Məhkəmə qərarları › İş №2(103)-1128/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1128/2020

09.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1128/2020 09.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi, İddiaçının nümayəndəsi Fərzəli-zadə Fuad Teymur oğlunun, Cavabdehlərin nümayəndəsi-vəkil X6, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi X1rşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3010/19 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq, 4012 manat məbləğində pulun cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi X2 alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nın ləğvedicisi X2 4012 manat məbləğində son haqq-hesab məbləğinin, əmək haqqı gecikdirildiyi üçün gecikdirilmiş hər günə 1% ödənilməli olan 36188,24 manat, 1000 manat dəymiş mənəvi zərər olmaqla, cəmi 41200,24 manat pulun və iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2006-cı ilin iyun ayından xx.xx.2016-cı il tarixədək Cavabdeh1 ASC-də çalışmışdır. xx.xx.2016-cı il tarixdə Bankın ləğv edilməsi ilə əlaqədar vəzifəsindən azad edilmişdir. Bank ləğv edildikdən sonra iddiaçıya kompensasiya olaraq veriləcək pulun və son haqq-hesab məbləğlərinin Banka olan kredit borcundan silinəcəyi bildirilmişdir. İddiaçı arxayın olmuş, lakin 2018-ci ilin avqust ayında bank iddiaçıya qarşı iddia qaldıraraq borcunu tələb etdikdə ona məlum olmuşdur ki, bank ona veriləcək son haqq-hesab məbləğini, yəni 4012 manatı iddiaçının kredit borcundan silməmişdir. Cavabdeh iddiaçıya təqdim etməli olduğu son haqq-hesab məbləğini bu günədək verməmişdir. Hesab edir ki, iddiaçının işdən azad olunduğu gündən bu günə qədər hər gün üçün 1% məbləğində ödənc də verilməlidir. Bu məbləğ iddiaçının işdən azad edildiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək 36188,24 manat təşkil edir. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İddia tələbi üzrə işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada qismən təmin edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 ASC-nin səlahiyyətli nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, işə birtərəfli baxmaqla yanaşı, məhkəmə tərəfindən mötəbər hallara qiymət verilməmişdir. Qeyd olunanları nəzərə alıb, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayətin rədd olunmasını xahiş edən iddiaçının və şikayətin təmin olunmamasına dair Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 ASC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan ləğv prosesində olan Cavabdeh1 ASC-nin kreditor tələblərinin qeydiyyatı barədə xx.xx.2016-cı il tarixli qəbzinin surətindən görünür ki, İddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC qarşısında 4012 manat məbləğdə kreditor tələbi qeydə alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı Cavabdeh1 ASC-də işləmişdir, daha sonra bankda tutduğu vəzifəsindən azad edilmiş, lakin onunla son haqq-hesab aparılmamışdır. Bundan sonra bankın ləğv prosesinə başlanılmış və iddiaçının ləğv prosesində olan Cavabdeh1 ASC qarşısında 4012 manat məbləğdə kreditor tələbi qeydə alınmışdır Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, şçinin əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab sonuncu iş günü işçiyə verilməli olduğundan 4012 manat məbləğində vəsait cavabdehdən alınaraq iddiaçıya verilməsini qət etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 ASC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar