Məhkəmə qərarları › İş №2(103)-11221/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11221/2021

23.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11221/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" MMC-yə qarşı hərracın etibarsız hesab edilməsi və s. tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(009)-515/2018 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" İKB ASC-yə, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə hərracın etibarsız hesab edilməsi və s. tələblərinə dair iddia ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 8 Mart küçəsində yerləşən 68V saylı fərdi yaşayış evinin "xxxx" İKB ASC-yə satılması barədə "xxxx" MMC-nin 29.12.2015-ci il tarixli hərracın yekunları barədə Y-443 saylı protokolunun etibarsız hesab edilməsi, həmin evə dair "xxxx" İKB ASC-nin adına verilmiş çıxarışın və digər hüquqi nəticələrin ləğv edilməsi və evin onun mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı iddianın təmini tədbiri haqqında ərizə verərək, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 8 Mart küçəsi, 68V saylı fərdi yaşayış evinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli 2(009)- 5286/2017 saylı qərardadı ilə İddiaçı məxsus olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 8 Mart küçəsi, 68V saylı fərdi yaşayış evinin (V tikilisi 4 otaq) üzərinə həbs qoyulması qərara alınmışdır. 23 sentyabr 2021-ci il tarixdə cavabdeh "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, Səbail Rayon Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli 2(009)-5286/2017 saylı qərardadı ilə İddiaçı məxsus olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 8 Mart küçəsi, 68V saylı fərdi yaşayış evinin (V tikilisi 4 otaq) üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli 2(009)-515/2018 saylı icra vərəqəsi ilə iddianın təmin edilməsi, İddiaçı məxsus olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 8 Mart küçəsi, 68 V saylı fərdi yaşayış evinin (V tikilisi 4 otaq) qiymətləndirilməsinin nəticələri haqqında hesabatın və hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, 8 Mart küçəsi, 68V saylı fərdi yaşayış evinin (V tikilisi 4 otaq) daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınması və İddiaçı həmin evə köçürülməsi qət edilmişdir. Hal-hazırda 21 noyabr 2017-ci il tarixli 2(009)-5286/2017 saylı qərardadın qüvvədə qalması 21 fevral 2018-ci il tarixli 2(009)-515/2018 saylı icra vərəqəsinin icrasına mane olur. Göstərilənlərə əsasən Səbail Rayon Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli 2(009)-5286/2017 saylı qərardadının ləğv olunması, İddiaçı məxsus olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 8 Mart küçəsi, 68V saylı fərdi yaşayış evinin (V tikilisi 4 otaq) üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(009)- 515/2018 saylı qərardadı ilə cavabdeh "xxxx" ASC-nin ərizəsi təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli 2(009)-5286/2017 saylı qərardadı ilə İddiaçı məxsus olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 8 Mart küçəsi, 68V saylı fərdi yaşayış evinin (V tikilisi 4 otaq) üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, ona məxsus olan sözü gedən mənzildə ona məxsus olan dəyəri külli miqdarda olan gündəlik məişət əşyaları mövcuddur. Hazırkı qərardad üzrə həbsin götürülməsi onun mənzilində olan əşyalarla birlikdə mənzilin dəyərdəyməzə satılmasına zəmin yaradacaqdır. Buna görə də, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(009)- 515/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublkası Mülki Prosessual Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, iddianı təmin tədbiri termini müvəqqəti təminat tədbiri termini ilə əvəz edilmiş, tədbirin məqsədi mahiyyətcə dəyişməsə də, qanunvericiliyə olan dəyişikliklərdən sonra müvəqqəti təminat tədbiri qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədindən başqa, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə də tətbiq edilir. Belə ki, Azərbaycan Respublikası MPM-in : 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. 162.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. 162.4-cü maddəsinə əsasən, iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. İş materiallarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli 2(009)-515/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş və icraya yönəldilmişdir. Qətnamə qanuni qüvvəyə mindiyindən, həmin mənzil üzərində həbsin saxlanılmasına artıq zərurət qalmamışdır. Buna görə də iddianı təmin tədbirini ləğv etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Şikayətin dəlilinə gəldikdə isə kollegiya hesab edir ki, şikayətin dəlilləri məhkəmə qərardadının ləğv edilməsi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası MPM-in 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 157-158, 398 və 400- 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(009)- 515/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar