Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1116/2023 09.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-342/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-342/2022 saylı, 21 iyul 2022-ci il tarixli qətnaməsinə əsasən, iddia ərizəsi qismən təmin edilərək Cavabdehndən maddi ziyana görə 69072 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 69102 manatın İddiaçı2 və İddiaçı1 xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6889/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qərardadına əsasən, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilərək mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-342/2022 saylı, 11 noyabr 2022-ci il tarixli qərardadına əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-342/2022 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-342/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qərardadına əsasən, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətinin təmin edilməməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)- 342/2022 saylı qətnaməsindən Cavabdeh MMC-nin verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi şikayətin təmin edilməməsi barədə qərardadında qənaətini bununla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-342/2022 saylı qətnaməsi cavabdehin vəkili və nümayəndəsi X.Q. Babayevanın elektron kabinetinə xx.xx.2022-ci il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-6889/2022 saylı qərardadı isə xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş, yalnız xx.xx.2022-ci il tarixdə cavabdehin vəkili və nümayəndəsi Vəkil2 elektron kabinet vasitəsi ilə müddətin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət edərək mülki iş üzrə mövcud olmayan xx.xx.2022-ci il tarixli 2(001)-342/2022 saylı qətnamə üzrə buraxdığı müddətin bərpa edilməsini xahiş etmiş, iş izrə qəbul olunan və apellyasiya şikayətində ləğv edilməsi xahiş olunan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-342/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verməsi üçün buraxılmış müddətin bərpa edilməsinə əsas ola biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Belə sübut Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-342/2022 saylı qərardadından verilən şikayətə də əlavə edilməmişdir. Ona görə də məhkəmə şikayəti əsassız hesab edib təmin etmir. Cavabdeh MMC-nin verdiyi şikayətdə həmin qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılması səbəbini üzrlü hesab edərək bərpa edilməsini xahiş edilmişdir. Şikayət prosessual müddətin bərpasına dair ərizə ilə eyni məzmunda əsaslandırılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-342/2022 saylı, 12 dekabr 2022-ci il tarixli qərardadına əsasən şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənine 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər qərardadın ləğv edilməsi üçün əsasdır. Belə ki, iş materiallarındakı Məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan (səh: 80) görünür ki, 21 iyul 2022-ci il tarixli qətnamənin elektron imza ilə təsdiq edilməklə Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məxsus şəxsi elektron kabinetdə nə vaxt yerləşdirilməsi məlum deyildir. Yəni, çıxarış xx.xx.2022-ci il tarixdə, saat 12:31-də imzalanıb və bu sənəddə öz əksini tapmalı olan məhkəmə aktının proses iştirakçısının elektron kabinetinə yerləşdirilmə tarixi və vaxtı barədə olan məlumat hissəsi isə boşdur. Halbuki, sözügedən qətnamə Cavabdeh MMC-yə poçt rabitəsi vasitəsilə göndərilmiş və qətnamənin əldə edilməsi barədə məhkəməyə gələn xəbərnamədən (səh: 78) görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-342/2022 saylı, 21 iyul 2022-ci il tarixli qətnaməsi cavabdeh tərəfindən 15 avqust 2022-ci il tarixdə əldə edilmişdir. Bununla da, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 15 sentyabr 2022-ci il tarixdə elektron kabinet vasitəsilə apellyasiya şikayəti verməklə Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələbinə əməl etmiş, yəni apellyasiya şikayətini məhkəmə qətnaməsinin rəsmi qaydada verildiyi gündən 1 ay müddətində məhkəməyə təqdim etmişdir. Bununla yanaşı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi 2(001)-342/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qərardadında cavabdehin vəkili və nümayəndəsi X.Q. Babayevanın elektron kabinetinə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-6889/2022 saylı qərardadının xx.xx.2022-ci il tarixdə yerləşdirilməsi göstərilsə də buna dair işdə hər hansı bir sübut mövcud deyil. Əksinə Cavabdeh MMC-yə poçt rabitəsi vasitəsilə göndərilmiş və qərardadın əldə edilməsi barədə məhkəməyə gələn xəbərnamədən (səh: 96) görünür ki, qeyd olunan qərardad cavabdeh tərəfindən 13 oktyab 2022-ci il tarixdə əldə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi 2(001)-342/2022 saylı, 11 noyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmış, xx.xx.2022-ci il tarixdə isə cavabdehin vəkili və nümayəndəsi Vəkil2 elektron kabinet vasitəsi ilə müddətin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmiş, eyni zamanda yeni apellyasiya şikayəti vermişdir. Düzdür, vəsatətdə qətnamənin tarixi xx.xx.2022-ci il kimi qeyd olunmuş, ancaq bu hal müddətin bərpasının rədd edilməsi üçün əsas ola bilməzdi. Çünki, işdə yalnız bir qətnamə var və işin nömrəsi də düzgün qeyd olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə əsas ola biləcək sübut kimi ilk dəfə qətnamədən apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verilməsi nəzərə alına bilər. Lakin birinci instansiya məhkəməsi bu halları nəzərə almamışdır. Buna görə də, məhkəmə MPM-in 361.1.3-cü maddəsinə əsasən, yəni apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyinə görə apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmamışdır. Mülki Prosessual Məcəllənin 398.0 və 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, Cavabdeh MMC-nin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-342/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qərardadı ləğv edilməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-342/2022 saylı, 21 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən apellyasiya şikayəti verilməsi üçün müddət bərpa edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh MMC-nin şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-342/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-342/2022 saylı, 21 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC-nin apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1116/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1116/2023
09.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver