Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1140/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı mülki iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X10 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılov Ayşən Səaddin qızının katibliyi, İddiaçı3, Cavabdeh3 nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1440/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan SS “TBCBank” tərəfindən tərtib edilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı3 məxsus hesabdan Cavabdeh3 məxsus bank hesabına xx.xx.2022-ci il tarixdə - 6.900 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə - 1.400 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə - 980 ABŞ dolları məbləğində pul köçürülmüşdür.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 onların hər birinə 7.206,66 manat olmaqla cəmi 21.620 manat pulun tutularaq ödənilməsi; Cavabdeh1 onların hər birinə 5.600 manat olmaqla cəmi 16.800 manat pulun tutularaq ödənilməsi; Cavabdeh3 onların hər birinə 3.090,19 ABŞ dolları olmaqla cəmi 9.270,59 ABŞ dolları pulun ödəniş gününə olan məzənnə ilə tutularaq ödənilməsi; cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 birgə qaydada 1.000 manat pulun tutularaq İddiaçı3 ödənilməsi; vəkillə bağlanan müqavilə xərci olan 363 manat və məhkəmədə iddianın qaldırılması üçün tərəflərindən ödənilmiş 255,54 manat, cəmi 618,54 manat pulun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 birgə qaydada alınaraq onlara bərabər həcmdə - hər birinə 205,18 manat olmaqla ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
3. İddia onunla əsaslandırılmışdır ki, 2021-ci il dekabr ayında İddiaçı3 dostu İddiaçı2 dəvətilə onun icarə əsasında işlətdiyi Yasamal rayonu, H.Zərdabi 81 ünvanında yerləşən şirniyyat evinə getmişdir. Orada İddiaçı2 onu iki nəfər, Cavabdeh3 (tel: ***-***-**-**) və Cavabdeh2 (tel: ***-***-**-**, ***-***-**-**) adlı şəxslərlə tanış edərək həmin şəxslərin ona təklif etdikləri online biznesə sərmayə yatırıb qazanc əldə etmək imkanlarının olması barədə ona məlumat verdi və həmin şəxslərdən görüləcək işin detalları barədə ona məlumat vermələrini istədi. Həmin adamlar Arif və Tuqay ona yeni bir sayt yaratdıqlarını (tfaze.com) bildirdilər və qarşılarındakı notbukda həmin saytı açaraq orada türk rəssamları tərəfindən çəkilmiş fotoşəkillərin (rəsmlərin) satışının həyata keçirdiklərini bildirdilər. Həmin sayt üzərindən artıq bir sifariş reallaşdırdıqlarını qeyd etdilər, lakin ilk sifarişi maliyyələşdirən Fuad İbrahimov adlı şəxsin (hər ikisinin əvvəllər işlətdikləri marvell marketinq şirkətinin sahibi) onlara şəkillərdən əldə edilmiş gəlirlərdən az faiz verdiyini əsas gətirərək onunla iş birliyinə son verdiklərini bildirdilər və yeni sərmayəçi axtarışında olduqlarını dedilər. Kompüterdə yeni sifarişin olduğunu göstərdikdən sonra həmin sifarişi Türkiyədən pulunu ödəyib X11 adlı alıcıya çatdıraraq qoyulan vəsaitin iki qatından artıq məbləğ əldə etmək imkanının olduğunu vurğuladılar. Məsələnin real olduğunu zənn edərək İddiaçı2, o və digər dostları İddiaçı1la birgə bu işin maliyyələşdirilməsi üçün ilkin mərhələ olaraq Cavabdeh2 Cavabdeh3 da iştirakı və Elvin Qəniyevin, Elvin Alməmmədovun, Xaliq Mahmudovun şahidliyi ilə 4700 manat pul verdilər. Saytın (tfaze.com) qurucusu Cavabdeh2 bildirdi ki, qoyduqları pulla Türkiyədən onlayn sifarişlə guya Amerikalı alıcı Susan Burns adlı şəxsin tfaze.com saytı üzərindən ona sifariş verdiyi türk rəssamlarının 4 ədəd şəklini sifariş edəcək və sifariş 7-10 gün ərzində Türkiyədən Amerikaya yola düşən kimi sifarişçinin paypall (ödəniş platforması) üzərindən göndərdiyi pul vəsaiti Cavabdeh2 atasına məxsus Gürcüstan Respublikasından alınmış TBC bankının kart hesabına köçəcək. Cavabdeh2 bildirdi ki, yerli banklar bu kimi onlayn ticarət əməliyyatlarını dəstəkləmədiyi üçün vəsaitin məhz Gürcüstanin TBC bank kartına köçə biləcəyi mümkündür. Onlar pulları verdikdən 10 gün sonra Cavabdeh3 və Cavabdeh2la işin gedişatını müzakirə etmək üçün yenidən eyni məkanda görüşdülər (Arif, Tuqay, Fuad, Atabəy və o). Görüş zamanı Cavabdeh2 kompüterdə sifarişin uğurla X9 adlı alıcıya çatdığını göstərdi və saytın balansında qazanc kimi 11000 ABŞ dolları ümumi məbləğin olduğunu əks etdirən saytın balansını göstərdi və həmin şəxs tərəfindən (Susan Burns) yeni bir sifarişin daxil olduğunu bildirdi. Həmin sifarişin maya dəyərinin 18600 ABŞ dolları və əlavə karqo pulunun ödənilməsi üçün əlavə vəsaitin tələb olunduğunu bildirərək Fuad, Atabəy və ona balansda olan 11000 dollar pulun üzərinə yenidən 7600 ABŞ dolları və əlavə karqo pulunun ödənilməsini istədi. Onlar isə “uğurla” başa çatmış pulun qazancının nağdlaşdrılmasını istədikdə Cavabdeh2 bildirdi ki, pulun köçdüyü atasi Cavabdeh1 (***- ***-**-**) məxsus olan TBC bank kartın çipi işləmədiyi üçün hal-hazırda pulun nağdlasdırılması mümkün olmadığına görə vəsaiti götürmək mümkün deyil. Bu məsələnin həlli üçün Cavabdeh3 2-3 gündən sonra Gürcüstana gedərək öz adına yeni bir TBC bank hesabının açacağını vurğuladı. Şifahi razilaşmadan sonra Cavabdeh3 Gürcüstana getdi və onlar ikinci sifarişin təsdiqlənməsi üçün 7600 ABŞ dollarının ekvivalenti kimi 12920 manat pulu və 4000 manat karqo pulunu toplayaraq Cavabdeh2 verdilər (12920 manat pulu Cavabdeh2 Leo bank da olan kart hesabına, 4000 manat isə nağd, karqo pulunu 2 gün sonra Cavabdeh2 nağd şəkildə İddiaçı2 Babək prospekti 61 c ünvanında yerləşən iş yerində, Vüqar Hüseynlinin, Rəşad Məhərrəmovun və Elvin Qəniyevin şahidliyi ilə kafedə verdilər). Məbləği hərəyə 5640 manat olmaqla bərabər şəkildə ödəmişlər. Hətta həmin məbləğin düzəlməsi üçün Elvin Qəniyevdən 2000 manat pul istəsələr də, o, imkanı çatmadığı üçün onlara kömək edə bilmədi. Bu hadisədən təxminən 7-10 gün keçdikdən sonra artıq Cavabdeh3 Gürcüstanda bank hesabı açaraq Azərbaycana qayıtmışdı. Cavabdeh2 bildirdi ki, əgər pulu onlar qoyursa və işi o görürsə, o zaman Cavabdeh3 əlavə pul ödəməmək üçün onu bu məsələdən kənarlaşdırmaq lazimdı. Onlar da onun qərarına etiraz etməyərək, Cavabdeh3 qeyd-şərtsiz heç bir danışıq olmadan məsələdən kənarlaşdırılması üçün razılaşdılar. Növbəti sifarişin hamısını Cavabdeh2 artıq özü sayt üzərindən etdiyindən Cavabdeh3 bildirməməyi təklif etdi və onlar da razılaşdılar. Növbəti sifarişin isə maya dəyəri 38000 dollar olduğundan onların buna imkanları çatmadığını qeyd etsələr də, Cavabdeh2 bildirdi ki, o guya atası Cavabdeh1 kart hesabında bu iş üçün 16800 manat götürərək ümumi məbləğin üzərinə əlavə edəcək özünə bildirmədən, amma onlar da, həmin məbləği qısa müddət ərzində toplayıb ona qaytararlar. Həmin pulu, yəni 16800 manatı 1 ay ərzində hissə-hissə qaytarmaq üçün razılaşdılar və Cavabdeh2 bildirdi ki, həmin pulları topladıqca onun atası Cavabdeh1 TBC bank kartına göndərsinlər. Həmin məbləği isə razılaşdıqları kimi onun atası Cavabdeh1 TBC bank Georgia kart hesabına (ümumilikdə 2022-ci ilin fevral mart ayları ərzində ona, yəni X8 məxsus Rabitəbank kartmane vasitəsilə 16800 manat pulu kartdan karta köçürmə vasitəsi ilə ödədilər. Onlar yenə də narahat idi və səbəb kimi isə Cavabdeh3 bu işlərdən kənarlaşdırılmasının vacib olduğunu vurğuladılar və əldə ediləcək qazancın köçəcəyi (Cavabdeh2 20 gün ərzində köçəcəyini bildirmişdir) bank kartının artıq Cavabdeh2 atası Cavabdeh1 deyil, Cavabdeh3 adına olmasının onları narahat etdiyini qeyd etdilər. Cavabdeh2 isə onlara bildirdi ki, əgər Cavabdeh3 güvənmirlərsə, o zaman pul sahibi kimi onların üçündən birinin adına Gürcüstanda bank kartı açsınlar və 3-cü sifarişi təsdiq etdikdən sonra Cavabdeh3 adına olan bank kartını saytın hesabından çıxarsın və onların açdığı bank kartını əlavə etsin. Bu məqsədlə o, yəni İddiaçı3 xx.xx.2022-cı il tarixdə Gürcüstana getdi, oradan TBC banka məxsus kart hesabı açsa da, Cavabdeh2 ona zəng vuraraq bildirdi ki, əldə edəcəkləri vəsaitin Paypall beynəlxalq ödəmə sistemi vasitəsi ilə köçürüldüyü üçün İddiaçı3 adına açılmış TBC bank kartını həmin ödəmə sisteminə əlavə edib hesabı aktivləşdirmək bir həftə vaxt alacaq, onun üçün pulu 3-cü sifarişin təsdiqlənməsi üçün hazırda Paypall ödəmə sistemində qeydiyyatdan keçirdiyi Cavabdeh3 TBC bank kartına göndərmək lazımdır. O da, yəni İddiaçı3 Gürcüstanın Tbilisi şəhərində onlardan tələb olunan 9270.59 dollar pulun 8300 dollarının 6900 dollar hissəsini Bankın kassasında, 1400 dollar hissəsini isə ödəmə terminalı vasitəsilə Cavabdeh3 TBC bank kartına köçürdü. Yerdə qalan 970.59 dollar pulu isə İddiaçı1 həmin vaxt Bakıda özünün Unibank kartından Westen Union ödəmə sistemi vasitəsilə Cavabdeh3 TBC bank kartına göndərmişdir. Ümumilikdə 9270.59 dollar Cavabdeh3 TBC bank Georgia bank hesabına köçürdülər (ödəniş qəbzləri əlavə edilir). Burada qeyd olunan ödədikləri məbləği də üç nəfər arasında bölərək ödəmişlər. Əlavə olaraq qeyd edir ki, Samir X3 Respublikasında 3 gün müddətində qalmış və qaldığı müddətdə 1000 manat xərc çəkmişdir (bilet 200 dollar (340 azn), 240 manat otel və s. xərclər). 3-cü sifariş təsdiqləndikdən sonra vəsaitin maksimum 10 gün ərzində hesaba köçəcəyini Cavabdeh2 bildirdi. Təxminən 2022-ci ilin mart ayının ortalarında vəsaitin köçəcəyini vurğulasa da, günlər ötdükcə artıq aralarında narazılıqlar başladı. Mart ayının sonları Cavabdeh2 vəsaitin köçdüyünü onlara bildirdi (Bu müddət ərzində onlar artıq Cavabdeh1 TBC Bank kartına ona məxsus Rabitəbank kartı vasitəsilə 16800 manat pulu tam olaraq ödəmişdilər) və sayt üzərindən pulun balansda olduğunu göstərdi (əslində isə balansdakı pulun proqram vasitəsi ilə düzəlmiş saxta məbləğ olduğu daha sonra onlara məlum olmuşdur) və məbləğ böyük olduğu üçün birbaşa bank kartına köçürmə etmək mümkün olmadığını əsas gətirərək bir neçə gün gözləmələrini istədi və məsələni yaxın günlərdə həll edəcəyini bildirdi. Artıq bir müdddətdən sonra Cavabdeh2 onları aldatması şübhələri yarandığı üçün təxminən 2 aydan çox müddətdə heç bir əlaqələri olmayan Cavabdeh3 zəng vurdular və Nərimanov ərazisindəki Tesla çay evində görüşdülər, məsələni ona danışdıqda Cavabdeh3 bildirdi ki, bəs Cavabdeh2 dələduzdur və onların qoyduqları vəsaitlərin bir qismini qanunsuz qumar oyunları, xarici bet saytlarda uduzub (bu faktı daha sonra Cavabdeh2 atası Cavabdeh1 da təsdiq etdi). Ariflə görüşüb Tuqayın onları aldatdığını bildikdən dərhal sonra Cavabdeh3 İddiaçı2, İddiaçı1 və o, Cavabdeh2 yaşadığı binanın qarşısına gedərək tanımadıqları blokdan çıxan bir nəfər kişi xeylağından Cavabdeh2 hansı mənzildə yaşadığını soruşdu və cavabında 10-cu mərtəbədə liftdən çıxanda sağ qapıda qaldığını öyrəndilər. Həmin mərtəbəyə qalxaraq Cavabdeh2 qapılarının arxasında olduqlarını və onun çölə çıxmasını tələb etdilər. Cavabdeh2 çölə çıxaraq onlardan atasının bayram olduğu üçün evdə olduğunu (sonuncu çərşənbə günü) binanın həyətinə düşməyələrini xahiş etdi. Onlar Tuqayla binanın həyətinə düşüb maşına əyləşdilər. Maşında Tuqaya onun onları aldatdığını dedilər və ona verdikləri pulu ondan tələb etməyə başladılar. O isə xeyli həyəcanlı olduğu üçün onlara bildirdi ki, atasına zəng vursun, düşsün binanın həyətinə, onlar onunla danışsınlar, o, atasına zəng vurdu, atası Cavabdeh1 3-4 dəqiqədən sonra binanın qarşısına düşdü və İddiaçı3 məsələni tam ətraflı ona danışdı, daha sonra Cavabdeh1 onun telefon nömrəsini götürdü və bildirdi ki, gedib evə oğlu ilə danışsın, aydinlaşdırıb sabah günorta 13-14 radələrində onlarla əlaqə saxlayacaq. Onlar da həmin yerdən uzaqlaşdılar. Səhəri gün Cavabdeh1 dediyi vaxtda İddiaçı3 zəng vurdu və axsam saat 18:30 üçün İddiaçı2 istifadəsində olan Yasamal rayonu, H.Zərdabi 81 ünvanında olan şirniyyat dükanında görüş təyin etdilər. Görüş vaxtı Cavabdeh1la təxminən 1 saatdan artıq müddətdə söhbət etdilər (söhbətin səs və video görüntüləri də mövcuddur). Söhbətlərinin sonunda Cavabdeh1 dəymiş zərəri, yəni 54000 manat pulu qaytaracağını bildirdi və razılaşdılar ki, növbəti aydan etibarən hər ayın 15-i 18000 manat verməklə (üç ay ərzində hər ayin 15-i 18000 manat) ümumi borcu bağlayacaq. Lakin Cavabdeh1 söz versə də, növbəti ayın 15-i onlar onunla əlaqə saxlamağa çalışsalar da, nömrəsinə zəng çatmadı. Belə qənaətə gəldilər ki, onun da, pulu qaytarmaq fikri yoxdur. Ertəsi gün Cavabdeh1 Cavabdeh2la yaşadıqları eyni ünvana getdilər. Cavabdeh1 onlara bildirdi ki, oğlu Cavabdeh2 ona bildirmədən Türkiyəyə gedib. Buna görə də, artıq onun bu məsələ ilə bağlı yaranmış borcu ödəmək fikri yoxdur. Borcu oğlu Cavabdeh2 tələb etmələrini bildirdi. Bununla da, Cavabdeh1 da bu məsələdə oğlu Cavabdeh2la əlbir olduğu qənaətinə gəldilər.
4. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz ifadəsində bildirmişdir ki, onun işlədiyi kafedə Tuqay, Arif, Atabəy, Fuad, Samir tez-tez gəlib gedirdilər. Atabəy, Fuad, Samir onun dostlarıdır. Ara-sıra gəlirdilər onun işlədiyi yerə. Atabəy də onunla bir yerdə işləyirdi, ona görə orada görüşürdülər. O onlara çay verəndə eşidirdi ki, aralarında nə isə alqı-satqı söhbəti gedirdi. Tuqay və Arif pulu sayıb verirdilər digərlərinə, dəqiq sayı bilməsə də təxmini 4000-5000 idi. Bir dəfə onlar pul axtarırdılar, ondan soruşdular, onda pul olmadığına görə, iş yoldaşı Elvindən 200 manat istədilər, onda da pul olmadı.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 öz ifadəsində bildirmişdir ki, o, su daşıyan şirkətdə işləyirdi. Ariflə Marvel marketinq şirkətindən tanış idi. Təxminən 2021-ci ilin dekabrında Arif ona zəng etdi ki, onun və dostu Tuqayın biznes təklifi var və Arif Tuqayla birlikdə onun yanına gəldi və bildirdi ki, sərfəli bir iş var, belə ki, onlar bir sayt yaradıblar, onlayın türk rəssamlarının şəkillərini Türkiyədən alıb Amerikaya satacaqlar. Buna görə sərmayə qoyan axtarırlar. Ona görə də, o bu təklifə razılaşıb şəriklərlə birlikdə ilk əvvəl 10000 dollar pul verdilər. Alış-veriş Tuqayın saytında olurdu. Arif Tuqayla şərik idi və Arifə onlar pul verirdilər. Arifin gəliri 25% idi. Onlar razılaşarkən Ariflə Tuqay 50%, onlar da 50% şərik idilər. Əvvəl onlara pul qaytarırdılar, sonuncu dəfə 30000 dollar verdikdən sonra 60000 dollar istədilər, lakin həmin məbləği o və şərikləri vermədilər. Bundan sonra araşdırmağa başladılar. Onları ofisə çağırıb, kompüteri açdırdılar və məlum oldu ki, kompüterdə Arifgilin göstərdikləri çeklər saxtadır. 30000 dollardan təxminən 24000 dolları geri ala bildilər. Bundan sonra polisə şikayət etdilər.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 öz ifadəsində bildirmişdir ki, o, Azərpoçtda loqistika şöbəsində mütəxəssis işləyir. İddiaçılar onun dostlarıdır. Onun yanında Tuqay və Arif gəlib iddiaçılardan pul götürdülər, pulu Tuqay qəbul etdi. İddiaçılar bir paçka pul verdilər Tuqaya, ancaq nə qədər verildiyini bilmirdi. Ona da Atabəy belə bir işin olduğunu təklif etdi, lakin o bu işə razı olmadı.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1440/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
8. Məhkəmən Binəqədi RPİ-nin 5-ci PŞ-nin təhqiqatçısı polis kapitanı H.Abdullayevin vət.X2 şikayət ərizəsi ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarına istinad edərək, belə nəticəyə gəlmişdir ki, cavabdehlər tərəfindən iddiaçılara maddi zərər vurulmuşdur və ona görə də, iddia tələbi əsaslıdır və təmin edilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1440/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qətnaməsindən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ona münasibətdə ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmsını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyindən qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İşin hallarından göründüyü kimi, Cavabdeh2 birbaşa özü zərər vurmuşdur belə ki, iddiaçılara “xidmət” göstərilməsini və şərik olaraq işləməni o təklif etmiş, alınmış pullar onun hesabına oturulsa da onun sahiblik və istifadəsində olmamışdır. Bundan əlavə Cavabdeh2 özü həmin pulları bankdan məxaric edərək istifadə etmiş və atası Cavabdeh1 hesabına göndərmişdir ki, belə olan halda onun real zərər vurmaqda suçlanmasının heç bir faktiki və ya hüquqi əsası yoxdur. İddia ərizəsindən göründüyü kimi onun hər hansı iştirakçılığı olmamışdır, pulu almamış, danışıqlarda işrirak etməmiş hər hansı vəd verməmişdir, belə olan halda onun iştirakçı olmasından söhbət belə gedə bilməz. Birinci instansiya məhkəməsi tərəflər arasında olan münasibətlərə hər hansı qiymət verməmişdir, hərçənd işin hallarından göründüyü kimi tərəflər arasında mülki münasibətlər şifahi əqd formasında olmuşdur, belə ki, bir tərəf X4 digər tərəflərə (iddiaçılara) müəyyən şərtlər altında əqd təklif etmişdir. Ədqin şərtlərinə əsasən iddiaçılar pul yatıraraq müəyyən qazanc əldə etməli idilər. Burada ilk öncə əqdin tərəfləri müəyyən edilməlidir, işin hallarından göründüyü kimi ədqin tərəfləri iddiaçılar və cavabdeh X4 və onun atası olmuşdur (cavabdehin atasının iştirakçılığı onun etirafı olmuşdur, iddia ərizəsində iddiaçıları özləri etiraf etmişlər, eyni zamanda video sübutda məbləği konkret etiraf etməsə də ümumi ödənişi həyata keçirəcəyi barədə vəd verir), onun hər hansı iştirakçılığı olmamışdır. Məhkəmə ümumiyyətlə onun hansı hərəkət və ya hərəkətsizliyinə görə cavabdehlik daşıdığını qeyd etməmişdir. Beləliklə tərəflər arasında şifahi əqdin bağlandığı işin təkzibolunmaz hallarından biridir. Lakin hazırki mübahisədə onun heç rəftarı o cümlədən pulların əldə edilməsində, istifadəsində hətta müəyyən müddət sahiblik etməsində belə müşahidə olunmur. Belə ki, onun hesabına daxil olan məbləğ qısa vaxt kəsiyində digər Cavabdeh1 hesabına keçirilmişdir. Bundan başqa təqdim edilmiş sübutlarda qeyd olunan hesabdan ölkə xaricində ölkələrdə post terminal vasitəsilə ödənişlər olmuşdur. Qeyd olunan müddətdə, o, Azərbaycan Respublikasında kənara hər hansı səfəri olmamışdır (pasport məlumatları işə əlavə edilmişdir). Məhkəmə iş materiallarında olan tərəfindən təqdim edilmiş sübutlara qiymət verməmişdir, onları təkzib etməmiş, təkzib etməyə belə cəhd göstərməmişdir və s. Belə ki, tərəfindən təqdim etdiyi etirazda bildirmişdir ki, iddia ərizəsində qeyd edilən onun adına açılmış TBC bank hesabı formal olaraq, onun adına açılmış əsl istifadəçisi və hesabı idarə edən Cavabdeh2 olmuşdur. Qeyd olunan məbləğin onun hesabına ödənilməsi barədə ümumiyyətlə məlumatı yox idi, belə ki, iddiaçıların da ərizədə qeyd etdikləri kimi onu işdən uzaqlaşdırmaq niyyətləri olmuşdur, Cavabdeh2 onlara Arifin adına olan hesabın saytda aktiv olmasını səbəb gətirərək məbləği o hesaba göndərməyi bildirmişdir. İddia edilən məbləğ 9 270 (doqquz min iki yüz yetmiş) ABŞ dolları hesaba daxil olduğdan sonra qısa vaxt kəsiyində müxtəlif vaxtlar onun hesabından Cavabdeh2 atası Cavabdeh1 hesabına göndərilmişdir (hesabdan çıxarış əlavə edilir). Bundan başqa iddia ərizəsində iddiaçılar vurğulayırlar ki, Cavabdeh1 ilə görüşləri olub və o, onlara dəymiş 54 000 (əlli dörd min) manat pulun onlara ödəməyi öhdəsinə götürərək, hər ayın 15-i 18000 manat verməklə (üç ay ərzində hər ayın 15-i 18 000 manat)borcun ödəyəcəyini öhdəsinə götürüb.Yəni qeyd edilən məbləğ 9 270 (doqquz min iki yüz yetmiş) ABŞ dolların onda olmasını etiraf edib ki, etiraza əlavə edilən çıxarışlarda da məbləğin onun hesabına göndərilməsi öz əksini tapır. Bundan başqa tərəfidən əldə etdiyi digər sübutlar elektron məhkəmə sisteminə yüklənmişdir-qeyd olunan hesabdan Moskva şəhərində və Çexiya Respublikasında post terminal vasitəsilə ödənişlər aparılmışdır. Yuxarıda qeyd etdiyi kimi də, o, ölkə xaricinə səfər etməmişdir. Bundan başqa, o, Cavabdeh2 yaratdığı tfaze.com saytının fəaliyyəti barədə xx.xx.2022ci ildə Gallerymak.com saytına yazaraq, araşdırmalar aparmışdır. Eyni zamanda TBC banka kartının oğurlanması barədə onun tərəfindən müraciət olmuşdur ki, qeyd olunan müraciətin dəqiq vaxtının müəyyən edilməsi barədə tərəfindən sorğu göndərilsə də bank tərəfindən 2022-ci ilə sənədlərin saxlanılmaması barədə geri cavab göndərilmişdir. Beləliklə bir daha qeyd edir ki, məhkəmə təqdim etdikəri sübutları iclasda tam araşdırmamış, münasibət bildirməmiş, qətnamədə sübutlarını qiymətləndirməmişdir. Məhkəmə yalnız şahid ifadələrinə əsaslanmışdır ki, hansı ki şahidlər nə qədər məbləğin dəqiqi verilməsini təsdiq etməmişlər ehtimallarnan ifadə vermişlər. Şahidin biri ümumiyyətlə cavabdehlərin Samirə müəyyən məbləğin verməsini ifadəsində bildirmişdir. Həm iddia ərizəsində, həm məhkəmə iclasında iddiaçılar etiraf etmişlər ki, Cavabdeh1 ilə görüşləri olub və o, onlara dəymiş 54 000 (əlli dörd min) manat pulun onlara ödəməyi öhdəsinə götürərək, hər ayın 15-i 18000 manat verməklə (üç ay ərzində hər ayın 15-i 18000 manat) borcun ödəyəcəyini öhdəsinə götürüb. Yəni qeyd edilən məbləğ 9270 (doqquz min iki yüz yetmiş) ABŞ dolların onda olmasını etiraf edib. Məhkəmə tərəflərin hansı hüquq münasibətlərində olmalarını araşdırmayıb. Məhkəmə onun iddiaçılarla hansı hüquq münasibətlərində olmasını, bu işdə faktiki iştirakını və rolunu araşdırmamış bu barədə qətnamədə hər hansı qeydlər aparmamaışdır. Məhkəmə ona münasibətdə iddianı formal olaraq təmin etmişdir. Bundan əlavə iddiaçılar özləri belə onun hansı formada və kim qismində mübahisədə iştirak etdiyinə belə münasibət bilməmişdirlər. Məhkəmə tərəfindən verilmiş iddia ərizəsinə etiraza ümumiyyətlə münasibət bildirməmiş etirazın inandırıcı olmamasını qeyd etmişdir. Hansı əsaslara görə inandırıcı olmamağı, təqdim etdiyi hesabdan çıxarışa, iddiaçıların öz etiraflarına münasibət bildirməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsində qarşı tərəfin qaldırmış olduğu iddiaya qarşı öz etirazlarını vermiş və bununla bağlı sübutları məhkəməyə təqdim etmişlər. Belə ki, Cavabdeh3 kartından formal olaraq istifadə olunmuşdur, onun bu məbləğlə heç bir aidiyyəti yoxdur. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən onların etirazına əsaslanmamış, sübutlara hüquqi qiymət verilməmişdir. Məhkəmə yalnız qarşı tərəfin sübutlarına istinad etmişdir, hansı ki, qarşı tərəf formal şahid ifadələridir. İş materiallarında mövcud olan kamera görüntülərində ümumi məbləğ barədə heç bir sübut yoxdur. Məhkəmə onlar tərəfdən təqdim edilmiş etiraz, Arifin burda olmamağına qiymət verilməmişdir. Bu qətnamədə Arifin statusu müəyyən olunmamışdır. Digər tərəfdən məhkəmə tərəfindən burada cinayət tərkibi olması ilə bağlı qərardad qəbul olunmuşdur ki, guya burada cinayət tərkibi vardır. Burada əsas məsələ ondan ibarətdir ki, Coşqun və Tuqay Azərbaycanda olmadığı üçün Arifi burada “rıçaq” kimi saxlayaraq onun üzərindən müəyyən əməliyyatlar aparıblar. Bu məbləğ Arifə çatmamışdır. Həmin xüsusi qərardadla bağlı Arifi polis idarəsinə çağırmayıblar. Həmin kart Arifin adına olmuşdur. Coşqunun hesabına məbləğ getmişdir. Tuqayın qardaşı Çexiyada təhsil alır. Kartdan əməliyyat aparılan zaman Arif Azərbaycanda olmuşdur, lakin əmliyyat xaricdə aparılmışdır. 14.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı3 oğlu apellyasiya şikyətinə etiraz edərək bildirmişdir ki, Tuqay və Arif İT mütəxəssisləridir. Qarşı tərəfin təqdim etdikləri sübutlar saxtadır. Onları Tuqayla tanış edən Cavabdeh3dur. Bu işdə zərərçəkmişlər çoxdur, hamısında da ssenari eynidir. Cavabdeh3 tanış edir, daha sonra guya ona faiz verilmədiyi üçün məsələdən çıxarılır. Tuqay isə işini görür sonda isə ölkədən qaçır. Arifin marağı nədir ki, burdan Gürcüstana gedir və adına kart açdırır. O, şəxsən Arifin kartına şəxsən 9800 dollar pul qoymuşdur. Arif burdan 25 faiz pul götürməli idi. Plana əsasən Arif ölkədə qalmalı idi, qaçmalı yeri yox idi. Arifin ortada məsuliyyət daşımaması üçün belə bir plan qurulmuşdur. Digər zərərçəkmiş şəxslərin sübutları olmadığı üçün iddialarını irəli sürə bilmirlər. Bu adamlar bu işin mütəxəssisləridir.Pulun kim tərəfindən məxaric olunmasını bilmir, pul parçalanırdı. Pulun onlar arasında necə bölüşdürülməsindən məlumatım yoxdur. Həmin sənədləri yüngül İT biliyi olan hər kəs düzəldə bilər. Xaricə gediş-gəliş pulu, oteldə qalmaq pulu və s. təqribi 1000 manatdır. Buta klinikadan kovidlə bağlı test verilmişdir, onun 200 manat pulu. Bilet pulu online almışdır, Tuqay onu online almışdır. Daha sonra mən Gürcüstanda yeni nömrə almışam. Bunula bağlı sübutlar işin içinə əlavə edilmişdir. 15.İştirak etdiyi məhkəmə iclasında İddiaçı2 apellyasiya şikyətinə etiraz edərək bildirmişdir ki, ona yaxınlaşdılar, dedilər ki, şirniyyat mağazalarını reklam edəcəklər. Həmin vaxtı Arifin nişanlısı özü ilə işləyirdi. Onlar başladı işləməyə, bununla bağlı ödənişləri də etdikər. Bir gün Cavabdeh3 yanında Tuqay adlı şəxsi gətirdi və bildirdi ki, belə bir iş var, investor lazımdır və onlar ən yaxın qarşı tərəfi bildi. Ona internetdə nəsə göstərdilər və o dedi ki, burada məbləğlər böyükdür, o, bunu tək edə bilməz. O, dostları Samiri və Fuadı çağırdı, Fuad kamera işi ilə məşğuldur deyə fikirləşmişdir ki, bəlkə onun bu işdən başı çıxar. Fuad baxdı və dedi ki, narahatçılıq yoxdur və beləcə onlar tanış oldular. Bu prosedurlar gedə-gedə danışıqlar oldu ki, ödənişin 50 faizini onlar böləcəkdi, qalan 50 faizini isə Tuqay ilə Arif götürəcəkdir. Üçüncü dəfə də Arifi kənarlaşdırdılar. Arif Gürcüstanda olan müddətdə Tuqay onlara dedi ki, Arifi bu işdən uzaqlaşdıraq. Arif Gürcütan dekabrın axırı, yanvar ayının əvvəli getmişdir. Tuqay ona dedi ki, pulu Arifin kartına qoyusun və sifariş edilsin. Bundan sonra Arifin kartı sistemdən çıxarılacaq və onun kartı sistemə oturacaq və bununla da onların Ariflə iş birliyi bitəcək və Arifə heç bir faiz verməyəcəklər. 16.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasında iştirak etmədiklərindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 18.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 20.Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh3 tərəfindən qətnamədən apellyasiya şikayətində qətnamənin ona münasibətdə ləğv edilməsi, iddianın bu hissədə rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin Cavabdeh3 aid hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21.21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
22. 21.3-cü maddəsinə görə, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
23. 493-cü maddəsinə əsasən, əgər bir neçə şəxs onlardan hər birinin tam icranı tələb edə biləcəyi şəkildə icranı tələb etməyə səlahiyyətlidirlərsə, borcluya isə yalnız birdəfəlik icra həvalə edilirsə, onlar birgə kreditorlardır. Birgə səlahiyyətlər müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.
24. 500-cü maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. 25.1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 26.1097.1-ci və 1097.3-cü maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
27.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 28.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
29.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 birgə qaydada 1.000 manat pulun tutularaq İddiaçı3 ödənilməsi” hissəsində dəyişdirilməli, iddia bu hissədə qismən təmin edilməlidir. 30.İş materiallarından göründüyü kimi hazırki iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 21.1, 1096.1, 1097.1 və 1097.2-ci maddələri təşkil edir. Həmin maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri. 31.Beləliklə, mülki hüquq pozuntusundan irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Göstərilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olması təşkil edir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğu müəyyən edilərkən işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmalıdır. 32.Hazırki mübahisənin ibarət olduğu faktiki hallardan göründüyü kimi, cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 iddiaçılara sayt yaratmaqla və həmin sayt üzərindən rəsmlərin satışını həyata keçirməklə birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün pul qoymalarını təklif etmişlər. Həmin təkliflə razılaşan iddiaçılar, daha sonra cavabdehlər tərəfindən aldanmış olduqlarına, niyyətlərinin əvvəldən qanunsuz şəkildə pullarının ələ keçirilmələri olduğuna istinad edərək məhkəməyə müraciət etmişlər. 33.Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, tərəflər arasında hər hansı formada müqavilə münasibətləri yaranmamış, pulun alınıb-verilməsində məqsədləri borc vermək, iş görmək və ya xidmət göstərmək olmamışdır. Cavabdehlərin hərəkətləri nəticəsində iddiaçılara ziyan vurulmuşdur, iddiaçılar da hazırkı tələbində onlara vurulmuş zərərin ödənilməsini tələb edirlər.
34. Birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətdən narazı qalan cavabdeh verdiyi apellyasiya şikayətində isə, iddiaçılara “xidmət” göstərilməsini və şərik olaraq işləməsini Cavabdeh2 təklif etdiyinə, danışıqlarda iştirak etmədiyinə, hər hansı vəd vermədiyinə, alınmış pulun onun hesabına köçürülsə də sahiblik və istifadəsində olmadığına, Cavabdeh2 tərəfindən bankdan məxaric edilərək istifadə edildiyinə, onun hesabına daxil olan məbləğin qısa vaxt kəsiyində digər Cavabdeh1 hesabına göndərildiyinə, ondan tələb olunan pulu almadığına istinad etmişdir.
35. Nəzərə alınmalıdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub-olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
36. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması həmin hallara istinad edən tərəfin birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
37. İş materiallarından müəyyən edilir ki, iddiaçıların ödənilməsini tələb etdikləri zərərin yaranmasına əsas olmuş qanunsuz hərəkətlərə yol vermədiyinə istinad edən Cavabdeh3 iddiaçıların birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına cəlb edilməsi ilə əlaqədar danışıqlarda iştirak etmiş, pul köçürmələrinin aparılması üçün öz kartının (hesabının) məlumatlarını iddiaçılara vermişdir. Cavabdeh3 məxsus bank hesabına 2022-ci ilin 27 yanvar tarixindən 31 yanvar tarixinə qədər ümumilikdə 9.270,59 ABŞ dolları məbləğində pul köçürüldüyü də müəyyən edilmişdir.
38. Danışıqlarda iştirak edən Cavabdeh3 İT mütəxəssisi olduğundan, digər cavabdehlərin sayt yaratmaq, üzərində satışları həyata keçirmək və bu istiqamətdə digər İT hərəkətləri etmək niyyətində olmadıqlarını bilməyə bilməzdi. X2 Binəqədi RPİ-nin 5-ci PŞ-yə verdiyi cinayət işinin başlanması barədə ərizədə istinad edilən hallardan da görünür ki, cavabdehlər eyni tarixlərdə oxşar ssenari üzrə hərəkət etmişlər.
39. İşin bu hallarını faktiki inkar etməyən appelyator məhkəmənin gəldiyi qənaətə etiraz olaraq yalnız köçürülmüş pulu almadığına, kart (hesab) məlumatlarının oğurlandığına, bu barədə müvafiq banka ərizə ilə müraciət etdiyinə istinad etmiş, lakin qeyd etdiklərini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Etirazın bu əsasları, həmçinin hesabına köçürülmüş pulun daha sonra başqa cavabdehin hesabına ötürüldüyünə istinadı ilə əlaqədar isə məhkəmə əlavə olaraq qeyd edir ki, apellyasiya şikayətində vurğulanan bu halların işin həlli üçün heç bir əhəmiyyəti yoxdur. Belə ki, zərərin mövcud olması, bunun cavabdehlərin qanunsuz hərəkətləri və ya hərəkətsizlikləri nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Halbuki bu hallar yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilib, bu da, delikt törətmiş şəxs üçün mülki hüquq məsuliyyətinin yaranması üçün əsasdır.
40. Məhkəmə kollegiyası mübahisələndirilən qətnamə ilə 1.000 manat məbləğində pulun İddiaçı3 ödənilməsi vəzifəsinin həm də Cavabdeh3 aid edildiyini nəzərər alaraq, qətnaməni bu hissədə yoxlamış, iddiaçının həqiqətən də, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində müvafiq maliyyə itkilərinə məruz qaldığını müəyyən etsə də, çəkdiyi xərclərin istinad olunan məbləğdə olmasını müəyyən edə bilməmişdir. Belə ki, İddiaçı3 adına kart açmaq məqsədilə Gürcüstan Respublikasına səfər etməsi, səfərdə müəyyən tələbatlarının ödənilməsi ilə əlaqədar çəkdiyi və işdə olan sübutlarla öz təsdiqini tapmış xərclərin məbləği aşağıdakı kimidir: bilet pulu -257,69 AZN, COVİD-19 – 60 AZN və 76 GEL, taxi – 38,7 GEL, kartın açılması – 100 GEL (cəmi 214,7 GEL və 317,69 AZN).
41. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iddia, İddiaçı3 dəymiş maddi zərərin bu hissəsinə qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 214,7 GEL (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş Gürcüstan larisinin manata məzənnəsi nəzərə alınmaqla) və 317,69 AZN müştərək qaydada tutularaq İddiaçı3 xeyrinə ödənilməlidir. Qətnamə Cavabdeh3 münasibətdə digər hissədə dəyişdirilmədən saxlanılmalıdır.
42. MPM-nin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 43.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1440/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qətnaməsi “cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 1.000 manat pulun müştərək qaydada tutularaq İddiaçı3 ödənilməsi” hissəsində dəyişdirilsin. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 214,7 GEL (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş Gürcüstan larisinin manata məzənnəsi nəzərə alınmaqla) və 317,69 AZN məbləğində pul müştərək qaydada tutularaq İddiaçı3 xeyrinə ödənilsin. Qətnamə Cavabdeh3 aid digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova