Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11087/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Cavabdeh3 və Cavabdeh2 Zülfüqar oğluna (Nəsimi rayon İcra və probasiya şöbəsi və Cavabdeh4 MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “əmlakın qanunsuz həbsdən azad edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli 2(004)-2971/2021 saylı qərardadından iddiaçının şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Cavabdeh3 və Cavabdeh2 Zülfüqar oğluna qarşı “əmlakın qanunsuz həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2971/2021 saylı 20.04.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6530/2021 saylı 23.06.2021-ci il tarixli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-2971/2021 saylı 20.04.2021-ci il tarixli qərardadı ləğv edilərək, iddia ərizəsinin icraata qəbul etməkdən imtinanın əsaslarının yenidən yoxlanılması üçün iş materialları Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-2971/2021 saylı 08.07.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Cavabdeh3 və Cavabdeh2 Zülfüqar oğluna qarşı “əmlakın qanunsuz həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8702/2021 saylı 19.08.2021-ci il tarixli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-2971/2021 saylı 08.07.2021-ci il tarixli qərardadı ləğv edilərək, iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin tərəflərin iştirakı ilə yoxlanılması üçün mülki iş Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli 2(004)- 2971/2021 saylı qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edilmiş, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı rəsmi qaydada verilməklə, iddiaçıya cinayət mühakimə icraatı qaydalarına uyğun olaraq məhkəmə aktından müvafiq məhkəmələrə müraciət etmək hüququ izah olunmuşdur. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin 08.10.2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər (nümayəndə) məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsi icraata qəbul edilməsi məqsədi ilə iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 07.10.2020-ci il tarixli 2(004)- 2335/2020 saylı qərardadından görünür ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Cavabdeh3 və Cavabdeh2 Zülfüqar oğluna qarşı “əmlakın qanunsuz həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8602/2020 saylı 25.11.2020-ci il tarixli qərardadı ilə (sədrlik edən Ziya Şirinov) İddiaçı şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 07.10.2020-ci il tarixli 2(004)-2335/2020 saylı qərardadı dəyişdirilmədən saxlanmışdır. Bakı Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 25 noyabr 2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “Kollegiya aşağıdakılara əsasən hesab edir ki, hazırkı məqamda irəli sürülmüş iddiaya mülki mühakimə icraatında baxıla bilməz. Ona görə ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin üzərinə həbsin qoyulması, habelə həmin əmlakın xüsusi müsadirə kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması yuxarıda qeyd olunan və cinayət prosesində qəbul olunmuş məhkəmə aktları əsasında həyata keçirilmişdir. Belə olan halda, həmin aktlar İddiaçı mənafeyini pozduğu halda, onun hökmdən maraqlarına toxunan və cinayət prosesində iştiraka cəlb olunmayan şəxs kimi cinayət mühakimə icraatı qaydalarına uyğun Ali Məhkəmənin sədrinə müraciət etmək hüququ vardır... Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki halda iddiaçının eyni predmet barəsində və eyni əsaslar üzrə işlə bağlı Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 25 noyabr 2020-ci il tarixli qərardadı var. İddiaçı iddia ərizəsinin mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından qəbul edilməsindən imtina edilməlidir. Göründüyü kimi, mübahisəli hal cinayət mühakimə icraatı qaydasında məhkəmənin hökmü ilə müsadirə edilmiş əmlakın həbsdən azad edilib iddiaçıya qaytarılması məsələsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olub-olmaması ilə bağlıdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 01.11.2021-ci il tarixli qərardadından görünür ki, Bakı Apelyasiya Məhkəməsi Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142, 383 və 408.3-cü maddələri, eləcə də Azərbaycan Respublikasının Mülki Prosessual Məsəlləsinin 82.4-cü maddəsi kontekstində şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etmiş və müraciət icraata qəbul edilmişdir. Belə olan halda Kollegiya hesab edir ki, məhkəmənin qərardadı ləğv edilməli, qeyd olunanlar nəzərə alınaraq iddia ərizəsi icraata qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalı və qanunvericiliyin tələbinə əsasən həmin iş üzrə icraat Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq qərarı qəbul edilənədək dayandırılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli 2(004)-2971/2021 saylı qərardadı ləğv edilsin və İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Cavabdeh3 və Cavabdeh2 Zülfüqar oğluna (Nəsimi rayon İcra və probasiya şöbəsi və Cavabdeh4 MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsinin icraata qəbul edilməsi üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-11087/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11087/2021
15.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver