Məhkəmə qərarları › İş №2(103)-10917/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10917/2019

08.10.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10917/2019 08.10.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Vüqar Təvəkgül oğlu Həsənovun sədrliyi və məruzəsilə, X2 və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Şamxal Mehdi oğlu Ariflinin katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna qarşı kompensasiyanın verilməsi və digər tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(006)-1677/2019 saylı qətnaməsindən cavabdehƏmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla QSC “Bank Standart” Kommersiya Bank arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli “Standart” Depozit Müqaviləsinə əsasən 300000,00 (üç yüz min) ABŞ dolları və xx xxxxxxx 2014-cü il tarixli, LD ********** nömrəli “xxxx” Depozit Müqaviləsinə əsasən 484000,00 (dörd yüz səksən dörd min) ABŞ dolları, cəmi 784.000 (yeddi yüz səksən dörd min) ABŞ dolları məbləğində pulun cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddaçı tərəfindən QSC “Bank Standart” Kommersiya Bankında, iddiaçı ilə Bank arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli, LD ********** nömrəli “Standart” Depozit Müqaviləsinə əsasən 36 ay müddətinə, illik 13% dərcəsi ilə 300000,00 (üç yüz min) ABŞ dolları və xx xxxxxxx 2014-cü il tarixli, LD ********** nömrəli “xxxx” Depozit Müqaviləsinə əsasən 36 ay müddətinə illik 11,50% dərəcəsi ilə 484000,00 (dörd yüz səksən dörd min) ABŞ dolları məbləğində əmanət yerləşdirilmişdir. Ümumilikdə hər iki depozit müqaviləsi üzrə iddiaçı QSC “Bank Standart” Kommersiya Bankında 784000,00 (yeddi yüz səksən dörd min) ABŞ dolları məbləğində əmanət yerləşdirilmişdir. Respublikada baş verən iki kəskin devalvasiyadan sonra bir sıra banklar müflis olmuş və onlar barədə ləğvetmə prosesinə başlanılmışdır. Bu hadisələrdən sonra bank sisteminə etimad sarsılmış və əmanətlərin kütləvi geri götürülməsi halları xeyli artmışdır. QSC “Bank Standart” Kommersiya Bankında da anoloji problemlər yaşanmağa başlanmışdır. Bu səbəbdən iddiaçı dəfələrlə banka yaxınlaşaraq “Əmantlərin tam Sığortalanması haqqında” qanununun 4.1-ci maddəsində istinad edərək mövcud olan əmanərtlərinin illik faiz dərəcəsini 3%-ə dəyişdirməklə əmanətlərinin tam sığortalanmasını tələb etmişdir. Tələb əvvəllər şifahi formada olmuşdur. Bank tərəfindən iddiaçıya Maliyyə X5 tərəfindən dövlətin dəstəyi ilə sağlamlaşdırılma tədbirləri həyata keçirildiyi və vəziyyətin tezliklə düzələcəyi bildirilmişdir. Lakin vəziyyət düzəlməmiş əksinəMaliyyə X5 tərəfindən banka müvəqqəti inzibatçı qoyulmasından sonra belə əmanət ödənişləri qaytarılmamışdır. Ona görə də iddiaçı bankın Müştəri Xidmətləri Departamentinə yaxınlaşaraq əmanətlərinin sığortalanaması tələbi ilə ilk olaraq xx xxxxxxxx 2016-cı il tarixli yazılı ərizə təqdim etmiş, həmin ərizəyə cavab verilmədiyi üçün yenidən eyni məzmunda xx xxxxxxxx 2016-cı il tarixində banka yazılı müraciət edilmişdir. İddiaçı həm şifahi həm də yazılı müraciətləri nəzərə almaqla Əmanətlərin tam sığortalanması haqqında Azərbaycan Respublikasının qanunun 4.1-ci maddəsini əsas tutaraq iddia ərizəsi üzrə tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(006)- 1677/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, xx xxxxxxx 2014-cü il tarixli “Standart” Depozit Müqaviləsinə əsasən 300000,00 (üç yüz min) ABŞ dolları və xxxx” Depozit Müqaviləsinə əsasən 484000,00 (dörd yüz səksən dörd min) ABŞ dolları, cəmi 784000,00 (yeddi yüz səksən dörd min) ABŞ dolları məbləğində əmanətin sığortalanmış hesab edilməklə ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu sözügedən qətnamədən apellyasiya qaydasında şikayət vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, QSC “xxxx" KB-də sığorta hadisəsi baş verdikdən sonra xx xxxxxx 2016-cı il tarixində iddiaçıya 30000 manat məbləğində kompensasiya ödənilmişdir. Göründüyü kimi, “Əmanətlərin Sığortalanması haqqında" Qanunun 26.1-ci maddəsinin tələblərinə müvafiq olaraq kompensasiya ödənilmişdir.İddiaçı xx xxxxxx 2016-cı il tarixində kreditor tələbini qeydə alınması üçün müraciət etmiş, tələbi 1351 nömrəsi ilə qeyd alınmış və iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən qanunvericilikdə müəyyən olunmuş formada qəbul edilmişdir. Əmanətçilərin müraciəti əsas şərt kimi göstərilir. Lakin, iddiaçı tərəfindən əmanətin geri qaytarılması və ya faiz dərəcəsinin qorunan əmanətlər üçün müəyyən edilmiş faiz dərəcəsinə uyğunlaşdırılması barədə müraciət daxil olmamışdır. Qeyd olunduğu kimi əmanətin ‘Əmanətlərin tam sığortalanması" hallarında Qanunun tələbləri altına düşməsi üçün müəyyənləşdirilmiş faiz dərəcələri əmanət müqaviləsindəki faiz dərəcəsi ilə uyğunluq təşkil etməli və ya əmanətçinin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrdə müvafiq dəyişiklik edilməlidir. Lakin göründüyü kimi əmanətçi tərəfindən Banka belə bir müraciət daxil olmamışdır. Lakin iş üzrə iddiaçı tərəfindən guya QSC “xxxx' KB-yə müraciət etməsi barədə 3 ərizə təqdim edilmişdir. Həmin ərizələr mötəbər sübut hesab edilə bilməz, qüsurlu xarakter daşıyır. Ərizələrdən eyni məzmunlu olan ikisi “faizlərin aşağı salınması haqqında ərizələr xx xxxxxxxx 2019-cu il tarixində imzalansa da xx xxxxxxxx 2019-cu il tarixində Bankın daxilolma möhürü ilə təsdiq edilmişdir. Göründüyü kimi ərizələrin imzalanması ilə Banka təhvil verilməsi arasında 16 gün fərq mövcuddur. Həmçinin həmin iki ərizənin imza qrafasında çəkilmiş imzaların da tamamilə fərqli olması vizual olaraq görünür. Bundan əlavə xx xxxxxxxx 2016-cı il tarixində əmanətçi İddiaçı Banka müraciəti də qüsurludur. Belə ki, müraciətin mətnində göstərilir ki, “son zamanlar Bankda baş verən prosesləri nəzərə alaraq, o, xx.xx.2016-cı il tarixində (xx.xx.2016 rəqəmlərində dəyişiklik edilmişdir) yuxarıda qeyd etdiyim mənə aid olan əmanət hesablarını tam sığortalanması məqsədilə əmanət üzrə faizləri 3 % müəyyən edilməsi üçün sizə müraciət məktubu yazmışdır. Lakin bu günə qədər müraciətinə heç bir cavab almamışam". Göründüyü kimi əmanətçi dəfələrlə müraciət etdiyini öz ərizəsində göstərir, lakin müəyyən vaxt keçməsinə baxmayaraq ərizəyə cavab verilməməsini göstərir. Lakin iş materiallarından da göründüyü kimi iddiaçının istinad etdiyi ərizələr xx.xx.2016-cı il tarixində imzalansa da xx.xx.2016-cı il tarixində Banka guya təhvil verilib. Həmçinin sözügedən müraciəti də xx.xx.2016-cı il tarixində imzalanıb. Belə ki, şəxs eyni gündə verdiyi ərizəsinə əsaslanaraq günlərdir cavab verilmədiyini göstərir. Məhkəmə bu məsələlərə tənqidi yanaşmalıdır. Həmçinin şəxsin müraciətində ərizənin vaxtı qaralanaraq dəyişdirilmişdir. Bütün bunlarla yanaşı məhkəməyə təqdim edilmiş hər üç ərizədə olan imzalar tamamilə bir-birindən fərqlənir ki, bunu da adi gözlə fərq etməkdə məhkəmə çətinlik çəkməməlidir. Həmçinin məhkəmə nəzərə almalıdır ki, bu hadisələr yəni ərizələrin qəbulu bankın fəaliyyətdə olduğu sonuncu iş günündə baş vermişdir və bu da ərizələrə tənqidi yanaşmağa kifayət qədər əsas verir. Bundan əlavə məhkəmə şahid ifadələrinə söykənərək qətnaməni əsaslandırmağa çalışsa da, nəzərə almamışdır ki, şahid ifadələri də kifayət qədər ziddiyyətlidir və həqiqəti müəyyən etməyə imkan vermir. Belə ki, iş üzrə ifadə verən şahidlər Leyla Abbasova və Məhbubə Səfərova hər ikisi bildirmişdir ki, İddiaçı tərəfindən təqdim edilmiş ərizəni “şəxsən” qəbul etmişlər. Lakin məhkəmə bu ziddiyyəti nəzərə almamış, eyni ərizənin iki şəxs tərəfindən necə “şəxsən" qəbul edilməsinə münasibət bildirməmişdir. Nəzərə alınsa ki, məhkəməyə təqdim edilmiş ərizələr iddiaçının və şahidlərin bildirdiklərinin əksinə olaraq eyni tarixdə yəni “30 sentyabr" tarixində “qəbul edilmişdir". Məhkəmə öz qətnaməsində dəfələrlə bildirmişdir ki, İddiaçı bir neçə dəfə “şifahi müraciətlə Banka müraciətlər etmişdir. Lakin məhkəmə bunu yalnız iş üzrə ziddiyyətli ifadələr vermiş şahidlərin ifadələrindən başqa bir sübutla möhkəmləndirə bilməmişdir. Ümumiyyətlə, iş üzrə şahid qismində ifadə vermiş X3 həmin dövrdə imza səlahiyyətlərinə xitam verilməsi faktı ilə müşahidə edilir. Belə ki, QSC “xxxx" KB-nin xx xxx 2014-cü il tarixli 469K saylı darə X13 Kriman tərəfindən imzalanmış əmrin surətindən görünür ki, Leyla Abasova həmin tarixdən etibarən Müştərilərə Xidmət Mərkəzinin direktoru və vəzifəsinə keçirilmiş, eyni tarixdə Bakı şəhəri 41 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilən bankın Nizamnaməsinə müvafiq olaraq X14 Səlim Krimanın səlahiyyətinin bir qismi ona ötürülmüşdür. Etibarnamə əsasında ötürülən səlahiyyətlər üzrə bilavasitə Bankdaxili Reqlamentlə müəyyən edilmiş hədlərdə depozit (əmanət) müqavilələrinin imzalanması da daxildir. Xüsusi ilə vurğulanmalıdır ki, o dövrdə artıq Azərbaycan Respublikası Maliyyə X1 Direktorlar Şurasının 02 may 2 16-cı il tarixli 06 saylı qərarına əsasən bankın idarə edilməsi ilə bağlı idarəetmə orqanlarının səlahiyyətləri Maliyyə X5 tərəfindən təyin edilmiş müvəqqəti inzibatçı Mahir Niftəliyev və qrupun üzvləri Rövşən Kazımov, Samir Rzayevə həvalə edilmişdir. Müvəqqəti inzibatçının xx xxx 2016-cı il tarixli 827 saylı Əmrindən görünür ki, bankın müxbir hesabları üzrə sərəncamların verilməsinə dair 1-ci və 2-ci dərəcə imza hüquqlarının müvəqqəti inzibatçı qrupunun üzvlərinə verilməsi notariat qaydasında təsdiq edilməsi göstərilmişdir. Həmçinin Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2-1(81)-2557/2016 tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Maliyyə X1 xx.xx.2016-cı il tarixli 6 saylı qərarı ilə QSC “xxxx” KB-yə 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilmişdir. Bununla əlaqədar “Banklar haqqında" Azərbaycan Respublikası Qanunun 55-ci maddəsinə uyğun olaraq Palatanın müraciətinə əsasən banka müvəqqəti inzibatçı təyin olunduğu dövrdə aktivlərin və maliyyə vəziyyətinin qiymətləndirilməsi, habelə aktivlərin dəyərinin aşağı düşməsinin qarşısının alınması məqsədilə xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 1 ay müddətinə məhkəmə qərarına əsasən bankın öhdəlikləri üzrə ödənişlərə rəsmən moratorium elan edilmişdir. Müvafiq olaraq xx xxxxx 2016, xx xxxxx 2016, xx xxxxxx 2016cı il tarixlərində Maliyyə X1 yoxlama vəsiqəsinə əlavələrdən görünür ki, QSC “xxxx" KB ASC-də yoxlama qrupu yaradılmış və tərkibi formalaşdırılmışdır. Göründüyü kimi həmin dövrdə sözügedən şahidin səlahiyyətləri ümumiyyətlə mövcud olmamışdır. Bu da şahidin ifadəsinin qərəzli olmasını və mötəbər hesab olunmamasına əsas verir. Əmanətin qorunan hesab olunması üçün əmanətçinin müvafiq müraciəti olmalı və bu müraciət əsasında Qanunun 3-cü maddəsinin tələbinə müvafiq olaraq dəyişiklik edilməlidir. Hesab etsələr ki, əmanətçi tərəfindən belə müraciət var, lakin müqavilədə müvafiq dəyişiklik edilməyibsə bu halda əmanət qorunmayan əmanət olaraq qalacaqdır. Qanun tələbinə görə yalnız hər iki şərtə əməl olunduqdan sonra əmanət qorunan hesab edilir. Habelə məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş mötəbər sübut hesab edilməyən ərizələr də xx xxxxxxxx 2016-cı il tarixə təsadüf edir ki, bu da bankda sonuncu iş günü olmuşdur. Bu səbəbdən də əgər hesab etsələr ki, əmanətçin belə bir müraciəti mövcuddur, bu halda Bankın son bank günü olduğu üçün aktiv olaraq “Əmanətlərin tam Sığortalanması” haqqında Qanunun 4.1-ci maddəsinin tələblərinə riayət etməyə imkanı olmamışdır. İddiaçının pul tələbi kreditor tələbi olduğundan, həmin iddia tələbi Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə (Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası) tərəfindən baxılaraq hüquqi qiymət verilməlidir. Belə ki, müflis elan olunmuş banka qarşı tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülə bilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Azər Məmmədov apellyasiya şikayətini müdafiə etdi və onun məzmununa uyğun izahat verərək bildirdi ki, qətnamə prosessual normaların pozulması ilə qəbul olunmuşdur. İddiaçı ilə bank arasında 2 əmanət müqaviləsi bağlanılmış və faiz dərəcələri 13 və 11.5 faiz olmuşdur. İddiaçı göstərir ki, bankın son günündə 2 ərizə təqdim etmişdir. Lakin həmin ərizədəki imzalar tərəfin özünə məxsus deyil. Bundan əlavə ərizədəki tarixdə dəyişikliklər olunub. Məhkəmə 2 şahid dindirib. Lakin o şahid ifadələri arasında da ziddiyətlər var. Şahidlərin hər ikisi deyir ki, ərizəni şəxsən qəbul etmişdir. Bu mümkünsüzdür. İddiaçı həm də deyir ki, daha əvvəl şifahi müraciət etmişdir, lakin bu da öz təsdiqi tapmır. Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi sonrakı məhkəmə iclasına gəlməmiş, Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil və vəkili X9 apellyasiya şikayətinə etiraz etdi və izahat verərək bildirdi ki, iddiaçı QSC “xxxx” KB-nın müştərisi olub. Bank 300000 ABŞ dolları məbləğində əmanət və daha sonra isə 484000 ABŞ dolları əmanət yerləşdirmişdir. xx xxxxxx 2015-ci il tarixli devalvasiyadan sonra ən böyük çöküş QSC”xxxx” KB-da olmuşdur. Belə ki, vətəndaşlar kütləvi şəkildə əmanətlərini bankdan götürməyə başlamışlar. 2016-cı ilin 3 may tarixində Maliyyə X5 Banka müvəqqəti inzibatçı təyin etmişdir. Hər bir halda bu o demək idi ki, artıq bank əmanətləri geri qaytarmaq iqtidarında deyil. 1 ay müddətinə maratorinq (əmanətin ödənilməsinin dayandırılması) tətbiq edildi və daha sonra bu bir ay da uzadıldı. Həmin bu müddət ərzində sözsüz ki, əmanətçilərin əmanətlərini geri almaları hüquqi baxımdan mümkünsüz idi. Buna görə də iddiaçı bir neçə ay daha gözləməli oldu. Həmin ilin sentyabr ayından etibarən iddiaçı artıq dəfələrlə banka yaxınlaşmış və şifahi qaydada müraciət etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən iki şahid dindirilmiş və bunlardan biri də müştəri xidmətləri departamentinin müdiri olmuşdur. Şahid kimi dindirilən Leyla Abbasova departament müdiri olmuşdur və o qeyd etmişdir ki, xx xxxxxxxx 2016-cı il tarixdə daxil olan ərizəni qəbul etmişdir. Digər şahid Məhbubə Səfərova isə qeyd etmişdir ki, o, xx xxxxxxxx 2016-cı il tarixdə daxil olan ərizəni qəbul etmişdir. Sonuncu müraciətində isə iddiaçı qeyd etmişdir ki, bundan əvvəl əmanətlərinin sığortalanması üçün müraciət məktubu yazmış, lakin bu günə qədər müraciətinə heç bir cavab almamışdır. Buna görə xahiş edir ki, əmanətlərin sığortalanması haqqında qanunun müddəalarını nəzərə alıb onun müraciətinə aidiyyəti üzrə baxsınlar. Bankın lisenziyasının ləğvi xx xxxxxxx 2016-cı il tarixdə həftənin 5-ci günü saat 17:00 radələrində olub. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda bildirirlir ki, müraciət yazılı və şifahi olur. Əmanətlərin sığortalanması haqqında qanunda isə bildirilir ki, vətəndaş müraciət etdikdə dəyişiklik aparılmalıdır. Burada qeyd olunmayıb ki, müraciət yazılı və ya şifahi formada olmalıdır. Qarşı tərəf bildirir ki, 1 gün əvvəl müraciət edib iddiaçı banka, bunun isə heç bir əhəmiyyəti yoxdur. Tərəf bunu bilə-bilməzdi ki, bankın lisenziyası nə vaxtsa alınacaq. İddiaçı belə fikirləşir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, iştirak edən tərəflərin nümayəndələrinin izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(006)- 1677/2019 saylı qətnaməsi ləğv olunmaqla iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə olunmuş İddiaçı ilə QSC“Bank Standart” Kommersiya Bankı arasında xx xxxxxxx 2014-cü il tarixli “Standart” Depozit Müqaviləsi və xx xxxxxxx 2014-cü il tarixli, LD ********** nömrəli “xxxx” Depozit Müqaviləsindən görünür ki, İddiaçı QSC“Bank Standart” Kommersiya Bankında müvafiq olaraq 36 ay müddətinə, illik 13% dərəcəsi ilə 300000,00 (üç yüz min) ABŞ dolları və 36 ay müddətinə illik 11,50% dərəcəsi ilə 484000,00 (dörd yüz səksən dörd min) ABŞ dolları, cəmi 784000,00 (yeddi yüz səksən dörd min) ABŞ dolları məbləğində əmanət yerləşdirmişdir. İş materiallarında olan cavabdehin xx xxxxxx 2019-cu il tarixli **********312 nömrəli təqdim etdiyi etirazında da həqiqətən İddiaçı QSC“Bank Standart” Kommersiya Bankında xx xxxxxxx 2014-cü il tarixli “Standart” Depozit Müqaviləsinə görə illik 13% və “xxxx” Depozit Müqaviləsinə görə 11,5% dərəcəsi ilə ümumilikdə 784000,00 (yeddi yüz səksən dörd min) ABŞ dolları məbləğində əmanət yerləşdirildiyi təsdiq edilir. İş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi xx xxxxxx 2015-ci il tarixində baş vermiş ikinci kəskin devalvasiyadan sonra QSC “Bank Standart” Kommersiya Bankında əmanətlərin (xüsusilə iri məbləğdə) qaytarılması faktiki dayandırılmışdır. İş materiallarına əlavə edilmiş digər sənədlərdən aydın olur ki, Maliyyə X5 tərəfindən banka xx xxx 2016-ci il tarixindən 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilmiş və məhkəmə qərarı ilə əmanətlərin ödənilməsinə moratorium (dayandırılma) tətbiq edilmişdir. Məhkəmə qərarı ilə əmanətlərin ödənilməsinə qoyulmuş moratorium (dayandırılma) daha 1 (bir) ay müddətinə uzadılmışdır. İş materiallarına əlavə olunmuş xx xxxxxxxx 2016 və xx xxxxxxxx 2016-cı il tarixli ərizələrdən göründüyü kimi bankın malliyyə vəziyyətinin pişləşdiyi müddətdə İddiaçı mövcud hər iki əmanəti üzrə illik faiz dərəcəsinin qoranan əmanət dərcəsinə dəyişdirilməsi ilə tələbi ilə QSC “Bank Standart” X8 Xidmətləri Departametinə yaxınlaşmışdır. Həmin ərizələr QSC “Bank Standart” Kommersiya Bankının ştampı vurulmaqla qəbul edilmişdir. İlk olaraq hər bir müqavilə üzrə xx xxxxxxxx 2016-cı tarixli ərizələrin üzərinə müvafiq ştamp vurulmadan qəbul edilsə də növbəti dəfə bank iddiaçının xx xxxxxxxx 2016-cı il tarixli ərizəni qəbul edərkən onun xx xxxxxxxx 2016-cı il tarixli ərizələrin üzərinə ştamp vurmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Müştəri Xidmətləri Departamentinin direktoru Leyla Abbasova ifadəsində göstərmişdir ki, həqiqətən də bankın maliyyə vəziyyətinin pisləşdikdən sonra dəfələrlə bankdan əmanətin qaytarılmasını tələb etdiyini, bu mümkün olmadıqdan sonra isə bir neçə dəfə rəhbəri olduğu Müştəri Xidmətləri Departamentinə yaxınlaşaraq mövcud olan hər iki əmanət müqavilə üzrə illik faiz dərəcəsinin 3% dərəcəsinə dəyişidirlməsini və onların sığortalanmaqla qorunan əmanət statusunda olmasını tələb etmişdir. Bu hal ilə bağlı bir neçə dəfə İddiaçı özü və işçiləri tərəfindən qəbul edildiyini bildmişdir. Şahid əlavə olaraq öz ifadəsində təsdiq etmişdir ki, həqiqətən 2016-cı ilin sentyabr ayının ortalarında İddiaçı xx xxxxxxx 2014-cü il tarixli “Standart” Depozit Müqaviləsi və xx xxxxxxx 2014-cü il tarixli, LD ********** nömrəli “xxxx” Depozit Müqaviləsi üzrə əmanətlərinin 3% dərəcəsi ilə sığortalanması tələbi ilə ərizə ilə müraciət etmiş və bu müraciət onun tərəfindən şəxsən qəbul edilmiş və daxili qaydalara əsasən baxılması üçün bankın rəhbərliyinə göndərilmişdir. Birinci instansiya məhkəməsinində şahid kimi dindirilmiş bankın Müştəri Xidmətləri Departamentində şöbə müdiri vəzifəsində işləmiş Məhbubə Səfərova da eyni məzmunlu ifadə verərək İddiaçı əmanələrini sığortalamaq məqsədi ilə şifahi istərsə də yazılı formada müraciət etdiyini bildirmişdir. Həmçinin şahid öz ifadəsində İddiaçı xx xxxxxxxx 2016-cı il tarixli ərizəsinin şəxsən onun tərəfindən qəbul edildiyini bildirmişdir. Əlavə olaraq şahid öz ifadəsində qeyd etmişdir ki, xx xxxxxxxx 2016- cı il tarixində axşam saatlarına qədər bank öz axarında işini davam etdirmiş və İddiaçı ilə barəbər bir çox müştərilərə xidmət göstərilmişdir. Həmin gün saat 17:00 radələrində bankın xx xxxxxxx 2016-ci il tarixindən etibarən lisenziyasının ləğv edilməsi barədə məlumat daxil olduqdan sonra bütün əməliyyatlar və digər fəaliyyətlər dayandırılmış və ümumi vəziyyət X10 Palatasının əməkdaşlarının nəzarətinə keçmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Maliyyə X1 qərarı ilə QSC “Bank Standart” Kommersiya Bankının lisenziyası xx xxxxxxx 2016-cı ildən etibarən ləğv edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2016-cu il tarixli Qərarı ilə QSC “Bank Standart” Kommersiya Bankı müflis elan edilmiş və sığorta hadisəsi baş vermişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə İddiaçı xx xxxxxxxx 2016 və xx xxxxxxxx 2016-cı il tarixli yazılı ərizələrini, şifahi müraciətlərini və iş üzrə dindirilmiş şahid ifadələrini nəzərə alaraq onun tərəfindən həqiqətən də xx xxxxxxx 2014-cü il tarixli “Standart” Depozit Müqaviləsi və xx xxxxxxx 2014-cü il tarixli, LD ********** nömrəli “xxxx” Depozit Müqaviləsi üzrə əmantlərin faiz dərəcələrinin 3% olaraq müəyyənləşdirilərək əmanətlərinin sığortalanması məzmununda müraciətlər etməsi aydın görünməkdədir. Məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, xx xxxxxxx 2014-cü il tarixli “Standart” Depozit Müqaviləsinə əsasən 300000,00 (üç yüz min) ABŞ dolları və xxxx” Depozit Müqaviləsinə əsasən 484000,00 (dörd yüz səksən dörd min) ABŞ dolları, cəmi 784000,00 (yeddi yüz səksən dörd min) ABŞ dolları məbləğində əmanət sığortalanmış hesab edilməklə ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İddiaçıtərəf “Əmanətlərin tam Sığortalanması haqqında” qanununun 4.1-ci maddəsində istinad edərək və banka etmiş olduğu müraciətlərinə cavab verilmədiyinə əsaslanmaqla mövcud olan əmanətlərinin illik faiz dərəcəsini 3%-ə dəyişdirilmiş hesab edilməsi və tam sığortalanmış əmanət hesab edilməsi və depozit məbləğinin kompensasiya olaraq ona qaytarılmasını xahiş edir. Həmin maddəsinin məzmunundan görünür ki, qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lizenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcəsi Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə sığortalanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 950.1-ci maddəsinin tələbinə görə banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. Nizamnamə kapitalında iştirak paylarının və ya səhmlərin əlli faizindən çoxunun Azərbaycan Respublikasına və ya bələdiyyələrə mənsub olduğu bank tərəfindən fiziki şəxslərin əmanətlərinin qaytarılmasına, bundan əlavə, əmanətçinin banka qarşı tələbləri üzrə onların bu Məcəllənin 453-cü maddəsində nəzərdə tutulmuş qaydada subsidiar məsuliyyəti ilə qarantiya verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 950.3-cü maddəsinin tələbinə görə bank əmanəti müqaviləsi bağlanarkən bank əmanətin qaytarılmasının necə təmin ediləcəyi barədə əmanətçiyə məlumat verməlidir. "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət - sığorta - hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 2.1.3-cü maddəsinə görə sığortalanmış əmanət - qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 2.1.4-cü maddəsinə görə sığorta hadisəsi - iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının X7 orqanı tərəfindən təsdiq edilməsidir. «Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə görə əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla X6 xx xxxx 2016-cı il tarixli növbədənkənar iclasında qəbul olunmuş qərara (Protokol № 66) əsasən xx xxxx 2016-cı il tarixdən etibarən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3 faiz, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsininin yuxarı həddi 12 fazi müəyyən edilmişdir. xx xxxx 2016-cı il tarixindən etibarən üzv banklarda yeni qəbul edilən əmanətlər üzrə illik faiz dərəcəsi xarici valyutada 3 faizdən və milli valyutada 12 faizdən yuxarı olarsa, bu əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir. Qorunan əmanətçilərin xx xxxx 2016-cı il tarixə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb əmanətçiyə ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfin banka müvafiq xahişlə müraciət etməsini digər tərəf mübahisələndirsə də qeyd edilməlidir ki, hətta belə müraciətin olması halında əmanətin tam sığortalanmış əmanət olması nəticəsinə gəlmək yolverilən hesab edilmir. İlkin olaraq işin mübahisəsiz halı olaraq qeyd edilməlidir ki, həmin zamanda bank əvvəlki qaydada fəaliyyət göstərməmiş və morotorium elan olunmaqla ona idarəçi təyin olunmuşdur. Buna görə də depoziti qəbul edən bankın iddiaçının müraciətinə baxmaq və müvafiq edilmiş təklifə uyğun yeni şərtlərlə müqavilə bağlanması imkanı olmamışdır və nəticədə isə əvvəlki müqavilənin şərtlərinin dəyişməsini müəyyən edən yeni müqavilə bağlanmadığı təsdiq olunur. Belə müqavilənin olmaması halında əmanət məbləğinin faiz dərəcəsinin ilkin vəziyyətdə qalması aşkar olan haldır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçının tələbi artıq ləğv prosesi daxilində səlahiyyətli məhkəmə tərəfindən qeydə alınmış və ona qanunvericiliyin müəyyən etdiyi həddə kompensasiya ödənilmişdir. Bundan sonrakı hərəkətlər və tələblər yalnız ləğv prosesini həyata keçirən məhkəmə icraatı gedişində həll olunmalıdır. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin əsaslarını nəzərə alaraq onu da qeyd edir ki, hazırkı işin halları baxımından tələbin qeydə alınması işə mahiyyəti üzrə baxılmasına mane yaratmır. Məhkəmə kollegiyasını qənaətinə görə iddiaçının banka yerləşdirmiş olduğu depozit məbləği tam sığortalanmış əmanət hesab edilmir və bu halı nəzərə almadan birinci instansiya məhkəməsi yazılı sübutların üstünlüyünə diqqət yetirməmiş edilmiş müracitələrə və şahid ifadələrinə əsaslanmaqla əmanəti əsassız olaraq tam sığortalanmış əmanət hesab edərək kompensasiyanın ödənilməsini mümkün saymışdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 390-cu maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə kollegiyası yuxarıda müəyyən edilən hallar baxımından apellyasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, hazırki iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(006)- 1677/2019 saylı qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(006)- 1677/2019 saylı qətnaməsi ləğv edilsin. İddia təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim Vüqar Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar