Məhkəmə qərarları › İş №2(103)-11379/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11379/2021

23.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11379/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5888/2021 saylı, 15 oktyabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qaraj sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03.09.2021-ci il tarixli, 2(011)-5888/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03.09.2021-ci il tarixli, 2(011)-5888/2021 saylı qətnaməsinin ləğv edilərək iş üzrə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5888/2021 saylı 15 oktyabr 2021-ci il tarixli qərardadına əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5888/2021 saylı 15 oktyabr 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardad ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadın nəticəsi hissəsi onun faktiki hallarına uyğun deyildir və əsassızdır Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri 2(011)-5888/2021 saylı, 15 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1.1-ci maddəsinə əsasən şikayətin verildiyi məhkəmənin adı və ünvanı göstərilməlidir. Həmin Məcəllənin 361.1.4-cü maddəsinə əsasən şikayət verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmununda qətnamənin ləğv edilməsi üçün əsaslar göstərilməmişdir. Kollegiya qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, iddiaçı tərəfindən apellyasiya şikayətinin məzmununda göstərilməli olan hallar əks etdirilmədiyi üçün, apelyasiya şikayəti düzgün tərtib olunmadığından geri qaytarılmalıdır Ona görə də, kollegiya hesab edir ki, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5888/2021 saylı, 15 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5888/2021 saylı, 15 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar