Məhkəmə qərarları › İş №2(103)-1093/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1093/2025

21.04.2026 · Əmək mübahisələri - Əmək mübahisələri - İşə bərpa - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-1093/2025 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmək haqqının ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ####### 2023-cü il tarixli qətnamədən iddiaçı İddiaçı və cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia haqqında məlumat

1. İddiaçı, cavabdeh MMC-yə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, ona düşən 5.571,08 manat əlavə ödənclərin cavabdeh MMC-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə “xxxx” MMC arasında ##.##.2016cı il tarixdə “xxxx” bağlanmış və iddiaçı həmin MMC-yə sahə nəzarətçisi vəzifəsinə işə qəbul edilmişdir. Sonradan Şirkətin adı dəyişərək “xxxx” MMC olduğundan həmin tarixdən müqavilə yenilənmiş və iddiaçı orada işləməyə davam etmişdir. İddiaçı, 2016-cı ildən ##.##.2022-ci il tarixədək eyni rəhbərliklə, eyni şirkətdə və eyni vəzifədə işləmişdir. İşdən çıxarkən ona düşən ödənclərin düzgün hesablanaraq ödənilməsini tələb etdikdə ona şifahi şəkildə məlumat verilmişdir ki, “xxxx” MMC ləğv edilib və cavabdeh MMC həmin şirkətin hüquqi varisi olmadığından həmin şirkətdə işlədiyi dövrə görə ona hər hansı bir ödəniş edilə bilməz. Halbuki iddiaçı ilə ##.##.2019-cu il tarixdə yeni “xxxx” şirkətin ləğv edilməsinə görə yox, adının dəyişdirilməsinə görə bağlamışdır. Cavabdeh MMC tərəfindən əmək kitabçası və xxxxnə xitam verilməsi barədə sənəd iddiaçıya verilməmişdir. İddiaçı, Əmək Müfəttişliyinə şikayət etsə də nəticəsi olmamış, ona məhkəməyə müraciət etməli olması barədə şifahi məlumat verilmişdir. İddiaçı hesab edir ki, cavabdehdən ona düşən 5.571,08 manat əlavə ödənclər alınaraq ona verilməlidir. b) birinci instansiya məhkəməsində verilmiş izahatlar haqqında məlumat

3. İddiaçının vəkili (nümayəndəsi) Nümayəndə məhkəmə iclaslarında iştirak edərək, Rayon Məhkəməsinə iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

4. Cavabdeh MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iştirak edərək, iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini Rayon Məhkəməsindən xahiş etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi ##.##.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, 1.416,69 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsini, iddianın qalan hissəsinin təmin edilməməsini, 34,17 manat məbləğində dövlət rüsumunun və 250 manat ekspertiza xərcinin cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinin əsaslılığının yoxlanılması məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Həmin qərardada əsasən ekspertiza tədqiqatını həyata keçirmiş Məhkəmə Ekspertizası Mərkəzi iş üzrə verdiyi ##.##.2023-cü il tarixli, */*** nömrəli rəydə göstərmişdir ki, iddiaçının 2020-2022-ci illər üzrə cavabdeh MMC-də sahə nəzarətçisi kimi növbəli iş rejiminə uyğun olaraq işlədiyi müddətdə ölkədaxili qanun və qaydalarına əsasən, ümumi 36.746,42 manat hesablanmış məbləğ olmaqla 27.545,28 manat (1-ci növbə üzrə - 876 saat – 4.850,16 manat, 2-ci növbə üzrə - 3216 saat – 22.695,12 manat) əmək haqqı, mükafat və sair bonuslar 4.511,56 manat, məzuniyyət haqqı 2.706,14 manat, maliyyə köməkliyi 888,08 manat və artıq işlədiyi vaxta görə ödəniş məbləği 1.095,36 manat düzgün hesablandığı müəyyən olunur. Verilmiş rəydə qeyd olunan məlumatlar arasında ziddiyyətlərin mövcud olduğundan iş üzrə qəbul edilmiş ##.##.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə əlavə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və ekspertiza tədqiqatının aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Həmin qərardada əsasən ekspertiza tədqiqatını həyata keçirmiş Məhkəmə Ekspertizası Mərkəzi iş üzrə verdiyi ##.##.2023-cü il tarixli, */*** nömrəli rəyində göstərmişdir ki, iş materiallarından və tərtib edilmiş cədvəldən göründüyü kimi, ekspertiza təyini haqqında qərarın ekspert qarşısında qoyulmuş suallar üzrə iddiaçının 2020-2022-ci illər üzrə cavabdeh MMC-də sahə nəzarətçisi kimi növbəli iş rejiminə uyğun olaraq işlədiyi müddətdə ümumi 36.746,42 manat hesablanmış məbləğ olmaqla 27.545,28 manat (1-ci növbə üzrə - 876 saat - 4850.16 manat, 2ci növbə üzrə - 3216 saat - 22695.12 manat) əmək haqqı, mükafat və sair bonuslar 4.511,56 manat, məzuniyyət haqqı 2.706,14 manat, maliyyə köməkliyi 888,08 manat və artıq işlədiyi vaxta görə ödəniş məbləği 1.095,36 manat və vergilər çıxıldıqdan sonra ələ çatacaq məbləğlərin düzgün hesablandığı müəyyən edilir. Tərəflər arasında bağlanmış ##.##.2019-cu il tarixli, **** saylı müqaviləyə və həmin müqaviləyə edilmiş əlavə sazişlərə əsasən 2020-2022-ci illər ərzində iddiaçının neçə gün əvəzedici kimi istirahət günlərində işləməsi barədə təqdim edilmiş iş materiallarında əmrlər, yaxud hər hansı təsdiqedici mühasibat sənədləri mövcud deyil. Yəni işçiyə hesablanmalı olan əmək haqqı məbləğlər, məzuniyyət (iddiaçının 10 il iş stajı nəzərə alınmaqla), əlavə iş saatına və gecə vaxtı işə görə mükafat iş materiallarında olan mövcud sənədlər əsasında hesablanmışdır. Tərəflər arasında bağlanmış ##.##.2019-cu il tarixli, **** saylı müqaviləyə və həmin müqaviləyə edilmiş əlavə sazişlərə əsasən 2020-2022-ci illər ərzində iddiaçı MMC-də sahə nəzarətçisi kimi növbəli iş rejiminə uyğun olaraq işlədiyi müəyyən olunur. Növbəli iş rejimi gündüz və gecə növbələrindən ibarət olduğu səbəbindən işinin əmək haqqısının hesablanması ##.##.2019-cu il tarixli, **** saylı müqavilənin və həmin müqaviləyə edilmiş əlavə sazişlərə əsasən işçinin əmək haqqı ayda bir dəfə, növbəti təqvim ayının 6-cı iş günündən gec olmayaraq onun bank hesabına köçürülür. İşçinin əmək haqqının (vergi və digər məcburi tutmalar daxil olmaqla) hesablanması üçün istifadə edilən X1nın (vergi və digər məcburi tutmalar daxil olmaqla) birinci növbədə işlədiyi vaxtda məbləği 5,60 manat, ikinci növbədə işlədiyi vaxtda məbləği 7,14 manat təşkil edir (“X1”) müəyyən edilir. Yəni tərəflər arasında bağlanmış ##.##.2019-cu il tarixli, **** saylı müqaviləyə və həmin müqaviləyə edilmiş əlavə sazişlərə əsasən 2020-2022-ci illər ərzində gecə saatlarında X1nın hesablanmasında kənarlaşma müəyyən edilmədi. Göründüyü kimi, iddiaçının cavabdeh MMC-dən onun xeyrinə tutulmasını tələb etdiyi 5.571,08 manat məbləğin tam həcmdə cavabdeh MMC-dən tutulması üçün kifayət qədər mötəbər və birbaşa sübutlar təqdim edilməmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatları da iddiaçının bütün tələblərini deyil, yalnız müəyyən hissəsinin əsaslı olduğunu təsdiq edir. Belə ki, iş üzrə toplanmış sübutlar və ##.##.2023-cü il tarixli əlavə ekspert rəyi ilə iddiaçının müəyyən məbləğ üzrə əmək münasibətlərindən irəli gələn ödənilməmiş pul tələbinin mövcud olduğu müəyyən edilmiş, lakin iddia edilən digər məbləğlər üzrə tələb olunan hesablamalar tam təsdiqini tapmamışdır. İddiaçının gecə vaxtı işə görə tələb etdiyi əlavələrin, bonus və digər ödənişlərin tam həcmdə cavabdehdən tutulması üçün iş materiallarında kifayət qədər maliyyə və mühasibatlıq sənədləri mövcud olmamış, ekspertiza rəyi də həmin tələblərin yalnız müəyyən hissəsini təsdiq etmişdir. Buna görə də iddia tələbinin tam təmin olunmamalı, iddia tələbinin yalnız sübuta yetən hissəsi təmin olunmalıdır. d) apellyasiya şikayətləri haqqında məlumat

7. İş üzrə iddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.

8. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının cavabdeh MMC-dən onun xeyrinə tutulmasını tələb etdiyi əlavə əmək haqqı ödənişlərinin düzgün hesablanmasının müəyyən edilməsinin iş üçün mühüm əhəmiyyəti vardır. Lakin işdə olan ekspert rəylərində qeyd olunan məlumatlar arasında kifayət qədər ziddiyyətlər var. Ekspert rəyləri natamam olmaqla təqdim edilmiş ödənişlərin rəyə köçürülməsindən başqa heç bir düzgün əsaslandırma aparılmamışdır. Lakin Rayon Məhkəməsi iş üzrə ekspert rəylərində mövcud olan ziddiyyətləri aradan qaldırmamış, əmək haqqı hesablamalarını tam araşdırmamış, xüsusilə 2021-ci ilin aprel-dekabr ayları üzrə hesablamalarda mövcud uyğunsuzluqlara hüquqi qiymət verməmişdir.

9. Cavabdeh MMC də öz növbəsində Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam həcmdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bu apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi iş üzrə ekspert rəyini və digər maliyyə sənədlərini tam və obyektiv qiymətləndirmədən iddiaçının xeyrinə 1.416,69 manat məbləğ müəyyən etmişdir. Belə ki, Rayon Məhkəməsi ödənilməmiş hesab etdiyi məbləğin bir hissəsi iddiaçıya əvvəlcədən ödənilmiş, lakin həmin ödənişi təsdiq edən bank sənədləri və ödəniş hesabatlarına düzgün hüquqi qiymət verilməmişdir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat

11. İddiaçı və onun vəkili (nümayəndəsi) Nümayəndə apellyasiya baxışının əvvəlki iclaslarında iştirak edərək, cavabdeh MMC-nin verdiyi apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və özləri tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, bu şikayətin məzmununa uyğun izahat vermişlər.

12. Cavabdeh MMC-nin nümayəndəsi X2 apellyasiya baxışının əvvəlki iclaslarında iştirak edərək, iddiaçının apellyasiya şikayətinə etiraz etdi və təmsil etdiyi MMC-nin apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, bu şikayətin məzmununa uyğun izahat vermişdir.

13. İddiaçı, onun vəkili (nümayəndəsi) və cavabdeh MMC-nin nümayəndəsi apellyasiya baxışının növbəti (sonuncu) iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətlərinin dəlillərinin qiymətləndirilməsi

14. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilməlidir.

15. Belə ki, “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ##.##.2010-cu il tarixdə, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı isə ##.##.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

16. İşdə olan sənədlərdən görünür ki, iddiaçı ilə “xxxx” MMC arasında ##.##.2016-cı il tarixdə “xxxx” bağlanmış və iddiaçı həmin MMC-yə sahə nəzarətçisi vəzifəsinə işə qəbul edilmişdir. Sonradan Şirkətin adı dəyişərək “xxxx” MMC olduğundan həmin tarixdən müqavilə yenilənmiş və iddiaçı orada işləməyə davam etmişdir.

17. İddiaçı bildirir ki, o, ##.##.2022-ci il tarixdə işdən azad olunarkən ona düşən ödənclərin düzgün hesablanaraq ödənilməsini tələb etdikdə ona şifahi şəkildə məlumat verilmişdir ki, “xxxx” MMC ləğv edilib və cavabdeh MMC həmin şirkətin hüquqi varisi olmadığından həmin şirkətdə işlədiyi dövrə görə ona hər hansı bir ödəniş edilə bilməz. Halbuki iddiaçı ilə ##.##.2019-cu il tarixdə yeni “xxxx” şirkətin ləğv edilməsinə görə yox, adının dəyişdirilməsinə görə bağlamışdır. Cavabdeh MMC tərəfindən əmək kitabçası və xxxxnə xitam verilməsi barədə sənəd ona verilməmişdir. O, Əmək Müfəttişliyinə şikayət etsə də nəticəsi olmamış, ona məhkəməyə müraciət etməli olması barədə şifahi məlumat verilmişdir. Buna görə də o hesab edir ki, cavabdehdən ona düşən 5.571,08 manat əlavə ödənclər alınaraq ona verilməlidir.

18. Yuxarıda qeyd edildiyi kimi işə baxmış Rayon Məhkəməsi iddia tələbinin əsaslılığının yoxlanılması məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası və əlavə məhkəmə-mühasibatlıq ekspertiza təyin etmiş və bununla bağlı Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq rəylərini almışdır (daha ətraflı məlumat üçün bax hazırkı qətnamənin 6-cı bəndinə).

19. Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin məzmunundan və iş üzrə gəldiyi nəticədən görünür ki, Rayon Məhkəməsi iş üzrə ekspertlər və mütəxəssis trəfindən verilmiş rəylər arasında ziddiyyətlərin olmasını nəzərə almamış, həmin ziddiyyəti aradan qaldırmadan iş üzrə yekun qərar qəbul etmişdir.

20. Bu ziddiyyətlərin aradan qaldırılması və apellyasiya baxışı zamanı təqdim olunmuş yeni maliyyə sənədlərinin qiymətləndirilməsi məqsədilə apellyasiya baxışı çərçivəsində Məhkəmə ##.##.2025-ci il tarixli qərardadı ilə audit araşdırması təyin edilmiş və araşdırmanın aparılmasını Azərbaycan Respublikasının Auditorlar Palatasına həvalə etmişdir.

21. Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən auditin aparılması ona həvalə edilmiş “xxxx” MMC iş üzrə ##.##.2025-ci il tarixli audit rəyini məhkəməyə təqdim etmişdir. Həmin rəydə qeyd edilmişdir ki, iddiaçı xxxxnin qüvvədə olduğu 2020-2022-ci illər ərzində qeyri-iş günlərində (bayram, istirahət, hüzn və səsvermə günləri) 8 bayram günü, 4 eyni zamanda həm bayram, həm də istirahət günü, 90 istirahət günü işləmişdir. Əvəzetmənin baş verdiyini təsdiq edən və nəzərdə tutan heç bir sənəd Palataya təqdim edilməmiş, tabel cədvəlində bu məsələ ayrıca qeyd olunmamışdır. Bu səbəbdən də bu tapşırığa fikir bildirmək hal-hazırkı məlumatlara əsasən, imkan xaricindədir. Ancaq, istirahət günlərində iş, tabel cədvəllərində əks olunmuşdur və xxxxnə əsasən, iş vaxtının cəmlənmiş uçotu tətbiq olunması nəzərə alınaraq, audit tərəfindən tərtib olunmuş hesablama cədvəlində bu məqam da nəzərə alınmışdır. Eyni zamanda qeyd edilməlidir ki, qoyulan bütün suallar hesablanmanın və ödənişin düzgün olması ilə bağlıdır. Ancaq, hesablamanın düzgünlüyünün yoxlanması üçün Palataya həmin hesablama cədvəlləri də təqdim edilməmişdir. Ona görə də təqdim olunmuş natamam məlumatlar əsasında hesablama aparılmış və hesablamanın düzgün olub-olmamasını yoxlamaq auditorun imkanları xaricində olmuşdur. Sonda isə rəydə qeyd edilmişdir ki, əgər Məhkəmə və ya cavabdeh tərəfindən verilən sorğular üzrə hesablamaya təsir edə biləcək hər hansı yeni məlumat və ya mühüm sənəd icraata daxil olduğu təqdrdə hesablama yenidən həyata keçirilə bilər.

22. Rəy Məhkəməyə daxil olduqdan sonra iddiaçı vəsatətlə Məhkəməyə müraciət edərək, iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi və ekspertizanın keçirilməsinin Azərbaycan Respublikası Auditorlar Palatasına həvalə edilməsi xahiş etmişdir.

23. Vəsatət onunla əsaslandırılmışdır ki, “xxxx” MMC tərəfindən verilmiş rəydə kifayət qədər çatışmazlıqlar və ziddiyyətlər vardır. Belə ki, rəydə cavabdeh Şirkətin iddiaçının əmək haqqısından əsassız vergi tutduğunu təsdiq etsə də həmin məbləğin nə qədər olduğunu hesablamamışdır. Bununla yanaşı auditor 2021-ci ilin aprel ayından 2021-ci ilin dekabr ayınadək olan əmək haqqının 40%-i xanasında hesablamanı düzgün hesablamamışdır. Belə ki, 2020-ci ilin müvafiq aylarında və 2021-ci ilin yanvar, fevral və mart aylarında hesablanmada ən kiçik rəqəmin 156,80 manatdan başlayaraq 313,60 manat olduğu halda 2021-ci ilin aprel ayından əmək haqqı artdığı halda həmin aylara görə məbləğ azalaraq 17,14 – 37,13 manat arasında dəyişmişdir ki, bu da yekunda kifayət qədər böyük fərq yaratmışdır. Eyni zamanda həmin cədvəldə 2022-ci ilin yanvar, fevral və mart aylarında isə 20% əlavə ilə 40% əlavə düzgün hesablanmamışdır. Bununla yanaşı iş materiallarına cavabdeh tərəfindən təsdiq edilmiş iş qrafiki təqdim edilməsinə və həmin qrafikdə istirahət günlərində iddiaçının işləməyi təsdiqini tapdığı halda auditor “əvəzetmənin baş verdiyini təsdiq edən və nəzərdə tutan heç bir sənədin təqdim edilmədiyi və tabeldə ayrıca qeyd edilmədiyini əsas tutaraq qərardadda qeyd edilə tapşırığa fikir bildirməyin imkan xaricində olması” barədə hesablama aparmaması da rəyin natamamlığına səbəb olmuşdur. Bu səbəbdən də ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının Auditorlar Palatasına həvalə edilməklə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi barədə vəsatətin təmin edilməsini və 2021-ci ilin aprel ayından 2021-ci ilin dekabr ayınadək olan əmək haqqının 40%-i xanasında hesablamanı düzgün aparmaqla yeni rəy verilməsinin tələbi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.

24. Məhkəmə iş materiallarını və vəsatəti araşdıraraq hesab etmişdir ki, iş üzrə təkrar qaydada audit ekspertizası təyin edilməli, auditin keçirilməsinın başqa şirkətə (“xxxx” MMCdən başqa) tapşırılmaqla Azərbaycan Respublikası Auditorlar Palatasına həvalə edilməlidir.

25. Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən auditin aparılması ona həvalə edilmiş “xxxx” MMC iş üzrə ##.##.2026-cı il tarixli audit rəyini məhkəməyə təqdim etmişdir. Həmin rəydə qeyd edilmişdir ki, əmək müqavilələri, maaş cədvəlləri, iş vaxtı tabeli, bank köçürmələri və digər maliyyə sənədləri əsasında aparılmış yekun hesablamalara görə iddiaçıya ödənilməli məbləğ (1.198 manat ödənc + 6,74 manat əmək haqqı borcu =) 1.204,74 manat təşkil edir.

26. İş materiallarını, işin hallarını, iş üzrə ekspertlər və mütəxəssislər tərəfindən verilmiş rəyləri, rəylərin əsaslandırlmasını nəzərə alan Məhkəmə hesab edir ki, bu – “xxxx” MMC tərəfindən verilmiş rəy mötəbər sübut kimi qəbul edilməlidir. Həmin rəyi elmi və metodoloji baxımdan əsaslandırılmışdır. Aparılmış audit araşdırması zamanı əvvəlki rəylərində mövcud olmuş ziddiyyətlər müqayisəli şəkildə təhlil edilmiş, tərəflərin sonradan təqdim etdikləri maliyyə sənədləri nəzərə alınmış, bank köçürmələri və ödəniş hesabatları yoxlanılmış, bonus, artıq iş vaxtı və son haqq-hesab üzrə hesablamalar ayrıca qiymətləndirilmişdir.

27. Bundan başqa nəzərə alınmalıdır ki, audit tərəfindən verilmiş bu rəyin qeyriobyektiv və ya qərəzli olmasını təsdiq edən hər hansı sübut (məsələn: həmin sahədə zəruri biliyə malik olan şəxsin hesabatı) iddiaçı və (və ya) cavabdeh tərəfindən Məhkəməyə təqdim edilməmişdir.

28. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinə görə, əmək haqqı işçinin gördüyü işə görə ödənilən pul vəsaitidir.

29. Həmin Məcəllənin 165, 172 və 175-ci maddələrinin tələblərinə görə, qeyri-iş günlərində görülən işə, gecə vaxtı işə və artıq iş vaxtına görə əlavə əmək haqqı ödənilməlidir.

30. MPM-in tələblərinə görə, mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Məhkəmə iş üzrə tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, onlardan istifadə etməli (maddə 14.), sübutlara tam, obyektiv və hərtərəfli qiymət verməlidir (maddə 88.).

31. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddiaçının xeyrinə tutulmalı məbləği müəyyən edərkən iş materiallarında olan bütün maliyyə sənədlərini tam şəkildə qiymətləndirməmişdir.

32. Bununla belə, cavabdehin apellyasiya şikayətinin iddianın tam rədd olunmasına dair dəlilləri də əsaslı hesab edilə bilməz. Belə ki, audit rəyi ilə iddiaçıya əmək münasibətlərindən irəli gələn müəyyən məbləğdə pul vəsaitinin ödənilmədiyi yenə də təsdiq edilmişdir.

33. Buna görə də Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının xeyrinə müəyyən etdiyi 1.416,69 manat məbləğ iş materiallarına tam uyğun olmamış, tutulmalı məbləğ 1.204,74 manat müəyyən edilməlidir. g) apellyasiya baxışının nəticəsi

34. Beləliklə, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Xətai Rayon Məhkəməsinin qətnaməsi cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalı olan məbləğin müəyyən edilməsi hissəsində işin hallarına və sübutların məcmusuna tam uyğun olmamışdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız, cavabdeh MMC-nin apellyasiya şikayətinin dəlilləri isə qismən əsaslıdır.

35. MPM-in 385-ci maddəsinin tələbinə görə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında baxışın predmeti olan hissədə ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.

36. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalı olan məbləğin müəyyən edilməsi hissədə dəyişdirilməli və tutulmalı olan məbləğ 1.204,74 manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. İş üzrə keçirilmiş audit xidmətinin xərcinin ödənilməsi ilə bağlı isə Məhkəmə qeyd edir ki, “xxxx” MMC-nin məhkəməyə ünvanladığı məktubda qeyd edilmişdir ki, keçirilmiş audit üzrə xərc 1.000 manat təşkil edir.

38. Lakin Məhkəmə işin mürəkkəblik dərəcəsini, aparılmış audit araşdırmasının həcmini və tərəflərin mənafelərini nəzərə alaraq həmin məbləği ağlabatan hesab etmir və hesab edir ki, həmin xərcin 300 manat məbləğində müəyyən edilməlidir.

39. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri təmin edilmiş və rədd edilmiş tələblərin nisbətinə uyğun olaraq tərəflər arasında bölüşdürülür.

40. Buna görə də Məhkəmə hesab edir ki, iddiaçıdan 100 manat, cavabdeh MMC-dən 200 manat tutularaq “xxxx” MMC-yə ödənilməldir.

41. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan, MPM-in 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ####### 2023-cü il tarixli qətnamə cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalı olan məbləğin müəyyən edilməsi hissədə dəyişdirilsin və cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətdən iddiaçı İddiaçı xeyrinə 1.204 (bir min iki yüz dörd) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul tutulsun. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ####### 2023-cü il tarixli qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatı zamanı iş üzrə keçirilmiş audit xidmətinin xərcinin ödənilməsi məqsədi ilə iddiaçı İddiaçı 100 (bir yüz) manat, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən isə 200 (iki yüz) manat tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddiaçı İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar