Məhkəmə qərarları › İş №2(103)-11429/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11429/2021

04.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11429/2021 04.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, iddiaçı İddiaçı Nemətulla qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “qanunsuz sahiblikdə olan avtomobilin geri qaytarılması“ tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-873/2021 saylı işi üzrə 24.08.2021-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı Nemətulla qızının nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununu Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Nemətulla qızının nümayəndəsi və vəkili X2 qətnamədən verdiyi apellyasiya şikayəti (iş səh.161) müəyyən edilmiş formada tərtib (təqdim) edilməmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində təsbit edilmiş “Əlavə 2”-də apellyasiya şikayətinin forması müəyyən edilmişdir.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1 və 363.1.5-ci maddələrinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məcəllənin 10-1.3-cü maddəsinə əsasən: “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məcəllənin 366.2-ci maddəsinə əsasən, Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənlərdən əlavə diqqətə çatdırılmalıdır ki, cavabdeh (nümayəndəsi) 13.11.2021-ci il tarixində apellyasiya şikayətini “Smart Express” xüsusi sürətli poçt daşıma üzrə kuryer xidmətinə vermiş, sonuncu isə 15.11.2021-ci il tarixində şikayəti məhkəməyə təqdim etmişdir (səh.161,165). Mülki Prosessual Məcəllənin 129.3-cü maddəsinə əsasən, apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Hazırki iş üzrə “Smart Express” xüsusi sürətli poçt daşıma üzrə kuryer xidmətin rabitə orqanı (hüququnun) olmasını müəyyən etmək mümkün deyildir. Belə ki, Rabitə haqqında Azərbaycan Respublikası Qanununa görə «Rabitə müəssisəsi (operatoru)» —təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq elektrik və poçt rabitəsi xidmətləri göstərmək hüququ olan və belə xidmətlər göstərən hüquqi və ya fiziki şəxsdir. Bununla belə, sürətli poçt daşıma üzrə kuryer xidmətinin Bakı şəhəri ərazisində çatdırılması sürətinin iki gün olması da aydın deyil. Şərh edilənlərə əsasən prosessual müddətə də aydınlıq gətirilməlidir. Əks halda belə hallar hüquqdan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan amil kimi qiymətləndirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 2 4 (İİİ), X6 haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357, 360-366, 395-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-873/2021 saylı işi üzrə 24.08.2021ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı Nemətulla qızının nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 364-cü maddələrinin tələblərinə müvafiq qiymət verilməsi üçün mülki iş Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar