Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1093/2022 03.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2(007)-1409/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir (iddia tələbinin dəqiqləşdirilmişdir). İddia ərizəsini onunla əsaslandırmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi Bakı X6 Departamentinin əməkdaşları, qaz sayğacının istismar müddəti bitməsi ilə əlaqədar yaşadığı ünvan 1 ünvanında 20 dekabr 2020-ci il tarixdə sayğacı dəyişən zaman ona bildirmişlər ki, sayğac düzgün işləməyib və bu barədə yerində akt tərtib etmişlər. O, aktı imzalamaqdan imtina etmiş və mövsümə görə hər ay smart kart vasitəsilə 60-90 manat ödədiyini bildirmişdir. Lakin X2 Bakı X6 Departamenti xəbərdarlıq göndərərək onun cavabdehə 2498,6 manat borcu olduğunu borcu və ödəmədiyi halda, 05.02.2021-ci il tarixdə xəbərdarlıq edilmədən qazın təhcizatının dayandırılacağını bildirmişlər. Hesab edir ki, ona qanunsuz olaraq hesablanan borc tam olaraq silinməlidir, hesabından çıxarılan pul geri qaytarılmalıdır və akt ləğv olunmalıdır. Qeyd olunanlara əsasən “Azəriqaz” İstehsalat Birliyi Bakı X6 Departamenti tərəfindən tərtib edilmiş MSk-29/1710-04828-1 nömrəli 13.01.2021-ci il tarixli aktın etibarsız hesab edilməsini və hesablanmış 2498.60 manat məbləğində borcun silinməsini, 31.05.2021-ci il tarixədək borc qismində hesablanmış 36 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2(007)-1409/2021 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iş üzrə İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddia ərizəsində qeyd olunan dəlillərə istinad edilməklə əsaslandırılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh "Azəriqaz" İstehsalat Birliyi nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 03 fevral 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2(007)-1409/2021 saylı qətnaməsi “aktın etibarsız hesab edilməsi tələbinə dair” hissəsində ləğv olunmuş və həmin hissədə icraata xitam verilmişdir. Odur ki, aşağıda aparılan hüquqi dəyərləndirmə apellyasiya şikayətinin borcun silinməsinə aid hissədə dəlilləri ilə bağlıdır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 22.12.2020-ci il tarixli ******* nömrəli aktın surətidən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində quraşdırılmış G-6 markalı İtron tipli 1405AZ**********03 nömrəli sayğac yeni G-6 markalı mexaniki tipli 28258680 nömrəli sayğacla əvəzlənmişdir. İş materiallarında olan AR Dövlət Neft Şirkəti “Azəriqaz” İB-nin qaz sayğacının yoxlanılması haqqında 13.01.2021-ci il tarixli MSK-29/1710-04828-1 nömrəli aktın məzmunundan görünür ki, “Azəriqaz” İB-nin SOCAR**********30991710X04828 saylı, 25.12.2020-ci il tarixli telefonoqramına əsasən 06.01.2021-ci il tarixdə əhali sektorunda istismarda olan BRQS Departamentindən Metrologiya Departamentinə gətirilmiş aşağıda nömrəsi qeyd olunan istehsalı G6 markalı İtron tipli qaz sayğacının 06.01.2021-ci il tarixdə dövlət yoxlaması nəticəsində yararsız olması müəyyən olunmuşdur. İş materiallarında olan **********38000 nömrəli abonentin saldosundan görünür ki, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində 2191 manat borc möcuddur. İş materiallarında olan X2 Bakı X6 Departamentinin xəbərdarlıq məktubundan görünür ki, İddiaçı 2498,6 manat borcunun olması barədə məlumatlandırılmış, borcu ödəmədiyi halda 05.02.2021-ci il tarixdə xəbərdarlıq edilmədən qaz təchizatının dayandırılacağı barədə xəbərdar olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi iddianı rədd edərkən işin o hallarına istinad etmişdir ki, abonentin saldosuna əsasən müəyyən edilmiş borc mənzildə quraşdırılmış qaz sayğacının bir müddət düzgün işləməməsi nəticəsində faktiki istifadə olunmuş qaz sərfiyyatının ödənişdən kənarda qalan hissəsidir. Yəni, abonent qazdan istifadə etsə də, bunun müqabilində adekvat məbləğdə ödəniş etməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası ilk növbədə hesab edir ki, iddiaçının 2498 manat məbləğində cavabdeh təşkilata borcunun yaranması öz təsdiqini tapmır. Belə ki, qeyd edilən borc məbləğinin hansı şəkildə (qazdan istifadəyə görə hesablanmış borc, yaxud qanunsuz qoşulma və ya X4nın hər hansı şəkildə pozulmasına görə hesablanmış cərimə və s.), hansı dövr üzrə yaranması və hesablamanın hansı metodika əsasında aparılması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Belə ki, smart-kart tipli qaz sayğaclarının işləmə mexanizmi (kartla yüklənən məbləğdə qazdan istifadə edilə bilər) nəzərə alınmaqla, həmin məbləğin qazdan istifadə nəticəsində necə yaranmasına cavabdeh “Azəriqaz” İB tərəfindən aydınlıq gətirilməmişdir. Həmçinin, qeyd edilən borc məbləğinin hansı pozuntuya görə hesablandığı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, smart sayğacın elektron hesablama mexanizmində yaranan qüsur səbəbindən abonentin ünvanına yeni sayğac quraşdırılması və sayğacın göstəriciləri arasında fərqin yaranmasının iddiaçının təqsiri ucbatından baş verməsi sübuta yetirilməmişdir. Bu zaman sayğacın abonentin təqsiri üzündən zədələnməsini sübut etmək vəzifəsi qaz paylayıcısının üzərinə düşür. Hazırkı işin halları ilə abonentin sayğacın elektron hesablama mexanizmində qüsur yaranmasında təqsirli olması halı sübuta yetirilməmişdir. “X4”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq və apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı tamamilə rədd edərkən işin hallarını düzgün müəyyən etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və səhv nəticəyə gəlmişdir. Ona görə də qətnamə qismən ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, iddiaçıya hesablanmış 2498,6 AZN manat borc ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz (iddianın qiyməti beş min manatdan az olduğuna görə). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2(007)-1409/2021 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı hesablanmış 2498,6 AZN manat ( iki min dörd yüz doxsan səkkiz manat altı qəpik) borc məbləği silinsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1093/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1093/2022
03.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver