Məhkəmə qərarları › İş №2(103)-11166/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11166/2021

29.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11166/2021 29.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, cavabdeh Azərbaycan Beynəlxalq X10 Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Beynəlxalq X10 Cəmiyyətinə, Cavabdeh1 qarşı “pul” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3248/2020 saylı işi üzrə 31 avqust 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Azərbaycan Beynəlxalq X10 Cəmiyyəti və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, 2020-ci ilin iyun ayından etibarən 06 may 2036-cı il tarixədək Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 6, mənzil 13 görə "xxxx" Bankı ASC-yə hər ay ödəniləcək 731,90 qəpik aylıq kredit məbləğinin ½ hissəsi olan 365,95 İddiaçı, 1/2 hissəsi olan 365,95 Cavabdeh1 aid olması barədə və və İddiaçı ilə Cavabdeh1 arasında nikahın məhkəmə qaydasında pozulduğu 22 yanvar 2018-ci il tarixdən etibarən 2020-ci ilin may ayınadək İddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 06, mənzil 13-ə görə "xxxx" ASC-yə hər ay 731,90 manat olmaqla cəmi ödənilmiş 20493, 02 manat ½ hissəsi olan 10246,06 Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki, Zaqatala rayon məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli 2(033)- 904/2018 saylı qətnaməsi ilə iddiaçı X3 iddiası təmin edilmiş, tərəflərin birgə nikah olan müddətdə əldə etdikləri və hazırda cavabdeh İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri Həsənbəy Zərdabi küçəsində yerləşən 0.025 ha torpaq sahəsinin və Bakı şəhəri Yasamal rayonu Qırmızı Şərq küçəsi ev 16 ynvanında yerləşən 13 saylı mənzilin tərəflərin ümumi birgə mülkiyyəti hesab edilməklə, həmin torpaq sahəsinin və mənzilin 1/2 hissəsinin üzərində iddiaçı X3 payı müəyyən edilmişdi; 18.03.2020-ci il tarixli İddiaçı pretenziya məktubuna əsasən, 2020-ci ilin aprel ayından etibarən hər ay kredit üzrə ödənilən əsas və faizlər üzrə ödəniş olan 731.90 manatın ½ hissəsini X9 qızından tələb edilməsi xahiş edilmişdir; 18.03.2020-ci il tarixli İddiaçı pretenziya məktubuna əsasən, nikah münasibətlərinə faktiki xitam verildiyi tarixdən etibarən tərəfindən ödənilmiş birc olan 20493,20 manatın ½ hissəsini 15 gün müddətinə ona ödənilməsini, həmçinin 2020-ci ilin aprel ayından etibarən hər ay kredit üzrə ödənilən əsas və faizlər üzrə ödəniş olan 731.90 manatın ½ hissəsini Azərbaycan Beynəlxalq Bankı ASC-yə ödənlməsini xahiş etmişdir; Bakı şəhəri 41 saylı Notariat Kontorunda bağlanılmış 10 may 2016- cı il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı X4 ümumi sahəsi 76.2 kv.m olan yaşayış sahəsi 52.5 kv.m olan, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzili alıcı-ipoteka qoyanın mülkiyyətinə verir. Mənzilin satış qiyməti 118000 manat təşkil edir. İpoteka saxlayan Azərbaycan Beynəlxalq Bankı ASC, alıcı İddiaçıdur; Azərbaycan Beynəlxalq Bankı ASC-nin Müştəri Xidməti Departamentinin 06.05.2016-cı il tarixli 1-06-05-2016- PRM56 nömrəli Kredit Müqaviləsinə 1 №-li Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli borc alan İddiaçı 06.06.2016-ci il tarixdən 06.05.2019-cu il tarixədək hər ay 731.90 manat məbləğində kredit ödəməlidir (səh 9.18, 23, 25, 39, 67) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3248/2020 saylı işi üzrə 31 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, 2020-ci ilin iyun ayından etibarən 06 may 2036-cı il tarixədək Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 6, mənzil 13 görə "xxxx" Bankı ASC-yə hər ay ödəniləcək 731.90 aylıq kredit məbləğinin 1/2 hissəsi olan 365.95 İddiaçı, 1/2 hissəsi olan 365.95 Cavabdeh1 aid olması barədə və İddiaçı, 1/2 hissəsi olan 365.95 Cavabdeh1 aid olunması, İddiaçı ilə Cavabdeh1 arasında nikahın məhkəmə qaydasında pozulduğu 22 yanvar 2018-ci il tarixdən etibarən 2020-ci ilin may ayınadək İddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 06, mənzil 13-ə görə "xxxx" ASC-yə hər ay 731.90 olmaqla cəmi ödənilmiş 20493.02 1/2 hissəsi olan 10246.06 Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, e- 2(006)-3248/2020 iş nömrəli qətnaməsinin ləğv edilməsi və ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Beynəlxalq X10 Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 31.08.2020-ci il tarixli, 2(006)-3248/2020 saylı qətnaməsi qismən - İddiaçı Cavabdeh1Mehdi qızına və “Azərbaycan Beynəlxaiq Bankı" ASC-yə qarşı “2020-ci ilin iyun ayından etibarən 06 may 2036-cı il tarixədək Bakı şəhəri,Yasamal rayonu,Qırmızı Şərq küçəsi,ev 6,mənzil 13 saylı yaşayış sahəsinə görə “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə hər ay ödəniləcək 731 manat 90 qəpik aylıq kredit məbləğinin 1/2 hissəsi olan 366 manat 95 qəpik İddiaçı 1/2 hissəsi olan 365 manat 95 qəpik Cavabdeh1 aid olunsun" hissəsində ləğv edilməsi və iddia ərizəsinin həmin hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1710/2021 saylı işi üzrə 01.02.2021-ci il tarixli qətnaməsi ilə, cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin və Cavabdeh1 ayrıayrılıqda verdikləri apellyasiya şikayətlərinin təmin edilməməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3248/2020 saylı, 31 avqust 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdehlər tərəfindən kassasiya şikayəti verilmiş və Ali Məhkəmənin Mülki Kolleqiyasının 2(102)-3604/2021 saylı işi üzrə 23.08.2021-ci il tarixli qərarı ilə, Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 fevral 2021-ci il tarixli, 2(103)-1710/2021 nömrəli qətnaməsinin qismən, yəni iddianın “2020-ci ilin iyun ayından etibarən 06 may 2036-cı il tarixədək Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 6, mənzil 13 görə "xxxx" ASC-yə hər ay ödəniləcək 731,90 manat aylıq kredit məbləğinin 1/2 hissəsi olan 365,95 manatın İddiaçı, 1/2 hissəsi olan 365,95 manatın Cavabdeh1 aid olması” hissəsində ləğv və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 fevral 2021-ci il tarixli, 2(103)-1710/2021 nömrəli qətnaməsi Cavabdeh1 tərəfindən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərarda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5, 425.1, 522.1, 522.2, 522.3, 522.5; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 217.3, 416, 418.1ci maddələrinə istinadən qeyd edilmişdir ki, Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. İlk olaraq cavabdeh Əliyev Fatma Mehdi qızının kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilərkən məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir və onlarla bağlı apellyasiya instansiyası məhkəməsinin dəyərləndirilməsi ilə tam razılaşır. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" ASC-nin şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən (həmin cavabdehin mübahisələndirdiyi hissədə) ləğvi üçün əsasdır. Belə ki, birinci instansiya məhkəməsi “2020-ci ilin iyun ayından etibarən 06 may 2036-cı il tarixədək Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 6, mənzil 13 görə "xxxx" ASC-yə hər ay ödəniləcək 731,90 manat aylıq kredit məbləğinin 1/2 hissəsi olan 365,95 manatın İddiaçı, 1/2 hissəsi olan 365,95 manatın Cavabdeh1 aid olmasını” qət etmiş, lakin qətnamədən bu ifadə ilə nəyin nəzərdə tutulması aydın deyildir. Borcun “aid edilməsi” həmin borcun iddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda kredit verən banka ödənilməsi və ya borcun tam həcmdə kredit alan şəxs olaraq iddiaçı tərəfindən banka ödənilməklə, Cavabdeh1 payına düşən hissəsinin isə aylıq olmaqla sonuncu tərəfindən iddiaçıya ödənilməsi kimi başa düşülə bilər. Cavabdeh bank birinci instansiya məhkəməsinin qətnaməsini məhz birinci kontekstdən qəbul etmiş və apellyasiya şikayətinin dəlillərini buna uyğun olaraq əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi də məhz birinci mövqedən irəli gələrək cavabdehlərin kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, cavabdeh "xxxx" ASC apellyasiya şikayətində kredit müqaviləsini iddiaçı ilə bağlanıldığını və borclunun əvəz edilməsini kreditorun razılığının olmamasını, eyni zamanda bunun texniki cəhətdən qeyri-mümkün olmasını, o cümlədən Cavabdeh1 ilə yeni kredit müqaviləsinin bağlanmasının mümkün olmamasını bildirsə də, apellyasiya instansiyası məhkəməsi iddianı Mülki Məcəllənin 522-ci maddəsinin dispoziyasının nöqtəyi nəzərdən qiymətləndirməmişdir. Halbuki, həmin maddəyə görə öhdəlik üçüncü şəxsə yalnız kreditorun icazəsi ilə və kreditor ilə yeni müqavilə bağlamaqla verilə bilər. Apellyasiya instansiyası məhkəməsi cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən Zaqatala Rayon Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli qətnaməsinə istinad etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, həmin qətnamə ilə tərəflərin mübahisəli əmlaka bərabər payları müəyyən edilməklə, Cavabdeh1 ipoteka predmetinin ona düşən payına münasibətdə faktiki olaraq ipoteka qoyan statusuna gətirilsə də, iddiaçı və bank arasında olan kredit münasibətlərinə hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun olmadığından ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Beynəlxalq X10 Cəmiyyətinin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, cavabdehin müqavilə tərəfi olmadığını, cavabdehi müqavilə bağlamağa məcbur edə bilməyəcəklərini, cavabdehin şikayətindən də onun üzərinə hər hansı öhdəiliyin qoyulmasını istəmədiyinin və bununla onun müqavilə bağlamağa razı olmadığının aydın olduğunu, cavabdeh müqavilə tərəfi olmadığından bankın onu rəsmi reyestrə necə daxil edəcəyinin sual altında olduğunu, tərəflərdən birinin öhdəliyi icra etmədiyi halda ipoteka predmetinə tutmanın yönəldilə bilməyəcəyini, ipoteka predmetinə tutmanın yönəldildiyi halda öhdəliyi yerinə yetirən tərəfin mülkiyyət hüquqlarını pozacaqlarını bildirmiş və çıxarılacaq qətnamədə tələbin kimə aid olmasının aydın yazılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı və Cavabdeh1 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri baxımından apellyasiya şikayətlərinə subyektlərin dairəsinə dair birbaşa göstəriş olmadığından, hər iki şikayətə münasibətdə - kasassiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən - iddianın “2020-ci ilin iyun ayından etibarən 06 may 2036-cı il tarixədək Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 6, mənzil 13 görə "xxxx" ASC-yə hər ay ödəniləcək 731,90 manat aylıq kredit məbləğinin 1/2 hissəsi olan 365,95 manatın İddiaçı, 1/2 hissəsi olan 365,95 manatın Cavabdeh1 aid olması” hissəsində baxılmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Məcəllənin 324, 385-388, 420-424, 522, 560.; Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77.1, 52, 80-82, 106.2, 119.1, 191, 216, 217.3, 217.4, 372, 385, 386, 388 və 390, 420-cı maddələrinin tələblərin nəzərə alalraq və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (baxılan hissəyə) münasibətdə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun qətnaməni düzgün əsaslandırılmamış, mülki münasibətləri tənzimləyən maddi hüquq normaları ehtimal edilən və mülki hüquqi əsası olmayan öhdəliyə tətbiq etmişdir. Belə ki, Azərbaycan Beynəlxalq X10 Cəmiyyətinə qarşı tələbin yönəlməsi göstərilməyən və tələbin aydın olmayan hissəsində tələbin və birinci instansiya məhkəmsinin ümumi məzmunundan aydın olmuşdur ki, iddiaçı özünə aid müqavilə münasibətləri üzrə öhdəliklərinin bir qismini müqavilənin digər tərəfi olan Bankın iradə ifadəsinə zidd olaraq digər cavabdehin üzrinə qoymaqla iki tərəfli müqavilə öhdəlikləri üzrə qanunun (müqavilənin) prosedur tələblərinə zidd olaraq tələb irəli sürmüş və məhkəmə də tələbin bu hissəsin təmin etməklə müqavilə azadlığının mülki hüquqi fəlsəfəsinə uyğun olmayan qənaətə gəlmişdir. Diqqətə çatdırılmalıdır ki, mülki hüquq müqavilə münasibətlərinə müdaxiləni yalnız onun iştirakçılarının iradə sərbəstliyi əsasında yol verildyi ehtiva edir, digər və bu razılıq olmadığı təqdirdə bunun fərqli proseduru müəyyən edilmişdir. Bü mənada mülki Məcəllənin aşağıdakı maddələri nəzərə alınmalıdır: 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. 422.3. Əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir. 422.4. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir. 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi hazırki tələb üzrə müqavilənin dəyişdirilməsi üzrə prosedur həyata keçirilmədən müqavilə üzrə öhdəliklərin həcminin və tərəflərlərin dəyişməsinə dair qanunvericiliklə yolverilməz tələb irəli sürülmüşdür. Hazırki halda Mülki Məcəllənin 522-ci maddəsinin dispozitiv şərtləri də uyğunluq təşkil etmir. Belə ki, hazırki mülki münasibətlərdə nəinki üçüncü şəxsin heç kredtorun da razılığı mövcud olmamışdır. Ona görə, baxılan hissədə Azərbaycan Beynəlxalq X10 Cəmiyyətinın apellyasiya şikayəti təmin, digər cavabdeh olan Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın “2020-ci ilin iyun ayından etibarən 06 may 2036-cı il tarixədək Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 6, mənzil 13 görə "xxxx" ASC-yə hər ay ödəniləcək 731,90 manat aylıq kredit məbləğinin 1/2 hissəsi olan 365,95 manatın İddiaçı, 1/2 hissəsi olan 365,95 manatın Cavabdeh1 aid olması” hissəsində ləğv edilməli və həmin iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmələrə müraciətlərlə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri isə (tələb olmadığından) tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Ali Məhkəmənin Mülki Kolleqiyasının 2(102)-3604/2021 saylı işi üzrə 23.08.2021-ci il tarixli qərarı ilə müəyyən edilən (baxılan) hissədə cavabdeh Azərbaycan Beynəlxalq X10 Cəmiyyətinın apellyasiya şikayəti tam təmin, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3248/2020 saylı işi üzrə 31 avqust 2020-ci il tarixli qətnaməsi qismən - İddiaçı Cavabdeh1 və “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə qarşı “2020-ci ilin iyun ayından etibarən 06 may 2036-cı il tarixədək Bakı şəhəri,Yasamal rayonu,Qırmızı Şərq küçəsi,ev 6,mənzil 13 saylı yaşayış sahəsinə görə “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə hər ay ödəniləcək 731 manat 90 qəpik aylıq kredit məbləğinin 1/2 hissəsi olan 366 manat 95 qəpik İddiaçı 1/2 hissəsi olan 365 manat 95 qəpik Cavabdeh1 aid olunsun" hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar