Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11044/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(006)-933/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Nəsimi rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC tərəfindən tərtib edilən 011283 saylı aktın etibarsız hesab edilməsi və buna görə hesablanmış 6420 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, 28 avqust 2017-ci ildə cavabdeh ASC-nin işçiləri tərəfindən yaşadığı yasamal rayonu, 2-ci Xrebtova 74a ünvanında yerləşən mənzilin sayğacına onun iştirakı olmadan baxış keçirilərək 011283 saylı akt tərtib ediblər. Tərtib edilən 011283 saylı aktda sayğacın üzərindəki plombun yerində olduğu qeyd edilmişdir. Sonradan ona məlumat verdilər ki, çıxarılan sayğac yoxlamadan keçirilib və güya sayğaca müdaxilə olub. Sayğaca müdaxilə olunduğu üçün ona 6420 manat cərimə yazıblar. Daha sonra "xxxx" ASC-nin işçiləri enerji təchizatını dayandıraraq cərimə məbləğinin yarısını ödəməyə məcbur etdilər. O, da öz növbəsində işıqsız qalmamaq üçün cərimənin yarısını ödəyib məhkəməyə müraciət etdi. Onun tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Əgər sayğaca müdaxilə olunsa idi onun üzərindəki plomb qırılmış olardı. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(006)-933/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "aktın etibarsız hesab edilməsi və buna görə hesablanmış cərimənin silinməsi” barədə iddia ərizəsinin təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-933/2021 saylı iş üzrə 27.07.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə qətnaməsinin tamamilə əsassız və qanunsuz hesab edir. Belə ki, 28 avqust 2017-ci ildə cavabdeh "Azərişıq” ASC-nin işçiləri tərəfindən yaşadığı Yasamal rayonu, 2-ci Xrebtova 74a ünvanında yerləşən mənzilin sayğacına onun iştirakı olmadan baxış keçirilərək 011283 saylı akt tərtib ediblər. Tərtib edilən 01 1283 saylı aktda sayğacın üzərindəki plombun yerində olduğu qeyd edilmişdir. Sonradan ona çıxarılan sayğacın yoxlamadan keçirilib və guya sayğaca müdaxilə olunması ilə bağlı məlumat vermişlər. Sayğaca müdaxilə olunduğu üçün ona 6420 manat cərimə yazıblar. Daha sonra "xxxx" ASC-nin işçiləri enerji təchizatını dayandıraraq cərimə məbləğinin yarısını ödəməyə məcbur etmişlər. O da, öz növbəsində işıqsız qalmamaq üçün cərimənin yarısını ödəyib məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.Əlavə olaraq verilən suallara cavab olaraq bildirmişdir ki, silinməsini tələb etdiyi borc makaron sexi kimi fəaliyyət göstərən özbaşına tikili olan qeyri-yaşayş sahəsində istehlak edilmiş elektrik enerjisinə görə hesablanmış borcdur.Həmin borc rəhmətlik atasının sağlığında sexin işlədilməsinə görə hesablanmışdır.X2 2017-ci ilin noyabr ayında vəfat edənə kimi həmin makoron sexində sahibkarlıq fəaliyyətini həyata keçirmişdir və ********** saylı VÖEN üzrə vergi ödəyicisi olaraq vergi orqanında qeydiyyata alınmışdır.Atasının vəfatından sonra bir neçə ay həmin sex başqa şəxsə şifahi razılaşma ilə icarəyə verilmiş və sexdə un məmulatları hazırlanmışdır.Hazırda sex fəaliyyət göstərmir.Qeyd edilən sex hüquqi qeydiyyata alınmamış, onun yaşadığı evin birinci mərtəbəsində yerləşir və elektrik enerjisindən istehlakla bağlı yaşadığı ikinci mərtəbə üzrə ayrıca ödəniş edir.Sex atasının vəfatından sonra heç kimin, o cümlədən onun və digər qardaşının mülkiyyətinə keçməmişdir.Həmçinin, borcun silinməsini tələb etdiyi qeyri-yaşayış sahəsinin abunə kodunun öz adına dəyişdirilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət etməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 da izahatında bildirmişdir ki, iddiaçının silinməsini tələb etdiyi borc makaron sexi kimi fəaliyyət göstərən özbaşına tikili olan qeyri-yaşayş sahəsində istehlak edilmiş elektrik enerjisinə görə hesablanmış borcdur.İddiaçı qeyri-yaşayış sahəsinin abunə kodunun öz adına dəyişdirilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət etməmişdir.Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, müəyyən olunmuşdur ki, iddiaçının silinməsini tələb etdiyi borc makaron sexi kimi fəaliyyət göstərən özbaşına tikili olan qeyri-yaşayş sahəsində istehlak edilmiş elektrik enerjisinə görə hesablanmış borcdur.Həmin borc iddiaçının mərhum atasının sağlığında sexin işlədilməsinə görə hesablanmışdır.İddiaçının X2 2017-ci ilin noyabr ayında vəfat edənə kimi həmin makoron sexində sahibkarlıq fəaliyyətini həyata keçirmişdir və ********** saylı VÖEN üzrə vergi ödəyicisi olaraq vergi orqanında qeydiyyata alınmışdır.Atasının vəfatından sonra bir neçə ay həmin sex başqa şəxsə şifahi razılaşma ilə icarəyə verilmiş və sexdə un məmulatları hazırlanmışdır.Hazırda sex fəaliyyət göstərmir.Qeyd edilən sex hüquqi qeydiyyata alınmamış, onun yaşadığı evin birinci mərtəbəsində yerləşir və elektrik enerjisindən istehlakla bağlı yaşadığı ikinci mərtəbə üzrə ayrıca ödəniş edir.Sex atasının vəfatından sonra heç kimin, o cümlədən onun və digər qardaşının mülkiyyətinə keçməmişdir.Həmçinin, borcun silinməsini tələb etdiyi qeyri-yaşayış sahəsinin abunə kodunun öz adına dəyişdirilməsi ilə bağlı "xxxx" ASCyə müraciət etməmişdir. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki, iddiaçın qeyri-yaşayış sahəsinə hər hansı hüququ olmadan, onun yaşadığı evin birinci mərtəbəsində yerləşən və elektrik enerjisindən istehlakla bağlı yaşadığı ikinci mərtəbə üzrə ayrıca kod üzrə ödəniş etdiyi halda, borcun silinməsini tələb etdiyi qeyri-yaşayış sahəsinin abunə kodunun öz adına dəyişdirilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət etmədən iddiaçının mərhum atasının sağlığında qeyri-yaşayış sahəsinin makoron sexi kimi işlədilməsinə görə hesablanmış borcun silinməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir: Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə diişmür.Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(006)-933/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-11044/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11044/2021
08.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver