Məhkəmə qərarları › İş №2(103)-11358/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11358/2021

17.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11358/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-288/2021 saylı 06 oktyabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə dair mülki işə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-288/2021 nömrəli iş üzrə qəbul etdiyi 20 may 2021-ci il tarixli qətnaməsi ilə iddianın Cavabdeh1 firmasına münasibətdə qismən təmin olunması, Cavabdeh1 firmasından 7202 manat məbləğində dəymiş zərər və mənəvi zərərə görə 500 manat olmaqla, cəmi 7702 (yeddi min yeddi yüz iki) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat və vəkilə göstərilmiş yardıma görə 111,50 (bir yüz on bir manat əlli qəpik) məbləğində pulun Cavabdeh1 firmasından İddiaçı xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun qalan 20 (iyirmi) manat hissəsinin İddiaçı özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pulun Cavabdeh1 firmasından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 Firmasının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7677/2021 nömrəli iş üzrə qəbul etdiyi 12 iyul 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, mülki işin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-288/2021 nömrəli iş üzrə qəbul etdiyi 21 sentyabr 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-288/2021 nömrəli iş üzrə qəbul etdiyi 20 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 Firmasının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətin ona əlavə edilmiş sənədlərlə birlikdə onu vermiş şəxsə geri qaytarılması qərara alınmışdır. Cavabdeh1 Firmasının nümayəndəsi və vəkili Vəkil2 23.09.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-288/2021 nömrəli iş üzrə qəbul etdiyi 20 may 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, qətnamədən ötürülmüş apellyasiya şikayəti vermə müddətinin üzürlü sayılaraq bərpa edilməsini və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmiş və ərizədə göstərmişdir ki, o, Cavabdeh1 Firmasının nümayəndəsi olmaqla, hüquqlarının müdafiəsini bütün dövlət və özünüidarətmə orqanlarında, o cümlədən məhkəmələrdə müdafiə edir. Ona Firmanın direktoru tərəfindən bütün hüquqların həyata keçirilməsi üçün 05.03.2021-ci il tarixdə etibarnamə verilmiş, lakin etibarnamə apellyasiya şikayətinə əlavə edilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-288/2021 saylı 06 oktyabr 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-288/2021 nömrəli iş üzrə qəbul etdiyi 20 may 2021-ci il tarixli qətnaməsindən şikayət vermək üçün ötürülmüş prosessual müddətin bərpasına dair Cavabdeh1 Firmasının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş vəsatət təmin olunmuş və ona münasibətdə qətnamədən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-288/2021 nömrəli iş üzrə qəbul etdiyi 20 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 Firmasının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardaddan İddiaçı şikayət verərək, qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərardadında qeyd olunur ki, Cavabdeh1 Firmasının nümayəndəsi və vəkili Vəkil2 23.09.2021-ci il tarixdə ərizə ilə Suraxanı rayon Məhkəməsinə müraciət edərək Suraxanı rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(010)-288/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddəti üzrlü sayaraq bərpa edilməsini və apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi ərizəsində qeyd etmişdir ki, apellyasiya şikayəti verən zaman ona verilmiş etibarnamə şikayətə əlavə edilməmişdir. Məhkəmə vəsatəti təmin edərkən prosessual hüquq normalarına istinad etsə də apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini nəyə əsasən üzrlü hesab etdiyini qərardadında əsaslandırmamışdır. İş materiallarından göründüyü kimi, cavabdehin nümayəndəsinə etibarnamə verilmiş, lakin onun etibarnaməsində apellyasiya şikayəti vermək hüququ nəzərdə tutulmamışdır. Apellyasiya şikayəti verilən zaman Bakı Apellyasiya Məhkəməsi tərəfindən araşdırılmış və müəyyən olunmuşdur ki, apellyasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən verilmişdir. Bu xüsusatlar Bakı Apellyasiya Məhkəməsinin 12.07.2021-ci il tarixli, 2(103)-7677/2021 nömrəli qərardadında da qeyd edilmişdir. Buna görə haqlı olaraq Bakı Apellyasiya Məhkəməsi həmin qərardadla cavabdehin verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanı qeyri-mümkün hesab etmişdir. Hazırkı şikayət etdiyi qərardad qəbul edilərkən məhkəmə onun iştirakı və məlumatı olmadan iclas keçirmişdir. 11 oktyabr 2021- ci ildə məhkəmənin iclası barədə bildiriş poçtla ona göndərilmiş, 13 oktyabr 2021-ci ildə o məhkəmənin bildirişini almışdır. Məhkəmə faktiki olaraq işə baxaraq qərar qəbul etdikdən sonra ona iclas barədə bildiriş göndərmişdir. Həmçinin iclas barədə ona sms bildiriş də gəlməmişdir. Qərardadda AR Mülki Prosessual Məcəlləsinin 130, 133 və 360-cı maddələrinə istinad edilmiş, lakin heç bir əsaslandırma olmamışdır. Cavabdehin ərizəsində qeyd etdiyi hal prosessual müddətin ötürülməsinin bərpası üçün üzrlü səbəb ola bilməz. Odur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06.10.2021-ci il tarixli 2(010)-288/2021 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-288/2021 saylı 20 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət əsassız olduğundan rədd edilmiş, şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, İddiaçı şikayəti təmin olunmalı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-288/2021 saylı 06 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-288/2021 saylı, 20 may 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 Firmasının nümayəndəsi və vəkili Vəkil2 prosessual müddətinə bərpası barədə ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Cavabdeh1 Firmasının nümayəndəsi və vəkili Vəkil2 23.09.2021-ci il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermiş, həmçinin ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-288/2021 saylı, 20 may 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 Firmasının nümayəndəsi və vəkili Vəkil2 müddətin bərpa edilməsinə dair ərizəsində müddətin buraxılmasını ümumiyyətlə əsaslandırmamış, yalnız işi üzrə davam edən prosessual hərəkətləri sadalamaqla kifayətlənmiş, birinci instansiya məhkəməsi isə ərizənin mahiyyətinə qiymət vermədən cavabdehin nümayəndəsi tərəfindən apellyasiya şikayətinin verilməsi müddəti üzrlü səbəblərdən ötürüldüyü nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşaraq qeyd edir ki, hazırki halda Cavabdeh1 Firmasının nümayəndəsi və vəkili Vəkil2 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-288/2021 saylı, 20 may 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətinə bərpası barədə ərizəsini əsaslandırmadığından ərizə təmin edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası İddiaçı şikayətini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı şikayəti təmin olunmalı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-288/2021 saylı 06 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-288/2021 saylı, 20 may 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 Firmasının nümayəndəsi və vəkili Vəkil2 prosessual müddətinə bərpası barədə ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-288/2021 saylı 06 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-288/2021 saylı, 20 may 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 Firmasının nümayəndəsi və vəkili Vəkil2 prosessual müddətinə bərpası barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar