Məhkəmə qərarları › İş №2(103)-11059/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11059/2021

25.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11059/2021 25.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 (o, həmdə X3 nümayəndəsidir), X2, və onların vəkilləri (nümayəndələri) Vəkil2 iştirakları ilə İddiaçı Yasamal rayon icra və probasiya şöbəsinə qarşı “icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi, icra sənədinin geriyə icra olunması və icra məmurunun üzərinə qeyri-yaşayış sahələrinin təhvil verilməsi vəzifəsinin qoyulması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsindən X7 və X10 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Həsənov X8 rayon icra və probasiya şöbəsinə qarşı (X2, X3, X4 və "xxxx" MTK-nın üçüncü şəxslər qismində göstərildiyi) iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi, icra sənədinin geriyə icra olunması və icra məmurunun üzərinə qeyri-yaşayış sahələrinin təhvil verilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin 06 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin olunması, ünvan 1 ünvanında yerləşən binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən 140,5 m2 və ikinci blokun 1-ci mərtəbəsində yerləşən 164,5 m2 qeyri-yaşayış sahələrinin X3 və X2 nümayəndəsi X6 təhvil verilməsində ifadə olunan hərəkətin qanunsuz hesab edilməsi, Yasamal Rayon icra və probasiya şöbəsinin üzərinə ünvan 2 ünvanında yerləşən binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən sahəsi 140,5 m2 və ikinci blokun 1-ci mərtəbəsində yerləşən sahəsi 164,5 m2 olan qeyri-yaşayış sahələrinin boşaldılaraq İddiaçı təhvil verilməsi vəzifəsinin qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. X1 və X10 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilərək onun ləğv olunması xahiş edilmiş, eyni məzmunda olan şikayətlər məhkəmənin işin hallarına düzgün qiymət vermədiyi, mübahisəsi gedən qeyri-yaşayış sahələrinin qanuni qüvvədə olan qətnamənin icrası qaydasında onlara təhvil verilmiş olduğunu nəzərə almadığı, iddiaçının bənzər məzmunlu iddia tələbinin qanuni qüvvədə olan məhkəmə aktı ilə rədd edilmiş olmasına əhəmiyyət vermədiyi arqumentləri ilə əsaslandırılmışdır. Mülki iş 25.10.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş və apellyasiya şikayətləri mümkün hesab edilmiş, bununla belə sonradan müəyyən olunmuşdur ki, sözügedən qətnamədən Fidan Rüstəmova və Cəfərsadıq Rüstəmzadə tərəfindən əvvəllər verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab olunması barədə Bakı Apellyasiya Məhkəməsinin 09.09.2021-ci il tarixli qərardadından (sədrlik edən hakim Fuad Babayev) Fidan Rüstəmova tərəfindən kassasiya şikayəti verilmiş, lakin mülki işin birinci instansiya məhkəməsində olması səbəbindən həmin şikayət üzrə hər hansı prosessual hərəkət həyata keçirilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, mülki iş müvafiq apellyasiya şikayətləri əsasında başlanmış apellyasiya baxışından çıxarılmalı və Bakı Apellyasiya Məhkəməsinin 09.09.2021-ci il tarixli qərardadından Fidan Rüstəmova tərəfindən verilən kassasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün məhkəmənin dəftərxanasına təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Mülki iş apellyasiya baxışından çıxarılsın və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8486/2021 saylı 09.09.2021-ci il tarixli qərardadından Fidan Rüstəmova tərəfindən verilən kassasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün məhkəmənin dəftərxanasına təhvil verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Elnur Həsənov Hakimlər: Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar