Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11227/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının vəkili Nizami Abbasovun, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, əsas borc kimi 1.150 manat, əldən çıxmış fayda kimi 300 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. İddia onunla əsaslandırılıb ki, iddiaçı lombard fəaliyyəti ilə məşğul olmuş, 2014-cü ildə cavabdeh qızıl-zinət əşyalarını girov qoyaraq 1.250 manat pul götürmüşdür. Cavabdeh bir ay pulun bir hissəsini ödəmişdir. Sonra cavabdeh iddiaçıya demişdir ki, iddiaçı cavabdehin borcunu ödəsin, cavabdeh isə qızılları götürüb satsın və iddiaçının borcunu qaytarsın. İddiaçı cavabdehə 650 manat borc pul vermiş, cavabeh lombarda olan borcunu qaytarmışdır. İddiaçı işdən çıxdıqdan sonra 2019-cu ilin avqust ayında cavabdeh iddiaçıya 100 manat pul verьшю, lakin sonradan cavabdeh borcunu ödəməkdən imtina etmişdir. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin edilsin, 500 manat habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat cavabdehdən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia tam təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Nizami Abbasov apellyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən yazılı sübut təqdim etməyib və ya şahidin dindirilməsi barədə vəsatət qaldırmayıb. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh iddianı qismən etiraf edib, iddiaçıya 500 manat borcunun olduğunu bildirib və bu barədə ərizə təqdim edib. Mülki-Prosessual Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Birinci instansiya məhkəməsi düzgün olaraq etirafı təsdiq etmiş və 500 manat pulun tutulmasınə qət etmişdir. Çünki etirafı təsdiq etməkdən imtina üçün əsas yoxdur. İddiaçı cavabdehin ona 500 manatdan artıq borcunun olduğunu təsdiq edən sübut təqdim etməyib. Ona görə də məhkəmə Mülki Məcəllənin 739.1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi 500 manat pulun tutulmasını, iddianın qalan hissəsinin isə rədd edilməsini qət etməklə düzgün nəticətə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-11227/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11227/2021
24.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver