Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10897/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(005)-4754/2021 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və "xxxx"MMC-dən müştərək qaydada onun xeyrinə vurulmuş maddi ziyana görə 1872 manat maddi ziyan, 2000 manat mənəvi zərərin, 200 manat hüquqi yardım üçün çəkilmiş xərclərin, 8 manat poçt xidməti xərclərinin və eləcə də hazırki iddia tələbinin qaldırılması üçün tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 4110 manat pul vəsaitinin tutulub, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xaiş etmişdir. Eyni zamanda iddiaçı məhkəməyə iddianın təmin tədbiri barədə ərizə təqdim edərək, cavabdehlərdən "xxxx" MMC-nin bank hesablarına iddia tələbi həcmində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(005)-4754/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı vəkili Nümayəndə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28 sentaybr 2021-ci il tarixli, 2(005)-4754/2021 saylı qərardadından verdiyi şikayət, məhkəmənin 12 oktyabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə qeyd olunur ki, qanunvericilkdə iddianı təmin etmə tədbirlərinin tətbiq olunmasının məqsədi göstərilsə də, bu tədbirlərin tətbiqinin zəruriliyi meyarları müəyyən edilməmişdir. Ona görə də iddianın təmin edilməsi haqqında işdə iştirak edən şəxsin ərizəsinə baxılarkən işin konkret halları nəzərə alınmalı və məsələyə iddianın əsaslılığı prezumpsiyasi baxımından yanaşılmalıdır. İddanın təmini tədbri barədə tələb qətnamənin gələcəkdə icrasının çətinləşməsi və ya qeyri-mümkün olması hallarının qarşısının alınmasına yönəlməmişdir. Məhkəmə iddianı təmin etmə tədbiri tətbiq edərkən işdə iştirak edən şəxslərin mənafeləri və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Buradan göründüyü kimi iddianın təmin tədbirinin görülməsi barəsində ərizə Cavabdeh2 MMC-nin nə kommersiya fəaliyyətini həyata keçirməsinə, nə normal fəaliyyət göstərməsinə, nə işçilərinə əmək haqlarının ödənilməsinə, nə kreditorları qarşısında öhdəliklərinin pozulmasına, nə də ki, digər kommersiya öhdəliklərinin həyata keçirməsinə maneçilik törədir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə şikayəti müdafiə edərək, onun təmin edilməsini və qərardadın ləğv edilərək, iddianın təmin tədbiri barədə ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(005)-4754/2021 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə görə, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə isə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci və 158.1.2-ci maddələrinin tələbinə görə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək olar. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən iddianı təmin etmək haqqında ərizə mübahisəni həll edən hakim tərəfindən daxil olduğu gündən təxirə salınmadan baxılır. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Belə ki, özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Ona görə də, iddianı təmin tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların, mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Məhkəmənin qənaətinə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: Bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməli; bu tədbirlər müvəqqəti xarakter daşımalı və tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Hazırda iddiaçının təmin tədbirinin görülməsinə dair iddiası iddia tələbinə və cavabdehin qanunla qorunan hüquqlarına qeyri-mütənasibdir. Bundan başqa qeyd olunmalıdır ki, cavabdeh "xxxx" MMC-yə məxsus bank hesablarının üzərinə həbs qoyulması onun fəaliyyətinin çətinləşməsinə, eləcə də hüquqi şəxs kimi bazar münasibətlərində digər şəxslər qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilməməsinə, bunun nəticəsində də ona maddi ziyan dəyməsinə səbəb ola bilər ki, bu da ədalət mühakiməsi baxımından yolverilməzdir. Belə ki, təmin tədbiri barədə ərizənin qeyd olunan məsələ ilə əlaqədar tətbiq olunması xahiş olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib deyildir. Məhkəmə həmçinin vurğulamışdır ki, mülki prosessual qanunvericiliklə iddianı təmin etmə tədbirləri nəzərdə tutulsa da, belə tədbirin tətbiqinin zəruriliyi işin konkret hallarını nəzərə alınmaqla hakim tərəfindən müəyyən olunur. Bu zaman yalnız iddiaçının deyil, eyni zamanda digər şəxslərin də qanunla qorunan mənafeləri nəzərə almalıdır. Qanunverici, iddianı təmin etmə institutu ilə elə bir mexanizmi nəzərdə tutur ki, bu mexanizmə riayət edilməsi iddiaçının mənafeyini təmin etməklə yanaşı, eyni zamanda digər şəxslərin də mənafelərini əsassız pozmasın. Baxılan işdən görünür ki, bank hesablarının üzərinə həbs qoyulması tələb edilən cavabdeh kommersiya hüquqi şəxsdir. Hazırda cavabdeh bildirir ki, onun cari bank hesablarına həbs qoyulması cəmiyyətin normal fəaliyyətinə mane olmaqla, işçilərinin əmək haqlarının ödənilməsində və sair öhdəliklərinin icrasında çətinliklər yarada bilər. Mülki Məcəllənin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Görünüyü kimi, hüquqi şəxs öz öhdəlikləri üçün mülkiyyətində olan əmlakla məsuliyyət daşıdığından, onun mülkiyyətində olan əmlakının, o cümlədən bank hesablarında olan pul vəsaitlərinin üzərinə həbs qoyulması, kreditorları qarşısında öhdəliklərinin pozulmasına səbəb ola bilər ki, bu da həmin hüquqi şəxslə bərabər onun kreditorlarının da qanunla qorunan mənafelərinin pozulmasına gətirib çıxarar. Konstitusiya Məhkəməsi Plenumunun X3 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(005)-4754/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-10897/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10897/2021
03.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver