Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10977/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4371/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1115,2 m2 olan qeyri-yaşayış sahəsinə hesablanmış 14100,6 manat borcun silinməsi, Cavabdeh ASC-dən 1200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 25.08.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək Cavabdeh ASC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1115,2 m2 olan qeyri-yaşayış sahəsi ilə bağlı əvvəlki mülkiyyətçi Qibləliyeva Məhluqə Nəcəf qızına hesablanmış 14100,6 manat borcun iddiaçıdan tutulması və 1200 manat pulun Qibləliyeva Məhluqə Nəcəf qızına hesablanmış 14100,6 manat borca silinməsinin qanunsuz hesab edilməsi, Cavabdeh ASC-dən 1200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 28 yanvar 2019-cu il tarixdə ünvan 3 A, 1-ci giriş, 1-ci mərtəbə, qapı 1, 2-ci mərtəbə qapı 1A ünvanında yerləşən 1115,2 m2 sahədən ibarət qeyri-yaşayış sahəsini Qibləliyeva Məhluqə Nəcəf qızından almışdır. Az bir müddət öncə cavabdeh "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları yuxarıda həmin qeyri-yaşayış sahəsinə görə əvvəlki mülkiyyətçi Qibləliyeva Məhluqə Nəcəf qızının 2011-2014-cü illər üzrə 14100,6 manat borcunun qaldığını bildirərək, suyun verilməsini kəsmişlər. Sonradan iddiaçı tərəfindən 1200 manat ödəniş edildikdən sonra suyun verilişi bərpa olunmuş və iddiaçıya 12900,6 manat borcunun olduğu bildirilmişdir. Bununla əlaqədar keçmiş mülkiyyətçi Qibləliyeva Məhluqə Nəcəf qızına müraciət etdiyi zaman isə o, 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin 04.03.2015-ci il tarixli 2-(81)-299/2015 saylı qətnaməsini, Ali Məhkəmənin 27.10.2016-cı il tarixli 2-2(102)-310/16 saylı qərarını və 27.01.2020-ci il tarixli ödəniş sənədini təqdim etmişdir. Həmin sənədlərdən görünür ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 04.03.2015-ci il tarixli, qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı Qibləliyeva Məhluqə Nəcəf qızına məxsus ünvan 3 ünvanında yerləşən “Otel Eqosit” adlı obyektə hesablanmış 1568 manat məbləğində borcun iddiaçının hesabından silinməsinin cavabdehə həvalə edilməsi və Cavabdeh ASC-dən iddiaçının xeyrinə 8604 manat məbləğin və 15 manat dövlət rüsumunun tutulması qət olunmuşdur. Ali Məhkəmə tərəfindən bu Qətnamə qüvvədə saxlanılmışdır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, M.Qibləliyevanın cavabdehə borcu olsa idi. Belə, həmin borca görə İddiaçı məsuliyyət daşımır və 2011-2014-cü illər üzrə borc öhdəliklərinə müddətin keçməsi səbəbi ilə xitam verilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4371/2021 saylı, 30 avqust 2021ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ASC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi, 9A, 1-ci giriş, 1-ci mərtəbə, qapı 1, 2-ci mərtəbə, qapı 1A ünvanında yerləşən ümumi sahəsi 1115,2 m2 olan qeyri-yaşayış sahəsi ilə bağlı əvvəlki mülkiyyətçi Qibləliyeva Məhluqə Nəcəf qızına hesablanmış 14100,6 (on dörd min yüz manat altmış qəpik) manat borcun iddiaçıdan tutulması və 1200 (bir min iki yüz) manat pulun Qibləliyeva Məhluqə Nəcəf qızına hesablanmış 14100,6 (on dörd min yüz manat altmış qəpik) manat borca silinməsinin qanunsuz hesab edilməsi, Cavabdeh ASC-dən 1200 (bir min iki yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsinə və 68 manat dövlət rüsumunun iddiaçıdan tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinin hazırkı mülkiyyətçisi olan iddiaçı, həmin qeyri-yaşayş sahəsinin əvvəlki mülkiyyətçisinə su və kanalizasiya xidmətlərinə görə hesablanmış 14100,60 manat borcun iddiaçıdan tutulmaması və 1200 manat pulun 14100,60 manat borcdan silinməsinin qanunsuz hesab edilməsi, tərəfindən Cavabdeh ASC-yə ödədiyi 1200 manat pulun geriyə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin borcun obyektin əvvəlki sahibinə yazılmasına istinad edərək iddiaçıdan tələb edilməsinin əsassız olması qənaətinə gəlməsi yanlışdır. Halbuki, borc məbləğ iddiaçıya deyil, qeyri-yaşayış sahəsinin əvvəlki mülkiyyətçisinə (Qibləliyeva Məhluqə) hesablanmış və hazırkı günə qədər abonent kodu Məhluqə Qibləliyevanın adınadır. Digər tərəfdən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmamışdır. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən düzgün norma tətbiq edilməmişdir. -Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiqedilmiş “Sudan istifadə Qaydaları” nın 8.4-cü bəndi tələbinə əsasən su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, Su təchizatıvə kanalizasiya müəssisəsi /STKM/-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-yə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. İş materialarından göründüyü kimi yeni mülkiyyətçi olan iddiaçı borc barədə arayışı əvvəlki mülkiyyətçidən tələb etməmiş və tələb etməsi barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə isə qətnamə qəbul edərkən göstərilən normaya istinad etmədiyi üçün həmin halları araşdırmamış, nəticədə əsassız qətnamə qəbul etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4371/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi, 9A, 1ci giriş, 1-ci mərtəbə, qapı-1, 2-ci mərtəbə, qapı-1A ünvanında yerləşən qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir və bu barədə 06.02.2019-cu il tarixdə, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Qibləliyeva Məhluqə Nəcəf qızı ilə İddiaçı arasında bağlanmış 28.01.2019-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi, 9A, 1-ci giriş, 1-ci mərtəbə, qapı-1, 2-ci mərtəbə, qapı-1A ünvanında yerləşən ümumi sahəsi 1115,2 m2 qeyri-yaşayış sahəsi Qibləliyeva Məhluqə Nəcəf qızı tərəfindən İddiaçı satılmışdır. İş materiallarında olan Cavabdeh ASC-nin abonent kodu 053768 olan ünvan 4 ünvanında 19107048 nömrəli, 01.09.2001-ci il tarixli müqavilə üzrə sudan istifadə haqqında abonent kartından müəyyən olunur ki, ALFASU tipli, 50095389 nömrəli sayğac 04.11.2014-cü il tarixdə quraşdırılmış, abonentin sudan istifadə və çirkab sularının axıdılması ilə bağlı 14100,6 borca 1200 manat ödəniş edilmiş və hazırda 12900,6 manat borc qalmışdır. İş materiallarında olan Cavabdeh ASC Nəsimi rayon Sukanal İdarəsi tərəfindən tərtib olunmuş 20.08.2021-ci il tarixli, EH-01/1-708 nömrəli arayışa əsasən 053768 qeyriəhali abonent kodu üzrə ilin sonuna olan qalıq borc 2014-cü il üzrə 1638,8 manat, 2015-ci il üzrə 5256,4 manat, 2016-cı il üzrə 9753,6 manat, 2017-ci il üzrə 14351,6 manat, 2018-ci il üzrə 14351,6 manat, 2019-cu il üzrə isə 14300,6 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən tələb sahibi ilə bağlanmış müqaviləyə əsasən borcu üçüncü şəxs öz üzərinə götürə bilər (borcun keçirilməsi). Bu halda üçüncü şəxs ilk borclunun yerini tutur. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir. Belə hallarda ilk sahibin yerinə üçüncü şəxs tutur. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 387.3-cü öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 2-ci bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 4.1.3-cü bəndinə görə isə verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Hazırki işin halları odur ki, mübahisə premeti olan qeyri yaşayış sahəsi 2019-cu ildən iddiaçının mülkiyyətindədir. İddiaçının sudan istifadə ilə bağlı cavabdehlə müqaviləsi yoxdur. Cavabdeh tərəfindən sözügedən qeyri-yaşayış sahəsinə sudan istifadə ilə bağlı 14100.6 manat məbləğində borc yazılmışdır. Həmin borc iddiaçıdan əvvəlki sahibə yazılmışdır. İddiaçı tərəfindən ödənilmiş 1200 manat məbləğində pul iddiaçıdan əvvəlki sahibə yazılmış borca silinmişdir. Hazırda iddiaçı əvvəlki mülkiyyətçiyə hesablanmış 14100,6 manat borcun iddiaçıdan tutulması və 1200 manat pulun 14100,6 manat borca silinməsinin qanunsuz hesab edilməsi, Cavabdeh ASC-dən 1200 manat pulun onun xeyrinə tutulması tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, yuxarıda qeyd olunduğu kimi iddiaçının cavabdehlə sudan istifadə ilə bağlı müqaviləsi yoxdur. 14100,6 manat məbləğində borc iddiaçıdan əvvəlki sahibə yazılmışdır, ona görə də birinci növbədə iddiaçıdan tələb edilən borcun əsaslı olduğu sübuta yetirilməlidir. Bu halda sübutetmə yükü su təchizatçısının, yəni borcu hesablamış təşkilat olan Cavabdeh ASC-nin üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun İddiaçı hesablanmalı olmasını sübuta yetirməlidir. Məhkəmə araşdırması zamanı isə cavabdeh tərəf, yəni Cavabdeh ASC qeyd edilən halı sübut edə bilməmiş və apellyasiya şikayətində göstərdiyi faktlar öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının iddiası əsaslı olduğundan təmin ediməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4371/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4371/2021 saylı, 30 avqust 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10977/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10977/2021
24.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver