Məhkəmə qərarları › İş №2(103)-1141/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1141/2024

31.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1141/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə ilkin; İddiaçı Cavabdeh İddiaçı qarşı “pul və daşınmaz əmlaka mülkiyyət hüququn tanınması” barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Açar sözlər: (pul və daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X11 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Qarşılqılı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(011)-2718/2023 saylı qətnaməsindən Cavabdeh və İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Tərəflər xx.xx.2016-cı il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X16 dünyaya gəlmişdir. 2.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-925/2023 saylı İddiaçı Cavabdeh qarşı – “nikahın pozulması, uşağın iddiaçının himayəsində saxlanması və aliment” tələbi barədə iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə 3 saylı Bakı “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsində qeydə alınmış 1205 saylı qeydə alınmış nikah pozulması, xx.xx.2017-ci il təvəllüdlü X16 boşanmadan sonra anası İddiaçı yanında qalması, Cavabdehdan xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehin aylıq gəlirinin (qazancın) dörddə bir hissəsində aliment tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. 3.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh adına ünvan 2, 83 saylı mənzil Bakı şəhəri 12 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 4Ə-154 reyestr nömrəli alğı-satqı və ipoteka müqaviləsinə əsasən xx.xx.2015-cı il tarixdə qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətindədir. 4.xx.xx.2015-ci il tarixli Beh haqqında müqavilənin surətindən görünür ki, ünvan 2, 83 saylı mənzili ilə bağlı alğı-satqı müqaviləsi dərhal rəsmiləşdirilmədiyi üçün beh verən Cavabdeh beh alan X2 300 manat beh vermiş, beh alan həmin behi qəbul etmişdir. 5.Bakı şəhər 12 saylı notariat kontoru tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2015-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsindən görünür ki, kreditor-ipoteka saxlayan "xxxx" ASC, alıcı – ipoteka qoyan Cavabdeh və satıcı X5 aralarında qarışıq müqavilə bağlanmışdır. Satıcı ünvan 2, 83 saylı mənzili alıcı-ipoteka qoyanın mülkiyyətinə verilmişdir. 6."xxxx" ASC tərəfindən verilən Cavabdeh adına olan xx.xx.2023-cü il tarixli hesabdan çıxarışlardan görünür ki, xx.xx.2015-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək kredit müqaviləsi üzrə ümumilikdə 59720,67 manat ödəniş edilmişdir. 7.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri 46 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-01 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alğısatqı müqaviləsinə əsasən ünvan 3, 4 saylı mənzil İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri 46 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-110 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsi, 15 saylı fərdi yaşayış evinin 1 otaq (y/s-23.9 kv.m, k/s-22.3 kv.m), açıq eyvan 8.1 kv.m hissəsini İddiaçı adına qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 46 saylı notariat kontorunun xx.xx.2019-cu il tarixli 4Ə-421 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən digər şəxsin adına özgəninkiləşdirilmişdir. İddiaçı adına qeydiyyatdan keçmiş digər daşınmaz əmlak aşkar edilməmişdir. 8.Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, iddiaçı X12 xx.xx.2020-ci il tarixdə cavabdehlər X9 və İddiaçı qarşı iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisə predmeti olan mənzilə və fərdi yaşayış evinə dair bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında qeyd edilən yaşayış sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1179/2020 nömrəli, 18 may 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9418/2021 nömrəli, 12 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 9.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-6573/2022 nömrəli iş üzrə 23 may 2022-ci il tarixli qərarı ilə (hakimlər E.Vəliyeva (sədrlik edən və məruzəçi), E.Şamayev və A.Abbasov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. 10.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5387/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və V.Sadıqov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, X4 apellyasiya baxışı zamanı icraata qəbul olunmuş müstəqil iddia tələbi də nəzərə alınmaqla iş üzrə yeni qətnamənin çıxarılması, X7 X9 və İddiaçı qarşı “alğı-satqı müqavilələrinin etbarsız hesab edilməsi və onlar əsasında verilmiş çıxarışların ləğv olunması” tələblərinin qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilə dair X3 adından X13 ilə İddiaçı arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə bağlanmış AN-İ № ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin 1 otağına dair X3 adından X13 ilə İddiaçı arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə bağlanmış AN-İ № ******* saylı alğısatqı satqı müqaviləsinin etibarsız hesab edilməsi, X7 iddia tələbinin qalan hissədə, həmçinin X4 İddiaçı və X17rşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinin təmin olunmaması, X6 210 000 (iki yüz on min) manat pulun alınaraq X10 ödənilməsi qət edilmişdir. 11.Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-717/2023 nömrəli qərarı ilə kassasiya şikayətləri təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5387/2021 nömrəli mülki iş üzrə 06 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 12."xxxx" ASC tərəfindən verilmiş Cavabdeh adına olan hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən 30618,13 manat pul vəsaiti hesabdan çıxarılmışdır. 13."xxxx" QSC tərəfindən verilmiş İddiaçı adına olan hesabdan çıxarışdan görünür ki, xx.xx.2023cü il tarixinə 35000 manat mədaxil, 38895 manat məxaric, əməliyyatları həyata keçirilmiş, qalıq 0,25 manat göstərilmişdir.

14. xx.xx.2023-cü il tarixli Bakı 11 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir.

15. xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərkən, 50 manat dövlət rüsumu ödənilmişdir.

16. xx.xx.2023-cü il tarixli, **********4 nömrəli qəbzdən görünür ki, Cavabdeh tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərkən, 62 manat dövlət rüsumu ödənilmişdir.

17. xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, Cavabdeh tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərkən, 38 manat dövlət rüsumu ödənilmişdir.

18. xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərkən, 50 manat dövlət rüsumu ödənilmişdir.

a)Birinci instansiya məhkəməsində icraat

19.İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 83 saylı mənzilin Cavabdeh ilə birgə nikah dövründə əldə olunmuş əmlak hesab olunaraq, iddiaçının həmin mənzil üzərində 1/2 hissədə payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 20.İddiaçı daha sonra məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası MPM-nin 53, 149 və 150-ci maddələrinə əsasən, Cavabdeh 40780,23 manat məbləğində pulun tutularaq, İddiaçı Fizuli qızına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 21.İddiaçı ilkin iddia tələbini dəqiqləşdirdikdən sonra onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdehla xx.xx.2016-cı il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X16 dünyaya gəlmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş No- 2(011)-925/2023) qətnaməsi ilə aralarındakı nikah pozulmuş və X8 anasının yanında qalması qət olunmuşdur. Tərəflər arasında payın ayrılmasının tələb olunduğu əmlak ünvan 2 ünvanıda yerləşən 83 saylı mənzili cavabdeh onların nikahından əvvəl, xx.xx.2015ci il tarixli, 100.CL.240215.00001/a nömrəli “alğı-satqı və ipoteka müqaviləsi” əsasında almışdır. Müqavilədən görünür ki, mənzilin qiyməti 84.700,00 manat olmuşdur. Cavabdeh mənzilin qiymətinin 34.700,00 manat məbləğində hissəsini özü ödəmiş, qalan 50.000,00 manat məbləğində hissəsi isə Kreditor-İpoteka saxlayan "xxxx" ASC-dən (Bank) borc alınmaqla ödənilmişdir. Mülki işə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Banka sonuncu ödəniş 2017-ci ilin dekabr ayında edilmiş və alınmış borca görə bank faizləri ilə birlikdə cəmi 59.720,67 manat məbləğində pul qaytarılmışdır. Həmin ödənişin 54.512,68 manat hissəsi onların birgə nikahı dövründə ailənin ümumi qazancı (gəliri) hesabına ödənilmişdir (may 2016- dekabr 2017-ci il). Cavabdeh tərəfin də etiraf etdiyi kimi bankdan alınmış borc Cavabdeh olmuş, İddiaçı aidiyyəti olmamışdır. Lakin həmin borcun 91 faizdən çox hissəsi birgə nikah dövründə ailənin ən azı 1/2 hissəsi iddiaçıya aid olan birgə gəlirləri hesabına ödənildiynə görə, deməli, İddiaçı Azərbaycan Respublikası MM-nin 431-ci maddəsinin mənası baxımından, üçüncü şəxs qismində Cavabdeh şəxsi öhdəliyini icra edərək, borcunun ödənilməsində iştirak etmiş və onun əvəzindən 27.256,34 manat pul ödəmiş və nəticədə Cavabdeh iddiaçının hesabına pul əldə edərək faydalanmaqla əsassız valanmış, onun iddiaçıya həmin məbləğdə borcu yaranmışdır. Bankın borcunun ödənilməsi 2017-ci ilin dekabr ayında başa çatmışdır, ona görə də Cavabdeh iddiaçı qarşısında borcu ödəmək öhdəliyi həmin vaxtdan etibarən yaranmışdır. Qeyd edilir ki, MM-nin 449-cu maddəsinin tələbinə görə, başqa şəxsin hesabına əsassız pul əldə etməklə (əsassız varlanmaqla faydalanmış) şəxs həmin vəsaitin məbləğindən Mərkəzi Bankın müəyyən etdiyi bank uçot faiz dərəcəsi ilə faizlər ödəməlidir. Yuxarıda göstərildiyi kimi, Cavabdeh şəxsi borcunun bir hissəsi ailənin birgə gəliri hesabına vaxtından əvvəl (borc 25 il müddətinə verilmişdir) ödənildiyindən, o, əlavə faiz ödəməmiş və nəticə etibarı ilə əlavə pul itkisinə məruz qalmamış, bununla da faydalanmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsində www.cbar.az/infoblocks/corridor_percent?year) yerləşdirilmiş məlumatlara əsasən, 2018/23-cü illər üçün müəyyənləşdirilmiş uçot faiz dərəcəsi qeyd olunan illər üzrə orta hesabla aşağıdakı kimi olmuşdur: - 2018-ci il üçün 10,94 %; - 2019-cu il üçün 8,38 %; - 2020-ci il üçün 6,75 %; - 2021-ci il üçün 6,92 %; -2022-ci il üçün 7,88 % və - 2023cü ilin ötən dövrü üçün 8,75 %. Cavabdehin İddiaçı olan 27.256,34 manat məbəlğində əsas borcunun qeyd Göstərilən uçot faiz dərəcələri nəzərə alınmaqla, illər üzrə faiz məbləğləri aşağıdakı kimidir: - 2018-ci il üçün 10,94 % - 2.981,84 manat; - 2019-cu il üçün 8,38 %- 2.284,08 manat; - 2020-ci il üçün 6,75 %- 1.839,70 manat; - 2021-ci il üçün 6,92 %- 1.886,14 manat; -2022-ci il üçün 7,88 %- 2.147,20 manat və - 2023-cü ilin ötən dövrü üçün 8,75 %- 2.384,93 manat olmaqla, ümumi faiz borcu 13.523,88 manat təşkil edir. Beləliklə, Cavabdeh İddiaçı ümumilikdə 40.780,23 manat borcu yaranmışdır və həmin pul ondan tutularaq, iddiaçıya ödənilməlidir. 22.Qarşılqılı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh (bundan sonra-cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək– 8277 manat əmanət üzərində tərəflərin bərabər paylarının müəyyən edilməsi və 4138,5 manat İddiaçı alınaraq Cavabdeh verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 23.Cavabdeh daha sonra məhkəməyə qarşılıqlı iddia ərizəsi üzrə tələblərin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, 8277 manat əmanət üzərində tərəflərin bərabər paylarının müəyyən edilməsi və 4138,5 manat İddiaçı alınaraq Cavabdeh verilməsi, Bakı şəhəri, Səbail rayonu, Qəsr küç, ev 13, 4 saylı mənzilin aralarında bölünməsi, mənzilin ikidə bir hissəsinə Cavabdeh mülkiyyət hüququnun tanınması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. 24.Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, icraatda olan İddiaçı Cavabdeh qarşı “payın müəyyən olunması” tələbi üzrə e-2(011)-2718/2023 saylı mülki iş vardır. İş üzrə iddia ərizəsini xx.xx.2023-cü il tarixində məhkəmə iclasında əldə edilmişdir. Məhkəmənin xx.xx.2023 tarixli e- 2(011)- 2718/2023 saylı qərardadı ilə hər iki tərəfin bəzi banklarda olan əmanətləri barədə məlumatların sorğu edilməsi qərara alınmışdır. Qeyd edilir ki, əvvəlki dövrlərdə qoyulmuş əmanətlərin təkrar əmanətə qoyulması nəticəsində xx.xx.2022 tarixində İddiaçı adına "xxxx" ASCdə 35000 manat əmanət qoyulmuş, bu əmanət xx.xx.2023-cü il tarixində faizlərlə birlikdə 38895 manat olmaqla İddiaçı tərəfindən çıxarılmışdır. Eyni zamanda əvvəlki dövrlərdə qoyulmuş əmanətlərin təkrar əmanətə qoyulması nəticəsində xx.xx.2021 tarixində Cavabdeh adına “X15” ASC-də 30000 manat əmanət qoyulmuş, bu əmanət xx.xx.2022-ci il tarixində faizlərlə birlikdə 30618 manat olmaqla Cavabdeh tərəfindən çıxarılmışdır. Belə ki, 38895 manat İddiaçı, 30618 manat Cavabdeh tərəfindən çıxarıldığından, İddiaçı xeyrinə fərqi təşkil edən 8277 manat əmanət üzərində tərəflərin bərabər payları müəyyən edilməli və 4138,5 manat İddiaçı alınaraq Cavabdeh verilməlidir. 25.Qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə tələblərin həcminin artırılması barədə ərizə ilə müraciət etmiş və ərizəsini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məlumatın verilməsi barədə məktubundan məlum olmuşdur ki, İddiaçı adına nikah dövründə əldə edilmiş əmlak – Bakı şəhəri, Səbail rayonu, Qəsr küç, ev 13, m 4 mövcuddur. Həmin əmlak xx.xx.2020-ci il tarixində alğı-satqı müqaviləsi əsasında əldə edilmişdir. 26.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 28 avqust 2023-cü il tarixli, 2(011)-2718/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Sahibə Hacıyeva) ilkin iddianın qismən təmin edilməsi, 27.256,34 (iyirmi yeddi min iki yüz əlli altı min manat otuz dörd) qəpik məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, 4138,5 (dörd min yüz otuz səkkiz manat beş qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı alınaraq Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 27.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, tərəflər xx.xx.2016-cı il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X16 dünyaya gəlmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-925/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Nikahın pozulması ilə bağlı mülki işə baxılarkən iddiaçı tərəf bildirmişdir ki, onların ailə münasibətləri 2022-ci ilin sentyabr ayından pisləşmiş və İddiaçı xx.xx.2022-ci il tarixində mənzili tərk etmişdir. Həmin mülki iş üzrə iddia ərizəsinə əlavə edilmiş mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, mediasiya tətbiqi barədə təklif xx.xx.2022-ci il tarixində göndərilmişdir. Göründüyü kimi tərəflər arasında olan münasibətlər 2022-ci ilin sentyabr ayında pisləşdiyi öz təsdiqini tapır. 28.ünvan 2 ünvanında yerləşən 83 saylı mənzili Cavabdeh nikahdan əvvəl, xx.xx.2015-ci il tarixli, 100.CL.240215.00001/a nömrəli “alğı-satqı və ipoteka müqaviləsi” əsasında almışdır. Müqavilədən görünür ki, mənzilin qiyməti 84.700,00 manat olmuşdur. Cavabdeh mənzilin qiymətinin 34.700,00 manat məbləğində hissəsini özü ödəmiş, qalan 50.000,00 manat məbləğində hissəsi isə Kreditor- İpoteka saxlayan "xxxx" ASC-dən borc alınmaqla ödənilmişdir. Mülki işə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Banka sonuncu ödəniş 2017-ci ilin dekabr ayında edilmiş və alınmış borca görə bank faizləri ilə birlikdə cəmi 59.720,67 manat məbləğində pul qaytarılmışdır. Həmin ödənişin 54522,79 manat hissəsi onların birgə nikahı dövründə (may 2016-dekabr 2017-ci il) ailənin ümumi qazancı hesabına ödənilmişdir. 29.Belə ki, iş materiallarında olan, "xxxx" ASC tərəfindən verilən Cavabdeh adına olan xx.xx.2023cü il tarixli hesabdan çıxarışlardan görünür ki, ipoteka ödənişi üçün mədaxil xx.xx.2016-cı il tarixdə 57,70 manat və 350,09 manat, xx.xx.2016-cı il tarixdə 58,09 manat və 316,90 manat, xx.xx.2016-cı il tarixdə 36,52 manat və 58,47 manat, xx.xx.2016-cı il tarixdə 348,85 manat və 58,86 manat, xx.xx.2016-cı il tarixdə 59,26 manat və 304,88 manat, xx.xx.2016-cı il tarixdə 59,65 manat və 348,01 manat, xx.xx.2016-cı il tarixdə 304,14 manat və 60,05 manat, xx.xx.2016-cı il tarixdə 60,45 manat və 336,31 manat, xx.xx.2017-ci il tarixdə 60,85 manat və 357,56 manat, xx.xx.2017-ci il tarixdə 61,26 manat və 292,19 manat, xx.xx.2017-ci il tarixdə 324,24 manat və 61,67 manat, xx.xx.2017-ci il tarixdə 62,08 manat və 334,63 manat, xx.xx.2017-ci il il tarixdə 10956,88 manat və 21,56 manat, xx.xx.2017-ci il tarixdə 225,34 manat və 135,54 manat, xx.xx.2017-ci il tarixdə 136,44 manat və 241,15 manat, xx.xx.2017-ci il tarixdə 41,43 manat və 6958,57 manat, xx.xx.2017-ci il il tarixdə 181,95 manat və 183,74 manat, xx.xx.2017-ci il tarixdə 184,97 manat və 200,94 manat, xx.xx.2017-ci il tarixdə 9906,80 manat və 79,88 manat, xx.xx.2017-ci il tarixdə 252,24 manat və 89,11 manat, xx.xx.2017-ci il tarixdə 2969,20 manat və 13,20 manat, xx.xx.2017-ci il tarixdə 273,72 manat və 89,75 manat, xx.xx.2017-ci il tarixdə 3988,96 manat və 7,36 manat, xx.xx.2017-ci il tarixdə 78,19 manat və 2921,88 manat, xx.xx.2017-ci il tarixdə 62,15 manat və 321,62 manat, xx.xx.2017-ci il tarixdə 8,29 manat və 5991,71 manat, xx.xx.2017-ci il tarixdə 3330,49 manat və 17,02 manat olmaqla, ümumilikdə 54522,79 manat məbləğində ödəniş tərəflərin birgə nikahda olduqları dövrdə ödənilmişdir. 30.Məhkəmə ilkin iddia tələbinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh tərəfindən həmin əmlakın əldə edilməsi üçün bankdan götürülmüş kreditin qaytarılmasında İddiaçı da iştirak etdiyindən ödənilmiş vəsaitinin (54522,79 manatın) 1/2 hissəsi yəni 27.261 manat Cavabdeh alınaraq İddiaçı verilə bilərdi. Lakin məhkəmə iddia tələbindən kənara çıxmayaraq hesab etmişdir ki, 27.256,34 məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməlidir. 31.İlkin İddiaçı cavabdehdən tələb etdiyi vəsaitin məbləğindən Mərkəzi Bankın müəyyən etdiyi bank uçot faiz dərəcəsi ilə faizlər ödəməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, ilkin iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı da cavabdeh ilə birlikdə həmin mənzildə yaşamış, həmin mənzildən istifadə etmişdir. Məhkəmə ilkin iddianın həmin hissəsi ilə bağlı xüsusi olaraq qeyd etmişdir ki, Cavabdeh tərəfindən "xxxx" qarşısındakı öhdəliyini vaxtından tez yerinə yetirdikdən sonrakı (2018-2023) illər üzrə faiz məbləğlərinin hesablanaraq Cavabdeh tələb edilməsinin heç bir hüquqi əsası yoxdur. 32.Məhkəmə qarşılıqlı iddia tələbləri ilə bağlı qeyd etmişdir ki, tərəflərin arasında münasibətlərin pisləşdiyi vaxt 2022-ci ilin sentyabr ayı olmuşdur. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci ildə Cavabdeh "xxxx" KB ASC-dəki hesabdan 30618,13 manat məbləğində pulu məxaric etmiş, xx.xx.2023-cü il tarixdə isə İddiaçı "xxxx" QSC-dəki hesabından 38895 manat məbləğində pulu məxaric etmişdir. Qeyd edilən bank hesablarındakı pulun tərəflərin birgə nikahları dövründə qoyulduğunu və tərəflərin arasındakı münasibətin pisləşdikdən sonra hər biri tərəfindən məxaric edilməsini nəzərə alaraq, məhkəmə qeyd etmişdir ki, məxaric edilmiş hər bir pul vəsaitindən iddiaçının və cavabdehin payları bərabərdir və tərəflərə eyni məbləğdə pul vəsaiti çatmalıdır. Lakin öz təsdiqini tapan hal ilə görünür ki, İddiaçı 38895 manat, Cavabdeh isə 30618,13 manat məbləğində pul çatmışdır. Buna görə də İddiaçı 4138,5 manat məbləğində pul alınaraq Cavabdeh ödənilməlidir. 33.Məhkəmə qarşılıqlı iddia ərizəsinin “Bakı şəhəri, Səbail rayonu, Qəsr küç, ev 13, 4 saylı mənzilin aralarında bölünməsi, mənzilin ikidə bir hissəsinə Cavabdeh mülkiyyət hüququnun tanınması” hissəsində qeyd etmişdir ki, işdə olan qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən ünvan 3 ünvanında yerləşən 4 saylı mənzilə dair X3 adından X13 ilə İddiaçı arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə bağlanmış AN-İ No ******* saylı alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş və onun əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış ləğv olunmuşdur. Odur ki, qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilə bilməz. 34.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2, 32.2.2, 33.1, 36.1, 36.3, 36.4, 37.1, 213.2, 213.5-ci; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3, 225.1ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

35.Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən, “ilkin iddianın qismən təmin edilməsi, 27.256,34 (iyirmi yeddi min iki yüz əlli altı min manat otuz dörd) qəpik məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı verilməsi” hissəsində ləğv edilməsini, ilkin iddianın həmin hissədə də rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 36.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə rədd etdikləri əks mövqe şərti olaraq əsaslı olsa idi belə, bu tələblər üzrə müddətlər keçmiş olardı və bu barədə məhkəməyə yazılı qaydada tələb irəli sürdüklərindən iddia rədd edilməli idi. Belə ki, tələb onunla əsaslandırılır ki, “Cavabdeh iddiaçının hesabına pul əldə edərək faydalanmaqla əsassız varlanmış” və “Bankın borcunun ödənilməsi 2017-ci ilin dekabr ayında başa çatmışdır, ona görə də Cavabdeh iddiaçı qarşısında borcu ödəmək öhdəliyi həmin vaxtdan etibarən yaranmışdır”. İddiaçının özünün iddia etdiyi hüquqlarının pozulduğu tarixi dəqiq göstərdiyindən və bu tarixdən 5 ildən çox müddət keçdiyindən müddətlər ötürülmüşdür. AR MM-nin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 29 iyul 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ərarvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Onlar tərəfindən iş üzrə xx.xx.2023-cü il tarixli dəqiqləşdirilmiş iddia tələblərinə dair yazılı etirazlarında iddia müddəti məsələləri üzrə qəti mövqe bildirilmiş, mahiyyəti üzrə və prosessual baxımdan əsassız olduğundan iddianın rədd edilməsi birmənalı şəkildə xahiş edirlmişdir. Lakin, məhkəmə iddia müddəti barədə dəlillərə ümumiyətlə münasibət bildirməmişdir. Hesab edir ki, nikaha xitam verildikdən sonra xərclənmə istiqamətindən asılı olmayaraq ailə məqsədləri üçün artıq xərclənmiş vəsaitlərin bölünməsi nikah tərəflərinin digər məsələlərlə birilkdə həmçinin təsərrüfat birliyini əhatə edən nikah institutunun mahiyyətini heçə endirməklə, nikaha girməyi riskli və sonrakı axımı proqnozlaşdırıla bilinməyən bir faydası şübhəli bir instituta çevirir. Belə ki, xərclənmə zamanı mübahisələndirilməmiş ailə xərcləri xərclərin baş verdiyi dövr üçün mahiyyəti və əhəmiyyəti sonradan sual altına qoyulur və həll edilməsi mümkün olmayan hal yaranmış olur. Nikah dövründə xərclənmiş vəsaitin bölünməsi tələbi bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti ilə uzlaşmır, nikahın məişət funksiyası çərçivəsində artıq xərclənmiş xərclərin geri tarixlə bölünməsi bu institutu faktiki olaraq puç edir. Xərclərin sonradan bölünməsi yanaşması qəbul edildiyi halda nikahda olan bütün şəxslər ailə məqsədləri üçün xərclərin həyata keçirilməsi zamanı gələcəkdə nikaha xitam verilməsi halında baş verəcək nəticələri düşünərək ailənin inkişafı ziddinə davranacaq, nikah onun məqsədləri ziddinə bir buxova çevriləcək və arzuolunmaz olacaq. Artıq xərclənmiş vəsaitin nikahın xitamından sonra bölünməsi məişət və təsərrüfat birliyini ehtiva edən ailə və nikah institutunu sıfırlayır. İddiaçının bu iddiasının mahiyyət etibarı ilə zərərliliyi və qüsurluluğu həmçinin onunla da təsdiq edilir ki, iddiaçı nikah dövründə yaşadığı və faydalandığı mənzilin kommunal və s. xərcləri ilə birlikdə xərclərindən birini təşkil edən krediti üzrə ödənişlərin yarısını tələb edirsə və bu tələb təmin ediləcəyi təqdirdə, ailə institutunun ziddinə ailənin məişət təsərrüfatçılığına heç bir dəyər qatmadan mənzildən faydalanmış olur ki, iddiaçının məntiqi ilə iddiaçını ailə üzvü deyil tamamilə yad bir şəxsə çevirir və bu yad şəxs əsassız olaraq iqtisadi aktiv olan mənzildən istifadə edir və özü heç bir dəyər qatmır. Mübahisələndirilən məhkəmə aktı cəmiyyətin əsas özəyi kimi ailə institutunun mahiyyətinə zidd şərait yaradır. İddiaçı tələbinin əsası kimi AR MM-nin ailə münasibətlərinə aidiyyatı olmayan 431.3cü maddəsinə istinad edirdi. Belə ki, iddiasının əsası kimi İddiaçı ərizəsində AR MM-nin 431-ci maddəsinə ümumi istinad edir və iddiasını onunla əsaslandırır ki, “İddiaçı Azərbaycan Respublikası MM-nin 431-ci maddəsinin mənası baxımından, üçüncü şəxs qismində Cavabdeh şəxsi öhdəliyini icra edərək, borcunun ödənilməsində iştirak etmiş və onun əvəzindən 27.256,34 manat pul ödəmiş və nəticədə Cavabdeh iddiaçının hesabına pul əldə edərək faydalanmaqla əsassız valanmış, onun iddiaçıya həmin məbləğdə borcu yaranmışdır”. AR MM-nin 431.3-cü maddəsinin mətninin detallı analizi tərəfimizdən yazılı şəkildə məhkəməyə təqdim edilmiş, hazırkı işdə maddədə əks etdirilmiş normanın şərtlərinin ödənilməməsi qeyd edilmişdir. Belə ki, kreditor borcluya mənsub əşyaya məcburi icra (ipoteka predmetinə tutma) yönəltməmiş, İddiaçı hər hansı bir hüququna təhlükə yaranmamış, ümumiyyətlə o nikahda olduğundan üçüncü şəxs hesab edilə bilməz və o hər hansı kreditoru təmin etməmişdir (məs. kredit üzrə bütün ödənişlər məhz Cavabdeh tərəfindən icra edilmişdir, qəbzlər əlavə edilmişdir). Belə elə olan halda ailə münasibətləri üzrə AR MM-nin 431.3cü maddəsinin tətbiqinin istisna edilməsi məhkəmənin diqqətinə çatdırılmış iş üzrə AR MM-nin 222.2-ci və AR Ailə Məcəlləsinin 33.2-ci maddəsinin tətbiq edilməli olması vurğulanmışdır. Belə ki, birgə nikah müddətində ərin ümumi qazanc hesabına bütün digər xərclər (ərzaq xərcləri, kommunal xidmətlərə görə öhdəliklərin icrası, saysız və hesabsız digər xərclər) kimi, xərc maddəsinin biri olan ailənin birgə yaşadığı və ailə üzvlərinin hər birinin bundan fayda götürdüyü mənzilə görə ödədiyi kredit ailə vəsaitlərinin sərəncamçılığını təşkil edir. AR MM-nin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. AR AM-nin 33.2-ci maddəsinə əsasən ərarvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cımaddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, ər-arvaddan hər hansı biri daşınar əşyalara münasibətdə sərəncam əqdi bağlayarsa, vicdanlılıq prinsipinə uyğun olaraq bu əqdin bağlanmasına digər tərəfin (ərin və ya arvadın) razılığının olmasına hüquqi ehtimal verilir. Göründüyü kimi, birgə nikah müddətində əldə edilmiş və ailə məqsədləri üçün xərclənmiş vəsaitin sərəncamçılığında ailə üzvlərinin razılığı prezumpsiyası qüvvədədir ki, bu nikah dövründə artıq xərclənmiş vəsaitin bölünməsini istisna edir. Ailə mənafeləri üçün artıq icra edilmiş xərclərin sonrakı tarixlə bölünməsi nəinki qanunda nəzərdə tutulmamış, həm də məntiqə uyğun deyil. Belə ki, əks təqdirdə əmlak bölgüsü mübahisəsi çərçivəsində xx.xx.2016-cı il tarixindən sonra ailənin bütün xərclərinin müəyyən edilərək bölünməsi kimi cəfəng və məhkəmə qaydasında əmlak bölgüsü institutunun mahiyyətinə zidd vəziyyət yaranmış olardı. Yəni nikah dövründə birgə qazancı təşkil etmiş və barəsində razılıq əsasında sərəncam verilməsi prezumpsiyası olan pul vəsaiti AR MM-nin 135.1 və 135.5-ci madələrinin tələbləri baxımından daşınar əşyadır və barəsində ailə məqsədləri üçün sərəncam verildiyindən, ailənin artıq baş tutmuş digər saysız-hesabsız xərcləri kimi sərəncamçılıqdan 5 il sonra birgə əmlak kimi bölünə bilməz. Qeyd edilməlidir ki, nikahda olmuş şəxsləri tamamailə başqa şəxs kimi təqdim edən, onların ailə birgəliyindən irəli gələn xərclərini bölərək nikaha xitam verildikdən sonra keçmiş ailə üzvündən tələb etmək ailə institutunun mahiyyətinə ziddir və onu puç edir. Hesab edir ki, iddiaçının hazırkı iş üzrə iddia qaldırması hüquqdan sui-istifadədir və heç bir nəticə doğura bilməzdi. Bundan başqa, qərar mübahisələndirilən hissədə ümumiyyətlə əsaslandırılmadığından, məhkəmənin qanuna əsaslanmayan şəxsi mülahizəsi olan “əmlakın əldə edilməsi üçün bankdan götürülmüş kreditin qaytarılmasında İddiaçı da iştirak etdiyindən” mühakiməsi əsasında qəbul edildiyindən, məhkəmə qanunu tətbiq etmək əvəzinə öz şəxsi mülahizəsini tətbiq etdiyindən konstitusion özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ pozulmuşdur. Mübahisələndirilən qətnamənin qət etdi hissəsində alınmalı olan məbləğ rəqəmlə 27.256,34 göstərilsə də yazı ilə bu rəqəm iyirmi yeddi min iki yüz əlli altı manat otuz dörd qəpik əvəzinə iyirmi yeddi min iki yüz əlli altı min manat otuz dörd qəpik göstərilmişdir ki, bu doğru deyil. İşə baxmış məhkəmə iş üzrə dəqiqləşdirilmiş iddia tələblərinə dair yazılı etirazda onun qarşısında qaldırılmış məsələlərə ümumiyyətlə hüquqi qiymət verməmiş, qətnamə etirazda ifadə edilmiş dəlil və sübutlar baxımından əsaslandırmamışdır. Belə ki, məhkəmə ilkin iddia tələbinə münasibətdə yalnız onu qeyd edir ki, “Cavabdeh tərəfindən həmin əmlakın əldə edilməsi üçün bankdan götürülmüş kreditin qaytarılmasında İddiaçı da iştirak etdiyindən” iddia həmin hissədə təmin edilir. Lakin, bu hal üzrə hansı qanunun hansı norması əsasında qətnamə qəbul edildiyi, bu normanın işin halları ilə necə uzlaşdığı, məhkəmənin bu prosesi təsvir edən qənaəti və əqli mühakiməsinin ifadə forması qətnamədə göstərilməmişdir. Belə vəziyyət cavabdeh üçün qeyri-müəyyən olmaqla, onun ədalət mühakiməsinə inamını sarsıdır. Əgər iddiaçı haqlıdırsa, hansı səbəbdən məhkəmə onun istinad etdiyi AR MM-nin 431.3-cü maddəsinə istinad etmir və bu maddənin tətbiq edilməli olmasını əsaslandırmır?! Hansı səbəbdən cavabdehin istinad etdiyi maddələri təkzib etmir, onların məzmununu cavabdeh üçün aydınlaşdırmır, bu maddələrin sanki heç qanunvericilikdə olmaması yanaşmasını sərgiləyir?! Məhkəmənin öz qərarını nə iddiaçı, nə də ki cavabdehin dəlilləri. Onların qarşılaşdırılması baxımından əsaslandırmaması qətnamənin qanunsuz və əsassız olmasının, ən əsası isə ədalətsiz olmasının bariz sübutudur. 37.Qətnamədən həmçinin İddiaçı da apellyasiya şikayəti verərək qətnamənin İddiaçı iddiasının təmin olunmayan hissəsində ləğv edilərək, ilkin iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 38.İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçının mübahisəli hüquq münasibətindən yaranmış tələb hüququna tətbiq etməli olduğu maddi hüquq normasını- Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) tətbiq etməmişdir. Belə ki, iddia ərizəsində göstərildiyi kimi MM-nin 449-cu maddəsinin tələbinə görə, başqa şəxsin hesabına əsassız pul əldə etməklə (əsassız varlanmaqla) faydalanmış şəxs həmin vəsaitin məbləğindən Mərkəzi Bankın müəyyən etdiyi bank uçot faiz dərəcəsi ilə faizlər ödəməlidir. Yuxarıda göstərildiyi kimi, Cavabdeh şəxsi borcunun bir hissəsi ailənin birgə gəliri hesabına vaxtından əvvəl (borc 25 il müddətinə verilmişdir) ödənildiyindən, o, əlavə faiz ödəməmiş və nəticə etibarı ilə əlavə pul itkisinə məruz qalmamış, bununla da faydalanmışdır. Belə ki, işin faktiki hallarına əsasən, cavabdeh 50.000 manat məbləğində krediti illik faiz dərəcəsi 8 % olmaqla, 25 il müddətinə hər ay 389,91 manat ödəməklə qaytarmaq şərti ilə götürmüşdür. Əgər, cavabdeh borcunu müqavilədə nəzərdə tutulduğu kimi 25 il müddətinə ödəməli olsaydı, 50.000 manat borcun qarşılığında 115.773 manat ödəməli olacaqdır (300 ay x 389,91 = 115.773 manat). Lakin iddiaçı bir ailə üzvü olaraq ailənin birgə təsərrüfatında öz iştirakı ilə həmin borcun daha tez ödənilməsinə kömək etmiş və nəticədə cavabdehin Banka ödəməli olduğu 115.773 manat əvəzinə, bundan 56.052,33 manat az- 59.720,67 manat məbləğində pul qaytarmışdır. Deməli, nəticədə cavabdeh 56.052,33 manat məbəlğində pul itkisindən azad olmuş və bundan faydalanmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindəwww.cbar.az/infoblocks/corridor_percent?year) yerləşdirilmiş məlumatlara əsasən, 2018/23-cü illər üçün müəyyənləşdirilmiş uçot faiz dərəcəsi qeyd olunan illər üzrə orta hesabla aşağıdakı kimi olmuşdur: - 2018-ci il üçün 10,94 %; - 2019-cu il üçün 8,38 %; - 2020-ci il üçün 6,75 %; - 2021-ci il üçün 6,92 %; -2022-ci il üçün 7,88 % və - 2023cü ilin ötən dövrü üçün 8,75 %. Cavabdehin İddiaçı olan 27.256,34 manat məbləğində əsas borcunun göstərilən uçot faiz dərəcələri nəzərə alınmaqla, illər üzrə faiz məbləğləri aşağıdakı kimidir: - 2018-ci il üçün 10,94 % - 2.981,84 manat; - 2019-cu il üçün 8,38 %- 2.284,08 manat; - 2020-ci il üçün 6,75 %- 1.839,70 manat; - 2021-ci il üçün 6,92 %- 1.886,14 manat; -2022-ci il üçün 7,88 %- 2.147,20 manat və - 2023-cü ilin ötən dövrü üçün 8,75 %- 2.384,93 manat olmaqla, ümumi faiz borcu 13.523,88 manat təşkil edir. Göstərilənlərə əsasən, məhkəmə həmin pulu da cavabdehdən tutmalı olduğu halda, bunu etməmişdir. Məhkəmənin “iddiaçı da cavabdeh ilə birlikdə həmin mənzildə yaşamış, həmin mənzildən istifadə etmişdir” qənaəti qeyd olunan normaların (Mənzil Məcəlləsi, maddə 30.) tələbinə ziddir. İddiaçının nikah müddəti ərzində cavabdehin ailə üzvü olaraq, ona məxsus olan mənzildə yaşaması və mənzildən istifadə etməsi onun başqa hüquqlarını (cavabdehdən tələb hüququnu) məhdudlaşdırmır, əvəz etmir. Məhkəmə göstərilən prosessual hüquq normalarını (MPM-nin 9.1, 9.3, 81, 88 və 217-ci maddələri) pozaraq, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməli olduğu halda, buna əməl etməmiş, sübutları düzgün qiymətləndirməmiş, qətnaməni iş üz üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmayaraq əvəzinə, mülahizələr üzərində qurmaqla qanunsuz və əsassız nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 39.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

40.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə qarşı tərəfin apellyasiya şikayətini qəbul etmədi, öz apellyasiya şikayətlərini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, cavabdehin nikahdan əvvəl evin alınması üçün götürülmüş kredit müqaviləsi üzrə borcunu tərəflər nikah dövründə birgə əldə etdikləri vəsait hesabına ödəmişlər. Tərəflər 2022-ci ilin sentyabr ayına kimi ailə kimi yaşamışlar. Həmin tarixdən sonra tərəflərin ailə münasibətləri pozulmuş, ev cavabdehin mülkiyyəti olaraq qalmış, iddiaçı hüquqlarının pozulduğunu həmin vaxtdan bilmişdir. Hazırki halda heç bir iddia müddətinin ötürülməsindən söhbət gedə bilməz. 41.Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qarşı tərəfin apellyasiya şikayətini qəbul etmədi, öz apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. 42.Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəklinin dedikləri ilə razı olduğunu bildirdi, öz apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 43.Maddə 32.1.Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 44.Maddə 32.2.Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 45.Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. 46.Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.. 47.Maddə 36.1.Ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. 48.Maddə 36.3.Mübahisə olduqda ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də, bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 49.Maddə 36.4.Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. 50.Maddə 37.1.Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakın bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 51.Maddə 213.2.Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 52.Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə, məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 53.Maddə 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 54.Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 55.Maddə 1091.1.Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 56.Maddə 1091.2.Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 57.Maddə 1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 58.Maddə 1095.Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 59.Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 60.Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 61.Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 62.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

63.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 64.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddianın qismən təmin edilən və rədd edilən hissələrində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki hər iki tərəf qətnaməni qeyd olunan hissələrdə mübahisələndirmişlər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

65.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə mübahiələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. 66.Belə ki, işin fakitki halları ondan ibarətdir ki, tərəflər xx.xx.2016-cı il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X16 dünyaya gəlmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-925/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Nikahın pozulması ilə bağlı mülki işə baxılarkən iddiaçı tərəf bildirmişdir ki, onların ailə münasibətləri 2022-ci ilin sentyabr ayından pisləşmiş və İddiaçı xx.xx.2022-ci il tarixində mənzili tərk etmişdir. Həmin mülki iş üzrə iddia ərizəsinə əlavə edilmiş mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, mediasiya tətbiqi barədə təklif xx.xx.2022-ci il tarixində göndərilmişdir. Göründüyü kimi tərəflər arasında olan münasibətlər 2022-ci ilin sentyabr ayında pisləşdiyi öz təsdiqini tapır. 67.ünvan 2 ünvanında yerləşən 83 saylı mənzili Cavabdeh nikahdan əvvəl, xx.xx.2015-ci il tarixli, 100.CL.240215.00001/a nömrəli “alğı-satqı və ipoteka müqaviləsi” əsasında almışdır. Müqavilədən görünür ki, mənzilin qiyməti 84.700,00 manat olmuşdur. Cavabdeh mənzilin qiymətinin 34.700,00 manat məbləğində hissəsini özü ödəmiş, qalan 50.000,00 manat məbləğində hissəsi isə Kreditor- İpoteka saxlayan "xxxx" ASC-dən borc alınmaqla ödənilmişdir. Mülki işə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Banka sonuncu ödəniş 2017-ci ilin dekabr ayında edilmiş və alınmış borca görə bank faizləri ilə birlikdə cəmi 59.720,67 manat məbləğində pul qaytarılmışdır. Həmin ödənişin 54522,79 manat hissəsi onların birgə nikahı dövründə (may 2016-dekabr 2017-ci il) ailənin ümumi qazancı hesabına ödənilmişdir. 68.Məhkəmə kollegiyası ilkin iddianın qismən təmin edilən hissəsinə münasibətdə qanunvericiliyin qeyd olunan müddəalarına əsasən hesab edir ki, İddiaçı xx.xx.2016-cı il tarixdə cavabdehlə rəsmi nikaha daxil olduqdan sonra 2017-ci ilin dekabr ayınadək (sonuncu ödəniş tarixi) nikahdan əvvəl cavabdeh tərəfindən alınmış mənzilin əldə edilməsi üçün götürülmüş kreditin ödənişlərində iştirak etdiyindən, hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. 69.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair 23 iyul 2021-ci il tarixli Qərarında qeyd olunur ki, ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 32.1-ci maddəsi nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların məhz ümumi birgə mülkiyyəti olduğunu müəyyən edir. 70.Göründüyü kimi, mənzil birgə nikah dövründə əldə edilməmiş, iddiaçı tərəfindən qeyd olunan hal mübahisələndirilməməklə həmin mənzil hazırda da cavabdehin mülkiyyətindədir. 71.Kollegiya cavabdehin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli qərarında qeyd olunmuş “o da nəzərə alınmalıdır ki, ər-arvadın nikah dövründə qazandıqları əmlak hesabına icra edilmiş öhdəliklərlə bağlı tərəflərin bir-birinə qarşı tələbinin təmin edilməsi istisna edilir. Yəni ümumi öhdəliklərin məhz icra edilməmiş hissəsi üzrə borclar ümumi əmlakın bölgüsü halında ər-arvad arasında onların mülkiyyət paylarına uyğun olaraq bölünür” kimi mövqeyinə istinad etməklə, iddianın təmin olunmaması ilə bağlı dəlilini əsassız hesab edərək, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 72.Belə ki, mənzil birgə nikah dövründə əldə edilməmiş, mənzilin əldə edilməsi üçün cavabdeh tərəfindən nikahdan əvvəl götürülmüş kredit tərəflərin birgə nikahları dövründə əldə edilmiş vəsait hesabına birgə nikah dövründə bağlanmışdır. 74.Göründüyü kimi, birgə nikah dövründə əldə edilmiş vəsait, ailə ehtiyacları üçün deyil, cavabdehin nikahdan əvvəl evin alınması üçün götürülmüş kredit müqaviləsi üzrə şəxsi borcunun bağlanmasına yönəldilmiş, son nəticədə cavabdeh daşınmaz əmlak olan evin mülkiyyətçisi olaraq qalmaqla əsassız varlanmış, tərəflərin ailə münasibətlərinə isə xitam verilmişdir. 75.Əgər birgə nikah dövründə əldə edilmiş vəsait iddiaçının həmin mənzildə yaşadığı müddətdə, mənzilə görə kommunal xərclərin ödənilməsinə, mənzil şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş olsaydı, bu xərclər ailə ehtiyacları üçün xərclənmiş vəsait hesab olunardı. 76.Bununla da, kollegiya hesab edir ki, birgə nikah dövründə əldə edilmiş vəsait, ailə ehtiyacları üçün deyil, cavabdehin nikahdan əvvəl evin alınması üçün götürülmüş kredit müqaviləsi üzrə şəxsi borcunun bağlanmasına yönəldiyindən, nəticədə cavabdehin mübahisələndirilən mənzil üzərində mülkiyyət hüquqularının qalması kimi işin fakitki halları əsassız varlanma ilə bağlı qanunvericiliyin qeyd olunan müddəalarının dispozitiv şərtləri ilə uzlaşdığından iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. 77.Buna görə də, kollegiya qeyd olunanlara əsasən cavabdehin birgə nikah dövründə əldə edilmiş vəsait üzərində ailə məqsədləri üçün sərəncam verildiyindən, ailənin artıq baş tutmuş digər saysızhesabsız xərcləri kimi sərəncamçılıqdan 5 il sonra birgə əmlak kimi bölünə bilməməsi ilə bağlı dəlilini əsassız hesab edir. 78.Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 79.Kollegiya həmçinin iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının hüququnun pozulduğunu bildiyi, yəni əsassız varlanma obyektini qaytarmaq hüququnun ona məlum olduğu vaxt-nikaha xitam verilməsi ilə bağlı mübahisə üzrə mediasiya tətbiqi barədə təklifin göndərildiyi xx.xx.2022-ci il tarixdən hesab edilməlidir. Belə ki, həmin vaxta kimi tərəflərin ailə münasibətləri davam etmiş, iddiaçı etibarlı ailə münasibətləri çərçivəsində həmin mənzildə yaşayacağını güman etmiş, hüququnun pozulması halı olmamışdır. 80.Kollegiya cavabdehin mübahisələndirilən qətnamənin qət etdi hissəsində alınmalı olan məbləğ rəqəmlə 27.256,34 göstərilsə də, yazı ilə bu rəqəm iyirmi yeddi min iki yüz əlli altı manat otuz dörd qəpik əvəzinə iyirmi yeddi min iki yüz əlli altı min manat otuz dörd qəpik göstərilməsi və bunun doğru olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, bu hal çıxarılmış qətnaməni elan etmiş hakim tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 228-ci maddəsinə əsasən yanlışlığın düzəldilməsi qaydasında aradan qaldırıla bilər. 81.Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, işin müəyyən edilmiş hallarına əsasən tərəflərin birgə nikahda olduğu müddət ərzində mübahisələndirilən mənzilə görə 54522,79 manat məbləğində ödəniş edildiyindən və həmin məbləğin yarısı 27.261 manat olmasına baxmayaraq, ilkin iddia tələbində 27.256,34 manatın tutulması tələb edildiyindən məhkəmə mübahisələndirilən hissədə iddianı düzgün olaraq iddia tələbi həcmində təmin etmişdir. 82.Məhkəmə kollegiyası həmçinin cavabdehdən tələb edilən vəsait məbləğindən Mərkəzi Bankın müəyyən etdiyi bank uçot faiz dərəcəsi ilə faizlər ödənilməsi ilə bağlı ilkin iddia tələbinin rədd edilməsi üzrə məhkəmənin mövqeyini qanuni və əsaslı hesab edərək qeyd edir ki, Mülki Məcəllənin 449.1-ci maddəsində nəzərdə tutulmuş normanın dizpozisiya şərtləri hazırki işin müəyyən edilmiş fakitki halları ilə uzlaşmır. 83.Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında Plenum qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarında əks olunmuş hüquqi mövqe bir daha təsdiq edilməklə nəzərə alınmalıdır ki, MM-in 449-cu, xüsusilə də 449.3-cü maddəsində təsbit olunmuş qaydalara müvafiq olaraq müqavilə ilə müəyyən edilmiş pul öhdəliklərinin icrasının gecikdirilməsinə görə zərərin əvəzini ödəməyi tələb etmək hüququ müəyyən xüsusiyyətlərə malikdir. Belə ki, MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Həmin Qərarda göstərilmişdir ki, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizliklə) əlaqələndirməklə, MM-in 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə məsuliyyət daşımamasını bu şərtlə müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. 84.Kollegiya qeyd edir ki, tərəflər nikahdan əvvəl iddiaçının adına alınmış mənzildə yaşamış, həmin mənzildən birgə istifadə etmişlər. Faizlərin tutulmasına görə isə cavabdeh tərəfindən müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi halı müəyyən olunmur. 85.Beləliklə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə işin faktiki hallarını düzgün müəyyən etməklə, tətbiq edilməli olan normaları düzgün tətbiq etmiş, iddianı mübahisələndirilən hissədə qismən təmin etməklə, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərdən qanuni və əsaslıdır, apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsaslar olmamaqla maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunduğundan, apellyasiya şikayətləri təmin edilmədən və iş üzrə məhkəmə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 86.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 87.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(011)-2718/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdiyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar