Məhkəmə qərarları › İş №2(103)-11326/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11326/2021

09.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11326/2021 09.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh MMC-nə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh MMC-nə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən iddiaçıların xeyrinə 30000 manat məbləğində maddi, 20000 manat məbləğində mənəvi zərərın və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi onların paylı mülkiyyətindədir. Onlar bir ailə olaraq həmin evdə yaşayır. Evlə üzbəüz sahədə ArchiCO MMC tərəfindən hündürmərtəbəli yaşayış binası tikilir. Cavabdeh tərəfindən hər gün tikinti işləri getdiyinə görə onlar öz mülkiyyətində rahat yaşaya bilmirlər. Gecələr də iş görüldüyünə görə istirahətləri pozulur. Hər dəfə beton vuran avtomaşın (pompa) dayaqlarını onların fərdi yaşayış evinin fundamentinə dayadığına görə evin müxtəlif yerlərində çatlar əmələ gəlmişdir. Bəzən zəlzələ baş verdiyini zənn edirlər. Beləliklə, cavabdehin təqsiri üzündən yaşadıqları fərdi yaşayış evi qəzalı vəziyyətə düşmüşdür. Tikinti işləri getdiyi müddətdə isə ev tez-tez silkələnir, sanki zəlzələ baş verir. Nəticədə iddiaçılar qorxu və stress keçirirlər. Evin qəzalı vəziyyətə düşməsi nəticəsində FHN-nin qaynar xəttinə məlumat vermişlər. FHN-nin cavab məktubunda cavabdehin apardığı tikinti nəticəsində evdə çatların əmələ gəlməsi təsdiq edilmişdir. Bununla da evə təxminən 30000 manat maddi zərər dəymişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 iyul2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Apellyator digər əsaslar da göstərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Kollegiya Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçıların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini, apellyasiya şikayətinin təmin olunmaması barədə cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan AR X2 komitısi yanında Daşınmaz Əlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi,ev 3 ünvanında yerləşən fərdi yaşayış ev iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 birgə paylı xüsusi mülkiyyətindədir və bu barədə daşınmaz mlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 521 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İş materiallarında olan FHN TTNDA tərəfindən verilmiş 14 dekabr 2018-ci il tarixdə 37/36-06218 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Sarabski, A.Qurbanov və S.Salayev küçələrinin əhatə etdiyi ərazidə yaşayış binalarının tikintisi zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması barədə vətəndaş İddiaçı1 29 noyabr 2018-ci il tarixdə FHN-nin X1 Mərkəzinin 112 Çüvuik reaksiya idarəsinə ünvanlandığı müraciət FHN-nin mütəxəssisləri tərəfindən araşdırılmışdır və müraciətdə edilən fakt qismən təqsdiqini tapmışdır. ”ARCHİCO” MMCnin rəhbərliyinə müvafiq qanunvericiliyin tələblərinə, həmçinin tikinti norma və qaydalarına ciddi şəkildə əməl olunmsı,eləcə də sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə lazımı və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi tapşırılmışdır. İş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 21 oktyabr 2016-cı il tarixli,197 nömrəli sərəncamından görünür ki, Nəsimi rayonunun sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 №-li Qərarını rəhbər tutaraq və Cavabdeh MMC-nə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən ünvanlanmış 09.08.2016-cı il tarixli 02/05-1174 №-li Şəhərsalma əsaslandırılması barədə məktuba əsaslanaraq, Nəsimi rayonu, Ağadadaş Qurbanov, Sarabski, Məhəmməd Naxçıvanı küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Cəmiyyətin istifadəsinə verilmişdir. İş materiallarında olan FHN TTNDA tərəfindən 16 dekabr 2019-cu il tarixdə verilmiş 37/34-08092 nömrəli məktubdan görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində müşahidə olunan çatların nə zaman yaranmasını müəyyən etmək mümkün deyil. Fərdi yaşayış evində müşahidə olunan çatların yaranma səbəbini müəyyən etmək üçün elmi-tədqiqat institu tərəfindən müvafiq instrumental müayinətədqiqat işləri aparılmalı, fərdi yaşayış evinin yakdaşıyan konstruksiyalarının (bünövrə, sütun, rigel və demir-beton örtük tavaları) hazırki vəziyyəti – dayanıqlılığı qiymətləndirilməlidir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 sentyabr 2020-ci il tarixli,2(005)-58/2020 saylı qərardadından görünür ki, mülki iş üzrə məhkəmə tikinti-texniki-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin mütəxəssislərinə tapşırılmışdır. İş materiallarında olan AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 may 2020-ci il tarixli 10/2657 nömrəli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində müşahidə olunan çatların nə zaman yaranmasını müəyyən etmək mümkün deyil. Fərdi yaşayış evində müşahidə olunan çatların yaranma səbəbini müəyyən etmək üçün elmi-tədqiqat institu tərəfindən müvafiq instrumental müayinətədqiqat işləri aparılmaqla, fərdi yaşayış evinin yakdaşıyan konstruksiyalarının (bünövrə, sütun, rigel və demir-beton örtük tavaları) hazırki vəziyyəti – dayanıqlılığı qiymətləndirilməklə müəyyən oluna bilər. Bu səbəbdən də ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində yaranan çatlar texniki vəziyyəti konstruktor tərəfindən müəyyən olunduqdan sonra,həmin evə hansı məbləğdə zərər vurulmasına və vurulmuş zərərın aradan qaldırılması üçün hansı məbləğdə vəsait tələb olunmasına dair tədqiqat aparılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab etmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh MMC-nə qarşı maddi və mənəvi zərərın ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçılar irəli sürdüyü maddi zərərın ödənilməsi barədə tələbləri əsaslandıra bilmədilər. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, maddi zərərın ödənilməsi barədə iddia tələbləri təmin edilməməlidir. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, hazırki işdə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3,İddiaçı4 və İddiaçı5 cavabdehin hərəkətləri nəticəsində hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulmasını, eləcə də həmin pozuntu nəticəsində mənəvi sarsıntı və iztirab keçirmələrini təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim etmədiyindən 20000 manat mənəvi zərəra görə pulun cavabdehdən alınaraq iddiaçılara ödənilməsinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla, təmin edilməsi üçün hüquqi əsaslar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını da nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir, gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar