını qaytarsada, qalan hissəsini qaytara bilməmişdir. Həmçinin Leyla ona satmaq məqsədilə 3730 manat dəyərində müxtəlif növ parfümeriya və geyim əşyaları vermişdir. O, həmin parfümeriya və geyim əşyalarını satsa da, pulunu Leylaya verməmişdir. Qeyd olunan hökmlə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin 26 yanvar 2021-ci il tarixdən hesablanması, Cavabdeh2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə belə nəticəyə gəlmişdir ki, maddi zərərə görə 3730 manat və 330 manat məbləğində pul vəsaiti Cavabdeh2 İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın mənəvi ziyanın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, mənəvi zərərlə bağlı iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından iddia tələbinin 2000 (iki min) manat məbləğində mənəvi zərərin əvəzinin Cavabdeh2 tutulması üzrə hissəsi təmin edilməməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Bununla yanaşı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın qızıl zinət əşyalarının qayrarılması hissəsində təmin olunmaması ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, iddia həmin hissədə Cavabdeh1 münasibətdə təmin edilməməli olsa da, qətnamə mübahisələndirilən iddianın qızıl-zinət əşyalarının Cavabdeh2 alınması ilə bağlı təmin edilməyən hissəsində ləğv edilməli, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 1(008)-203/2021 nömrəli hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh2 İddiaçı qızıllarında caduların olduğunu, həmin əşyalarda olan caduları təmizləyəcəyinə, bundan sonra İddiaçı ailəsində olan maddi vəziyyətin düzələcəyinə dair yalan vəd verərək aldatmış, onun etibarın sui-istifadə edəərk Bakı şəhəri, Ə.Əliyev küçəsi, ev 19/3, mənzil 18-də 2017-ci ilin iyun ayının ortalarında çəkisi 5 qram olan 280 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış 1 cüt sırğanı, çəkisi 4 qram olan 250 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış 1 cüt sırğanı, çəkisi 20 qram olan 850 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış boyunbağını, çəkisi 2,5 qram olan 130 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış qolbağı, çəkisi 5 qram olan 380 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış üzərində gül formalı naxışı olan üzüyü ələ keçirərək ümumilikdə 2350 manat ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 qarşı mülki iddia verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hökmlə müəyyən edilmiş halları nəzərə almadan qızıl-zinət əşyalarının iddiaçıya geri qaytarılmalı olduğuna diqqət yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(005)-3741/2021 saylı qətnaməsi mübahisələndirilən-iddianın 2350 manat dəyərində olan qızıl-zinət əşyalarının Cavabdeh2 alınması ilə bağlı təmin edilməyən hissəsində ləğv edilməli, iddia həmin hissədə qismən təmin edilməli, Cavabdeh2 çəkisi 5 qram olan 280 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış 1 cüt sırğa, çəkisi 4 qram olan 250 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış 1 cüt sırğa, çəkisi 20 qram olan 850 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış boyunbağı, çəkisi 2,5 qram olan 130 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış qolbaq, çəkisi 5 qram olan 380 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış üzərində gül formalı naxışı olan üzük qızıl-zinət əşyaları, onlar olmadıqda isə həmin qızıl-zinət əşyalarının qeyd edilən dəyəri alınıb İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(005)- 3741/2021 saylı qətnaməsi mübahisələndirilən-iddianın 2350 manat dəyərində olan qızılzinət əşyalarının Cavabdeh2 alınması ilə bağlı təmin edilməyən hissəsində ləğv edilsin. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh2 çəkisi 5 qram olan 280 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış 1 cüt sırğa, çəkisi 4 qram olan 250 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış 1 cüt sırğa, çəkisi 20 qram olan 850 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış boyunbağı, çəkisi 2,5 qram olan 130 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış qolbaq, çəkisi 5 qram olan 380 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış üzərində gül formalı naxışı olan üzük qızıl-zinət əşyaları, onlar olmadıqda isə həmin qızıl-zinət əşyalarının qeyd edilən dəyəri alınıb İddiaçı verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar