Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11113/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, e-2(011)- 6214/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinı dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən subroqasiya qaydasında iddiaçının xeyrinə 763,70 manatın və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 06.04.2017-ci il tarixində ünvan 1 ünvanında yerləşən X3 məxsus mənzil, "xxxx" ASC tərəfindən “Əmlak sığortası” növü üzrə sığortalanmışdır. 31.10.2017-ci il tarixində qeyd olunan mənzilə ünvan 2 ünvanında yerləşən Cavabdeh məxsus mənzildən su axması nəticəsində zərər dəymişdir. Qiymətləndirmə mərkəzi tərəfindən tərtib oluntmş qiymətbəndirmə aktına əsasən dəymiş zərər məbləği 1091 manat məbləğində müəyyən edilmişdir. ‘PAŞA Sığorta” ASC-nin 15.05.2018-ci il tarixli sığorta aktına əsasən 70% sığotralanma nəzərə alınmaqla 763,70 manat məbləğində sığorta ödənişinin həyata keçirilməsi qərara ahmtış və zərərçəkmiş şəxsin şəxsi hesabma köçürülmə həyata keçirilmişdir. Bakı şəhəri 51 saylı Nəsimi rayon Mənzil İstismar sahəsi tərəfindən verilmiş 10.03.2018-ci il tarixli aktdan görünür ki, Cavabdeh məxsus mənzildən su sızması nəticəsində ünvan 1 ünvanında yerləşən X3 məxsus mənzilə zərər dəymişdir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən ödənilmiş 763,70 manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında Cavabdeh tutulmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, e-2(011)- 6214/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 763,70 (yeddi yüz altmış üç manat 70 qəpik) manat məbləğində verilmiş sığorta ödənişi və 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6214/2021 saylı iş üzrə 31.08.2021-ci il tarixli qətnaməsinin ləğv olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31.08.2021-ci il tarixli qətnaməsi ləğv olunmalıdır. Qeyd edir ki, iddiaçı tərəf mənzili sığortalayarkən mənzilin vəziyyəti haqqında heç bir sənəd təqdim etməmişdir. Sığortadan əvvəl 5-ci mərtəbədən susızma nəticəsində aşağıdakı bütün mənzillər qismən zərər çəkmişdir. Mənzil təmirsiz vəziyyətdə olmuşdur. Zərəri sübut edəcək foto şəkillər iddia ərizəsinə əlavə edilməmişdir. Dəyən ziyanın qiymətləndirilməsi onun iştirakı olmadan keçirilmişdir. Baxmayaraq ki, dəfələrlə onlarla əlaqə saxlamış. Qiymətləndirilmə həddən artıq şişirdilmiş, qiymətləndirilmədə göstərilən 10 kisə astar 2 otaqlı mənzilin tam təmirinə bəs edir. Əgər mənzil tam yararsız vəziyyətə düşübsə aşağıdakı mənzil də zərər çəkməli idi. Hal-hazırda iddiaçı tərəf zərəri sübut edə bilmir çünki mənzil təmir olunmuşdur. Məhkəmə mübahisəsi olan mənzili təmir etdirmək nə dərəcədə məntiqlidir. Eyni zamanda bildirir ki, eksperttiza barədə vəsatəti təmin edilməmiş, qeyd olunan vəsatət apellyasiya şikayətinə əlavə olunur. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd edilənlərə əsasən mənzilə dəyən zərərin hesablanması düzgün keçirilmədiyindən mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası da təyin edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmədə tədqiq edilmiş sənədlərə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, X3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 60, 34 saylı mənzil 06.04.2017-ci il tarixdən 06.04.2020-ci il tarixədək "xxxx" ASC-də əmlak sığortası üzrə sığortalanmışdır. İş materiallarında olan Bakı şəhəri 51 saylı Nəsimi rayon MKİS-nin 10.03.2018-ci il tarixli aktının surətindən görünür ki, 31.10.2017-ci il tarixində Cavabdeh məxsus Bakı şəhəri, Nəsini rayonu, Cavadxan küçəsi, ev 60, 37 saylı mənzildən su sızması nəticəsində X3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 60, 34 saylı mənzilə zərər dəymişdir. İş materiallarında olan “X7” MMC tərəfindən tərtib olunmuş 09.04.2018-ci il tarixli qiymətləndirilmə aktının surətindən görünür ki, su sızması nəticəsində, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 60, 34 saylı mənzilin təmiri üçün dəymiş ziyanın ümumi məbləği 1091 manat müəyyən edilmişdir. İş materiallarında olan 15.05.2018-ci il tarixli sığorta aktının və plastik kartın təhviltəslim aktının surətindən görünür ki, "xxxx" ASC tərəfindən dəymiş ziyana görə 763,70 manat məbləğində sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmış və zərərçəkən şəxsə plastik kart verilmişdir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.5. su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə, həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1 -ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi flə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarnı pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə də, məhkəmə kollegiyası sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iclasında araşdırılmış sübutlarla 06.04.2017-ci il tarixində "xxxx" ASC tərəfindən “Əmlak sığortası” növü üzrə sığortalanmış, X3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 60, 34 saylı mənzilə 31.10.2017-ci il ünvan 3 ünvanında yerləşən Cavabdeh məxsus mənzildən su axması nəticəsində maddi ziyan vurulması, iddiaçı tərəfindən zərərçəkənə 763,70 manat sığorta ödənişinin həyata keçirilməsi, bununla da, zərərin əvəzini ödəmək tələbi hüququ ödənilmiş sığorta ödənişi məbləğində iddiaçıya keçməsi müəyyən edilmişdir. Bu səbəbdən də, iddianın təmin edilərək 763,70 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, bu dəlillər formal mülahizələrə əsaslanmışdır. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin, iddia məbləği 5000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən (402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, e-2(011)-6214/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-11113/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11113/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver