Məhkəmə qərarları › İş №2(3-6)-3220/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-3220/2026

31.08.2026 · Əmək mübahisələri - Əmək mübahisələri - İşə bərpa - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-3220/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Babayev Fuad Fikrət oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdeh “xxxx” İş Mərkəzi MMC-nin nümayəndəsi nümayəndə1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh “xxxx İş Mərkəzi” MMC-yə qarşı "əmrin ləğv edilməsi, əmək haqqı ödənilməklə işə bərpa və iş vaxtı normasından artıq işləməyə görə əmək haqqı" tələbi, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx İş Mərkəzi” MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “artıq ödənilmiş məzuniyyət pulunun geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı ##.##.2024-cü il tarixdə əmək müqaviləsinə əsasən iddiaçı təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təyin edilmiş, onunla bağlanmış əmək müqaviləsi müddətli olmuşdur. ## #### 2024-cü il tarixli əmrlə iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin başa çatması ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. Hazırda iddiaçı “xxxx İş Mərkəzi” MMC-nin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2024-cü il tarixli əmrinin ləğv edilməsi, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun “xxxx İş Mərkəzi” MMC-də Ucar rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə bərpa edilməsi və onu ##.##.2019-cu il tarixdən ##.##.2024-cü il tarixədək iş vaxtından artıq vaxt ərzində işlətdiyi hər saat üçün əmək haqqı hesablanmaqla həmin məbləğin cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda “xxxx İş Mərkəzi” MMC İddiaçı qarşı “artıq ödənilmiş məzuniyyət pulunun geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı artıq ödənilmiş 207,38 manat məzuniyyət haqqının “xxxx İş Mərkəzi” MMC hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı cavabdeh “xxxx İş Mərkəzi” MMC-yə qarşı"əmrin ləğv edilməsi, əmək haqqı ödənilməklə işə bərpa və iş vaxtı normasından artıq işləməyə görə əmək haqqı" tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx İş Mərkəzi” MMC-nin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2024-cü il tarixli əmrinin ləğv edilməsi, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun “xxxx İş Mərkəzi” MMC-də Ucar rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə bərpa edilməsi və onu ##.##.2019-cu il tarixdən ##.##.2024-cü il tarixədək iş vaxtından artıq vaxt ərzində işlətdiyi hər saat üçün əmək haqqı hesablanmaqla həmin məbləğin cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx İş Mərkəzi” MMC-nin ##.##.2024-cü il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin (b) bəndinə əsasən xitam verilmişdir. Həmin əmrin surəti bu günədək ona verilməmiş, əmək kitabçası ona ##.##.2024-cü il tarixdə təqdim edilmişdir. Ona əmək kitabçası bundan əvvəl təqdim olunsa da, əmrin surəti ona verilmədiyi üçün o, əmək kitabçasını götürməkdən imtina etdi, lakin sonradan müddəti ötürməmək üçün əmək kitabçasını götürmək məcburiyyətində qaldı. Hal-hazıradək də əmrin surətini rəsmi müraciət etməsinə baxmayaraq, ala bilməmişdir. Bundan sonra o, ##.##.2024-cü il tarixdə “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya və iş vaxtı normasından artıq işləməyə görə” mediasiya prosesinin tətbiqi barədə təkliflə cavabdehə müraciət etsə də, ona heç bir cavab verilmədi. O bundan sonra ##.##.2024-cü il tarixdə ilkin mediasiya sessiyası üçün ərizə ilə mediasiya təşkilatına müraciət etdi və mediasiya prosesi ##.##.2024-cü il tarixə təyin edildi. O həmin tarixdə mediasiya təşkilatında olsa da, cavabdeh mediasiya prosesinə gəlmədi və buna görə də mediator “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” ##.##.2024-cü il tarixli arayış vermişdir. ##.##.2019-cu ildə işə girmişdir. Onun həmin təşkilatda işdən çıxarıldığı günədək 5 il 3 ay 14 gün stajı olmuşdur. Onu da qeyd etmək istəyir ki, “xxxx İş Mərkəzi” MMC-nin ##.##.2019-cu il tarixli *********** nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndinə əsasən xitam verilsə də, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2020ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə həmin əmr ləğv edilmiş və o, məcburi iş buraxma üçün əmək haqqı ödənilməklə işinə bərpa olunmuşdur. O həmin təşkilatda fasiləsiz işləmiş sayılır. Çünki məhkəmənin qətnaməsi ilə həmin əmr ləğv edilmişdir. Bu, cavabdehin onunla qərəzli olmasını bir daha təsdiq edir. Cavabdeh həm də ona görə onunla qərəzlidir ki, o onlardan nümayəndəsi olduğu gəlini üçün iş istəmişdir, sonradan gəlininin məzuniyyətə çıxmadığı illər üçün cavabdehdən kompensasiya tələb etmişdir. Eyni zamanda, cavabdehdən gəlininin uzun illər əmək kitabçasını tələb etmişdir. Onun həmin müraciəti müsbət həll olunmadığından cavabdehdən müxtəlif orqanlara şikayətlər yazmışdır. Cavabdehin onunla qərəzli olmasını təsdiq edən digər xüsusat isə onu işdən çıxardıqdan sonra ##.##.2024-cü il tarixdə həyat yoldaşı İsrayılova İradə Əvəz qızını və gəlini X3 da işdən çıxarmasıdır. Onu da qeyd etmək istəyir ki, gəlini X3 ailəsinin yeganə qazanc gətirənidir və onun 2 yaşlı və 8 aylıq körpə uşaqları vardır. Cavabdeh onu işdən çıxardıqda o, 2-ci qrup əlil olmuşdur. Həm şəkər, həm də əsəb xəstəsidir. O, vaxtaşırı müalicə olunaraq və reabilitasiya müəssisəsində müalicələrdən keçir. Cavabdeh “xxxx İş Mərkəzi” MMC iddia tələbinə etiraz və etiraza əlavə eləcə də iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bununla yanaşı “xxxx İş Mərkəzi” MMC İddiaçı qarşı “artıq ödənilmiş məzuniyyət pulunun geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı artıq ödənilmiş 207,38 manat məzuniyyət haqqının “xxxx İş Mərkəzi” MMC hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il ## ####### tarixli *** nömrəli Sərəncamı ilə 2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası təsdiq edilmişdir. “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı sosial cəhətdən həssas əhali qruplarının əmək bazarında iştirakının artırılmasına yönəldiyindən “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” məşğulluğun inkişafına dair işçi qüvvəsinin bacarıqlarının yüksəldilməsi, əmək məhsuldarlığının artırılması, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi təmin edilir. Sözügedən sərəncamın 4.4.5-ci maddəsinə əsasən işsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunun çevik və səmərəli təşkili məqsədilə əmək birjalarının və haqqı ödənilən ictimai işlərin təşkili mexanizminin yeniləşdirilməsi əsas prioritetlərdən biridir. Bu dövlət proqramı 2019-2030-cu illəri əhatə etdiyindən, həmçinin sosial layihə olduğundan müvəqqəti xarakter daşıyır. Bu proqramdan irəli gələn məsələrin həll edilməsi və ən əsas da proqramdan hər bir vətəndaşın yararlanması əsas prioritetlərdən biridir. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən 2019-cu ilin əvvəlindən ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan “İşsizin xxxxu” proqramına başlanılmışdır. Həmin proqram “xxxx İş Mərkəzi” MMC tərəfindən icra olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2002-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiqlənmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 1.2-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.6-cı bəndinə əsasən isə ictimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. İddiaçı ilə “xxxx İş Mərkəzi” MMC arasında ##.##.2019-cu il tarixində müddətli əmək müqaviləsi bağlanılaraq Ucar Şəhər Kommunal xxxxi Kombinatına (bundan sonra- İcraçı qurum) təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə əsasən iddiaçı ilə “xxxx İş Mərkəzi” MMC arasında bağlanılmış əmək müqaviləsinə ##.##.2024-cü il tarixində xitam verilmiş və son haqq- hesabı ödənilmişdir. Ucar rayonu üzrə haqqı ödənilən ictimai işlərə qəbul olunan işçilərlə əmək münasibətlərində tərəflərin hüquqları, məsuliyyəti, səlahiyyət və vəzifə bölgüsü Ucar Rayon İcra Hakimiyyəti, İcraçı qurum və Mərkəz arasında bağlanmış "İşçi qüvvəsinin təmin edilməsinə dair Saziş"lə müəyyən edilmiş qayda və prinsiplərə əsasən tənzimlənir. “Saziş”in 4.2-ci bəndinə əsasən İcraçı qurum işçi qüvvəsini ictimai işlərə cəlb edərkən iş yerində əmək şəraiti şərtlərini (əməkhaqqı ödənişi istisna olmaqla) əmək qanunvericiliyi normalarına uyğun təmin edir, qanunvericiliyə uyğun olaraq işçi qüvvəsinin peşə vərdişlərini, təcrübəsini, yaşını, eləcə də iş rejimini (iş və istirahət vaxtını) və digər zəruri əmək şəraitini (əməyin təhlükəsizliyi, təlimatlandırma və sair) nəzərə alır. “Saziş”in 4.4-cü bəndinə əsasən işçi qüvvəsi mərkəzin rəsmi işçiləri hesab olunmasına baxmayaraq, onların iş yerlərinin təşkilinə, əmək nizamintizamına və gündəlik fəaliyyətinə icraçı qurum birbaşa cavabdehdir. Bütün işçilər icraçı qurumun tapşırığı və onun birbaşa nəzarəti altında fəaliyyət göstərirlər. İddiaçı ##.##.2022- ##.##.2023-cü iş ili üçün 42 təqvim günü müddətinə əmək məzuniyyətinə çıxmağı ilə bağlı ##.##.2024-cü il tarixli ərizəsi və ərizəyə əlavə edilmiş əlillik vəsiqəsi nəzərə alınaraq ##.##.2023-##.##.2023-cü il tarixlərində (işə çıxma tarixi ##.##.2024) (qod vıxoda na rabotu ne sovpadaet s qodami otpuska)əmək məzuniyyəti verilmiş və məzuniyyət haqqı 296.26 manat ödənilmişdir. İddiaçı ##.##.2023-##.##.2024-cü iş ili üçün 42 təqvim günü müddətinə əmək məzuniyyətinə çıxmağı ilə bağlı ##.##.2024-cü il tarixli ərizəsi və ərizəyə əlavə edilmiş əlillik vəsiqəsi nəzərə alınaraq ##.##.2023-##.##.2023-cü il tarixlərində (işə çıxma tarixi ##.##.2024) qod vıxoda na rabotu ne sovpadaet s qodami otpuska.əmək məzuniyyəti verilmiş və məzuniyyət haqqı 118.50 manat ödənilmişdir. Ümumilikdə 414.76 manat məzuniyyət haqqı İddiaçı hesabına ödənilmişdir. İddiaçı əlillik faktını araşdırmaq məqsədilə “xxxx İş Mərkəzi” MMC tərəfindən ##.##.2024-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli məktub vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanlanmışdır. İddiaçı iddia ərizəsində qeyd etdiyi digər məsələlərə münasibətdə bildirirlər ki, həmin halları araşdırmaq məqsədilə “xxxx İş Mərkəzi” MMC tərəfindən ##.##.2024-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli xidməti məktub vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanlanmışdır. Yuxarıda qeyd edilən sorğuya cavab olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən “xxxx İş Mərkəzi” MMC-yə ünvanlanmış ##.##.2024-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli xidməti məktuba əsasən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinənin aparılması üçün vətəndaş *-**-*/*-Z-****/**** nömrəli məktub əsasında ##.##.2024cü il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Hesab etmişdir ki, İddiaçı barəsində əlil təyinatı barədə qərar ləğv edildiyindən ona ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Əgər bu hal baş versə idi, yəni 21 günlük məzuniyyət əmri verilsə idi, İddiaçı gross olaraq 219.45 (net məbləğ 207.38 AZN) manat məzuniyyət haqqı hesablanacaqdır. Hesab etmişdir ki, yuxarıda qeyd edilənlərə əsasən 207.38 manat “xxxx İş Mərkəzi” MMC- nin hesabına ödənilməlidir. Bundan başqa qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edərək, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, ilkin iddia üzrə iddiaçı İddiaçı ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan dövr ərzində işlədiyi iş normasından artıq iş saatına uyğun əmək haqqının hesablanıb ödənilməsi öhdəliyinin ilkin iddia üzrə cavabdeh “xxxx İş Mərkəzi” MMC-nin üzərinə qoyulması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi və qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsi ilə bağlı bir sıra hallar göstərilib. Həmin hallardan biri kimi də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlərin görülməsidir. Müddətli əmək müqaviləsinin bağlanması üçün əsas şərt işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasıdır. Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə bağlıdır. İddiaçının əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin xarakteri müvəqqəti xarakterli ictimai işlər olmuşdur. Belə olan halda, məhkəmə hesab etmişdir ki, ilkin iddia tələbi işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissəsində təmin edilməməlidir. Həmçinin, ilkin iddia üzrə iddiaçının digər tələbi iş vaxtından artıq işlədiyi vaxt ərzində işlədiyi hər saat üçün əmək haqqının hesablanmaqla həmin məbləğin cavabdeh tərəfindən ona ödənilməsindən ibarətdir. Məhkəmə hesab etmişdir ki, bu hissədə ilkin iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halıdır ki, İddiaçı ilə ## ###### 2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən, onun üçün gündəlik iş vaxtı 8 saat müəyyən edilmişdir. Lakin iş materiallarından və təqdim olunmuş sübutlardan aydın olur ki, İddiaçı əlilliyi müəyyən edilmiş şəxslər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq, əlilliyi olan işçilər üçün qısaldılmış iş vaxtı tətbiq edilməli və bu hal əmək müqaviləsində öz əksini tapmalıdır. Buna baxmayaraq, işəgötürən tərəfindən qanunvericiliyin qeyd olunan imperativ norma və tələblərinə riayət edilməmiş, iddiaçının xüsusi hüquqi statusu nəzərə alınmadan onun üçün ümumi qaydada 8 saatlıq iş rejimi müəyyən edilmişdir. Halbuki, qanunvericiliyin tələblərinə uyğun olaraq iş vaxtının azaldılması işəgötürənin vəzifəsi olmaqla, bu öhdəliyin yerinə yetirilməməsi işçinin hüquqlarının pozulması ilə nəticələnir. Nəticə etibarilə, İddiaçı qanunla nəzərdə tutulmuş normadan artıq iş vaxtı ərzində əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşəgötürən ilkin iddiaya təqdim etdiyi etirazda göstərmişdir ki, İddiaçıla “xxxx İş Mərkəzi” MMC arasında bağlanmış əmək müqaviləsinin qüvvədə olan dövrdə sonuncu əlil olmamış, habelə əmək müqaviləsi bağlanarkən əlilliyini təsdiq edən sənədləri işəgötürənə təqdim etməmişdir. Bu səbəbdən də onun üçün ümumi qaydada iş vaxtı müəyyən edilmiş və həmin dövr ərzində bu halı iddiaçı mübahisələndirməmişdir. Məhkəmə cavabdehin qeyd olunan dəlilini əsassız hesab etmişdir. Belə ki, iş materiallarından, o cümlədən qarşılıqlı iddia ərizəsindən və təqdim edilmiş sübutlardan açıqaşkar müəyyən olunur ki, İddiaçı məhz əlillik statusu nəzərə alınmaqla əlavə məzuniyyət verilmişdir. Bu hal isə işəgötürənin iddiaçının xüsusi hüquqi statusundan məlumatlı olduğunu və onu faktiki olaraq tanıdığını təsdiq edir. Beləliklə, bir tərəfdən iddiaçının əlillik statusunun mövcud olmadığını iddia edən, digər tərəfdən isə həmin statusa əsasən ona əlavə hüquqlar tətbiq edən işəgötürənin mövqeyi ziddiyyətli olmaqla inandırıcı hesab edilə bilməz. Eyni zamanda, əmək münasibətlərində işçinin hüquqi statusunun düzgün müəyyən edilməsi və əmək qanunvericiliyinin imperativ normalarına riayət olunması işəgötürənin vəzifəsidir. İşçinin sənədləri təqdim etməməsi barədə istinad belə (faktiki olaraq həmin statusa uyğun hüquqları tətbiq etdiyi halda) işəgötürəni bu öhdəlikdən azad etmir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçının işlədiyi iş normasından artıq iş saatına uyğun əmək haqqı hesablanılaraq ödənilməsi hissəsində tələbi qismən əsaslıdır. Belə ki, ilkin iddia üzrə cavabdeh ilkin iddia ilə bağlı məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb iş vaxtından artıq işlənmiş saatlara görə əmək haqqının ödənilməsi ilə bağlıdır. Bu cür tələblər üzrə iddia müddəti 1 il təşkil edir və həmin müddət hər bir ödənişin tələb edilməli olduğu andan hesablanır. Beləliklə, məhkəmə hesab etmişdir ki, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi qismən əsaslıdır və iddiaçı yalnız məhkəməyə müraciət etdiyi tarixdən əvvəlki 1 il ərzində işlədiyi artıq iş saatlarına görə əmək haqqının ödənilməsini tələb edə bilər. Bu səbəbdən, iddia müddətindən kənarda qalan dövrə aid tələblər təmin edilə bilməz. Belə olan halda məhkəmə hesab etmişdir ki, ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixdən əvvəlki bir il ərzində işlədiyi iş normasından artıq iş saatına uyğun əmək haqqının hesablanıb ödənilməsi öhdəliyi ilkin iddia üzrə cavabdeh “xxxx İş Mərkəzi” MMCnin üzərinə qoyulmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbini araşdıraraq hesab etmişdir ki, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx İş Mərkəzi” MMC tərəfindən bildirilmişdir ki, İddiaçı onun əlillik statusu nəzərə alınmaqla əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq əlavə məzuniyyət hüququ verilmiş və bu əsasla 207,38 manat məbləğində artıq məzuniyyət haqqı ödənilmişdir. Lakin sonradan səlahiyyətli orqan tərəfindən İddiaçı əlillik statusunun ləğv edilməsi barədə qərar qəbul edildiyini əsas gətirərək, qarşılıqlı iddia üzrə iddiaçı həmin məbləğin artıq ödənilmiş vəsait kimi qiymətləndirilməli olduğunu və bu səbəbdən də onun geri qaytarılmalı olduğunu qeyd etmişdir. Lakin iş materiallarına əlavə edilmiş Şəki İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından görünür ki, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ## ##### 2024-cü il tarixli qərarı iddiaçı İddiaçı aid hissədə ləğv edilmişdir. Bu isə o deməkdir ki, cavabdehin əlillik statusunun ləğvi hüquqi qüvvədən düşmüş və onun əlillik statusu fasiləsiz olaraq qüvvədə qalmışdır. Belə olan halda, İddiaçı əlilliyinə görə əlavə məzuniyyət hüququnun verilməsi və buna uyğun olaraq məzuniyyət haqqının hesablanaraq ödənilməsi əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Bu səbəbdən həmin ödəniş artıq ödənilmiş vəsait kimi qiymətləndirilə bilməz və qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi, İddiaçı “əmrin ləğv edilməsi, əmək haqqı ödənilməklə işə bərpa və iş vaxtı normasından artıq işləməyə görə əmək haqqı” tələbinə dair ilkin iddia ərizəsi təmin edilərək “xxxx İş Mərkəzi” MMC-nin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2024-cü il tarixli əmrinin ləğv edilməsi , ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun MMC-də Ucar rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə bərpa edilməsi və onu ##.##.2019-cu il tarixdən ##.##.2024-cü il tarixədək iş vaxtından artıq vaxt ərzində işlədiyi hər saat üçün əmək haqqı hesablanmaqla həmin məbləğin cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qətnamənin 53-cü bəndində ##.##.2024-cü il tarixli əmək müqaviləsinin Əmək Məcəlləsinin 47-ci maddəsinin “e” bəndinə əsasən (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən) bağlandığına istinad edilir, halbuki, həmin müqavilənin 2.3-cü bəndində Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə) qeyd olunan səbəbə görə ##.##.2024 tarixdən ##.##.2024 tarixinədək 1 ay 1 gün müddətinə bağlandığı qeyd edilir (ƏMAS üzərindən qeydə alınmış müqavilə). İddiaçı tərəfindən ##.##.2024-cü il tarixdə məhkəməyə ünvanladığı məlumatda ##.##.2024-cü il tarixinə aid 2 əmək müqaviləsinin mövcudluğu və həmin müqavilələrdə ziddiyyətli məqamların olduğunu bildirsə də, məhkəmə bunu diqqətə almamışdır. Cavabdeh təşkilat ƏMAS üzərindən qeydiyyata alınan müqaviləni deyil, özünün məhkəmə müdafiəsinə uyğun tərtib etdiyi saxta müqavilə təqdim etmişdir. Qətnamə çıxdıqdan sonra, qətnamədə ƏMAS üzərindən qeydə alınan müqaviləyə deyil, cavabdeh təşkilat tərəfindən təqdim edilən müqavilənin müddəalarına istinad edildiyini görən iddiaçı, iş materialları ilə tanış olduqda iddiaçı tərəfindən təqdim edilən ƏMAS üzərindən qeydiyyata alınan müqavilənin iş materiallarına əlavə edilmədiyini aşkarlamışdır (əlavə olunur). Cavabdeh təşkilatın iddiaçı ilə birinci dəfə ##.##.2019-cü il tarixdə 3 il 9 gün müddətinə bağlanmış əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək ##.##.2024-cü il tarixində xitam verməsi və ##.##.2024-cü il tarixində 1 ay 1 gün müddətinə əmək müqaviləsi bağlaması işdən görünmür, birinci instansiya məhkəməsi də buna hər hansı aydınlıq gətirməmişdir. Məhkəmə təcrübəsində belə bir mövqe formalaşmışdır ki, işçinin uzun illər ərzində, misal üçün 3 il 9 gün müddətinə bağlanmış əmək müqaviləsi (hər dəfə eyni müddətə uzadılmaqla) əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin qısa müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. Ona görə də, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə istinad olunmaqla bağlanmış müddətli müqavilə ilə bağlı mübahisələrə baxılarkən məhkəmə, işin konkret halarına (o cümlədən, müddətsiz müqavilə əsasında çalışan işçinin öz xahişi ilə işdən azad olunması və müddətli müqavilə bağlaması barədə ərizələrinin etibarlılığına) Əmək Məcəlləsinin 2-ci maddəsində əks olunan əmək münasibətləri tərəflərinin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipləri əsasında obyektiv hüquqi qiymət verməlidir. Bu zaman müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır.” Hesab edir ki, uzun illər fasiləsiz olaraq eyni təşkilatda çalışmış İddiaçı iddia tələbinə də eyni mövqe tətbiq edilməli idi. Bu halda isə ##.##.2024 və ##.##.2024-cü il tarixlərinə aid müqaviləyə xitam və yeni müqavilənin bağlanması barədə sənədlərin mövcudluğu barədə iddiaçı məhkəmə prosesində, onlar cavabdeh təşkilat tərəfindən təqdim edildikdə xəbər tutmuşdur. Hazırkı işdə isə birinci instansiya məhkəməsi qeyd edilən hallar üzrə araşdırma aparmamış, istinad olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə işin müəyyən edilmiş faktiki halları arasındakı uyğunluğu (uyğunsuzluğu) əsaslandırmamışdır. “Qarşılıqlı razılığa” gəldikdə isə, qanunun tələbinə görə, bu, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq-aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə mövcud müqavilənin 2 ay sonra müddətsiz müqavilə statusunun almasının qarşısını almaqdan ötrü həmin müqaviləni ##.##.2024-cü il tarixdə (qeyri-iş günü) ləğv edir, ##.##.2024-cü il tarixdə müddətli, 1 ay 1 gün müddətinə əmək müqaviləsi bağlamışdır. Əmək müqaviləsində aparılan bu manipulyasiya (İşçinin xəbəri belə olmadan) iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir. Bundan əlavə, iddiaçı sonuncu ##.##.2024-cü il tarixli müqavilədən xəbərinin olmadığını bildirmişdir, birinci instansiya məhkəməsi tərəfindən həmin fakt araşdırılmamışdır. Belə ki, cavabdeh tərəfindən bu halı təkzib edən hər hansı sübut təqdim edilməmişdir. Hesab edir ki, iddiaçının fasiləsiz olaraq 5 ildən artıq müddətdə eyni müəssisədə işlədiyindən onunla bağlanmış əmək müqaviləsi müddətsiz bağlanmış əmək müqaviləsi hesab edilərək, əmək müqaviləsinə müddətinin qurtarması ilə ##.##.2024-cü il tarixdən xitam verilməsinə dair əmri qanunsuz hesab edilərək, iddiaçı əvvəlki işinə bərpa edilməli idi. Bundan başqa sözügedən əmək müqaviləsi Məhdud Məsuliyyətli Cəmiyyətlə bağlanmışdır. Lakin Əmək Məcəlləsinin istinad edilən maddəsində dövlət büdcəsindən maliyyələşən xxxxdə çalışmanın yaş həddində gedir, və həmin müddətin uzadılması da müvafiq dövlət orqanının rəhbərinin səlahiyyətlərinə aid edilmişdir. Əmək Məcəlləsinin 4-cü maddəsinə əsasən: “Bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün xxxxdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında “xxxx”), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsuluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir.” Belə olan halda, həmin normanın Əmək Məcəlləsinin tətbiq edildiyi bütün iş yerlərinə tətbiq etmək qanuna zidd bir hal olardı. Baxılan işə münasibətdə “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.6-cı bəndi deyil, 2.7-ci bəndi tətbiq edilməlidir ki, həmin bəndin tələbinə görə “İctimai işlərdə iştirak etmək istəyən işsiz və işaxtaran şəxslərlə işəgötürənlər arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanılır.” Başqa sözlə, əmək müqaviləsinin müddəti 2.6-cı maddəsində ictimai işlərin təşkilinin müddətlərindən bəhs edilir ki, burada həmin müddət 2 ay ilə məhdudlaşmır, daha artıq müddət də nəzərdə tutula bilər. Qaydaların 2.7-ci bəndində isə artıq işəgötürən və işçi münasibətlərindən bəhs edilir ki, həmin münasibətlər Əmək Məcəlləsinə uyğun olaraq müddətli əmək müqaviləsi ilə tənzimlənir. Heç bir müddət məhdudiyyəti qoyulmadan. Bu günə kimi cavabdeh təşkilat tərəfindən həmin işlərin görülməsi üçün müvafiq müqavilələr bağlanır, yəni ictimai işlərin təşkili davam edir. Eyni zamanda işəgötürən tərəfindən ##.##.2024-cü il tarixdə İddiaçıla bağlanmış əmək müqaviləsinə müddətin qurtarması və əmək münasibətlərinə xitam verilməsi barədə hər hansı bildiriş işəgötürən tərəfindən işçiyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsində İddiaçı dəfələrlə onunla bağlanmış müqaviləyə qanunvericiliyin tələblərinə riayət edilmədən pozulduğu üçün əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi və işə bərpa edilməsi tələbində haqlı olduğunu qeyd etsə də qətnamədə buna dair mövqe bildirilməmişdir, çünki nə sistem üzərindən, nə də kağız daşıyıcıda bunu sübuta yetirən sənəd cavabdeh təşkilat təqdim edə bilməmişdir. Bu kateqoriyadan olan əmək mübahisələri üzrə məhkəmələrdə formalaşmış mövqeyə əsasən “müddətli əmək müqaviləsi üzrə müddətin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələrin həlli zamanı, araşdırmanın başlanğıc nöqtəsi, müddətin qurtarmasının müəyyən edilməsidir. Bu baxımdan, iddiaçı ilə bağlanmış əmək müqaviləsində işə başlama tarixinin göstərilməsindən asılı olmayaraq, iddiaçının müəssisədə nə vaxtdan işləməsi araşdırılmalıdır. Çünki Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edirsə, müddətsiz əmək müqaviləsi hesab edilir.” Baxılan işdə də birinci instansiyası məhkəməsində İddiaçı tərəfindən dəfələrlə qeyd edilmişdir ki, cavabdeh təşkilatda 5 ildən artıq müddətdir ki, işləmişdir. ##.##.2024 və ##.##.2024-cü il tarixlərinə aid müqaviləyə xitam və yeni müqavilənin bağlanması barədə sənədlərin mövcudluğu barədə iddiaçı məhkəmə prosesində, onlar cavabdeh təşkilat tərəfindən təqdim edildikdə xəbər tutmuşdur. Hazırkı işdə isə birinci instansiya məhkəməsi qeyd edilən hallar üzrə araşdırma aparmamış, istinad olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə işin müəyyən edilmiş faktiki halları arasındakı uyğunluğu (uyğunsuzluğu) əsaslandırmamışdır. Belə ki, faktiki olaraq hüquqa zidd qaydada aparılmış bu əməliyyatlar və verilmiş əmrlər qanunsuz hesab edilməli, iddiaçının cavabdeh təşkilatdakı əmək fəaliyyəti fasiləsiz olaraq 5 ildən artıq müddətdə davam etdiyi üçün onunla bağlanmış əmək müqaviləsi müddətsiz bağlanmış əmək müqaviləsi hesab edilərək, əmək müqaviləsinə müddətinin qurtarması ilə ##.##.2024-cü il tarixdən xitam verilməsinə dair əmri qanunsuz hesab edilərək, iddiaçı əvvəlki işinə bərpa edilməli idi. Eyni zamanda işin mübahisəsiz halıdır ki, İddiaçı əlillik statusuna müvafiq olaraq əmək qanunvericiliyi ilə bu kateqoriyaya aid şəxslər üçün müəyyən edilmiş imtiyazlardan işəgötürən tərəfindən təmin edilir (ona 42 gün müddətində əmək məzuniyyəti verilmişdir işə qəbul olunduğu ilk gündən) bu baxımdan hesab etmişdir ki, həmin kateqoriya işçilər üçün müəyyən edilmiş iş saatlarından artıq işlədiyi saatlar da eyni qaydada işəgötürən tərəfindən ödənilir, çünki bu məhz işəgötürənin vəzifəsidir. Məhkəmə İddiaçı iş normasından artıq iş saatına uyğun əmək haqqının hesablanıb ödənilməməsini işə bərpa olunması üçün vəkilə müraciət etdikdə məlum olmuşdur. Bu xüsusda qeyd etmək vacibdir ki, qanunvericiliyi və onun əsasında hansı imtiyazlara hüququnun olub-olmamasını bilməklə, iş yerində mühasibatlıq işinə aid olan hesablamaların düzgün olub-olmamasını bilmək müxtəlif amil olduğu nəzərə alınmamışdır. İşlədiyi bütün müddətdə İddiaçı artıq işlədiyi saatlar üçün əmək haqqının hesablandığına əmin idi, çünki bu həm işəgötürənin vəzifəsidir, eləcə də bütün işəgötürənlərin fəaliyyətinə nəzarət edən dövlət orqanlarının bunu təmin etmək vəzifəsinə etimadı vardır. Belə olan halda, iddiaçının iş vaxtından artıq işlənmiş saatlara görə əmək haqqının ödənilməsi ilə bağlı tələbinə 1 il iddia müddətinin təmin edilməsi onun konstitusion hüquqlarını pozmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx İş Mərkəzi” MMC-nin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı İddiaçı və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdilər. Məhkəmə Kollegiyasının son iclası barədə lazimi qaydada xəbərdar edilmiş iddiaçı Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə tərəfindən verilmiş iddianın tam təmin edilməsini xahiş etmişdir. Eyni zamanda qətnamə qarşılıqlı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılmalıdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi: 10-1.1-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən xxxxdə çalışmağın yaş həddi 65-dir. 10-1.2-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayan müddətə uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 47-ci maddəsinə əsasən, əmək müqaviləsi aşağıdakı hallarda müddətli bağlana bilər: işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə və ya məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icra edilməsinin zəruri olduğu hallarda; təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə ilboyu görülə bilməyən mövsümi işlərin yerinə yetirilməsi zamanı; işin həcminin və davamiyyətinin qısa müddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (staj keçmə, rezidentura dövrləri) hallarda; işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; bu Məcəllənin 6-cı maddəsinin “c” bəndində göstərilən orqanlar istisna olmaqla, seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə, onların qarşılıqlı razılığı ilə qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməzsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 89-cu maddəsinin 1-ci hissəsinə əsasən, tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. 89-cu maddəsinin 2-ci hissəsinə əsasən, gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. 89-cu maddəsinin 3-cü hissəsinə əsasən, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. 91-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu Məcəllə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin və kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər. 91-ci maddəsinin 2-ci hissəsinə əsasən, qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır. 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi günişçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. “Məşğulluq haqqında” Qanun: 1.1.5-ci bəndinə əsasən, haqqı ödənilən ictimai işlər — müvəqqəti məşğulluğun təmin edilməsi məqsədi ilə bu Qanuna uyğun olaraq təşkil edilən, ilkin peşə hazırlığının olmasını tələb etməyən, ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın: 1.2-ci bəndinə əsasən, haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilən, ilkin peşə hazırlığının olmasını tələb etməyən və ictimai faydalı xarakter daşıyan iş yerləridir. 2.6-cı bəndinə əsasən, ictimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Zəruri hallarda müəssisənin və yerli qurumun və ya Mərkəzin birgə razılığı ilə bu müddət artırıla bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iº üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iddiaçının apellyasiya şikayətində əsas dəlillərdən biri onunla bağlı əmək müqaviləsinin müddətli bağlanmasının və müqaviləyə müddətin başa çatması əsası ilə xitam verilməsinin qanunsuz olması, bu səbəbdən əmrin ləğv edilərək işə bərpa olunmalı olduğu və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməli olduğu barədədir. Lakin Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin bu dəlilləri işin faktiki hallarına və əmək qanunvericiliyinin tələblərinə uyğun deyildir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı ##.##.2024-cü il tarixdə “xxxx İş Mərkəzi” MMC-də təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə müddətli əmək müqaviləsi əsasında qəbul edilmiş və həmin əmək müqaviləsinə ##.##.2024cü il tarixdə müddətinin başa çatması ilə əlaqədar xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlana bildiyi hallar konkret müəyyən edilmişdir. Həmin maddədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlərin görülməsi də müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən hallardan biri kimi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə iddiaçının yerinə yetirdiyi əmək funksiyasının xarakteri də məhz haqqı ödənilən ictimai işlərin görülməsi ilə bağlı olmuşdur. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”na əsasən haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunun təmin edilməsi məqsədilə təşkil edilən və ilkin peşə hazırlığı tələb etməyən ictimai faydalı xarakterli işlərdir. Bu səbəbdən belə işlərin mahiyyət etibarilə müvəqqəti xarakter daşıması müddətli əmək müqaviləsinin bağlanmasının hüquqi əsasını təşkil edir. Məhkəmə Kollegiyası iddiaçının əmək müqaviləsinin müddətli olması öz-özlüyündə qanunvericiliyin tələblərinə zidd hesab edilə bilməməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, əksinə, əmək münasibətinin yaranmasına əsas olmuş işin xarakteri nəzərə alındıqda, müddətli əmək müqaviləsinin bağlanması Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulmuş hallara uyğun olmuşdur. Bununla yanaşı, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən və 73-cü maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri əmək müqaviləsinin müddətinin qurtarmasıdır və müddətli əmək müqaviləsi müddəti qurtardıqda xitam verilir. Beləliklə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin ##.##.2024-cü il tarixdə başa çatması və həmin tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “b” bəndi ilə xitam verilməsi qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsaslara uyğun olmuşdur. Buna görə də həmin əmrin ləğv edilməsi və iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi üçün hüquqi əsas mövcud deyildir. Bu baxımdan birinci instansiya məhkəməsinin iddiaçının əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə tələblərini təmin etməməsi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı hesab edir ki, sözügedən əmək müqaviləsi dövlət büdcəsindən maliyyələşən qurumu ilə bağlanmışdır. Lakin Əmək Məcəlləsinin müvafiq müddəalar dövlət büdcəsindən maliyyələşən xxxxdə çalışmanın yaş həddini müəyyən etməklə həmin müddətin uzadılması da müvafiq dövlət orqanının rəhbərinin səlahiyyətlərinə aid edilmişdir. Belə ki, Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayan müddətə uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. İş materiallarından da göründüyü kimi iddiaçının yaşı artıq 71-dir. Bundan başqa, “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.6-cı bəndinə əsasən, ictimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Zəruri hallarda müəssisənin və yerli qurumun və ya Mərkəzin birgə razılığı ilə bu müddət artırıla bilər. İddiaçının ##.##.2019-cu il tarixdən ##.##.2024-cü il tarixədək iş vaxtından artıq işlədiyi bütün saatlara görə əmək haqqının ödənilməsini tələb etməsi ilə bağlı isə qeyd edilməlidir ki, bu tələb də bütövlükdə təmin edilə bilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi qənaət də düzgün olmuşdur. Belə ki, iş üzrə müəyyən edilmişdir ki, iddiaçı üçün əmək müqaviləsində gündəlik 8 saatlıq iş vaxtı müəyyən edilmişdir. Lakin məhkəmə araşdırması zamanı onun əlilliyi müəyyən edilmiş şəxslər kateqoriyasına aid olduğu və bu kateqoriyaya münasibətdə qısaldılmış iş vaxtının tətbiq edilməli olduğu müəyyən edilmişdir. Əmək Məcəlləsinin 91-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən müəyyən kateqoriyadan olan işçilər üçün, o cümlədən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün qısaldılmış iş vaxtı müəyyən edilir və həmin iş vaxtının müddəti həftə ərzində 36 saatdan artıq olmamalıdır. Bu baxımdan Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin işəgötürənin iddiaçının hüquqi statusunu nəzərə almalı olması barədə gəldiyi nəticə əsaslıdır. Xüsusilə də iş materiallarından iddiaçıya əlillik statusu ilə əlaqədar əlavə əmək təminatlarının verildiyi müəyyən edilirsə, cavabdehin onun əlillik statusundan xəbərsiz olması barədə dəlili inandırıcı hesab edilə bilməz. Nəticə etibarilə, iddiaçı üçün qanunla müəyyən edilmiş qısaldılmış iş vaxtından artıq görülmüş işin mövcudluğu təsdiq edildiyi həddə həmin işə görə müvafiq əmək haqqının ödənilməsi tələb oluna bilər. Lakin bu hal iddiaçının ##.##.2019-cu ildən ##.##.2024-cü ilədək bütün dövr üçün ödəniş tələb etmək hüququ yaratmır. Belə ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsində iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə hüquqi qiymət verən məhkəmə iddiaçının yalnız qanunla müəyyən edilmiş müddət çərçivəsində artıq işlədiyi saatlara görə əmək haqqı tələb edə biləcəyini müəyyən etmişdir. Burada mühüm məsələ ondan ibarətdir ki, əmək haqqının ödənilməsi ilə bağlı tələb dövri xarakter daşıyır və hər bir əmək haqqı ödənişi üzrə tələb hüququ müvafiq ödənişin həyata keçirilməli olduğu vaxtdan yaranır. Buna görə də əvvəlki dövrlərə aid ödəniş tələblərinin müddət xaricində qalması mümkündür. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi də məhz bu yanaşmadan çıxış edərək iddiaçının yalnız məhkəməyə müraciət etməsindən əvvəlki bir il ərzində işlədiyi iş normasından artıq saatlara görə əmək haqqının hesablanmasını mümkün hesab etmişdir. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ##.##.2019cu ildən başlayaraq bütün əmək fəaliyyəti dövrü üzrə ödəniş tələbini təmin etməməsi və yalnız ##.##.2023-cü ildən ##.##.2024-cü ilədək olan dövrü nəzərə alması hüquqi baxımdan düzgün əsaslandırılmışdır. Bu nəticə eyni zamanda iddiaçının bütün əvvəlki dövr üçün artıq işə görə ödəniş tələbini məhdudiyyətsiz şəkildə irəli sürməsinə imkan vermədiyini göstərir. Göründüyü kimi birinci instansiya məhkəməsi əmək müqaviləsinin müddətli bağlanmasının qanuni əsasını, müqaviləyə müddətin başa çatması ilə əlaqədar xitam verilməsini, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinin hüquqi əsaslarının olmadığını, iddiaçının əlilliyi müəyyən edilmiş şəxs kimi qısaldılmış iş vaxtından istifadə hüququnun mövcudluğunu, iş vaxtından artıq görülmüş işə görə əmək haqqının ödənilməli olduğunu, eyni zamanda, həmin tələb üzrə iddia müddətinin tətbiq edilməli olduğunu düzgün müəyyən etmişdir. Qeyd olunanlara əsasən müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları mübahisələndirilən hissədə düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissəsində iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,

Qət etdi: İddiaçı İddiaçı tərəfindən verilmmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar