Məhkəmə qərarları › İş №2(103)-11318/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11318/2021

17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11318/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1in vəkili Vəkil və Cavabdeh2 iştirakları ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(001)-7383/2021 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən subroqasiya qaydasında onun xeyrinə dəymiş ziyana görə 13578,33 manat sığorta ödənişinin, ödənilmiş 30,4 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı eyni zamanda iddia ərizəsi ilə birlikdə iddianın təmin edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1nə məxsus Cavabdeh2 tərəfindən idarə edilən **-JT-*** dövlət qeydiyyat nişanlı “X2” markalı avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulması, həmin avtomobilin məcburi qaydada saxlanılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xüsusi mühafizə olunan dayanacağına yerləşdirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(001)- 7383/2021saylı qərardadı ilə ərizənin qismən təmin edilməsi, Cavabdeh1nə məxsus **-JT-*** dövlət qeydiyyat nişanlı “X2” yük markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Qərardaddan Cavabdeh1 şikayət verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(001)-7383/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılır ki, nəqliyyyat vasitəsinin üzərinə həbs qoyulması, cavabdehin sahibkar kimi mülkiyyət hüquqlarını pozur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(001)-7383/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili Vəkil şikayəti müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 şikayəti müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə şikayəti qəbul etmədi, ərizədə göstərilənlərə uyğun məzmunda izahat verərək, qərardadın dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edib, hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(001)-7383/2021 saylı qərardadı ərizənin qismən təmin edilən hissəsində dəyişdirilərək, Cavabdeh1nə məxsus 99-JT- 762 dövlət qeydiyyat nişanlı “X2” yük markalı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağan edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AD 434796 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-JT-*** dövlət qeydiyyat nişanlı “X2” yük markalı nəqliyyat vasitəsinin sahibi Cavabdeh1dir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra-MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). İddianı təmin etmək üçün cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.1). Müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək növündə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.2). Həmçinin mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.3) Qanunun mənasından göründüyü kimi iddianı təmin tədbiri institutu çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual-hüquqi tədbirdir. Bu tədbir müvəqqəti xarakter daşıyır, işi mahiyyəti üzrə qabaqcadan həll etmir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nın 157-ci və 158-ci maddələrinin məzmununa görə, iddianı təmin etmə tədbirlərinin görülməsində məqsəd mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından, həmçinin məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş müvəqqəti xarakter daşıyan prosessual tədbirdir. Hazırkı halda isə konkret mübahisə mübahisəli mənzillə bağlı mənzilin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı olduğundan, qeyd olunan növdə iddianın təmini tədbirinin mövcudluğu məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək üzrə yarana biləcək çətinləşdirmə hallarını aradan qaldırmış olur. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olmaqla onun məqsədlərinə nail olunmasında da mühüm rol oynayır və iddianı təmin etmə institutunun mahiyyətinə və məqsədlərinə uyğun gəlir. Birinci instansiya məhkəməsi ərizəni həbslə bağlı hissədə təmin edərək, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək üçün tədbirlər görülməsi qənaətinə gələrək, bununla bağlı müvəqqəti xarakter daşıyan iddianın təmin edilməsi tədbiri barədə qərardad qəbul etməklə cavabdehə məxsus avtomobilin üzərinə həbs qoyulması qənaətinə gəlmişdir. Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən tətbiq edilən həbslə bağlı tədbir hazırkı vəziyyətdə mülkiyyətçi olan Cavabdeh1 MMC-nin mülkiyyət hüquqlarına toxunur. Belə ki, “həbs qoyulma” məfhumu geniş anlayışdır və bu, həm də əmlakın üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, əmlakı istifadə etmək hüququnun məhdudlaşdırılmasından və.s ibarətdir. Ona görə də, kollegiya hesab edir ki, əmlakın üzərinə həbs qoyulması hazırki iddianı təmin etmə tədbirinin məqsədinə uyğun deyil. Bu baxımdan, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı avtomobilin üzərinə həbs qoyulması hissəsində dəyişdirilməli, cavabdehin mülkiyyətində olan avtomobilin özgənkiləşdirilməsi mülkiyyətçi Cavabdeh1 MMC-yə və digər şəxslərə qadağan edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(001)- 7383/2021 saylı qərardadı ərizənin qismən təmin edilən hissəsində dəyişdirilsin, Cavabdeh1nə məxsus 99-JT- 762 dövlət qeydiyyat nişanlı “X2” yük markalı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağan edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kasasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar