Məhkəmə qərarları › İş №2(103)-11002/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11002/2021

03.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11002/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Məmmədovanın sədirliyi və məruzəsi ilə, Rafael Əmir oğlu Eyvazov və X3 ibarət tərkibdə, Bağırlı Mərziyyə Tofiq qızının katibliyi ilə, Cavabdeh X5 vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13.09.2021-ci il tarixli 2(001) 2767/2008 saylı qərardadından cavabdeh X5 verdiyi şikayətinə Bakı Apellyasiya Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.12.2008-ci il tarixli 2(001)2767/2008 saylı qətnaməsinə əsasən iddia ərizəsi təmin edilərək Bakı şəhəri Binəqədi rayonu 7-ci mik, 3\33 saylı evin 2 otaqlı 20 nömrəli mənzilinin X1 dair 01.12.2001-ci ildə Bakı şəhəri 3 saylı Dövlət Notariat Kontorunda bağlanmış 141617 saylı alqı-satqı müqaviləsi və onun əsasında X6 adma mübahisəli mənzilə dair verilmiş 03.04.2002-ci il tarixli OM seriyalı 109296 saylı qeydiyyat vəsiqəsi, habelə cavabdeh X5 adma verilmiş 52-8290 saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi və mübahisəli mənzilə X10 mülkiyyət hüququ tanınmaqla qeydiyyat vəsiqəsindən çıxarışın verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.12.2008-ci il tarixli 2(001)2767/2008 saylı qətnaməsindən cavabdeh X11 verdiyi, vəkili tərəfindən imzalanan apellyasiya şikayətini 13.08.2021-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13.09.2021-ci il tarixli 2(001)2767/2008 saylı qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.12.2008-ci il tarixli 2(001)2767/2008 saylı qətnaməsindən cavabdeh X5 verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13.09.2021-ci il tarixli 2(001)2767/2008 saylı qərardadından cavabdeh X11 şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışıdır ki, sözügedən mülki iş üzrə qəbul olunmuş məhkəmə qətnaməsinin surəti onun qeydiyyatda olduğu ünvana göndərilmişdir. Yalnız son günlər ona məlum olmuşdur ki, hazırki iş üzrə məhkəmə qətnaməsi qəbul edilmişdir. Ona görə də həmin qətnamənin surətini əldə edib, dərhal da hazırki apeilyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Ona görə də hesab edir ki, qətnamədən apeilyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxılmış olsa da, həmin müddətin buraxılması onun təqsiri üzündən olmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə Kollegiyasının iclasında cavabdehin vəkili Vəkil şikayəti müdafiə etmiş və bundan başqa bildirmişdir ki, cavabdehin qeyd olunan mülki işlə bağlı məlumatı olmamış, iş materiallarında onun məlumatı və razılığı olmadan onun tərəfindən vəkil iştirak etdiyi gödsətərilmişdir.Halbuki, onun tərəfindən nə hər hansı vəkillə müqavilə bağlanmamış, nə də heb kəsə etibarnamə verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin digər tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilməli və apellyasiya şikayətinin qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş materialları həmin məhkəməyə qaytarılmalıdır. Kollegiya qeyd edir ki, Bakı şəhəri Binqədi Rayon Məhkəməsinin 2(001)2767/21 saylı mülki işində (26 iş.v.) olan 16 saylı hüquq məsləhətxanası tərəfindən X2 verilmiş 003805 saylı vəkil orderi möhürlənməmiş və bundan başqa 1-ci instansiya məhkəməsinin 05 dekabr 2008-ci il tarixli qətnaməsində cavabdeh X5 nümayəndəsi və vəkili kimi X4 olduğu göstərilsədə iş materilarında onun cavabdeh X5 nümayəndəsi olmasını təsdiq edən etibarnamə iş materiallarına əlavə edilməmişdir.İş materiallarında eyni zamanda Bakı şəhəri Binqədi Rayon Məhkəməsinin 2(001)2767/21 saylı mülki iş üzrə 05 dekabr 2008-ci il tarixli qətnaməsinin cavabdeh X11 tərəfindən alınması barədə sübut mövcud deyildir. Odur ki, kollegiya yuxarıda qeyd olunanları və cavabdehin vəkilinin izahatını nəzərə alaraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməli və yuxarıda qeyd edilən göstərişlər nəzərə alınmaqla apellyasiya şikayətinin qəbul edilməsi məsələsinə yenidən baxılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13.09.2021-ci il tarixli 2(001) 2767/2008 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi və sair tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2767/2008 saylı, 13 sentyabr 2021-ci il tarixli qərardadından Cavabdeh apellyasiya şikayətinin qəbul edilib-edilməməsi məsələsinə yenidən baxılması üçün iş materialları Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Hakim: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar