Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1121/2023 09.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(007)-958/2022 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-958/2022 saylı iş üzrə qəbul etdiyi 06 may 2022-ci il tarixli qətnamə ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh2 apelyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya şikayətinə baxılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsin 2(103)-5104/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022- ci il tarixli qərardadı ilə apellyasiya qeyri mümkün hesab edilmişdir. Apellyasiya qeyri-mümkün hesab edilərkən məhkəmə kollegiyası əsasən ona istinad etmişdir ki, şikayət elektron qaydada verilsə də, qanunvericiliklə nəzərdə tutulmuş forma və məzmuna uyğun tərtib olunmamışdır. Yəni cavabdeh məhkəmə aktını hansı hissədə mübahisələndirdiyini, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları göstərməmiş, sadəcə işin hallarını və maddi hüquq normalarını qrafalara köçürməklə kifayətlənmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(007)- 958/2022 saylı qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-958/2022 saylı iş üzrə qəbul etdiyi 06 may 2022-ci il tarixli qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə Cavabdeh2 nümayəndəsi Mamoyeva (Namazova) Sevinc Qələndər qızı tərəfindən verilmiş ərizənin təmin olunmaması, apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh2 tərəfindən həmin qərardaddan şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamədən verilmiş apelyasiya şikayəti tam qanuni və məqsədəuyğun əsaslandırılmışdır. Ona görə də hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(007)-958/2022 saylı qərardadı əsassızdır və ləğv edilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2(007)- 958/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(007)-958/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Kollegiya şikayətin əsasları ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən yeni apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsin 2(103)- 5104/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadında göstərilən nöqsanlar tam olaraq aradan qaldırılmamışdır. Belə ki, apellyasiya şikayəti elektron qaydada, elektron kabinet vasitəsi ilə verilsə də qanunvericiliklə nəzərdə tutulmuş forma və məzmuna uyğun tərtib olunmamışdır. Yəni cavabdeh məhkəmə aktını hansı hissədə mübahisələndirdiyini, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları göstərməmiş, sadəcə işin hallarını və maddi hüquq normalarını qrafalara köçürməklə kifayətlənmişdir. Eləcə də iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclası xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə təxirə salınmış, nöqsanların aradan qaldırılması üçün, cavabdehin nümayəndəsinə vaxt verilmişdir. Buna baxmayaraq həmin nöqsanlar yenə də aradan qaldırılmamışdır.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadını qanuni və əsaslı sayaraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(007)-958/2022 saylı qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(007)-958/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1121/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1121/2023
09.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver