Məhkəmə qərarları › İş №2(103)-11129/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11129/2021

15.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11129/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi ilə, İddiaçı Bakı şəhəri Nəsimi Bələdiyyəsinin Cavabdeh MMC-yə qarşı “bələdiyyənin ərazisində mehmanxana, sanatoriya və turizm xidməti göstərən şəxslərdən alınan ödənişin hesabatının təqdim və ödənişin tələb edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2370/2021 saylı 05.10 2021-ci il tarixli qərardadından Bakı şəhəri Nəsimi Bələdiyyəsinin şikayətinə Bakı Apellyasiya məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2370/2021 saylı 05.10 2021-ci il tarixli qərardadı ilə iddiaçı Bakı şəhəri Nəsimi Bələdiyyəsinin Cavabdeh MMC-yə qarşı “bələdiyyənin ərazisində mehmanxana, sanatoriya və turizm xidməti göstərən şəxslərdən alınan ödənişin hesabatının təqdim və ödənişin tələb edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərərdaddan Bakı şəhəri Nəsimi Bələdiyyəsi şikayət verərək onun ləğv edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, , mülki-prosessual qanunvericiliyin tələbinə əsasən birinci məhkəmə baxışında tərəflər gəlmədikdə məhkəmə baxışı təxirə salınır. Həmçinin məhkəmə baxışı barədə bildiriş bələdiyyəyə daxil olmamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2370/2021 saylı 15.10 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Bələdiyyəsinin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2370/2021 saylı 05.10 2021-ci il tarixli qərardadının ləğvi ilə əlaqədar verdiyi şikayət ərizəsi əsassız olduğundan təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi şikayətin təmin olunmasının hüquqi əsası kimi aşağıdakı prosessual normalara əsaslanmışdır: 185.1. İşdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.2. İşdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. 185.3. Əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Bakı şəhəri Nəsimi Bələdiyyəsinə məhkəmənin vaxtı və yeri barədə bildiriş çatdırılmış və iddiaçı məhkəməyə heç bir məlumat vermədən məhkəmə iclasına gəlmədiyinə görə məhkəmə haqlı olaraq ərizəni baxılmamış saxlamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Bununla belə məhkəmə kollegiyası prosessual qənaət prinsipindən çıxış edərək hesab edir ki, Bakı şəhəri Nəsimi Bələdiyyəsinin müraciətindən sonra iddiaçının məhkəmə iclasına gəlməməsinin səbəblərinin üzürlü olub olmamasını araşdırmalı və Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 185-ci maddəsində ifadəsini tapan müddəaların tətbiqi məsələsini yoxlayın həmin prizmadan şikayəti dəyərləndirməlidir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2370/2021 saylı 05.10 2021-ci il tarixli qərardadı ləğv edilməli və iş şikayətə yenidən baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 185, 260.5, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRA RA ALİR: Bakı şəhəri Nəsimi Bələdiyyəsinin şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2370/2021 saylı 05.10 2021-ci il tarixli qərardadı ləğv edilsin və iş şikayətə yenidən baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərərdad dərhal qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar