Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-110/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh vəkili-nümayəndəsi X18 iştirakı ilə, İddiaçılar X22, İddiaçı2, X11, X12, X19 və İddiaçı1 Hüseyinin Cavabdeh qarşı “maddi və mənəvi ziyan tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli 2(011)-371/2018 saylı qətnaməsindən iddiaçılar X22, X11, X12, X19 tərəfindən verilmiş və cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçılar X22 və X16 Cavabdeh qarşı B.Ə.Əliyevin xeyrinə maddi ziyana görə 100000 manatın, mənəvi ziyana görə 150000 manatın, Y.V.İlyinanın xeyrinə maddi ziyana görə 50000 manatın, mənəvi ziyana görə 20000 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Daha sonra iddiaçılar X22 və X16 iddia tələblərinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Ə.İsazadə küçəsi 4 saylı evin 7 saylı mənzilində cavabdeh tərəfindən aparılmış özbaşına tikililərin cavabdehin hesabına sökülməsinə, cavabdeh tərəfindən zəbt edilmiş ümumi istifadədə olan torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən götürülməsinə, yaşayış sahəsinin qeyri-yaşayış sahəsi ilə əvəz edilməsi barədə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən 07.07.2015-ci il tarixdə 355 saylı sərəncamının, eskiz lahiyəsinin etibarsız hesab edilməsinə, binanın və mənzilin qəzalı vəziyyətə salındığına görə B.Ə.Əliyevin xeyrinə maddi ziyana görə 100000 manatın, mənəvi ziyana görə 150000 manatın, Y.V.İlyinanın xeyrinə maddi ziyana görə 50000 manatın, mənəvi ziyana görə 20000 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Eyni zamanda iddiaçılar İddiaçı2, X11, X12, X19, İddiaçı1 Hüseyin oğlu Cavabdeh qarşı Bakı şəhəri Xəzər rayonu Ə.İsazadə küçəsi 4 saylı evin qəzalı vəziyyətə düşməsinə görə cavabdehdən hər birinin xeyrinə maddi ziyana görə 50000 manatın, mənəvi ziyana görə 20000 manatın tutulmasına, cavabdehin mənzili əvvəlki vəziyyətinə bərpa etməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17.04.2017-ci il tarixli 2(011)-757/2017 saylı qərardadına əsasən iddiaçılar İddiaçı2, X2, X3, X10, İddiaçı1 Hüseyin oğlunun Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyan tələbinə dair 2(011)-757/2017 saylı mülki işlə iddiaçılar X15 və X8 Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair 2(011)-858/2017 sayı mülki iş bir icraatda birləşdirilmişdir. Daha sonra iddiaçılar X22, X11, X12, X19 iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh Bakı şəhəri Xəzər rayonu Ə.İsazadə küçəsi 4 saylı evin 7 saylı mənzilində apardığı təmir tikinti işlərinə görə X15 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Ə.İsazadə küçəsi 4 saylı evin 8 saylı mənzilinə dəymiş maddi ziyana görə 100000 manatın, mənəvi ziyana görə 150000 manatın, X2 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Ə.İsazadə küçəsi 4 saylı evin 11 saylı mənzilinə dəymiş maddi ziyana görə 50000 manatın, mənəvi ziyana görə 20000 manatın, X10 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Ə.İsazadə küçəsi 4 saylı evin 12 saylı mənzilinə dəymiş maddi ziyana görə 50000 manatın, mənəvi ziyana görə 20000 manatın, X4 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Ə.İsazadə küçəsi 4 saylı evin 1 saylı mənzilə dəymiş maddi ziyana görə 50000 manatın, mənəvi ziyana görə 20000 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli 2(011)-371/2018 saylı qərardadı ilə iddiadan imtina qəbul edilmiş, iddiaçı X8 Cavabdeh qarşı vurulmuş maddi ziyan və sair tələbləri üzrə mülki işin icraatına xitam verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli 2(011)-371/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh X15 xeyrinə maddi ziyana görə 11675,5 manat, mənəvi ziyana görə 1000 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 12705,5 manatın, Cavabdeh X4 xeyrinə maddi ziyana görə 633,5 manat, mənəvi ziyana görə 100 manat olmaqla cəmi 733,5 manatın, Cavabdeh X2 xeyrinə maddi ziyana görə 4941,5 nənəvi ziyana görə 200 manat olmaqla cəmi 5141,5 manatın, Cavabdeh X10 xeyrinə maddi ziyana görə 2431,5 manat, mənəvi ziyana görə 150 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 2611,5 manatın, Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X9 Agentliyinin xeyrinə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 400 manatın, Cavabdeh xxxx Consulting Group MMC-nin xeyrinə aparılmış qiymətləndirmənin dəyərinə görə 600 manatın, Cavabdeh ekspertiza tədqiqatının dəyərinə görə 200 manatın dövlət nəfinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh və iddiaçılar tərəfindən apelyasiya şikayəti verilmişdir. İddiaçılar X22, X11, X12, X10 apelyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, maddi ziyan hesablanarkən yalnız smeta layihə və bərkitmə işlərinə görə hesablama aparılmış, kosmetik təmir işləri, usta pulu, mənzillərin içərisində olan mebel əşyalarının sıradan çıxaraq yararsız hala düşmələrinə görə dəymiş zərər nəzərə alınmamışdır. Cavabdeh isə apelyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələblərinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, maddi və prosessual hüquq normaları pozulmuşdur. Onun mülkiyyətində olan mənzil birinci mərtəbədə yerləşir, bina isə iki mərtəbəlidir. Ekspert rəyində məbləğlər şişirdilmişdir. “xxxx” LTD MMC iddiaçılara vurulmuş ziyanın məbləğini deyil, mənzillərin kapital təmiri üçün nəzərdə tutulmuş pul vəsaitini hesablamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili öz apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Ekspert rəyi ilə razı olmadığını bildirdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçılar məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 28.02.2002-ci il tarixli ÖM seriyalı 091217 saylı qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri Əzizbəyov rayonu Binə qəsəbəsi Ə.Bayramov küçəsi 4 saylı evin 8 saylı mənzili X15 adına 1205 saylı reyestr kitabında 30/180999 nömrəsi ilə qeydə alınmışdır. Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 03.06.2003-cü il tarixli ÖM seriyalı 150027 saylı qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri Əzizbəyov rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsi 4 saylı evin 11 saylı mənzili X2 adına 1274 saylı reyestr kitabında 30/101258 nömrəsi ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 16.04.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Əli İsazadə küçəsi 4 saylı evin 7 saylı mənzili Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1419 saylı reyestr kitabının 129914 saylı vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının 14.05.2012-ci il tarixli 6 nömrəli Protokolundan çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsi 4 nömrəli evin 1-ci girişinin 1-ci mərtəbəsində 1 saylı mənzil X5 ayrılmışdır. Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının 01.06.2018-ci il tarixli 112 saylı sərəncamının surətindən müəyyən olunur ki, Binə qəsəbəsi Ə.İsazadə küçəsi 4 saylı evin 12 saylı mənzili X10 adına sənədləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinin 11.10.2016-cı il tarixli **********01 saylı məktubundan müəyyən olunur ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsi 4 saylı evin 11 saylı mənzili 03.06.2003-cü il tarixdə X2, 7 saylı mənzil 15.04.2014-cü il tarixdə Cavabdeh, 8 saylı mənzil isə 03.05.2011-ci il tarixdə X15 adlarına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətlərindədir. Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsi 4 saylı evin 1 və 12 saylı mənzillərinin qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar edilməmişdir. Memarlıq və Şəhərsalma Baş İdarəsinin 24.04.2014-cü il tarixli 18/10-8/238 saylı məktubundan müəyyən olunur ki, Ə.İsazadə küçəsi 4 saylı evin 7 saylı mənzilinin sahibi Cavabdeh tərəfindən aidiyyəti qurumların rəyi, razılığı və icazə sənədləri olmadan mənzilində küçə tərəfə açılan qapı oyuğu ilə əvəz olunan pəncərənin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşlarının iştirakı ilə görülmüş tədbirlər nəticəsində qapı oyuğunun bağlanması, narazılığa səbəb olan digər amillərin aradan qaldırılması üçün qanunamüvafıq tədbirlərin görülməsi və nəticələr barədə Bakı Şəhər İcra Hakimiyyətinə məlumat verilməsi xahiş olunmuşdur. X28 İdarəsi tərəfindən ünvan 1 ünvanlanmış 24.06.2014-cü il tarixli 25/26-0682 saylı məktubdan müəyyən olunur ki, Fövqəladə Hallar Nazirliyinin X28 Xidmətindən İdarəyə daxil olmuş müraciət araşdırılarkən qeyd olunan ünvanda yerləşən yaşayış binasındakı 7 saylı mənzilin sakini tərəfindən həmin mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə etmək məqsədilə arakəsmə divarların, millərin, dirəklərin sökülərək yaşayış binasının qəzalı vəziyyətə gətirilməsi, görülmüş işlərin AzDTN 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” tikinti normalarına uyğun aparılmadığı müəyyən olunmuş, həmin ünvanda yerləşən yaşayış binasındakı 7 saylı mənzildən qeyri-yaşayış obyekti kimi istifadə olunub-olunmamasının öyrənilməsi, eləcə də Azərbaycan Respublikasında qüvvədə olan tikinti normalarına uyğun tədbir görülməsi məqsədilə müraciət 23.06.2014-cü il tarixdə 25/22-0676 saylı məktubla Xəzər Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyi tərəfindən Xəzər rayonu Binə qəsəbəsi Əli İsazadə küçəsi 4 saylı evin 8 saylı mənzilində yaşayan İddiaçı2 və 4 saylı ünvanında yaşayan digər sakinlərə ünvanlanmış 28.06.2014-cü il tarixli 25/26-07102 saylı məktubdan müəyyən olunur ki, 1938-ci ildə inşa olunmuş binanın 1-ci mərtəbəsində mənzil 7-də yaşayan Cavabdeh tərəfindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin, Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla aidiyyəti qurumlarla razılaşdırılma, müvafiq layihə sənədləri və Xəzər Rayon İcra Hakimiyyətindən icazə olmadan mənzildə yenidənqurma işləri aparılmışdır. Binanın əsas yükdaşıyan divarlarının qamış, çıləkən tipli ağac materialından olduğunu, uzun müddət istismar edildiyini nəzərə alaraq heç bir sənədləşmə işləri aparılmadan bina əlavə yüklənməklə təmir və yenidənqurma işləri aparıldığı üçün yenidənqurma işlərinin dayandırılması, binanın qonşu mənzillərində yaşayan sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq tədbirlərin görülməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinə və Xəzər Rayon İcra Hakimiyyətinə 09.06.2014-cü ildə telefonoqram göndərilmişdir. Tikintiyə icazə verilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid olduğundan aidiyyəti üzrə müraciət edilməsi tövsiyyə olunmuşdur. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin 07.07.2015-ci il tarixli 355 saylı sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Cavabdeh məxsus Binə qəsəbəsi Əli İsazadə küçəsi 4 saylı evin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 75 m2, yaşayış sahəsi 46,3 m2 olan 4 otaqlı 7 saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilmişdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan İnşaat və Memarlıq Elmi- Tədqiqat İnstitutunun ünvan 2 ünvanında iki mərtəbəli binanın birinci mərtəbəsində Cavabdeh məxsus mənzilin texniki vəziyyəti haqqında 17.09.2015-ci il tarixli rəyinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Cavabdeh 196 saylı 15.09.2015-ci il tarixli müraciətinə əsasən Cavabdeh məxsus mənzilin texniki vəziyyətinin qiymətləndirilməsi və rəy verilməsi üçün Azərbaycan İnşaat və X29 İnstitutu tərəfindən mənzilə keçirilmiş baxış zamanı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Əli İsazadə küçəsi 4 saylı evin 7 saylı mənzilinin yerləşdiyi iki mərtəbəli yaşayış binasının XX əsrin birinci yarısında tikildiyi, Cavabdeh məxsus mənzilin binanın birinci mərtəbədə yerləşdiyi, yaşayış binasının konstruktiv həllinə görə daş və ağac(qamış) konstruksiyalı binalara aid olması, binanın bünövrəsinin but daşından olub dərinliyi 1 mərtəbənin döşəməsi səviyyəsindən 80 sm təşkil etdiyi, mənzilin hündürlüyünün h=3,0 m olması, yükdaşıyan divarların qalınlığının 15 sm olması, taxta və qamışdan üzərinə sement qum məhlulu çəkilməklə hörülməsi, divarların içində verilən ağac dirəklərin en kəsik ölçülərinin 15xl5 sm olması, arakəsmə divarların ağac tirlərdən, taxtalardan və qamışdan 10 sm qalınlığında üzərinə sement qum məhlulu çəkilməklə hörülməsi, örtük konstruksiyaların ağac tirlərdən və taxtalardan təşkil olunması, tavanın çiləkən (dranka) suvaqla yerinə yetirilməsi, ağac tirlərin en kəsik ölçülərinin 15x15sm olması, mənzildə aparılan təmir-bərpa və rekanstruksiya işlərinin binanın dayanıqlığına təsirinin olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyinin Cavabdeh məxsus mənzilin texniki vəziyyəti haqqında 05.10.2015-ci il tarixli rəyinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Cavabdeh müraciəti əsasında mənzilinə texniki baxış zamanı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Əli İsazadə küçəsi 4 saylı evin 7 saylı mənzilinin iki mərtəbəli yaşayış binasının inşasının XX əsrin əvvəllərinə təsadüf etdiyi, Cavabdeh məxsus mənzildə aparılan təmir-bərpa və rekonstruksiya işlərinin binanın dayanıqlığına mənfi təsirinin olmadığı, yaşayış binasının tikintisi XX əsrin əvvəllərinə təsadüf etdiyi üçün binanın bügunkü qüvvədə olan İnşaat Norma və Qaydalarının tələblərinə cavab vermədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.03.2017-ci il tarixli 21930 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri Xəzər rayonu Ə.İsazadə küçəsində yerləşən 4 saylı evin qəzalı vəziyyətində olmadığı müəyyən edilir. Bakı şəhəri Xəzər rayonu Ə.İsazadə küçəsində yerləşən 4 saylı evin 7 saylı mənzilində aparılan təmir-tikinti işlərinin qonşu mənzillərdə yaranmış fəsadlarla (suvaq çatları, qopmalar, döşəmələrin çökməsi, qapıların açılıb-örtülməməsi və s.) əlaqəsi olduğu müəyyən edilir. Bakı şəhəri Xəzər rayonu Ə.İsazadə küçəsində yerləşən 4 saylı evin 7 saylı mənzilində yükdaşıyan konstruksiyalarında dəyişiklik edildiyi, yəni ağac karkas və qamış divar sökülərək mişarlanmış əhəng daşlarından hörüldüyü, ağac dirəklərin 400x400 mm olan sütunlarla əvəz olunduğu, döşəmənin metlaxla, tavanın isə alçıpanla üzləndiyi müəyyən edilir. İddiaçı2 məxsus 8 saylı mənzildə yaranmış fəsadların 7 saylı mənzildə aparılmış yenidənqurma və əsaslı təmir işləri ilə əlaqəsi olduğu müəyyən edilir. Bakı şəhəri Xəzər rayonu Ə.İsazadə küçəsi 4 saylı evin mənzillərinə və ümumi istifadədə olan sahələrinə dəymiş ziyanın məbləğini müəyyən etməkdən ötrü layihə-smeta sənədləri hazırlanmalı və Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyinin Dövlət Baş Ekspertiza İdarəsinə təqdim edildikdən sonra müəyyən edilə bilər. Rəydən daha sonra müəyyən olunur ki, hazırkı ekspertiza qarşısında qoyulmuş sualların həlli məqsədilə, məhkəmə tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X9 Agentliyinin mütəxəssisi mülki işə cəlb olunmuşdur. Qərardadın sualları ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X9 Agentliyinin mütəxəssisi tərəfindən araşdırma aparılaraq, buna dair 15.12.2016-cı il tarixli rəy tərtib olunmuşdur (mütəxəssis M.Nəbiyev). Həmin rəyin məlumatlarından görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X9 Agentliyinin mütəxəssisi tərəfindən aparılmış araşdırmalar zamanı Bakı şəhəri Xəzər rayonu Ə.İsazadə küçəsində yerləşən 4 saylı evin qəzalı vəziyyətdə olmadığı, hər hansı bir tikilinin qəzalı vəziyyədə olması üçün həmin tikilinin konstruksiyalarında ciddi qüsurların olmasının əsas şərtlərdən olduğu, belə ki, həmin elementlərin ciddi deformasiyaya uğramalı olduğu, yaranmış çatların eninin minimum 10 mm olmalı olduğu və bünövrədə hər hansı bir sökmə prosesinin yaranması olduğu, bu halların heç birinin bu binada olmadığı müəyyən edilmişdir. Həmin yaşayış evinin 1930-cu illərdə inşa edildiyi, evin yükdaşıyan elementlərinin ağac materiallarından inşa olunduğu, divarların ağac karkas qamışla doldurulub suvandığı, örtüklərin ağac tirlər üzrə taxta döşəmədən ibarət olduğu müəyyən edilmişdir. Bakı şəhəri Xəzər rayonu Ə.İsazadə küçəsində yerləşən 4 saylı evin 7 saylı mənzilində aparılan təmir-tikinti işlərinin qonşu mənzillərdə yaranmış fəsadlarla (suvaq çatları, qopmalar, döşəmələrin çökməsi, qapıların açılıb-örtülməməsi və s.) əlaqəsi olduğu müəyyən edilmişdir. İddiaçı2 məxsus 8 saylı mənzilin divarlarında müxtəlif istiqamətli çatların olduğu, baş fasad tərəfdə olan otaqda xarici divarın qismən qabarmış vəziyyətdə olduğu, pəncərə və qapı boşluqları üzərində müxtəlif istiqamətli çatların mövcud olduğu, mənzildə döşəmələrin aşağıya doğru çökdüyü, sanitar qovşaqda kafel və metlaxların bəzi yerlərdə qopduğu, mənzildə deformasiya nəticəsində qapıların çətinliklə açılıb-bağlandığı, həmin mənzildə əsaslı və bərpa-gücləndirmə tədbirlərinin aparılmasına ehtiyac olduğu müəyyən edilmişdir. X6 məxsus 11 saylı mənzildə divarların döşəməyə yaxın hissəsində suvaq aşınmalarının, pəncərə və qapı boşluqlarının üzərində maili çatların olduğu, mənzildə təmir işlərinin aparılmasına ehtiyac olduğu müəyyən edilmişdir. X7 məxsus 1 saylı mənzilə baxış keçirilməsinə şərait yaradılmadığından həmin mənzil üzrə tədqiqat aparılmamışdır. X13 məxsus 12 saylı mənzildə əsaslı təmir işləri aparıldığından həmin mənzil üzrə tədqiqat aparılmamışdır. Bakı şəhəri Xəzər rayonu Ə.İsazadə küçəsində yerləşən 4 saylı evin 7 saylı mənzilində yükdaşıyan konstruksiyalarında dəyişiklik edildiyi, yəni ağac karkas və qamış divar sökülərək mişarlanmış əhəng daşlarından hörüldüyü, ağac dirəklərin 400x400mm olan sütünlarla əvəz olunduğu, döşəmənin metlaxla, tavanın isə alçıpanla üzləndiyi müəyyən edilmişdir. İddiaçı2 məxsus 8 saylı mənzildə yaranmış fəsadların 7 saylı mənzildə aparılmış yenidənqurma və əsaslı təmir işləri ilə əlaqəsi olduğu müəyyən edilmişdir. İddiaçı2 məxsus 8 saylı mənzilin divarlarında müxtəlif istiqamətli çatların olduğu, baş fasad tərəfdə olan otaqda xarici divarın qismən qabarmış vəziyyətdə olduğu, pəncərə və qapı boşluqları üzərində müxtəlif istiqamətli çatların mövcud olduğu, mənzildə döşəmələrin aşağıya doğru çökdüyü, sanitar qovşaqda kafel və metlaxların bəzi yerlərdə qopduğu, mənzildə deformasiya nəticəsində qapıların çətinliklə açılıb-bağlandığı, həmin mənzildə əsaslı və bərpa-gücləndirmə tədbirlərinin aparılmasına ehtiyac olduğu müəyyən edilmişdir. Bakı şəhəri Xəzər rayonu Ə.İsazadə küçəsi 4 saylı evin mənzillərinə və ümumi istifadədə olan sahələrinə dəymiş ziyanın məbləğini müəyyən etməkdən ötrü layihə-smeta sənədləri hazırlanıb və Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyinin Dövlət Baş Ekspertiza idarəsinə təqdim edildikdən sonra müəyyən edilə bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11.10.2017-ci il tarixli 13230 saylı rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X9 Agentliyinin mütəxəssisi tərəfindən tərtib edilmiş 07.08.2017-ci il tarixli rəydə əlavə ekspertiza qarşısında qoyulmuş suallar cavablandırılmadığından, eləcə də tədqiq olunan yaşayış evində aparılmalı gücləndirməyə dair layihə-smeta sənədləri mərkəzə təqdim edilmədiyindən qərardadla ekspertiza qarşısında qoyulmuş suallarda göstərilən məsələlərə dair tədqiqat aparılmamışdır. Bakı şəhəri Xəzər rayonu Ə.İsazadə küçəsi 4 saylı evin mənzillərinə və ümumi istifadədə olan sahələrinə dəymiş ziyanın məbləğini müəyyən etməkdən ötrü layihə-smeta sənədləri hazırlanmalı və Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyinin Dövlət Baş Ekspertiza İdarəsinə təqdim edildikdən sonra müəyyən edilə bilər. Rəydən daha sonra müəyyən olunur ki, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X9 Agentliyinin 07.08.2017-ci il tarixli rəyinin məlumatlarından görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X9 Agentliyinin mütəxəssisi tərəfindən aparılmış araşdırmalar zamanı qoyulan suallar cavablandırılmamışdır. Tədqiqat obyektinə baxış keçirildikdən sonra Fövqəladə Hallar Nazirliyinin tikinti konstruktoru tərəfindən yaşayış evində aparılmalı gücləndirməyə dair layihə-smeta sənədlərinin mərkəzə təqdim edilməsinin təşkil olunması barədə məhkəməyə yenidən 11.08.2017-ci il tarixli vəsatət göndərilmiş, lakin tədqiq olunan yaşayış evində aparılmalı gücləndirməyə dair layihə-smeta sənədləri mərkəzə təqdim edilməmişdir. Bu səbəbdən qərardadla ekspertiza qarşısında qoyulan suallara dair tədqiqat aparılmamışdır. Bakı şəhəri Xəzər rayonu Ə.İsazadə küçəsi 4 saylı evin mənzillərinə və ümumi istifadədə olan sahələrinə dəymiş ziyanın məbləğini müəyyən etməkdən ötrü layihə-smeta sənədləri hazırlanmalı və Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyinin Dövlət Baş Ekspertiza İdarəsinə təqdim edildikdən sonra müəyyən edilə bilər. İşdə olan “xxxx Consulting Group” MMC-nin 02.02.2018-ci il tarixli rəyindən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən 8 saylı mənzilə vurulmuş ziyanın məbləği 11465 manat, ünvan 4 ünvanında yerləşən 1 saylı mənzilə vurulmuş ziyanın məbləği 423 manat, ünvan 4 ünvanında yerləşən 11 saylı mənzilə vurulmuş ziyanın məbləği 4731 manat, ünvan 4 ünvanında yerləşən 12 saylı mənzilə vurulmuş ziyanın məbləği 2221 manat, ünvan 4 ünvanında yerləşən ümumi istifadədə olan sahələrinə vurulmuş ziyanın məbləği 842 manat təşkil edir. ünvan 4 ünvanında yerləşən 1, 8, 11 və 12 saylı mənzillərin və ünvan 4 ünvanında yerləşən ümumi istifadədə olan sahələrinə vurulmuş ziyanın bazar qiyməti 19682 manat təşkil etdiyi müəyyən edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 15 iyul 2019-cu il tarixli 2(103)-9332/2019 saylı qərardadı ilə mülki iş üzrə ünvan 4 ünvanında yerləşən 1, 8, 11 və 12 saylı mənzillərə və ümumi istifadədə olan sahələrinə vurulmuş ziyanın məbləğinin yenidən qiymətləndirilməsi qərara alınmış, qiymətləndirmə işlərinin aparılması “xxxx” MMC-yə həvalə edilmişdir. “xxxx” MMC-nin 07 avqust 2019-cu il tarixli hesabatında suallara müvafiq olaraq aşağıdakı kimi cavab verilmişdir: 1. Binanın 2-ci mərtəbəsində yeləşən 8 saylı mənzilə cavabdehə məxsus mənzildə aparılan hissəli təmir zamanı ciddi zərər dəyib. Belə ki, cavabdeh öz mənzilində hava şaxtasını ləğv etmiş və daşıyıcı sütunların yerlərini dəyişmişdir. Cavabdehə məxsus mənzildə taxta və qamış materiallar mişar daşı ilə əvəz edilmişdir. X1 məxsus 8 saylı mənzilin divarlarında nəzərə çarpan çatlar, döşəməsində sürüşmələr və ümumi təmirdə qüsurlar əmələ gəlmişdir. Hal-hazırda mənzil qismən təmir olunmalıdır. Təmirə tələb olunan xərcin məbləği 11.320 manat təşkil edir. 2. Binanın 1-ci mərtəbəsində yerləşən 1 saylı mənzilə cavabdehə məxsus mənzildə aparılan hissəli təmir zamanı heç bir ziyan dəyməyib. Cavabdehə məxsus mənzilin divar qonşularına yan dəymədiyi halda sözügedən mənzilin binanın künc tərəfində yerləşməsini və ara məsafəsini nəzərə alsaq, ziyanın dəyməsi məntiqsiz və qeyri-mümkündür. Mənzilin tavanında müşahidə olunan qüsurlar yuxarı qonşunun su axıtması nəticəsində əmələ gəlmişdir. Mənzil illər üzrə fiziki aşınmaya məruz qalıb. 3. Binanın 1-ci mərtəbəsində yerləşən 11 saylı mənzilə cavabdehə məxsus mənzildə aparılan hissəli təmir zamanı heç bir ziyan dəyməyib. Belə ki, sözügedən mənzil binanın 3-cü girişində, sağ künc hissəsində yerləşir. Binanın ümumi tikinti konstruksiyasında taxta tirlərin aşırma məsafələrinin 3,5 metrdən artıq olmadığını və tirlərin kəsişmə düyünlərinin titrəyişi udması ekvivalentinin yüksək olmasını nəzərə alsaq, X6 məxsus 11 saylı mənzilə ziyanın vurulması yolverilməzdir. Mənzilə baxış keçirilən zaman uzun illər yaşayışın olmaması səbəbindən yüksək fiziki aşınmaya məruz qaldığı müəyyən edilmişdir. 4. Binanın 2-ci mərtəbəsində yerləşən 12 saylı mənzilə cavabdehə məxsus mənzildə aparılan hissəli təmir zamanı heç bir ziyan dəyməyib. Belə ki, 12 saylı mənzil 1-ci mərtəbədə yerləşən 11 saylı mənzillə eyni lahiyəli 3 otaqdan ibarətdir. Mənzilə baxış keçirilən zaman yeni təmir olunduğu və heç bir fiziki və ya mexaniki təsirdən zərər görmədiyi müəyyən olunmuşdur. 5. Binanın 1-ci mərtəbəsində yerləşən cavabdehə məxsus mənzildə aparılan hissəli təmir zamanı 4 saylı binanın ümumi istifadədə olan sahələrinə heç bir ziyan dəyməyib. Bina ümumilikdə ağır fiziki aşınmaya məruz qalıb. Bakı Apelyasiya Məhkəməsinin 28 avqust 2019-cu il tarixli qərardadı ilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, qərardadın icrası Cavabdeh tərəfindən özünə məxsus Bakı şəhəri Xəzər rayonu Ə.İsazadə küçəsində yerləşən 4 saylı binanın 7 saylı mənzilində görülmüş təmir-yenidənqurma işləri nəticəsində həmin binanın 1, 11 və 12 saylı mənzillərinə, habelə binanın ümumi istifadədə olan sahələrinə ziyan vurulubvurulmamasını müəyyən etmək hissəsində Fövqaladə Hallar Nazirliyinin Tikintidə X9 Agentliyinin Dövlət Baş Ekspertiza İdarəsinin mütəxəssislərinə, cavabdehin gördüyü təmiryenidənqurma işləri nəticəsində mənzillərdən hər hansı birinə və ümumi istifadə olan sahələrə ziyan dəyməsi müəyyən edildikdə, həmin mənzillərə və sahələrə (o cümlədən 8 saylı mənzilə) vurulmuş ziyanın aradan qaldırılması üçün hansı işlərin görülməsi və vurulmuş ziyanın məbləği barədə rəy vermək Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə həvalə edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X9 Agentliyi “Azkommunlayihə” KLİ-nin 01 noyabr 2019-cu il tarixli mütəxəssis rəyində suallara müvafiq olaraq göstərilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Ə.İsazadə küçəsində yerləşən 4 saylı binanın 7 saylı mənzilində görülmüş təmir-gücləndirnə işləri nəticəsində həmin binanın 8 saylı mənzilinə vurulmuş ziyanın aradan qaldırılması üçün bərpa - gücləndimə və əsaslı təmir işləri görülməlidir. Vurulmuş ziyanın məbləği müqavilə əsasında layihə-smeta sənədləri hazırlanıb müvafiq qurumlar tərəfindən təsdiqləndikdən sonra söyləmək olar; həmin binanın 1 saylı mənzilinə dəymiş ziyanı hadisələrdən 3 il keçdikdən sonra müəyyən etmək mümkün deyil. 15 dekabr 2016-cı il tarixli rəyində 1 saylı mənzilə baxış keçirməyinə ev sahibinin izacə verməməsi barədə qeyd etmişdir; Bakı şəhəri, Xəzər rayonu, Ə.İsazadə küçəsində yerləşən 4 saylı binanın 11 saylı mənzilinə dəymiş ziyanı təmir işləri görməklə aradan qaldırmaq olar. Vurulmuş ziyanın məbləğini müqavilə əsasında layihə-smeta sənədləri hazırlanıb müvafiq qurumlar tərəfindən təsdiqləndikdən sonra söyləmək olar; həmin işlər nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Ə.İsazadə küçəsində yerləşən 4 saylı binanın 12 saylı mənzilinə dəymiş ziyan ev sahibi tərəfindən 2016-cı ildə aparılmış təmir nəticəsində aradan qaldırılmışdır; həmin işlər nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Ə.İsazadə küçəsində yerləşən 4 saylı binanın ümumi istifadədə olan sahələrinə vurulmuş ziyanın “həmin hadisələrlə” əlaqəsi olub-olmadığını söyləmək mümkün deyil. Çünki təmir işləri müəyyən zaman keçdikdən sonra təkrarən görülməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.04.2020-ci il tarixli 23104 saylı rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X9 Agentliyinin 01 noyabr 2019-cu il tarixli mütəxəssis rəyinə, eləcə də “Azkommunlayihə” KLİ-nin tərtib etdiyi smeta əsasında “Tikintidə Qiymətqoyma Mərkəzi” tərəfindən tərtib edilmiş artım əmsalları və müqavilə qiymətləri hesabatına əsasən, Bakı şəhəri, Xəzər rayonu, Ə.İsazadə küçəsində yerləşən 4 saylı binanın 7 saylı mənzilində görülmüş təmir-yenidənqurma işləri nəticəsində, həmin binanın 8 saylı mənzilinə vurulmuş ziyanın aradan qaldırılması üçün bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılmalı olduğu və həmin işlərin dəyərinin 20702,6 manat təşkil etdiyi; rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Xəzər rayonu, Ə.İsazadə küçəsində yerləşən 4 saylı binanın 1 saylı mənzilinə dəymiş ziyanın dəyəri 983,0 manat məbləğində; mütəxəssis rəyinə və artım əmsalları və müqavilə qiymətləri hesabatına əsasən, Ə.İsazadə küçəsində yerləşən 4 saylı binanın 7 saylı mənzilində görülmüş təmir işləri nəticəsində 11 saylı mənzilə vurulmuş ziyanın aradan qaldırılması üçün təmir işlərinin aparılmalı olduğu və həmin işlərin dəyərinin 19598,9 manat təşkil etdiyi; baxış zamanı 12 saylı mənzilin faktiki olaraq təmir olunduğu müəyyən edilmiş, buna görə də həmin mənzilə dəymiş ziyanın həcmini müəyyən etmək mümkün olmamışdır. Lakin mülki iş materiallarında olan, “xxxx Consulting Group” şirkəti tərəfindən verilmiş 02.02.2018-ci il tarixli rəyə əsasən 12 saylı mənzilə vurulmuş ziyanın məbləği 2221,0 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X9 Agentliyi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən, təmir işləri müəyyən zaman keçdikdən sonra təkrarən görülməli olduğu üçün, 4 saylı binanın ümumi istifadədə olan sahələrinə vurulmuş ziyanın “həmin hadisələrlə” əlaqəsi olub-olmadığını müəyyən etmək mümkün olmamış və buna görə də həmin sahələrə dəymiş ziyanın müəyyən olunması üzrə tədqiqat aparılmamışdır. Bakı Apelyasiya Məhkəməsinin 20.07.2020-ci il tarixli 2(103)-322/2020 saylı qərardadı ilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında Cavabdeh tərəfindən özünə məxsus Bakı şəhəri Xəzər rayonu Ə.İsazadə küçəsində yerləşən 4 saylı binanın 7 saylı mənzilində görülmüş təmir-yenidənqurma işləri nəticəsində həmin binanın 8 saylı və 11 saylı mənzilinə vurulmuş ziyanın aradan qaldırılması üçün hansı işlərin görülməli olması və vurulmuş ziyanın məbləğinin nə qədər olması və həmin işlər nəticəsində binanın ümumi istifadədə olan sahələrinə ziyan vurulub-vurulmaması, müsbət halda vurulmuş ziyanın aradan qaldırılması üçün hansı işlərin görülməli olması və ziyanın məbləğinin nə qədər olması ilə bağlı suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12.01.2021-ci il tarixli 10/2042 saylı rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X9 Agentliyinin 01 noyabr 2019-cu il tarixli mütəxəssis rəyinə, eləcə də “Azkommunlayihə” KLİ-nin tərtib etdiyi smeta əsasında “Tikintidə Qiymətqoyma Mərkəzi” tərəfindən tərtib edilmiş artım əmsalları və müqavilə qiymətləri hesabatına əsasən, Bakı şəhəri, Xəzər rayonu, Ə.İsazadə küçəsində yerləşən 4 saylı binanın 7 saylı mənzilində görülmüş təmir-yenidənqurma işləri nəticəsində, həmin binanın 8 saylı mənzilinə vurulmuş ziyanın aradan qaldırılması üçün bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılmalı olduğu və həmin işlərin dəyərinin 20702,6 manat təşkil etdiyi; rəyin tədqiat hissəsində göstərilənləri nəzərə alaraq, Xəzər rayonu, Ə.İsazadə küçəsində yerləşən 4 saylı binanın 1 saylı mənzilinə dəymiş ziyanın dəyəri 983,0 manat məbləğində müəyyən olunduğu; Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X9 Agentliyi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən, təmir işləri müəyyən zaman keçdikdən sonra təkrarən görülməli olduğu üçün, 4 saylı binanın ümumi istifadədə olan sahələrinə vurulmuş ziyanın “həmin hadisələrlə” əlaqəsi olub-olmadığını müəyyən etmək mümkün olmamış və buna görə də həmin sahələrə dəymiş ziyanın müəyyən olunması üzrə tədqiqat aparılmamışdır. Bakı Apelyasiya Məhkəməsinin 15.03.2021-ci il tarixli 2(103)-110/2021 saylı qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında Cavabdeh tərəfindən özünə məxsus Bakı şəhəri Xəzər rayonu Ə.İsazadə küçəsində yerləşən 4 saylı binanın 7 saylı mənzilində görülmüş təmir-yenidənqurma işləri nəticəsində Bakı şəhəri Xəzər rayonu Ə.İsazadə küçəsində yerləşən 4 saylı binanın 11 saylı mənzilinə vurulmuş ziyanın aradan qaldırılması üçün hansı işlərin görülməli olması və ziyanın məbləğinin nə qədər olması ilə bağlı sual qoyulmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.05.2021-ci il tarixli 10/1562 saylı rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X9 Agentliyinin 01 noyabr 2019-cu il tarixli mütəxəssis rəyinə, eləcə də “Azkommunlayihə” KLİ-nin tərtib etdiyi smeta əsasında “Tikintidə Qiymətqoyma Mərkəzi” tərəfindən tərtib edilmiş artım əmsalları və müqavilə qiymətləri hesabatına əsasən Bakı şəhəri, Xəzər rayonu, Ə.İsazadə küçəsində yerləşən 4 saylı binanın 7 saylı mənzilində görülmüş təmir-yenidənqurma işləri nəticəsində, həmin binanın 11 saylı mənzilinə vurulmuş ziyanın aradan qaldırılması üçün bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılmalı olduğu və həmin işlərin dəyərinin 19598,9 manat təşkil etdiyi müəyyən olunmuşdur. Məhkəmə kollegiyasının iclasında mütəxəssis qismində izahatı alınmış “xxxx LTD” MMC-nin direktoru X14 göstərdi ki, 2018-ci ilin əvvəlində əmlaklara yerində baxış keçirilmiş, 8 saylı mənzildə 11465 manat, 11 saylı mənzildə 4731 manat, 12 saylı mənzildə 2221 manat, 1 saylı mənzildə 423 manat və ümumi istifadədə olan sahədə 842 manat ziyan müəyyən edilmiş və təmir-bərpa xərcləri hesablanmışdır. Həmin rəy real vəziyyətə uyğun tərtib olunmuşdur, belə ki, vurulmuş zərərin dəyəri bilavasitə aşkar olunmuş qüsurlar əsasında müəyyən olunmuşdur. Hazırki dövrdə mənzillərdə aparılan orta təmirin dəyəri təxminən 200 manat, yaxşı təmirin dəyəri 250 manat, əla təmirin dəyəri 300 manat və daha yuxarı məbləğ təşkil edir. Göründüyü kimi, aparılmış ekspertiza tədqiqatları nəticəsində Bakı şəhəri Xəzər rayonu Ə.İsazadə küçəsi 4 saylı binanın 7 saylı mənzilində aparılmış təmir-tikinti işlərinin qonşu mənzillərdə yaranmış fəsadlarla (suvaq çatları, qopmalar, döşəmələrin çökməsi, qapıların açılıb-örtülməməsi və s.) əlaqəsi olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə Cavabdeh hərəkətləri nəticəsində iddiaçılardan B.Ə.Əliyevin, H.Ə.İskəndərovun, A.Q. Nəzərovanın və Ş.Y.Cəlilovanın əmlaklarına maddi ziyan vurulması öz təsdiqini tapdığından bu iddiaçıların cavabdehə qarşı maddi ziyan tələblərini əsaslı hesab etmişdir. Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. Vurulmuş ziyanın məbləği ilə bağlı isə iş üzrə bir çox rəylər alınmışdır. Birinci instansiya məhkəməsi “xxxx Consulting Group” MMC-nin 02.02.2018-ci il tarixli rəyi ilə müəyyən edilmiş məbləğləri əsas götürərək nəticəyə gəlmişdir. Kollegiya tərəfindən təyin edilmiş ekspertizalar nəticəsində verilmiş 15.04.2020-ci il tarixli 23104 saylı rəydə, həmçinin 16.05.2021-ci il tarixli 10/1562 saylı rəydə “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutunun qüsur aktına əsasən tərtib edilmiş smeta sənədləri rəhbər götürülmüşdür. Həmin smeta isə hər iki mənzil üzrə nəzərdə tutulmuş təmir-tikinti işlərinin 2020-ci ilin yanvar ayında mövcud olan cari qiymətlər səviyyəsində ehtimal olunan müqavilə dəyərinin 1991-ci il bazis smeta qiymətlərinə nisbətən artım əmsalının təyini cədvəlindən ibarətdir. Apelyasiya baxışı zamanı izahatı alınmış “xxxx LTD” MMC-nin mütəxəssisqiymətləndirici (direktoru) bildirmişdir ki, hazırki dövrdə mənzillərdə aparılan orta təmirin dəyəri təxminən 200 manat, yaxşı təmirin dəyəri 250 manat, əla təmirin dəyəri 300 manat və daha yuxarı məbləğ təşkil edir. Belə olan halda görünür ki, ümumi sahəsi 58.04 kv.m olan 8 saylı mənzil əsaslı şəkildə orta təmir edildiyi halda belə çəkilən xərc müəyyən edilmiş məbləğdən artıq olmur. Kollegiya işin müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, “xxxx Consulting Group” MMC-nin 02.02.2018-ci il tarixli rəyi ilə müəyyən edilmiş məbləğlər real və ağlabatan olduğundan, birinci instansiya məhkəməsi haqlı olaraq həmin rəyi əsas götürərək vurulmuş ziyan məbləğini müəyyən etmişdir. Kollegiya həmçinin hesab edir ki, məhkəmə haqlı olaraq, iddiaçıların keçirdikləri sarsıntıların xarakterini və ağırlığını nəzərə alıb, B.Ə.Əliyevin xeyrinə 1000 manat, H.Ə.İskəndərovun xeyrinə 100 manat, A.Q.Nəzərovanın xeyrinə 200 manat, Ş.Y.Cəlilovanın xeyrinə 150 manat mənəvi ziyan tutmuşdur. Apelyasiya şikayətlərinin dəlilləri əsassızdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi (dəyişdirilməsi) üçün əsas deyildir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Kollegiya hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatları nəticəsində hər hansı nəticə əldə olunmadığı (məsələyə aydınlıq gətirən rəy verilmədiyi) üçün aparılmış tədqiqatın dəyəri olaraq tələb olunan xərc ekspertiza qurumunun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçılar X22, X11, X12, X19 və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-371/2018 saylı iş üzrə 14 iyun 2018ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X9 Agentliyinin xeyrinə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 200 manat tutulsun. Aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 300 (100+100+100) manat xərc ekspertiza qurumunun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-110/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-110/2021
21.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver