Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11224/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin “cərimənin götürülməsindən imtina edilməsi barədə” 13.09.2021-ci il tarixli qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Hazırkı iş üzrə Nərimanov RM-nin 01.09.2021-ci il tarixli qərardadı ilə cavabdeh "xxxx" MMC-nin 220 manat məbləğində cərimə edilməsi qərara alınıb (iş v. 100). Əsas ondan ibarət olub ki, cavabdeh sübutu (iddiaçıya aid tibbi kartanı və cərrahi əməliyyata dair müvafiq sənədləri) təqdim etmək vəzifəsini məhkəmə tərəfindən üzrsüz hesab edilən səbəblərə görə yerinə yetirməyib. Hüquqi əsas kimi Mülki-Prosessual Məcəllənin 78.4-cü maddəsinin göstərişinə istinad olunub. Həmin maddəyə görə tələb olunan sübutu təqdim etmək vəzifəsi məhkəmə tərəfindən üzrsüz hesab edilən səbəblərə görə yerinə yetirilmədikdə, sübutların olduğu şəxs 220 manatadək miqdarda cərimə olunur. Cavabdeh ərizə ilə müraciət edərək cərimənin götürülməsini xahiş edib (iş v. 130). Nərimanov RM-nin 13.09.2021-ci il tarixli qərardadı ilə cərimənin götürülməsindən imtina olunub (iş v. 138). Cavabdeh bu qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş edib (iş v. 155). Şikayət təmin edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsi sorğu verərək sübut tələb edib, lakin cavabdeh sorğuya cavab verməyib. Əgər cavabdehin sübutu təqdim etmək imkanı olmamışdırsa bu barədə məhkəməyə məlumat verməli idi. Mülki-Prosessual Məcəllənin 78.3-cü maddəsinə görə sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq cəriməni götürməkdən imtina edib və gəldiyi nəticəni qərardada lazımi qaydada əsaslandırıb. Beləliklə, qərardad dəyişdirimədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin “cərimənin götürülməsindən imtina edilməsi barədə” 13.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-11224/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11224/2021
11.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver