Məhkəmə qərarları › İş №2(103)-113/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-113/2024

19.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-113/2024 19.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 qarşı “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi və sair tələbi barədə” ilk iddiasına, Cavabdeh1 iddiaçıya qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və sair tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Eminov Əziz Mürsəl oğlunun katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 oktyabr 2022-ci il tarixli qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun özünün iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddialar barədə məlumat

1. İddiaçı, cavabdehlərə qarşı ilk iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələr ilə Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 153,50 kv.metr qeyri-yaşayış sahəsinin tavanı və "xxxx" MMC-yə məxsus sahənin döşəmə hissəsinin müştərək qaydada əsaslı təmir-bərpa edilməsi; qeyri-yaşayış sahəsinin ümumi həyətdə tərəfdə olan qapısının üzərinə qanunsuz olaraq inşa edilmiş, giriş-çıxışa maneəçilik törədən pilləkən qəfəsinin cavabdehlərin maddi vəsaiti hesabına sökülərək maneənin aradan qaldırılması; qeyri-yaşayış sahəsinin ümumi həyət tərəfdə olan divarına bitişik şəkildə qanunsuz olaraq inşa edilmiş 2 ədəd sanitar qovşağın və 1 ədəd kombi otağının cavabdehlərin maddi vəsaiti hesabına sökülməsi; qeyri-yaşayış sahəsinin çöl fasad divarına cavabdehlər tərəfindən birləşdirilmiş kommunikasiya (su, elektrik) xətlərinin cavabdehlərin maddi vəsaiti hesabına sökülməsi; qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin üzərində yerləşən cavabdehə məxsus sanitar qovşağın cavabdehlərin maddi vəsaiti hesabına təmir edilməsi; cavabdehlərin hərəkətləri qanunsuz hesab edilərək qeyriyaşayış sahəsindən və qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın ümumi həyət qapısından istifadəyə, həmçinin qeyri-yaşayış sahəsinin təmir-bərpasına məhdudiyyət yaradılmasının cavabdehlərə və digər şəxslərə qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal rayonu, M.Muxtarov küçəsi 50 ünvanında yerləşən 153,50 kv.metr qeyri-yaşayış sahəsi iddiaçıya məxsusdur. Binanın birinci mərtəbəsində qeyri-yaşayış sahəsi, ikinci mərtəbəsində isə Cavabdeh1 təsis etdiyi "xxxx" MMC fəaliyyət göstərir. Yuxarı mərtəbədə kimsə normal şəkildə gəzib hərəkət edəndə iddiaçının obyektinə toz-torpaq tökülür, obyektin tavanı silkələnərək təhlükəli vəziyyət yaranır. Mərtəbələr arası taxta şalbanların yalnız təbii aşınma nəticəsində deyil, həmçinin də əlavə yüklənmə və s. kənar təsirlərdən baş verməsi nəzərə alınsa, onda mərtəbələr arasında olan tavan və döşəmə həm iddiaçının, həm də cavabdehlərin maddi vəsaiti hesabına təmir edilməlidir. İddiaçıya məxsus tavan və cavabdehlərə məxsus döşəmə eyni vaxtda orada olan tələbələrin və əşyaların ağırlığı nəticəsində mərtəbələr arası taxta şalbanlar nəzərdə tutulduğundan artıq yüklənir. Həmçinin Universitetin sanitar qovşağı iddiaçıya məxsus obyektin mətbəx hissəsinin üzərində yerləşir. Sanitar qovşaqdan axan çirkab suları birbaşa iddiaçıya məxsus sahənin mətbəxinə tökülür. Bundan başqa, Cavabdeh1 beş qonşunun istifadəsində olan binanın ümumi giriş qapılarının qıfıllarını dəyişdirmiş, binanın həyətyanı sahəsinə heç kimin buraxılmamasına dair universitet işçilərinə qanunsuz göstəriş vermiş, həmçinin iddiaçının obyektinin divarına bitişik qanunsuz tikililər (2 ədəd sanitar qovşaq) inşa etdirmiş, o cümlədən obyektə giriş qapısının qarşısını kəsən, giriş-çıxışa mane olan pilləkən quraşdırmışdır. Həmçinin, iddiaçının obyektinə bitişik 1 ədəd otaq tikmişdir. Həmin otaqda isə kombilər quraşdırılmışdır. Həmin otaqda bağlı yerdə kombi işləməsi iddiaçının obyekti üçün real təhlükə yaradır. Beləliklə də, istər obyektə normal şəkildə giriş-çıxış, istər obyektdən təhlükəsiz şəkildə istifadə etmək, istərsə də sanitar qovşaqlarından və pilləkənin iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin divarına birləşmiş sahəsindən binaya sızan nəmişlik və pis iy-qoxu obyektdən istifadəni mümkünsüz edir. Bundan başqa, cavabdehlərin qanunsuz hərəkəti ümumi həyətdən istifadə edən digər qonşuların da hüquqlarını pozur. Bununla bağlı 2021-ci ilin dekabr ayının sonlarında Bakı Qızlar Universitetinin rektoru və həmin obyektin mülkiyyətçisi kimi özünü təqdim edən Cavabdeh1 iddiaçının nümayəndəsi birlikdə tavanı və kanalizasiya xətlərini təmir etməyi təklif etmiş və bunun həm orada təhsil alan tələbələrin, həm də aşağıda fəaliyyət göstərən digər şəxslərin həyatına təhlükə yaratdığını, həmçinin də iddiaçının qanuni mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə edə bilmədiyini bildirmişdir. Cavabdeh1 nümayəndənin bu təklifini olduqca kobud şəkildə rədd edərək söyləmişdir ki, “siz kimsiz, buranı sizin əlinizdən alacağam, heç bir təmir aparmayacağam və sizin də təmir işləri görmənizə icazə verməyəcəm”. xx.xx.2022-ci tarixdə iddiaçının nümayəndəsi kosmetik təmir işləri görməyə başlamaq istəsə də Cavabdeh1 buna imkan verməyərək ətrafında olan Universitetin işçiləri ilə birlikdə iddiaçının nümayəndəsinə hücum çəkmək istəmişdir. İddiaçının nümayəndəsi isə münaqişənin dərinləşəcəyindən qorxub Daxili İşlər Nazirliyinin “102 qaynar xəttinə” müraciət etmiş və işləri yarımçıq saxlamışdır. Cavabdehlərin iddiaçının təkliflərini qəbul etməyib, öz qanunsuz hərəkətlərinə davam etməsi, iddiaçının qeyri-yaşayış sahəsindən istifadə etməsini mümkünsüz edir. Cavabdehlər bu qanunsuz hərəkətləri ilə iddiaçının hüquqlarını pozmaqla yanaşı, həmçinin mülki qanunvericiliyin tələblərini də kobud şəkildə pozur.

3. Cavabdeh1 iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı hərəkətlərinin qanunsuz hesab edilməsi, İddiaçı tərəfindən aparılmış özbaşına təmir-tikinti işlərinin öz hesabına sökülərək binanın zirzəmisinin əvvəlki vəziyyətinə qaytarılması, dəymiş maddi ziyanın qiymətləndirilərək İddiaçı alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia ərizəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhəri İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərilmişdir.

5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk iddia ərizəsində qeyd edilənlər həqiqətə uyğun deyil. Belə ki, İddiaçı tərəfindən Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən tikilinin zirzəmisində aparılmış qanunsuz təmir-tikinti işləri binanın layihəsindən kənar çıxmaqla binanın təhlükəsizliyinə ciddi xələl gətirir. Şəhla Mehraliyeva qanunsuz yollarla binanın zirzəmisini alaraq orada qanunsuz olaraq binanın ana və köməkçi divarlarını özbaşına sökmüş, onlarda ciddi dəyişiklik etdiyindən həmin binanın ikinci mərtəbəsində yerləşən və Cavabdeh1 məxsus qeyri-yaşayış sahəsinin divarlarında yalnız əsaslı təmir əsasında aradan qaldırıla biləcək çatlar əmələ gəlmiş və nəticə etibarı ilə ümumi binanın çökməsi, habelə həmin binada yaşayan və təhsil alan insanların həyatı üçün ciddi təhlükə yaratmışdır. İddiaçı məxsus mübahisəli sahənin üzərində yerləşən 898,8 kv.metr ümumi sahəsi olan qeyri yaşayış sahəsi Cavabdeh1 məxsusdur və həmin sahə “Bakı Qızlar Unversitetinin” tədris korpusu olmaqla orada qız tələbələr təhsil alırlar. Cavabdeh1 məxsus qeyri-yaşayış sahəsinin altındakı zirzəmi İddiaçı tərəfindən əldə olunanadək binanın zirzəmisi olmuşdur və həmin sahə zirzəmi olaraq təyinatı üzrə istifadə edildiyindən Cavabdeh1 məxsus qeyri-yaşayış sahəsinin divarlarında çatlar olmamışdır. Yalnız İddiaçı tərəfindən həmin sahə əldə olunduqdan, habelə həmin sahədə əsas daşıyıcı divarlar sökülərək onlarda qanunsuz (özbaşına) dəyişikliklər edildikdən sonra Cavabdeh1 məxsus qeyri-yaşayış sahəsinin divarlarında çatlar əmələ gəlmiş və nəticə etibarilə unversitetdə tahsil alan tələbələr, pedoqoji fəaliyyətlə məşğul olan müəllimlər və texniki personalların həyat və sağlamlığı üçün ciddi təhlükə yaranmış, habelə Cavabdeh1 mülkiyyətçi olaraq ümumilikdə 20.000 manat məbləğində maddi ziyan vurulmuşdur. Dəfələrlə bu qanunsuz hərəkətlərin dayandırılması barədə İddiaçı şifahi xəbərdarlıq olunsa da, o, qeyri-qanuni hərəkətlərini qərəzli formada davam etdirmişdir. Cavabdeh1, İddiaçı tərəfindən həmin mübahisəli sahənin hamam xidmətləri göstərən ictimai iaşə obyekti kimi istifadə olunacağı barədə məlumat almışdır. Həmin zirzəminin qızların təhsil aldığı ali təhsil ocağının altında fəaliyyət göstərməsi milli mentalitetə və əxlaq normalarına ziddir. İddiaçı tərəfindən tikintinin planlaşdırılmasına rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydaları pozulmuş və nəticə etibarı ilə insanların həyat və sağlamlığı üçün real təhlükə yaranmışdır. İddiaçı tərəfindən qeyd edilən hüquqazidd hərəkətlər ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.1-ci və 222-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Buna görə də, Cavabdeh1 tərəfindən bu qanunsuzluqların aradan qaldırılması və təqsirkar şəxs olaraq cavabdehin barəsində qanuni ölçü görülməsinə dair müvafiq qaydada Fövqəladə Hallar Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Dövlət Şəhərsalama və Arxitektura Komitəsinə və hüquq mühafizə orqanlarına şikayətlər olunmuşdur. Lakin, müraciət etdiyi qurumların bir qismi tərəfindən onun şikayəti üzrə mübahisəli sahəyə - zirzəmiyə gəlib baxış keçirilsə də, həmin müraciətlərə hazıradək cavab verilməmişdir. b) birinci instansiya məhkəməsində tərəflərin verdiyi izahatlar barədə məlumat

6. İddiaçı vəkili (nümayəndəsi) Vəkil1 Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, yerli baxış zamanı, həmçinin ekspert və mütəxəssis rəyinə əsasən qeyriyaşayış sahəsinin döşəmə-tavan hissəsində gələcəkdə qəzalı vəziyyətdə ola bilməsi müəyyən edilir. Məhkəməyə müraciət etməmişdən əvvəl iddiaçının həyətyanı sahədən girişinə və təmir işlərinin aparılmasına maneələr yaradılmışdır. İddiaçı iddia ərizəsi və müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etdikdən sonra iddiaçıya yaradılmış maneələr aradan qaldırılmışdır. Bina tarixi bina olduğu üçün orada hər hansı təmir işləri aparılarkən müvafiq səlahiyyətli orqandan icazə alınmalıdır. Bu o demək deyildir ki, həmin təmir işləri binanı qəzalı vəziyyətə salır. İddiaçı tərəfindən belə icazə alınmadığı üçün inzibati qaydada cərimə edilmişdir. Lakın hazırda iddiaçı tərəfindən müvafiq orqandan icazə alınmışdır. Sonradan məlum olmuşdur ki, bina tarixi abidə hesab olunmuşdur. Hazırki vəziyyətdə iddiaçı hər iki qapıdan qeyri-yaşayış sahəsinə daxil ola bilir, lakin məhkəmənin qərardadına əsasən təmir-tikinti işlərinin aparılması müvəqqəti dayandırılmışdır.

7. Məhkəmə iclasında Cavabdeh1 Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, 22 ildir ki, Universitet oradan köçmüşdür. Bina da Prezidentin göstərişinə əsasən onlara verilmişdir. Onlar orada litsey açmaq qərarına gəlmişlər. Ona görə də oranı abadlaşdırmışlar. Orada hələ tələbə yoxdur ki, su sızması olsun. Bu mümkün deyildir. İddiaçı məxsus qeyri-yaşayış sahəsinə gecə ilə digər qapıdan daxil olaraq orada təmirtikinti işləri aparılmışdır. İddiaçı tərəf bütün orqanlara müraciət etmiş,onun barəsində şərböhtan xarakterli məlumatlar vermişdir. Televiziya kanallarından və sosial şəbəkələrdən çəkiliş qrupları, həminin digər orqanlardan gəlmişlər. O, bildirmişdir ki, İddiaçı qeyriyaşayış sahəsini əvvəlki vəziyyətinə qaytarsın. Bu halda heç bir problem yoxdur.

8. Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil3 Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 132 nömrəli qərarı ilə dövlət qeydiyyatına və mühafizəsinə götürülmüş 3720 inventar nömrəli tarix və mədəniyyət abidəsi olduğu üçün həmin binada təmir-tikinti işləri aparılması Nazirlə Kabineti ilə razılaşdırılmalıdır. Yerli baxış zamanı da qeyri-yaşayış sahəsinin hər iki tərəfdən olan qapısının açarlarının İddiaçı olması və qeyri-yaşayış sahəsinin onun istifadəsində olması təsdiq edilmişdir. Mütəxəssis rəyindən də görünür ki, İddiaçı tərəfindən qanunsuz olaraq təmir-tikinti işləri aparılmış və binaya maddi ziyan dəymişdir. Cavabdeh1 tələbi tarixi binanın zirzəmisində İddiaçı tərəfindən konstruktiv dəyişikliklərin əvvəlki vəziyyətinə qaytarılması ilə bağlıdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

9. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə ilk iddianın qismən təmin edilməsini, qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın ümumi istifadədə olan həyətinin çıxış qapısının üzərinə qanunsuz olaraq inşa edilmiş pilləkən qəfəsi, həyətin divarına bitişik şəkildə qanunsuz olaraq inşa edilmiş 2 ədəd sanitar qovşağı və 1 ədəd kombi otağının cavabdehlərin vəsaiti hesabına sökülməsini, qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin üzərində yerləşən cavabdehə məxsus sanitar qovşağın cavabdehlərin vəsaiti hesabına təmir edilməsini, qeyri-yaşayış sahəsindən istifadəyə, həmin sahədə əsaslı təmir-tikinti işlərinin aparılmasına (müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaq şərtilə) maneənin yaradılmasının cavabdehlərə və digər şəxslərə qadağan olunmasını, ilk iddianın qalan hissədə təmin edilməməsini, qarşılıqlı iddianın rədd edilməsini, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki (inşaat) ekspertizasının xərci olan 100 manat pulun Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini, iş üzrə verilmiş mütəxəssis rəyinin xərci olan 300 manat pulun İddiaçı tutularaq “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun hesabına ödənilməsini, ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsini qət etmişdir.

10. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk iddianın “qeyri-yaşayış sahəsinin tavanı və MMC-yə məxsus sahənin döşəmə hissəsinin təmiri üçün tələb olunan vəsaitin 1/2 hissəsinin cavabdehlərdən tutulması” hissəsində təmin edilə bilməz. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizasının rəyinə əsasən İddiaçı məxsus qeyri-yaşayış sahəsinin tavanında olan taxta tirlərin və cavabdehə məxsus qeyri-yaşayış sahəsinin taxta döşəməsinin bəzi yerlərində taxtanın çürüdüyü müəyyən olunmuşdur. Eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Aqentliyinin mütəxəssis rəyindən görünür ki, qeyri-yaşayış sahəsinin tavanı uzun müddət təmirsiz istismar nəticəsində texniki cəhətdən qəzalı deyil, yolverilməz vəziyyətdədir. Cavabdehə məxsus qeyri-yaşayış sahəsinin döşəməsi yox, məhz İddiaçı məxsus qeyriyaşayış sahəsinin tavanı texniki cəhətdən yolverilməz olduğu üçün iddia həmin hissədə əsassızdır. İlk iddia “qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın ümumi istifadədə olan həyətinin çıxış qapısının üzərinə qanunsuz olaraq inşa edilmiş pilləkən qəfəsinin, həyətin divarına bitişik şəkildə qanunsuz olaraq inşa edilmiş 2 ədəd sanitar qovşağın və 1 ədəd kombi otağının cavabdehlərin vəsaiti hesabına sökülməsi” hissəsində əsaslıdır. Belə ki, qeyriyaşayış sahəsinin həyətində yardımçı (sanitar qovşağı və kombi otağı) tikililər inşa edilmişdir. Lakin həmin tikililər texniki pasportda öz əksini tapmadığından, eləcə də, aparılmış tikinti işlərinə dair müvafiq qurumlardan icazə sənədləri olmadığından, həmin tikililər inşaat norma və qaydalarına uyğun inşa edilməmişdir. Eyni zamanda qeyd edilən əraziyə məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı sanitar qovşağın və kombi otağının iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin giriş hissəsinə yaxın məsafədə və qeyri yaşayış sahəsinin divarına bitişik inşa edilməsi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 tərəfindən tikilmiş qanunsuz tikilinin mövcudluğu iddiaçının maraqlarına toxunur. İlk iddianın “qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın ümumi istifadədə olan həyətinin çıxış qapısının üzərinə qanunsuz olaraq inşa edilmiş pilləkən qəfəsinin cavabdehlərin vəsaiti hesabına sökülməsi” hissəsində də əsaslıdır. Tikinti-texniki ekspertizasının rəyinə əsasən müəyyən edilmişdir ki, qeyri-yaşayış sahəsinə bitişik quraşdırılmış pilləkən qəfəsi Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair xx.xx.2022-ci il tarixdə verilmiş texniki pasportda öz əksini tapdığı üçün tikinti norma və qaydalarına uyğun olduğu müəyyən olunur. Lakin Cavabdeh1 mülkiyyətində olan qeyriyaşayış sahəsinə dair ilkin texniki pasport təqdim olunmadığı üçün, həmin pilləkənin lap əvvəllər mövcud olub-olmamasını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə qalxan dəmir pilləkən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin giriş qapısının qarşısında quraşdırıldığını nəzərə alaraq, həmin pilləkən qeyri-yaşayış sahəsinin giriş-çıxışına maneə yaradır. Həmçinin məhkəmə tərəfindən yerli baxış zamanı Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə qalxan dəmir pilləkənin İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin giriş qapısının qarşısında quraşdırıldığı və həmin pilləkənin qeyri-yaşayış sahəsinin giriş-çıxışına maneə yaratdığı müəyyən edilmişdir. dəmir pilləkənin əvvəllər mövcud olub-olmamasını dəqiqliklə müəyyən etmək mümkün olmadığından, dəmir pilləkən ümumi istifadədə olan həyətdə və iddiaçının giriş qapısının qarşısında quraşdırıldığından, ən əsası da iddiaçıya öz mülkiyyətində olan qeyri-yaşayış sahəsinə giriş çıxışına maneə yaratdığından, bununla da mülkiyyətçi kimi hüquqları ciddi şəkildə pozulduğundan iddiaçı həmin pilləkənin cavabdehlərin vəsaiti hesabına sökülməsini tələb etməkdə haqlıdır. İlk iddianın “qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin üzərində yerləşən cavabdehə məxsus sanitar qovşağın cavabdehlərin vəsaiti hesabına təmir edilməsi” hissəsində də əsaslıdır. Belə ki, tikinti-texniki ekspertizasının rəyinə əsasən, qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin tavanında olan sarımtıl su sızma ləkələrinin olmasını, suvaq qatının tökülməsini və həmin tikilinin üzərində cavabdehə məxsus sanitar qovşağının yerləşdiyini nəzərə alaraq, qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin tavanında çirkab suyunun sızması (axıdılması) halları baş verdiyi müəyyən edilmişdir. Eyni zamanda baxış zamanı həmin qeyri-yaşayış sahəsinin tavanında nəmlənmə izlərinin olduğu müşahidə olunmuşdur. Həmçinin məhkəmə tərəfindən yerli baxış zamanı iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin tavanında və divarlarında nəmişliyin olması müəyyən edilmişdir. İlk iddia “qeyri-yaşayış sahəsindən istifadəyə, həmin sahədə əsaslı təmir-tikinti işlərinin aparılmasına maneənin və digər istənilən qanunsuz məhdudiyyətin cavabdehlərə və digər şəxslərə qadağan olunması” hissəsində qismən əsaslıdır. Qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Mülkiyyətçi kimi İddiaçı öz əmlakından sərbəst istifadə etmək və təmir-tikinti işləri aparmaq hüququ vardır. Bununla belə müəyyən edilmişdir ki, Bakı Qızlar Universitetinin binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 132 nömrəli qərarı ilə dövlət qeydiyyatına və mühafizəsinə götürülmüş 3720 inventar nömrəli tarix və mədəniyyət abidəsidir. Ona görə də, həmin sahədə əsaslı təmirtikinti işlərinin aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan ilə razılaşdırılmaqla və həmin orqanın təmir-tikinti işlərinin aparılmasının mümkünlüyü barədə rəyi əsasında həyata keçirilə bilər. Qarşılıqlı iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən, qeyri-yaşayış binasının zirzəmi və yarımzirzəmisində aparılan təmir və söküntü işlərinin nəticəsində binanın bir hissəsinin çökməsi səbəbindən sahəyə dəymiş maddi ziyanın məbləği xx.xx.2022-ci il tarixinə 35.136,20 manat təşkil etdiyi müəyyən edilsə də, məhkəmə tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizasının rəyinə əsasən, cavabdehin mülkiyyətində olan 898,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin İddiaçı mülkiyyətində olan qeyri-yaşayış hissəsinin üst hissəsində yerləşən hissəsində divarlarda və tavanda suvaqaltı çatların olduğu müəyyən olunmuşdur. Lakin həmin çatların iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsində tikinti-təmir işlərinin aparılması nəticəsində baş verib-verməməsi Fövqəladə Hallar Nazirliyinin mütəxəssis rəyi təqdim olunduqdan sonra müəyyən oluna bilər. Eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin mütəxəssis rəyindən görünür ki, binanın 2-ci mərtəbəsində yaranmış xırda ölçülü çatlar sahəsi 153,50 kv.m olan qeyri-yaşayış sahəsində aparılmış söküntü və təmir-tikinti işlərinin nəticəsində və sanitar qovşağından su axması nəticəsində aşınmanın təsirindən yarana bilər. Göründüyü kimi, binanın 2-ci mərtəbəsində yaranmış xırda ölçülü çatların iddiaçıya məxsus qeyri-yaşayış sahəsində tikinti-təmir işlərinin aparılması nəticəsində baş verməsi təsdiq edilmir. Qarşılıqlı iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Yalnız qeyd edilən əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Bu səbəbdən qarşılıqlı iddia üzrə cavabdehin üzərinə dəymiş ziyanın ödənilməsi öhdəliyi qoyula bilməz. Qarşılıqlı iddianın “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, onun tərəfindən aparılmış özbaşına təmir-tikinti işlərinin cavabdehin hesabına sökülməsi, binanın zirzəmisinin əvvəlki vəziyyətinə qaytarılması” hissəsi isə ona görə əsassızdır ki, İddiaçı tərəfindən öz mülkiyyətində olan qeyri-yaşayış sahəsinin daxilində təmir-tikinti işləri aparılmışdır. Məhkəmə tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizasının rəyinə əsasən, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin daxilində konstruktiv dəyişikliklər aparılaraq söküntü və təmir-tikinti aparılması müəyyən edilmişdir. Eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin mütəxəssis rəyindən görünür ki, qeyri-yaşayış sahəsində aparılmış söküntü və təmir-tikinti işləri binanın təhlükəsiz istismarına maneə yaratdığından müvafiq orqanlar ilə razılaşdırılmaqla layihə əsasında gücləndirilməlidir. Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin daxilində konstruktiv dəyişikliklər aparılsa da, binanın təhlükəsiz istismarı binanın zirzəmisinin əvvəlki vəziyyətinə qaytarılması ilə deyil, qeyri-yaşayış sahəsində aparılmış söküntü və təmir-tikinti işlərinin müvafiq orqanlar ilə razılaşdırılmaqla layihə əsasında gücləndirilməsi əsasında təmin edilə bilər. d) apellyasiya şikayəti barədə məlumat

11. İş üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Əsasları qarşılıqlı iddia ərizəsinin əsaslarına uyğun olan apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi işin müəyyən hallarını qiymətləndirməmiş, bəzi hallarını isə səhv qiymətləndirmişdir. Belə ki, mübahisəli bina tarix və mədəniyyət abidəsidir, təmir-rekonstruksiya işləri yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı və elmi tədqiqat nətcəsində aparılmalıdır. İddiaçı müvafiq razılaşdırma aparmadan tarix və mədəniyyət abidəsində söküntü işləri aparmış, bina üçün real təhlükə yaratmışdır. İddiaçı tarix və mədəniyyət abidəsində apardığı söküntü işlərində binanın zirzəmi hissəsinin aşağıdakı hissələri zədələnmişdir: - taglarında (yükdaşıyıcı xətli örtük konstruksiyalarında) bütövlükdə binanın dayanıqlığına təsir edə biləcək konstruktiv dəyişikliklər aparılmışdır; - pəncərə boşluqlarında konstruktiv dəyişikliklər edilmişdir; - içərisində mövcud planda olmayan əlavə arakəsmələr hörülmüşdür; - tavanın bəzi hissəsində yuxarı mərtəbənin çökməsinə təhlükə yarada biləcək söküntü işləri aparılmışdır; - əsas yükdaşıyan kolonlara müdaxilə olunmuşdur. Lakin Rayon Məhkəməsi qarşılıqlı iddianın əsaslı olduğunu müəyyən etdiyi halda görməzdən gəlmiş, qarşılıqlı iddia üzrə araşdırma aparmamış, hüquqi qiymət verməmişdir. İddiaçı apardığı qanunsuz və tarixi abidənin çökməsi ilə bağlı nəticələnə biləcək rekonstruksiya işləri ilə bağlı Cavabdeh1 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə müraciət edərək aparılmış həmin işlərin qarşısının alınmasını xahiş etmişdir. Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası Dövlət Xidmətinin Bakı Regional İdarəsi tərəfindən həmin müraciət əsasında 14 və 19 aprel 2022-ci il tarixdə binanın zirzəmisinə yerli baxış keçirilərək İddiaçı tərəfindən qanunsuz fəaliyyətə yol verildiyi, müvafiq icra hakimiyyətinin razılığı olmadan gizli söküntü işləri aparıldığı müəyyən olunmuş, xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati protokol tərtib olunaraq baxılması üçün Dövlət Xidmətinə təqdim olunmuşdur. Qətnamədə həmin İdarənin xx.xx.2022-ci il tarixli məktubu təsvir olunsa da Rayon Məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Mədəniyyət Nazirliyinin üçüncü şəxs qismində cəlb edilməsinə dair vəsatət Rayon Məhkəməsi tərəfindən əsassız olaraq rədd edilmişdir. Halbuki dövlətin maraq və mənafeyi nəzərə alınaraq Mədəniyyət Nazirliyi maraqlarına toxunulan üçüncü şəxs qismində prosesə cəlb edilməli idi. Rayon Məhkəməsinin qətnaməsində əsassız olaraq qeyd edilmişdir ki, həyətdə tikilmiş sanitar qovşağı və kombi otağı İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin giriş hissəsinə yaxın məsafədə və qeyri-yaşayış sahəsinin divarına bitişik tikilmişdir. Bu həqiqətə uyğun deyil. Yerli baxış zamanı müəyyən olunmuşdur ki, həyətdə yerləşən sanitar qovşağının ümumiyyətlə İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsi ilə heç bir yaxınlığı yoxdur. İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin giriş qapısı həyətin başqa tərəfində, sanitar qovşağı və kombi otağı isə əks tərəfindədir. Yalnız kombi otağı binaya bitişik inşa edilmişdir və həmin tikilidən iddiaçıya məxsus mülkə hər hansı təhlükə yoxdur. Məhkəmənin baxış bucağından yanaşıldıqda bina həm də Cavabdeh1 məxsus mülkdür. Kombi otağı ona məxsus binanın divarına bitişik quraşdırılmışdır. Məhkəmə nədənsə bu halı qiymətləndirməyi unutmuşdur. Rayon Məhkəməsi nəzərə almamışdır ki, tələbələri yalnız qızlardan ibarət olan Universitetin sanitar qovşağı sökülərsə zəruri tələbat necə ödənilər. İddiaçı bu tikili ilə bağlı iddia vermək hüququ əsassızdır. Ekspert rəyi ilə müəyyən olunur ki, pilləkən qovşağı texniki pasportda öz əksini tapdığı üçün tikinti norma və qaydalarına uyğundur. İlkin texniki pasportu əldə etmək mümkün olmasa belə, pilləkənin əvvəllər mövcud olmaması barədə absurd mülahizə deyil, texniki pasport qiymətləndirilməlidir. Pilləkənin Cavabdeh1 tərəfindən inşa olunması barədə sübut yoxdur. Pilləkən giriş qapısına maneə törədirsə İddiaçı söküntü-tikinti materiallarını necə daşımışdır? Pilləkən qəfəsinin giriş üçün maneə törətdiyi qapının texniki pasportda mövcud olub-olmaması, nə vaxt və necə açıldığı, qapının açılmasına müvafiq icazənin olub-olmaması Rayon Məhkəməsi tərəfindən araşdırılmamışdır. Tarixi-mədəniyyət binasının kimin mülkiyyətində olmasından asılı olmayaraq orada aparılan texniki-rekonstruksiya işləri müvafiq dövlət orqanının razılığı və elmi araşdırması əsasında aparılmalı, mədəni irs qorunmalıdır. İddiaçı tərəfindən qanunsuz işləri aparılmasını təsdiq edən “Azərdövlətsənayelahiyə” Dövlət Layihə İnstitutunun xx.xx.2022ci il tarixli rəyi Rayon Məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Cavabdeh1 tərəfindən bu işlərə mane olunmuş olsaydı, söküntü işləri aparıla bilməz, materiallar daşına bilməzdi. Binanın İddiaçı məxsus qeyri-yaşayış sahəsindəki tavanda, Cavabdeh1 məxsus hissənin isə döşəməsində zədələnmə və çatlar məhz İddiaçı tərəfindən əsas yük daşıyan divarların sökülməsi nəticəsində baş verə bilər. Yuxarı mərtəbədən su sızması ehtimalı əsassızdır. Şəhla Mirzəliyevanın qanunsuz fəaliyyəti nəticəsində Cavabdeh1 mülkiyyətinə vurulmuş maddi ziyana dair mütəxəssis rəyi araşdırılmamışdır. e) apellyasiya icraatında iş üzrə üçüncü şəxslərin işin baxılmasına cəlb edilməsi barədə məlumat

13. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası Dövlət Xidmətinin Bakı Regional İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işin baxılmasına cəlb edilmişdir. f) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat

14. Apellyasiya baxışında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 və apellyasiya baxışının əvvəlki iclaslarında iştirak etmiş onun vəkili (nümayəndəsi) Vəkil3, apellyasiya şikayətini müdafiə etdilər və şikayətin, habelə qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Cavabdeh1 öz izahatında əlavə olaraq bildirdi ki, Universitet dövlət tərəfindən tikilmiş, 1988-ci ildə Universitetin binası tamam yanmış, Cavabdeh1 Universitetin binasını öz vəsaiti ilə təmir etdirmiş, 1966-cı ildən uşaqlar Universitetə gəlmiş, 1997-ci ildən isə özəlləşdirilmişdir. İddiaçı tərəfindən arakəsmələr sökülmüş, qırmızı kərpiclə hörülərək köhnə görünüş üçün tozlama aparılmışdır. Belə dayaq o ağırlığı saxlaya bilməz. Pilləkən qəfəsinin altında yerləşən və İddiaçı tərəfindən təşkil edilmiş qapı ilkin texniki pasportda mövcud deyil.

15. Apellyasiya baxışının əvvəlki iclaslarında iştirak etmiş iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və onun vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, ilk iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdilər.

16. Üçüncü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası Dövlət Xidmətinin Bakı Regional İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya baxışının əvvəlki iclaslarında iştirak edərək bildirmişdir ki, iş üzrə tərəflər arasında yaranmış və tarixi abidə hesab edilən bina ilə bağlı mübahisə təmsil etdiyi Xidmətin də araşdırma obyekti olmuş və bununla bağlı materiallar, habelə binaya aid olan digər zəruri sənədlər təmsil etdiyi Xidmətdə var. Təmsil etdiyi qurum abidələrin qorunub saxlanmasına nəzarəti həyata keçirir, lakin təmir həyata keçirmir. Qəzalı vəziyyət varsa təmir olunmalıdır. Görülən işlər binaya təsir göstərməməlidir. Söküntü mütləq ekspertin rəyi ilə aparılmalıdır. Çünki abidəyə ziyan dəyə bilər. Rayon Məhkəməsi tərəfindən söküntü nəticəsində binaya nə dərəcədə xələl gələ biləcəyi barədə ekspert qarşısında sual qoyulmalı idi. Tərəflər öz hüquqlarını bərpa etməyə çalışır, hərəsi özünə görə haqlıdır. Təmsil etdiyi qurumun marağı isə abidəyə ziyan dəyməməsidir. Qapının açılması ilə bağlı təmsil etdiyi quruma müraciət daxil olmamışdır və belə bir razılıq yoxdur. Odur ki, iş üzrə yekun qətnamə qəbul edilən zaman bu halların nəzərə alınmasını xahiş etmişdir.

17. İş üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və onun vəkili (nümayəndəsi) Vəkil1, iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası Dövlət Xidmətinin Bakı Regional İdarəsi işə apellyasiya qaydasında baxılmanın sonuncu iclasının vaxtı və yeri haqqında lazımi qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin sonuncu iclasında iştirak etməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişlər.

18. İş üzrə cavabdeh "xxxx" MMC, qarşılıqlı iddia ərizəsində üçüncü şəxs qismində göstərilmiş Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi, Bakı Şəhəri İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və apellyasiya baxışı zamanı cəlb edilmiş iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi işə apellyasiya qaydasında baxılmanın iclaslarının vaxtı və yeri haqqında lazımi qayada xəbərdar edilməsinə baxmayaraq ümumiyyətlə məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.

19. Bu hallar işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. g) apellyasiya baxışının hədləri barədə məlumat

20. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, ilk iddia tələbi qismən təmin olunsa da, İddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, ilk iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır. Qətnamədən apellyasiya şikayəti vermiş Cavabdeh1 isə qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, o, qətnamənin ilk iddianın bir qisminin təmin edilməməsi barədə hissəsini mübahisələndirməmişdir.

21. Məhkəmə qeyd edir ki, MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin, yəni ilk iddianın “qeyriyaşayış sahəsinin tavanı və MMC-yə məxsus sahənin döşəmə hissəsinin təmiri üçün tələb olunan vəsaitin 1/2 hissəsinin cavabdehlərdən tutulması” hissəsinin əsaslılığını yoxlamamışdır. h) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

23. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

24. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2021-ci il tarixli, **********60-083005 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən “Çıxarışdan” görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 153,50 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

25. Həmin İdarə tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2006-ci il tarixli MH seriyalı, ******* nömrəli dövlət reyestrindən “Çıxarışdan” görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 898,8 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir.

26. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/1347 saylı rəyindən görünür ki, Şəhla Mehraliyevanın mülkiyyətində olan və yuxarıda qeyd edilən 153,50 kv.m olan qeyri-yaşayış sahəsinin tavanında olan taxta tirlərin və Cavabdeh1 məxsus qeyri-yaşayış sahəsinin taxta döşəməsinin bəzi yerlərində taxtanın çürüdüyü müəyyən olunmuşdur. Lakin qəzalı vəziyyətdə olub-olmaması Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin mütəxəssis rəyi təqdim olunduqdan sonra müəyyən oluna bilər. Şəhla Mehraliyevanın mülkiyyətində olan həmin 153,50 kv.m olan qeyriyaşayış sahəsinə bitişik quraşdırılmış pilləkən qəfəsi Cavabdeh1 mülkiyyətində olan qeyriyaşayış sahəsinə dair xx.xx.2022-ci il tarixdə verilmiş texniki pasportda öz əksini tapdığı üçün tikinti norma və qaydalarına uyğun olduğu müəyyən olunur. Lakin Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair ilkin texniki pasport təqdim olunmadığı üçün, həmin pilləkanın lap əvvələr mövcud olub-olmamasını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə qalxan dəmir pilləkən Şəhla Mehrəliyevənın mülkiyyətində olan qeyri-yaşayış sahəsinin giriş qapısının qarşısında quraşdırıldığını nəzərə alaraq, həmin pilləkən qeyriyaşayış sahəsinin giriş-çıxışa maneə yaradır. Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin həyətində yardımçı (sanitar qovşağı və kombi otağı) tikililər inşa edilmişdir. Lakin həmin tikililər texniki pasportda öz əksini tapmadığından, eləcə də, aparılmış tikinti işlərinə dair müvafiq qurumlardan icazə sənədləri olmadığından, həmin tikililər inşaat norma və qaydalarına uyğun inşa edilməmişdir. Şəhla Mehraliyevanın mülkiyyətində olan 153,50 kv.m olan qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin tavanında olan sarımtul su sızma ləkələrin olması, suvar qatının tökülməsini və həmin tikilinin üzərində cavabdehə məxsus sanitar qovşağının yerləşdiyini nəzərə alaraq, Şəhla Mehraliyevanın mülkiyyətində olan qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin tavanında çirkab suyunun sızması (axıdılması) halları baş verdiyi müəyyən olunur. Eyni zamanda baxış zamanı həmin qeyri-yaşayış sahəsinin tavanında nəmlənmə izlərin olduğu müşahidə olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Şəhla Mehraliyevanın mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsinin daxilində konstruktiv dəyişikliklər aparılaraq söküntü və təmir-tikinti aparılmışdır. Lakin aparılmış söküntü və tikinti-təmir işlərinin orada olan insanların həyatı üçün təhlükə yaradıb-yaratmaması Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin mütəxəssis rəyi təqdim olunduqdan sonra müəyyən oluna bilər. Cavabdeh1 mülkiyyətində olan və M.Muxtarov 50 ünvanında sahəsi 898,8 kv.metr qeyri-yaşayış sahəsinin Şəhla Mehraliyevanın mülkiyyətində olan qeyri-yaşayış hissəsinin üst hissəsində yerləşən hissəsində divarlarda və tavanda suvaq altı çatların olduğu müəyyən olunmuşdur. Lakin həmin çatların Şəhla Mehraliyevanın mülkiyyətində olan qeyri-yaşayış sahəsində tikinti-təmir işlərinin aparılması nəticəsində baş veribverməməsini Tikintidə X3 Agentliyinin mütəxəssis rəyi təqdim olunduqdan sonra müəyyən oluna bilər. Həmçinin Cavabdeh1 mülkiyyətində olan 898,8 kv.metr qeyri-yaşayış sahəsində yaranmış çatların xüsusiyyətləri müəyyən olunduqdan sonra görüləcək təmirbərpa işlərinin ümumi dəyəri müəyyən oluna bilər.

27. Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən sahəsi 153,50 kv.m olan qeyri-yaşayış sahəsinin tavanı uzun müddət təmirsiz istismar nəticəsində texniki cəhətdən qəzalı deyil, yolverilməz vəziyyətdədir. Sahəsi 153,50 kv.m olan həmin qeyri-yaşayış sahəsində aparılmış söküntü və təmir-tikinti işləri binanın təhlükəsiz istismarına maneə yaratdığından müvafiq orqanlar ilə razılaşdırılmaqla layihə əsasında gücləndirilməlidir. M.Muxtarov 50 ünvanında yerləşən binanın 2-ci mərtəbəsində yaranmış xırda ölçülü çatlar sahəsi 153,50 kv.m olan qeyri-yaşayış sahəsində aparılmış söküntü və təmir-tikinti işlərinin nəticəsində və sanitar qovşağından su axması nəticəsində aşınmanın təsirindən yarana bilər.

28. Mədəniyyət Nazirliyi yanında X7, X8 üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Yasamal rayonu, Murtuza Muxtarov, 50/78 ünvanında yerləşən Bakı Qızlar Universitetinin binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 132 nömrəli qərarı ilə dövlət qeydiyyatına və mühafizəsinə götürülmüş 3720 inventar nömrəli tarix və mədəniyyət abidəsidir.

29. "xxxx" MMC-nin Rayon Məhkəməsinə verdiyi dəymiş maddi ziyanın müəyyən edilməsi barədə xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, 50 ünvanında yerləşən qeyri-yaşayış binasının zirzəmi və yarımzirzəmisində aparılan təmir və söküntü işlərinin nəticəsində binanın bir hissəsinin çökməsi səbəbindən sahəyə dəymiş maddi ziyanın məbləği xx.xx.2022-ci il tarixinə 35.136,20 manat təşkil etdiyi müəyyən edilmişdir.

30. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İdarənin əməkdaşları tərəfindən 2022-ci ilin aprel ayının 14 və 19 tarixlərində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 132 nömrəli qərarı ilə dövlət qeydiyyatına və mühafizəsinə götürülmüş 3720 inventar nömrəli tarix və mədəniyyət abidəsi olan binanın 1-ci mərtəbəsinə baxış keçirilmiş və müraciətdə qeyd edilən faktların əsasən həqiqətə uyğun olduğu aşkarlanmışdır. Baxışın nəticəsi olaraq akt tərtib olunmuşdur (surəti əlavə olunur). Aktda qeyd edildiyi kimi, haqqında söhbət gedən qeyri-yaşayış sahəsində (mülkiyyətçisi Şəhla Mehrəliyeva) aparılmış təmirrekonstruksiya işləri nəticəsində abidəyə aşağıdakı qanuna zidd (müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmadan) müdaxilələr aşkar edilmişdir: tağlarında (yükdaşıyıcı əyri xətli örtük konsrtuksiyalarında) bütövlükdə binanın dayanıqlılığına təsir edə biləcək konstruktiv dəyişikliklər aparılmışdır; pəncərə boşluqlarında konstruktiv dəyişikliklər edilmişdir; içərisində mövcud planda olmayan əlavə arakəsmə hörülmüşdür; -tavanın bəzi hissələrində yuxarı mərtəbənin çökməsinə təhlükə yarada biləcək söküntü işləri aparılmışdır; -əsas yükdaşıyan kolonlara müdaxilə olunması ehtimal olunur (ekspert rəyinə ehtiyac var). Qeyd olunan faktlar üzrə tərtib olunmuş MN seriyalı, ******* nömrəli, xx.xx.2022-ci tarixli inzibati protokol baxılması üçün Dövlət Xidmətinə təqdim olunub. Eyni zamanda görülmüş işlər nəticəsində sözügedən binanın dayanıqlılığına zərər vurulması əticəsində onun qəzalı vəziyyətdə olub olmaması məsələsinə aydınlıq gətirilməsi məqsədi ilə FHN-nin Tikintidə X3 Agentliyinə müraciət edilmişdir. Bununla yanaşı yuxarıda qeyd olunan işlərin sifarişçilərinin və (və ya) icraçılarının hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 246-cı maddəsində nəzərdə tutulmuş əməllərin (Dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) əlamətləri müşahidə olunduğundan, məsələ ilə bağlı Yasamal Rayonu Polis İdarəsinə də müraciət ünvanlanmışdır.

31. Göstərilənləri nəzərə almış Rayon Məhkəməsi aşağıdakı maddi hüquq normalarına istinad etmişdir: Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur (maddə 13; hissə 1.). Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (maddə 29.). Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.2.). İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər (maddə 152.3.). Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.4.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər (maddə 157.4.). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (maddə 180.1.). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (maddə 180.2.). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (maddə 180.4.). Mülki Məcəllənin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mülki Məcəllənin tələblərinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1.).

32. Qeyd edilənləri nəzərə almış Rayon Məhkəmə iş üzrə qəbul etdiyi qətnamədə bildirmişdir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Beləliklə, mülki hüquq pozuntusundan irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir.

33. Rayon Məhkəməsi yuxarıda qeyd edilənlərə istinad edərək hazırki qətnamənin 9-cu bəndində göstərilən nəticəyə gəlmişdir.

34. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul olunmuş xx.xx.2022-ci il tarixli qərardadı əsasında keçirilmiş ekspertiza tədqiqatı nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən hazırki iş üzrə xx.xx.2022-ci il tarixli, 10/1627 saylı rəy verilmişdir.

35. Həmin rəydən görünür ki, Rayon Məhkəməsinin ekspertiza qarşısında qoyduğu suallardan dördü ekspertiza tərəfindən tam cavablandırılmamışdır.

36. Rəyin “tədqiqatın nəticəsi” adlı hissəsindən görünür ki, həmin suallardan üçünün tam cavablandırılmamasının səbəbi Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin mütəxəssis rəyinin təqdim edilməməsi, bir sual isə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair ilkin texniki pasportun təqdim edilməməsi olmuşdur.

37. Apellyasiya baxışı zamanı Cavabdeh1 mülkiyyətində olan 1997-ci ilə aid texniki pasport Məhkəməyə təqdim edilmiş və ekspertiza qarşısında qoyulmuş sualların cavablandırılması üçün zəruri olduğundan Məhkəmə tərəfindən qəbul edilmişdir.

38. Həmçinin iş materiallarından görünür ki, sonradan Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi təqdim olunmuşdur.

39. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamış, mütəxəssis tərəfindən verilmiş rəyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərməmişdir.

40. Məhkəmə eyni zamanda qeyd edir ki, iş üzrə tərəflərə aid olan qeyri-yaşayış sahələri qonşu sahələr olmaqla tarixi abidə hesab edilən və Yasamal rayonu, M.Muxtarov küçəsində yerləşən 50 saylı binada yerləşir. Hər iki iddiada əks tərəfin həmin binada qanunsuz olaraq təmir-tikinti və rekonstruksiya işlərinin aparmasına istinad edilir və hər iki iddiada həmin qanunsuz işlərin nəticələrinin aradan qaldırılması (yəni sahələrin əvvəlki vəziyyətə gətirilməsi) tələb olunur.

41. Bunları nəzərə almış Məhkəmə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyini və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətini iş üzrə üçüncü şəxs qismində cəlb etmişdir.

42. X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi Məhkəməyə verdiyi izahatda bildirmişdir ki, iş üzrə tərəflər arasında yaranmış və tarixi abidə hesab edilən bina ilə bağlı mübahisə təmsil etdiyi Xidmətin də araşdırma obyekti olmuş və bununla bağlı materiallar, habelə binaya aid olan digər zəruri sənədlər Xidmətdə var.

43. Məhkəmə bildirir ki, mövcud mülki mübahisə tarixi abidə hesab edilən bina ilə bağlı olsa da, işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamış Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətini və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyini işin baxılmasına və ekspertizanın keçirilməsinə cəlb etməmişdir.

44. Qeyd edilən hallar Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən hazırki iş üzrə verilmiş rəyi (yuxarıda qeyd edilən hissədə) natamam olmasına səbəb olmuşdur.

45. Odur ki, göstərilənləri nəzərə almış Məhkəmə apellyasiya icraatı zamanı qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası təyin etmiş və ekspertiza qarşısında qoyulan suallar tarixi abidə hesab edilən bina ilə bağlı olduğu üçün ekspertlərə kömək məqsədi ilə ekspertiza tədqiqatına Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mütəxəssislərini cəlb etmişdir.

46. Məhkəmənin həmin qərardadı ilə ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Şəhla Mehraliyevanın mülkiyyətində olan və Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən sahəsi 153,50 kv.m olan qeyri-yaşayış sahəsinin tavanı və cavabdehə məxsus qeyri-yaşayış sahəsinin döşəməsi qəzalı vəziyyətdədirmi? - Şəhla Mehraliyevanın mülkiyyətində olan 153,50 kv.m qeyri-yaşayış sahəsinə bitişik pilləkən qəfəsi quraşdırılmışdırmı, əgər quraşdırılıbsa həmin pilləkən qəfəsi tikinti norma və qaydalarına uyğundurmu və Şəhla Mehraliyevaya məxsus həmin qeyri-yaşayış sahəsinə giriş-çıxışa maneə yaradırmı? - Şəhla Mehraliyevanın mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsində aparılmış söküntü və təmir-tikinti işləri nəticəsində yaranmış konstruktiv dəyişikliklər həmin binanın mövcudluğu və orada olan insanların həyatı üçün təhlükə yaradırmı? - Şəhla Mehraliyevanın mülkiyyətində olan qeyri-yaşayış sahəsində əsaslı tikintitəmir işlərinin aparılması nəticəsində Cavabdeh1 mülkiyyətində olan və Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən sahəsi 898,8 kv.metr olan qeyri-yaşayış sahəsinə hər hansı bir zərər dəymişdirmi? Əgər dəymişdirsə, vurulmuş zərərin və görüləcək təmir-bərpa işlərinin ümumi məbləği nə qədər təşkil edir? - Əgər məhkəmə baxışı zamanı, Məhkəmə, qeyd edilən binada aparılmış söküntü və təmir-tikinti işləri nəticəsində yaranmış konstruktiv dəyişikliklərin ləğv edilməsi (binanın əvvəlki vəziyyətə gətirilməsi) barədə nəticəyə gələrsə, binanın əvvəlki vəziyyətə gətirilməsi binanın mövcudluğuna və orada olan insanların həyatına təhlükə yarada bilərmi?

47. Məhkəmənin qərardadı əsasında Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən müvafiq tədqiqat aparılmış və tədqiqatın nəticəsi ilə xx.xx.2023-cü il tarixli, 10/3803 saylı rəy verilmişdir.

48. Həmin rəydə aşağıdakılar qeyd edilmişdir: - Qərardadın ikinci sualı üzrə aparılmış tədqiqatın nəticəsi olaraq, Şəhla Mehraliyevanın mülkiyyətində olan 153,50 kv.m qeyri-yaşayış sahəsinə bitişik quraşdırılmış pilləkən qəfəsi Ağarəhimov Rəhimovun mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair xx.xx.1997-ci il və xx.xx.2022-ci il tarixdə verilmiş texniki pasportda əks olunduğunu nəzərə alaraq, həmin pilləkən qəfəsəsinin tikinti norma və qaydalarına uyğun olduğu müəyyən olunur. Eyni zamanda Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə qalxan dəmir pilləkənin Şəhla Mehraliyevanın mülkiyyətində olan qeyri-yaşayış sahəsinin giriş qapısının qarşısında quraşdırıldığını nəzərə alaraq, həmin pilləkənin qeyri-yaşayış sahəsinin girişçıxışına maneə yaratdığı müəyyən olunur. - Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin və Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən qərardadda qoyulmuş suallar üzrə mütəxəssis rəyinin Mərkəzə təqdim edilməsi barədə və mübahisəli əraziyə xx.xx.2023-cü il tarixdə baxış keçirilməsinin təşkil olunması barədə vəsatət verilmişdir. Göstərilən tarixdə tədqiqat obyektinə mütəxəssislərin iştirakı ilə baxış keçirilmiş, lakin hər hansı bir sənəd (mütəxəssis rəyi) mərkəzə təqdim olunmamışdır. Bu səbəbdən də qərardadın birinci, üçüncü, dördüncü və beşinci sualları üzrə tədqiqat aparılmamışdır. Həmin suallar Tikintidə X3 Agentliyinin mütəxəssis rəyi təqdim olunduqdan sonra cavablandırıla bilər.

49. Ekspertiza tərəfindən verilmiş rəy və mülki iş Məhkəməyə daxil olduqdan sonra, yəni xx.xx.2023-cü il tarixdə Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi Məhkəməyə daxil olmuşdur.

50. Həmin Agentliyinin xx.xx.2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, Yasamal rayonu, Murtuza Muxtarov 50 ünvanında yerləşən, sahəsi 153,50 kv.m olan qeyri-yaşayış sahəsinin tavanı uzun müddət təmirsiz istismar nəticəsində texniki cəhətdən qəzalı deyil, yolverilməz vəziyyətdədir (1-ci sual üzrə). İddiaçı mülkiyyətində olan, sahəsi 153,50 kv.m olan qeyri-yaşayış sahəsinə bitişik quraşdırılmış pilləkən qəfəsi Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair xx.xx.1997-ci il və xx.xx.2022-ci il tarixdə verilmiş texniki pasportda əks olunmuşdur. Metal konstruksiyadan olan pilləkən qəfəsi texniki cəhətdən işlək vəziyyətdədir, tikinti norma və qaydalarına uyğun inşa edilmişdir (2-ci sual üzrə). İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsində aparılmış söküntü və təmir işləri (tədqiqat hissəsində qeyd olunmuş) binanın ümumi dayanıqlığına mənfi təsir göstərərək onun istismarını təhlükəli vəziyyətə sala bilər (3-cü sual üzrə). Murtuza Muxtarov 50 ünvanında yerləşən binanın 2-ci mərtəbəsində yaranmış xırda ölçülü çatlar sahəsi 153,50 kv.m olan qeyri-yaşayış sahəsində aparılmış söküntü və təmir-tikinti işlərinin nəticəsində və sanitar qovşağından su axması nəticəsində aşınmanın təsirindən yarana bilər (4-cü sual üzrə). İddiaçı mülkiyyətində olan 153,50 kv.m qeyri-yaşayış sahəsində aparılmış yenidənqurma işləri layihəsiz və heç bir aidiyyəti orqanlar ilə razılaşdırılmadan yerinə yetirilmişdir. Binanın təhlükəsiz istismarını təmin etmək məqsədilə müvafiq orqanlar ilə razılaşdırılmaqla, layihə əsasında bərpa gücləndirmə işlərinin və yaxud binanın əvvəlki vəziyyətə qaytarılması təmin edilməlidir.

51. Göründüyü kimi, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə tam tədqiqatın aparılması və ekspertizadan tədqiq edilərək rəy verilməsinə mane olmuş hal aradan qalxmış, mütəxəssis rəyi verilmişdir.

52. Odur ki, göstərilənləri nəzərə almış Məhkəmə xx.xx.2023-cü il tarixli qərardadı ilə Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadında qeyd edilən məsələlərin tədqiq edilərək rəy verilməsi üçün mülki işi Məhkəmə Ekspertizası Mərkəzinə göndərmişdir.

53. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-6-16/2-10/9948 saylı rəyi ilə müəyyən edilmişdir ki, Murtuza Muxtarov 50 ünvanında yerləşən, sahəsi 153,50 kv.m olan qeyri-yaşayış sahəsinin tavanı uzun müddət təmirsiz istismar nəticəsində texniki cəhətdən qəzalı deyil, yolverilməz vəziyyətdədir (1-ci sual üzrə). İddiaçı mülkiyyətində olan, sahəsi 153,50 kv.m olan qeyri-yaşayış sahəsinə bitişik quraşdırılmış pilləkən qəfəsi Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair xx.xx.1997-ci il və xx.xx.2022-ci il tarixdə verilmiş texniki pasportda əks olunmuşdur. Metal konstruksiyadan olan pilləkən qəfəsi texniki cəhətdən işlək vəziyyətdədir, tikinti norma və qaydalarına uyğun inşa edilmişdir. Eyni zamanda Cavabdeh1 mülkiyyətində olan qeyriyaşayış sahəsinə qalxan dəmir pilləkənin Şəhla Meralıyevanın mülkiyyətində olan qeyriyaşayış sahəsinin giriş qapısının qarşısında quraşdırıldığını nəzərə alaraq, həmin pilləkənin qeyri-yaşayış sahəsinin giriş-çıxışına maneə yaratdığı müəyyən olunur (2-ci sual üzrə). İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsində aparılmış söküntü və təmir işləri (tədqiqat hissəsində qeyd olunmuş) binanın ümumi dayanıqlığına mənfi təsir göstərərək onun istismarını təhlükəli vəziyyətə sala bilər (3-cü sual üzrə). Murtuza Muxtarov 50 ünvanında yerləşən binanın 2-ci mərtəbəsində yaranmış xırda ölçülü çatlar sahəsi 153,50 kv.m olan qeyri-yaşayış sahəsində aparılmış söküntü və təmir-tikinti işlərinin nəticəsində və sanitar qovşağından su axması nəticəsində aşınmanın təsirindən yarana bilər (4-cü sual üzrə). İddiaçı mülkiyyətində olan 153,50 kv.m olan qeyri-yaşayış sahəsində aparılmış yenidənqurma işləri layihəsiz və heç bir aidiyyəti orqanlar ilə razılaşdırılmadan yerinə yetirilmişdir. Binanın təhlükəsiz istismarını təmin etmək məqsədilə müvafiq orqanlar ilə razılaşdırılmaqla, layihə əsasında bərpa gücləndirmə işlərinin və yaxud binanın əvvəlki vəziyyətə qaytarılması təmin edilməlidir.

54. Bundan başqa, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası Dövlət Xidmətinin Bakı Regional İdarəsinin iş üzrə təqdim etdiyi mübahisəyə yazılı münasibətində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 132 №-li Qərarı ilə dövlət mühafizəsinə götürülmüş (3720 inventar nömrəli), Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov 50 ünvanında yerləşən Bakı Qızlar Universitetinin binasına xx.xx.2023-cü il tarixdə baxış keçirilərkən aşağıdakılar müəyyən edilmişdir: - tağlarda və qapı boşluqlarında dəyişikliklər (hündürləşdirilmiş) edilmiş, pəncərə boşluqları (1997-ci ilin texniki pasportu ilə müqayisədə) açılmışdır; - binanın 1997-ci ilin texniki pasportu ilə müqayisədə 2 (iki) əsas arakəsmə yükdaşıyan kalonu sökülmüşdür; - binanın pilləkənləri 1997-ci ilin texniki pasportunda göstərilmişdir və hazırda həmin texniki pasportda göstərildiyi kimidir; - pilləkənlər İddiaçı məxsus qeyri-yaşayış sahəsinə giriş-çıxışa maneə yaratmır. Eyni zamanda, 1997-ci ilin texniki pasportunda İddiaçı məxsus qeyri-yaşayış sahəsinin pilləkən tərəfdən olan hissəsində həyətə açılan qapı və pəncərə mövcud deyildir. Həmin qapı və pəncərənin açılması üçün də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən hər hansı razılıq verilməmişdir. - Binanın ikinci mərtəbəsində yerləşən və Cavabdeh1 məxsus qeyri-yaşayış sahəsinin divarlarında çatlar, dəhlizin və otaqların döşəməsində isə çökmələr vardır.

55. Bundan əlavə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, XO-1312/01 nömrəli məktubunda İddiaçı məxsus qeyri-yaşayış sahəsində aparılacaq işlərə birbaşa razılıq verilməmiş, razılıq verilmiş layihə məktuba əlavə olunmamış və işlərin Azərbaycan Milli Elmlər Akademiyasının xx.xx.2022-ci il tarixli 57-132 nömrəli rəyinə əsasən aparılmasının məqsədəuyğun olduğu vurğulanmışdır.

56. Azərbaycan Milli Elmlər Akademiyasının xx.xx.2022-ci il tarixli 57-132 nömrəli rəyində isə layihənin məqsədəuyğun hesab olunduğu, lakin aşağıdakı tövsiyələrin gələcək təqdimatlarda nəzərə alınması təklif edilmişdir: - işçi layihə təqdim edilərkən abidənin müasir görünüşünün fotolarının təqdim olunması; - qeyri-yaşayış sahəsinin hazırki və bərpadan sonrakı funksiyasının açıqlanması; - binada aparılacaq dəyişikliklərin (qapı və pəncərə boşluqlarının açılması və s.) hansı məqsədlə aparılması barədə məlumatın verilməsi.

57. Yuxarıda qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, ilk iddianın “qeyriyaşayış sahəsinin ümumi həyətdə tərəfdə olan qapısının üzərinə qanunsuz olaraq inşa edilmiş, giriş-çıxışa maneəçilik törədən pilləkən qəfəsinin cavabdehlərin maddi vəsaiti hesabına sökülərək maneənin aradan qaldırılması” hissəsi əsassızdır.

58. Belə ki, iddiaçı, cavabdehin ona məxsus obyektə giriş qapısının qarşısını kəsən, giriş-çıxışa mane olan pilləkən quraşdırdığını. pilləkənin iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin divarına birləşmiş sahəsindən binaya sızan nəmişlik və pis iy-qoxunun obyektdən istifadəni mümkünsüz etdiyini bildirsə də, həmin pilləkən qəfəsinin Cavabdeh1 məxsus ilkin, yəni 1997-ci ilə aid texniki pasportda mövcud olduğu ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Bununla da pilləkən qəfəsinin tikinti norma və qaydalarına uyğun olduğu müəyyən edilir.

59. Odur ki, Rayon Məhkəməsinin pilləkənin əvvəllər mövcud olmaması, bu səbəbdən də onun sökülməli olması ilə bağlı mövqeyi əsassızdır.

60. Digər tərəfdən həmin pilləkən vasitəsilə binanın ikinci mərtəbəsində yerləşən Universitetə çoxsaylı tələbələrin və işçilərin giriş-çıxışı təmin edilir ki, bu baxımdan da pilləkən qəfəsinin sökülməsi məqsədəuyğun deyil.

61. Bundan başqa, binanın tarix və mədəniyyət abidəsi olması nəzərə alınarsa, iddiaçı tərəfindən pilləkən qəfəsinə həmin qapı və pəncərənin açılması üçün də Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən hər hansı razılıq verilmədiyi müəyyən edilmişdir.

62. Məhkəmə hesab edir ki, ilk iddianın “qeyri-yaşayış sahəsinin ümumi həyət tərəfdə olan divarına bitişik şəkildə qanunsuz olaraq inşa edilmiş 2 ədəd sanitar qovşağın və 1 ədəd kombi otağının cavabdehlərin maddi vəsaiti hesabına sökülməsi” hissəsi də əsassızdır.

63. Belə ki, həmin tikililər Universitetin çoxsaylı tələbə və işçi heyətinin təminatı üçün zəruridir. Həmçinin həmin otaqda bağlı yerdə kombi işləməsinin iddiaçının obyekti üçün real təhlükə yaratması sübut olunmur. Həyətdə yerləşən iki ədəd sanitar qovşağının isə yerində müayinə zamanı iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə bitişik inşa edildiyi müəyyən edilməmişdir.

64. İlk iddianın “qeyri-yaşayış sahəsinin çöl fasad divarına cavabdehlər tərəfindən birləşdirilmiş kommunikasiya (su, elektrik) xətlərinin cavabdehlərin maddi vəsaiti hesabına sökülməsi” hissəsi də Məhkəmə tərəfindən əsassız hesab edilir.

65. Belə ki, ilk iddia ərizəsində tələbin bu hissəsi əsaslandırılmamışdır. Rayon Məhkəməsi tərəfindən də ilk iddianın müzakirə edilən hissəsi ilə bağlı mövqeyi qətnamənin əsaslandırıcı hissəsində öz əksini tapmamışdır. Məhkəmə tərəfindən apellyasiya baxışı zamanı aparılmış araşdırma nəticəsində ilk iddianın bu hissədə təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir.

66. Məhkəmə ilk iddianın “qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin üzərində yerləşən cavabdehə məxsus sanitar qovşağın cavabdehlərin maddi vəsaiti hesabına təmir edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, Universitetin sanitar qovşağı iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin üzərində yerləşir. Sanitar qovşaqdan axan çirkab suları nəticəsində iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə mənfi təsir göstərdiyi iş materialları ilə öz təsdiqini tapır.

67. Belə ki, tikinti-texniki ekspertizasının rəyinə əsasən, qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin tavanında olan sarımtıl su sızma ləkələrin olması, suvaq qatının tökülməsini və həmin tikilinin üzərində cavabdehə məxsus sanitar qovşağının yerləşdiyini nəzərə alaraq, qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin tavanında çirkab suyunun sızması (axıdılması) halları baş verdiyi müəyyən edilmişdir. Eyni zamanda yerində müayinə zamanı həmin qeyri-yaşayış sahəsinin tavanında nəmlənmə izlərin olduğu müşahidə olunmuşdur.

68. Odur ki, Rayon Məhkəməsi həmin hissədə ilk iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.

69. İlk iddianın “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilərək qeyriyaşayış sahəsindən və qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın ümumi həyət qapısından istifadəyə, həmçinin qeyri-yaşayış sahəsinin təmir-bərpasına məhdudiyyət yaradılmasının cavabdehlərə və digər şəxslərə qadağan olunması” hissəsi ilə bağlı Məhkəmə qeyd edir ki, iddiaçı özü də əvvəllər belə maneə olsa da, hazırda cavabdehlər tərəfindən ona qarşı hər hansı məhdudiyyət yaradılmadığını etiraf etmişdir.

70. Bu baxımdan müzakirə edilən hissədə ilk iddia tələbi cavabdehlərə münasibətdə əsassızdır.

71. Eyni zamanda, ilk iddia ərizəsində məhdudiyyət yaradılmasının qadağan edilməsinin tələb edildiyi digər şəxslərin kim olması konkret qeyd edilməmiş və cavabdeh kimi göstərilməmişdir. Odur ki, həmin tələb digər şəxslərə münasibətdə qeyri-müəyyən şəxslər dairəsinə qarşı yönəldiyi üçün təmin edilməsi mümkün deyil.

72. İş materialları ilə müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsində aparılmış söküntü və təmir işləri binanın ümumi dayanıqlığına mənfi təsir göstərərək onun istismarını təhlükəli vəziyyətə sala bilər. Yasamal rayonu, Murtuza Muxtarov 50 ünvanında yerləşən binanın 2-ci mərtəbəsində xırda ölçülü çatların həmin işlər nəticəsində yaranması istisna edilmir.

73. İddiaçı mülkiyyətində olan 153,50 kv.m qeyri-yaşayış sahəsində aparılmış yenidənqurma işləri layihəsiz və heç bir aidiyyəti orqanlar ilə razılaşdırılmadan yerinə yetirilmişdir. Binanın təhlükəsiz istismarını təmin etmək məqsədilə müvafiq orqanlar ilə razılaşdırılmaqla, layihə əsasında bərpa gücləndirmə işlərinin və yaxud binanın əvvəlki vəziyyətə qaytarılması təmin edilməlidir.

74. Belə olan halda, Rayon Məhkəməsinin həmin hissədə ilk iddianın qismən təmin edilməsi ilə bağlı gəlmiş olduğu nəticə işin hallarına uyğun deyil. İddiaçı mülkiyyətçi olsa da, öz əmlakından başqalarına ziyan vuran şəkildə istifadə etməsi yolverilməzdir. Bakı Qızlar Universitetinin binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 132 nömrəli qərarı ilə dövlət qeydiyyatına və mühafizəsinə götürülmüş 3720 inventar nömrəli tarix və mədəniyyət abidəsidir. Ona görə də, həmin sahədə əsaslı təmirtikinti işlərinin aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan ilə razılaşdırılmaqla və həmin orqanın təmir-tikinti işlərinin aparılmasının mümkünlüyü barədə rəyi əsasında həyata keçirilə bilər.

75. Cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin daxilində aparılmış konstruktiv dəyişikliklər binanın təhlükəsiz istismarı məqsədi ilə binanın zirzəmisinin əvvəlki vəziyyətinə qaytarılması əsasında təmin edilməlidir.

76. Bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 132 nömrəli qərarı ilə dövlət qeydiyyatına və mühafizəsinə götürülmüş 3720 inventar nömrəli tarix və mədəniyyət abidəsi olduğu üçün həmin binada gələcəkdə təmir-tikinti işləri aparılması müvafiq icra hakimiyyəti orqanı ilə ilə razılaşdırılmaqla aparılması mümkündür.

77. Bu baxımdan qarşılıqlı iddianın “İddiaçı hərəkətlərinin qanunsuz hesab edilməsi” və “İddiaçı tərəfindən aparılmış özbaşına təmir-tikinti işlərinin öz hesabına sökülərək binanın zirzəmisinin əvvəlki vəziyyətinə qaytarılması” hissəsinin də əsaslı olduğu öz təsdiqini tapmış olur.

78. Məhkəmə hesab edir ki, qarşılıqlı iddianın “dəymiş maddi ziyanın qiymətləndirilərək cavabdehdən alınıb qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə ödənilməsi” hissəsi qismən əsaslıdır.

79. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən tutulması tələb edilən maddi ziyanın əvəzinin miqdarı qarşılıqlı iddia ərizəsində konkret olaraq göstərilməmişdir. "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən, qeyri-yaşayış binasının zirzəmi və yarımzirzəmisində aparılan təmir və söküntü işlərinin nəticəsində binanın bir hissəsinin çökməsi səbəbindən sahəyə dəymiş maddi ziyanın məbləği xx.xx.2022-ci il tarixinə 35.136,20 manat təşkil etdiyi müəyyən edilsə də, həmin tarixdən artıq xeyli müddət keçmiş və iddiaçı tərəfindən dəymiş maddi ziyanın miqdarını təsdiq edən başqa sübut təqdim edilməmişdir. Məhkəmə tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizasının rəyinə əsasən, cavabdehin mülkiyyətində olan 898,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin İddiaçı mülkiyyətində olan qeyri-yaşayış hissəsinin üst hissəsində yerləşən hissəsində divarlarda və tavanda suvaq altı çatların olduğu müəyyən olunmuşdur.

80. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin mütəxəssis rəyindən görünür ki, binanın 2-ci mərtəbəsində yaranmış xırda ölçülü çatlar sahəsi 153,50 kv.m olan qeyri-yaşayış sahəsində aparılmış söküntü və təmir-tikinti işlərinin nəticəsində və sanitar qovşağından su axması nəticəsində aşınmanın təsirindən yarana biləcəyi qeyd edilmişdir.

81. Məhkəmə bildirir ki, Mülki Məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

82. Odur ki, Məhkəmə hesab edir ki, qarşılıqlı iddia müzakirə edilən hissədə qismən təmin edilməli, İddiaçı qanunsuz hərəkətləri nəticəsində cavabdehə məxsus sahədə yaranmış qüsurlar İddiaçı hesabına aradan qaldırılmalıdır.

83. Beləliklə, Məhkəmə tərəfindən müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə ilk iddia “iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin üzərində yerləşən cavabdehə məxsus sanitar qovşağın cavabdehlərin maddi vəsaiti hesabına təmir edilməsi” hissəsi istisna olmaqla qalan hissədə Cavabdeh1 münasibətdə əsassızdır. Məhkəmə cavabdeh MMC tərəfindən apellyasiya şikayəti verilməməsini nəzərə alaraq qeyd edir ki, ilk iddia yalnız Cavabdeh1 münasibətdə təmin edilməsi hissəsində ləğv edilsə, o halda cavabdeh MMC-yə aid hissədə qüvvəyə minərək icraya yönəldiləcəyi təqdirdə qəbul edilmiş qətnamə öz əhəmiyyətini itirmiş olacaqdır. Odur ki, qeyri-yaşayış sahəsinin mülkiyyətçisinin cavabdehlərdən Cavabdeh1 olduğunu nəzərə alaraq Məhkəmə hesab edir ki, həmin hissələrdə ilk iddia cavabdeh "xxxx" MMC-yə münasibətdə də rədd edilməlidir. i) apellyasiya baxışının nəticəsi

84. Odur ki, qeyd edilənləri, MPM-in 385-ci maddəsinin tələblərini və MPM-in 384cü maddəsində təsbit olunmuş səlahiyyətlərini nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni ilk iddianın bir qisminin təmin edilməsi, qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın ümumi istifadədə olan həyətinin çıxış qapısının üzərinə qanunsuz olaraq inşa edilmiş pilləkən qəfəsi, həyətin divarına bitişik şəkildə qanunsuz olaraq inşa edilmiş 2 ədəd sanitar qovşağı və 1 ədəd kombi otağının cavabdehlərin vəsaiti hesabına sökülməsi, qeyri-yaşayış sahəsindən istifadəyə, həmin sahədə əsaslı təmir-tikinti işlərinin aparılmasına (müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaq şərtilə) maneənin yaradılmasının cavabdehlərə və digər şəxslərə qadağan olunması hissəsində, habelə qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməklə həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia həmin hissədə rədd edilməli, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı hərəkətləri qanunsuz hesab edilməli, İddiaçı tərəfindən aparılmış özbaşına təmir-tikinti işləri öz hesabına sökülərək binanın zirzəmisi əvvəlki vəziyyətinə qaytarılmalı, İddiaçı qanunsuz hərəkətləri nəticəsində cavabdehə məxsus sahədə yaranmış qüsurlar İddiaçı hesabına aradan qaldırılmalı, apellyasiya baxışının predmeti olan qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

85. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 oktyabr 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni ilk iddianın bir qisminin təmin edilməsi, qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın ümumi istifadədə olan həyətinin çıxış qapısının üzərinə qanunsuz olaraq inşa edilmiş pilləkən qəfəsi, həyətin divarına bitişik şəkildə qanunsuz olaraq inşa edilmiş 2 ədəd sanitar qovşağı və 1 ədəd kombi otağının cavabdehlərin vəsaiti hesabına sökülməsi, qeyri-yaşayış sahəsindən istifadəyə, həmin sahədə əsaslı təmir-tikinti işlərinin aparılmasına (müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaq şərtilə) maneənin yaradılmasının cavabdehlərə və digər şəxslərə qadağan olunması hissəsində, habelə qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia üzrə İddiaçı həmin iddia tələbləri təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddiası qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hərəkətləri qanunsuz hesab edilsin, onun tərəfindən ünvan 1 ünvanında yerləşən 153,50 kv.m qeyri-yaşayış sahəsində aparılmış özbaşına təmir-tikinti işləri İddiaçı hesabına sökülsün və həmin qeyri-yaşayış sahəsi İddiaçı tərəfindən əvvəlki vəziyyətə qaytarılsın, İddiaçı qanunsuz hərəkətləri nəticəsində Cavabdeh1 məxsus sahədə yaranmış qüsurlar İddiaçı hesabına aradan qaldırılsın. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 oktyabr 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə, yəni ilk iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən 153,50 kv.m qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin üzərində yerləşən cavabdehə məxsus sanitar qovşağın cavabdehlərin vəsaiti hesabına təmir edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Nəzərə alınsın ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 oktyabr 2022-ci il tarixli qətnamənin qalan hissəsi, yəni ilk iddianın təmin edilməməsi, birinci instansiya məhkəməsində iş üzrə keçirilmiş ekspertiza tədqiqatının xərcinin – 300 manatın İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi hissəsi apellyasiya baxışının predmetini təşkil etməmişdir. Apellyasiya icraatı zamanı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının xərci ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı aid edilsin. Bu məqsəd ilə İddiaçı cəmi 150 (yüz əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar