Məhkəmə qərarları › İş №2(103)-10997/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10997/2021

03.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10997/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4853/2021 saylı, 01 oktyabr 2021-ci il tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4853/2021 saylı, 01 oktyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı sökülmüş nasos stansiyasının bərpa edilməsi tələbinə dair iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı ASC şikayət verərək, qərardadının ləğv edilməsi və iddia ərizəsinin baxılması üçün icraata qəbul edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4853/2021 saylı, 18 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4853/2021 saylı, 01 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsinin yenidən icraata qəbul məsələsinin müzakirə edilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəməyə müraciət etdiyi ərizəsində irəli sürdüyü tələblər üzrə iddia ərizəsində cavabdeh qismində "xxxx" MMC göstərsə də, həmin hüquqi şəxs nə “Elektron məhkəmə” informasiya sistemində, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində–elekton xidmətlər hissəsində aşkar olunmamış, iddia ərizəsində həmin hüquqi şəxsin hüquqi ünvanını müəyyən edən hər hansı bir sənəd əlavə edilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, iddia ərizəsindən göründüyü kimi, İddiaçı ASC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən İddiaçı ASC-nin balansında olan məhəllədaxili nasos stansiyanın zəbt olunmuş ərazisinin geri qaytarılması, sökülmüş tikilinin əvvəlki vəziyyətinə bərpa olunması, məhv edilmiş avadanlıqların yenisilə əvəz olunmasını xahiş etmişdir. Həmçinin şikayətə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin (VÖEN **********) hüquqi ünvanı ünvan 3ikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İş materialarından göründüyü kimi, İddiaçı ASC cavabdeh "xxxx" MMC-yə qarşı iddiası mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırılmasına dair, yəni müstəsna aidiyyətlə bağlı mübahisədir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan halda birinci instansiya məhkəməsi iddia ərizəsini yuxarıda qeyd olunan əsasla geri qaytarılması qənaətinə gəlməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4853/2021 saylı, 01 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsinin yenidən icraata qəbul məsələsinin müzakirə edilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 4002-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı ASC-nin şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4853/2021 saylı, 01 oktyabr 2021-ci il tarixli qərardadı qismən ləğv edilsin. İddia ərizəsinin yenidən icraata qəbulu məsələsinin müzakirə edilməsi üçün iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar