Məhkəmə qərarları › İş №2(103)-10972/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10972/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10972/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, iddiaçı Atəşgah Sığorta Şirkəti ASC-nin cavabdeh SN-Cavid MMC-yə qarşı “subroqasiya qaydasında pul” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4913/2020 saylı işi üzrə 10.11.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4913/2020 saylı işi üzrə 10.11.2020-ci il tarixli qətnaməsinin surəti tərəflərə iş materiallarına olan reyestra əsasən sifarişli qaydada 16.11.2020-ci il tarixində göndərilməsi müəyyən edilsə də xəbərnamə və ya zərf əlavə edilmədiyindən cavabdehə çatıb-çatmaması müəyyən edilmir (iş səh.70-71) Qeyd edilən mülki iş üzrə qətnamə 17.12.2020-ci il tarixində icraya yönəlmiş və qanuni qüvvəsini almışdır (səh. 72). Cavabdeh 30.09.2021-ci il tarixində apellyasiya şikayətini məhkəməyə təqdim etmişdir (səh.78). Şikayət verilərkən birinci instansiya məhkəməsi tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin ötürülüb-ötürülməməsi və bununla bağlı ayrıca ərizə verilməməsi məsələsinə səlahiyyəti daxilində hüquqi qiymət verilməmişdir. Diqqətə çatdırılmalıdır ki, mülki prosessual qanunvericilik qanuni qüvvəsini almayan məhkəmə aktlarından şikayət vermək mümkünlüyünü təsbit etmişdir və qanuni qüvvəsini almış qətnamədən verilmiş şikayət üzrə prosessual müddət ötürülmədiyinə və ya üzürlü səbəbdən ötürülməsinə dair müzakirə aparılması üçün müraciət olmalıdır ki, hazırki iş üzrə belə müraciət mövcud olmamış, məhkəmə də buna münasibət bildirməmişdir. Qeyd edilənlərdən əlavə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4913/2020 saylı işi üzrə 12.10.2021-ci il tarixli qərardadı tərəflərə 12.10.2021-ci il tarixində sadə formada göndərilmiş və şikayət vermək hüququ gözlənilməyərək18.10.2021-ci il tarixdə apellyasiya instansiyasına göndərilmişdir (səh.85- 86). Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62- 67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 128-146, 357, 360-366, 402-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4913/2020 saylı işi üzrə 10.11.2020-ci il tarixli qətnaməsindən cavabdeh SN-Cavid MMC tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 364-cü maddələrinin tələblərinə müvafiq qiymət verilməsi üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar