Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1124/2024 13.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1042/2023 nömrəli 26 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 13 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 95,8 kv.metrlik fərdi yaşayış evi 11 sentyabr 2020-ci il tarixdə İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.
2. Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(012)-1618/2021 saylı qətnaməsinə əsasən Cavabdeh iddiası qismən təmin edilmiş, sözügedən fərdi yaşayış evinə dair X11 ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin evə dair daşınmaz əmlakın dövlət reyestrində 209 saylı reyestr kitabının 71 saylı vərəqində qeydiyyata alınmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən İddiaçı adına verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın ləğv edilməsi, İddiaçı həmin evdən çıxarılması, habelə xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə ödənilmiş 20000 manat pul vəsaitinin Cavabdeh İddiaçı geri qaytarılması qərara alınmışdır.
3. Qətnaməyə əsasən müəyyən edilir ki, iddiaçı Cavabdeh qardaşı oğlu xx.xx.1973-cü il təvəllüdlü X6 “X8, Psixi Qüsur halı” (F20.0) xroniki psixi xəstəliyi qeyd olunduğundan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-4384/2020 saylı qətnaməsi ilə 04 avqust 1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 2 ünvanında pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli “X7 qəyyumluğa verilməsi barədə” Sərəncamı ilə fəaliyyət qabiliyyəti olmayan X7 üzərində əmisi, yəni Cavabdeh qəyyum təyin olunması qərara alınmışdır. X2 ilə alıcı, iş üzrə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi ilə satıcı sözügedən fərdi yaşayış evini alıcıya 20000 manata satmışdır. Qətnamədə qeyd edilmişdir ki, məhkəməyə etiraz ərizəsi ilə müraciət edən cavabdeh İddiaçı etirazında X9 müqavilə üzrə 20000 manat pul vəsaitindən savayı 17500 manat pul vəsaiti, maklerə vermək üçün 400 manat, beh olaraq 500 manat, evin təmiri üçün 20000 manat pul vəsaiti verdiyini bildirsə də, həmin pul vəsaitlərinin həqiqətən də ödənildiyini təsdiq edən sənədlərini məhkəməyə təqdim etmədiyindən, məhkəmə yalnız etibarsız hesab edilmiş əqd üzrə ödənilmiş 20000 manat pul vəsaitinin cavabdehin xeyrinə tutulmasını əsaslı hesab edib təmin edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 47254 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi kimi 261,7 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 24 avqust 2020-ci il tarixdə Bakı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 95,9 kv.metr olan fərdi yaşayış evini 38000 manata X5 almışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Aydın Rəhimov fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Cavabdeh Aydın Rəhimov üzərində qəyyum hesab edilmişdir. Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(012)-1618/2021 saylı qətnaməsinə əsasən X11 ilə arasında yuxarıda göstərilən evin alğı-satqısına dair müqavilə etibarsız hesab edilmiş, onun adına həmin evlə bağlı verilmiş çıxarış ləğv edilmiş, onun həmin evdən çıxarılması, müqavilə üzrə ödənilmiş 20000 manat pulun Cavabdeh onun xeyrinə tutulması qərara alınmışdır. O, evi alarkən notariusdan kənar Aydın Rəhimova 17500 manat pul ödəmiş, evi aldıqdan sonra onu əsaslı təmir etdirmiş, bunun üçün 29754 manat xərc çəkmişdir.
6. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o, iddiaçını tanımır. 2019-cu ildə X14 kəndində yerləşən 3 otaqlı evində təmir işləri görmüş, təxminən 3 ay orada işləmişdir. Aydın Rəhimovun yeznəsi ona təmirlə bağlı 10-11 min manat, zəhmət haqqı kimi isə 3-4 min manat pul vermişdir.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 avqust 2023-cü il tarixli, 10/2680 saylı müvafiq rəyində göstərilmişdir ki, tikililər üzrə təmir-tikinti işlərinin aparılma müddətinin müəyyən olunmasına dair metodika olmadığından sual üzrə tədqiqat aparılmadı; Ev üzrə aparılmış təmir və tikinti işlərinin bazar qiymətlərinə uyğun təqribi ümumi dəyəri 12285 manat məbləğində müəyyən olunur.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 26 oktyabr 2023-cü il tarixli 2(001)-1042/2023 nömrəli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia təmin edilməmişdir.
9. Məhkəmə tələbin 17500 manat hissəsinə münasibətdə qeyd etmişdir ki, mülki iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16 sentyabr 2021-ci il tarixli, 2(012)-1618/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı evin alınması üçün Aydın Rəhimova verdiyi 20000 manatdan əlavə verdiyi 17500 manatın ona ödənilməsini tələb etsə də, məhkəmə buna dair hər hansı sübutun təqdim edilməməsi əsası ilə Aydın Rəhimovun qəyyumu Cavabdeh 20000 manatın tutularaq İddiaçı ödənilməsini qərara almışdır. Hazırki məhkəmə iclasında da İddiaçı göstərilənlərlə bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir.
10. İddia tələbinin 29754 manat təmir xərclərinin cavabdehdən tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iş üzrə evin təmirinə sərf edilmiş vəsaitin təqribi məbləği ekspert rəyi ilə müəyyən olunsa da, bu təmir işlərinin məhz iddiaçı tərəfindən aparılmasına dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bununla yanaşı tikililər üzrə təmir-tikinti işlərinin aparılma müddətini də müəyyən etmək mümkün olmamışdır. Həmçinin, məhkəmədə şahid qismində dindirilmiş X12 həmin evdə 2019-cu ildə Aydın Rəhimovun tələbi ilə təmir işləri apardığını bildirmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 88, 82.3cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin tələbin 29754 manat təmir xərclərinin cavabdehdən tutulması hissəsinin rədd edilməsi hissəsində ləğv edilməsini, bu hissədə iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayətində göstərilmişdir ki, təqdim edilmiş maklerlərin (X22 (***-***-**- **) və X1 (***-***-**-**) izahatlarından və mübahisəli evin təmirdən əvvəl və sonrakı fotoşəkillərindən da görünür ki, o, sözügedən evi təmirsiz vəziyyətdə almış, oranı təmir etdirmişdir. Şahid ifadəsində guya evdə təmir işlərini 2019-cu ildə apardığını bildirmişdir. Lakin işin materiallarından görünür ki, X11 ilə arasında alğı-satqı müqaviləsi xx.xx.2020-ci il tarixdə bağlanmışdır və o, evi təmirli vəziyyətdə deyil, təmirsiz vəziyyətdə almışdır. X4 ilə arasında daşınmaz əmlakın alğı-satqısına dair müqavilə bağlanan zaman o, “X8” xəstəliyindən əziyyət çəkdiyi, psixi vəziyyətində ciddi yaxşılaşma qeyd olunmadığı, xəstəliyinin son nəticədə psixi qüsur halına çatdığı, xroniki psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs idisə, belə olan halda o, bu xəstə vəziyyətində necə usta işlədə və ona bu işinə görə pul verə bilərdi. Məhkəmə şahid ifadəsi ilə bağlı araşdırmamışdır ki, X12 həmin evdə 2019-cu ildə Aydın Rəhimovun tələbi ilə hansı konkret təmir işləri aparmış, bu təmir nə qədər vaxt çəkmiş və bu işlərə görə nə qədər əmək haqqı almışdır. O, evi Aydın Rəhimovdan alandan sonra sonuncu 1 ay orada qalmışdır və həmin müddətdə də o, həmin evi təmir etdirə bilməzdi. Məhkəmənin iş üzrə təyin etdiyi ekspertizanın rəyi müəyyən şübhələr doğurur. Təqdim edəcəyi SD diskə baxış keçirilərkən orada göstərilənlərin iş materiallarında olan mənzilin fotoşəkilləri ilə eynilik təşkil etməsi, evin təmirsiz vəziyyətdə olması, orada olan maklerlərin, Aydının həyat yoldaşı Təranənin də iştirak etmələri, evin təmirsiz vəziyyətdə qiymətinin 40000 manat olmasına dair danışıqlar olması müşahidə olunacaqdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
16. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Qətnamə təmir xərci tələbinə aid hissədə mübahisələndirildiyindən, həmin hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. İddiaçı hazırki tələbində X11 ilə aralarında xx.xx.2020-ci il tarixdə evlə bağlı alğı-satqı müqaviləsi bağlanarkən evin alınması ilə bağlı notariusdan kənar A.Rəhimova verdiyini iddia etdiyi 17500 manatı və evin təmirinə xərcləməsini iddia etdiyi 29754 manatı tələb etmişdir.
27. Kollegiya hesab edir ki, məhkəmənin iddianın rədd edilməsi barədə qənaəti qanuni və əsaslı olmuşdur.
28. Qanuni qüvvəsini almış Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin iş üzrə cavabdeh olan İddiaçı iddia ərizəsinə etirazında göstərmişdir ki, .... o, Aydının təşəbbüsü ilə Sumqayıt şəhər 4 saylı notarius kontoruna gedib 20000 manat verərək alqı-satqı müqaviləsini bağladıqdan sonra notariat kontorunun həyətində öz maşınında Aydına 17500 manat pulu sayaraq vermişdir... X17 aldığı ev tam təmirsiz olmuşdur. Alandan sonra o, Aydının özünün tapdığı ustalar vasitəsi ilə 20000 manatlıq təmir işləri aparmışdır.
29. Məhkəmə isə belə qənaətə gəlmişdir ki, etiraz ərizəsi ilə müraciət edən cavabdeh İddiaçı etirazında X9 müqavilə üzrə 20000 manat pul vəsaitindən savayı 17500 manat pul vəsaiti, maklerə vermək üçün 400 manat, beh olaraq 500 manat, evin təmiri üçün 20000 manat pul vəsaiti verdiyini bildirsə də, həmin pul vəsaitlərinin həqiqətən də ödənildiyini təsdiq edən sənədləri məhkəməyə təqdim etmədiyindən məhkəmə yalnız etibarsız hesab edilmiş əqd üzrə ödənilmiş 20000 manat pul vəsaitinin cavabdehin xeyrinə tutulmasını əsaslı hesab edir.
30. İddiaçı isə hazırda yenə notariusdan kənar ödədiyini iddia etdiyi 17500 manatı və təmir xərcini, lakin bu dəfə 29754 manat göstərərək, tələb etmişdir.
31. İddiaçı “notariusdan kənar” verilmiş 17500 manat tələbinin məhkəmə tərəfindən rədd olunması ilə razılaşsa da, təmir xərci hissəsində məhkəmənin düzgün nəticəyə gəlməməsi qənaətindədir.
32. Kollegiya qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qətnaməsi həm subyektiv, həm də obyektiv tərkib baxımından hazırki iş üzrə preyudisiyal əhəmiyyətə malikdir, ona görə də həmin halın yenidən sübut edilməsinə yol verilmir. Eyni tərəflərin iştirak etdiyi başqa iş üzrə artıq qanuni qüvvəsini almış məhkəmə aktı ilə iddiaçının mübahisəli yaşayış evini təmir etməsi halı (faktı) təkzib edilmişdir. Belə olan vəziyyətdə, həmin halın (faktın) hazırki işin icraatı çərçivəsində yenidən sübut edilməsinə yol verilmir.
33. Kollegiya onu da qeyd edir ki, əvvəlki və hazırki işdə təmir xərcinin fərqli məbləğdə göstərilməsi də vəziyyəti dəyişmir, çünki məbləğ iddianın predmetinə yox, obyektinə aid olan məsələdir. Yəni, əvvəlki işdə iddiaçının mübahisəli yaşayış evini təmir etməsi faktı müəyyən edilmədiyindən, hazırki işdə təmir xərcinin fərqli həcmdə (məbləğdə) göstərilməsi işə yenidən baxılmasına əsas vermir.
34. Göründüyü kimi qüvvədə olan məhkəmə qətnaməsi ilə artıq iddiaçının bu dəlillərinə münasibət bildirilmiş və mübahisəli yaşayış evinin iddiaçı tərəfindən təmir edilməsi sübuta yetirilməmişdir.
35. Qanunvericiliyin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1042/2023 nömrəli iş üzrə 26 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.