Məhkəmə qərarları › İş №2(103)-1151/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1151/2022

23.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1151/2022 23.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MİK tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MİK-nə qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ‘‘Gənc Alim“ Mənzil İstehlak Kooperativinin ona məxsus Bakı şəhəri. Yasamal rayonu. Dairəvi yol küçəsi 11 saylı binanın 1-ci mərtəbəsində yerləşən 90 kv.metr ərazisi olan qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Axundov, iş № 2(004)-4944/21) iddia təmin edilməmişdir. Cavabdeh sözügedən qətnamədən apellyasiya qaydasında şikayət vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" Mənzil İstehlak Kooperativinin İddiaçı və X1 qarşı Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yol küçəsi 11 saylı binanın 1-ci mərtəbəsində yerləşən 90 kv.ınetr ərazisi olan qeyriyaşayış sahəsi ilə bağlı "xxxx" MİK ilə cavabdeh X3 arasında bağlanmış 02.02.2016cı il tarixli alqı-satqı müqaviləsinin və Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yol küçəsi 11 saylı binanın 1-ci mərtəbəsində yerləşən 90 kv.m ərazisi olan qeyri-yaşayış sahəsi ilə bağlı "xxxx" MİK ilə cavabdeh İddiaçı arasında bağlanmış 02.02.2016-cı il tarixli müqavilənin ləğv edilməsi barədə iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan "xxxx" MİK tərəfindən apellyasiya şikayəti verilərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilinəsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 5374/2019 saylı 22 aprel 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan iddiaçı "xxxx" MİK tərəfindən kassasiyya şikayəti verilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 sentyabr 2020-ci il tarixli 2(103)-5374/2019 saylı qərardadının ləğv edilməsini xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 08.02.2021-ci il tarixli 2(102)487/2021 saylı qərarı ilə "xxxx" Mənzil İstehlak Kooperativi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 5374/2019 nömrəli iş üzrə 3 sentyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. O cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı cavabdehin qeyriyaşayış sahəsindən çıxarılması və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair Bakı Şəhər Yasamal Rayon məhkəməsində iddia qaldırmış, lakin cavabdeh tərəfin kassasiya şikayəti verməsi və məhkəmə iclasının vaxtını yanlış xatırlaması səbəbindən iclasda iştirak edə bilməmişdir. Bu səbəbdən onun cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş baxılmamış saxlanılması barədə Bakı Şəhər Yasamal Rayon məhkəməsi tərəfindən 2(004)-40/2020 saylı qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yol küçəsi 11 saylı binanın 1-ci mərtəbəsində yerləşən 90 kv.metr ərazisi olan qeyri-yaşayış sahəsi ilə bağlı "xxxx" MİK ilə İddiaçı arasında bağlanmış 02.02.2016-cı il tarixli müqavilənin ləğv edilməsi barədə iddia təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 dekabr 2018ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir. Lakin "xxxx" MİK İddiaçı arasında bağlanmış 02.02.2016-cı il tarixli müqavilənin şərtlərini icra etməkdən boyun qaçırdır və bununlada İddiaçı mülkiyyətinə dair sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarının icrasına qəsdən maneə törədir. İşə məhkəmədə baxılan zaman iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" Mənzil İstehlak Kooperativinin ona məxsus Bakı şəhəri, Yasamal rayonu. Dairəvi yol küçəsi 11 saylı binanın 1-ci mərtəbəsində yerləşən 90 kv.metr ərazisi olan qeyri-yaşayış sahəsindən çıxarılması və onun qeyri-yaşavış sahəsinə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 02.02.2015-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MİK alıcı İddiaçı ünvan 1 ünvanda tikilmiş binanın 1-ci mərtəbəsində yerləşən 90 kv.m qeyri-yaşayış sahəsini satmışdır. 02.02.2016-cı il tarixli, 122 nömrəli maliyyə arayışından görünür ki, "xxxx" MİK-nə məxsus ünvan 1 ünvanda tikilmiş binanın 1-ci mərtəbəsində yerləşən 90 kv.m qeyriyaşayış sahəsi üçün 40000 manat İddiaçı tərəfindən ödənilmişdir (tam). İşdən həmçinin görünür ki, "xxxx" MİK 2016-cı ildə ilk olaraq cavabdeh İddiaçı və qeyrisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul məbləğinin ödənilməsi tələbinə dair iddia qaldırmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08.09.2016-cı il tarixli qətnaməsi ilə onun iddiası təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 02.02.2017-ci il tarixli qətnaməsi ilə həmin qətnamə, Ali Məhkəmənin Mülki Kollegiyasının 03.07.2017-ci il tarixli qərarı ilə isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə çıxarılan qətnamə qanuni qüvvəyə mindikdən sonra "xxxx" MİK İddiaçı və qeyrisinə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia qaldırmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.12.2018-ci il tarixli qətnaməsi ilə həmin iddia rədd olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 22.04.2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən buraxılmış kassasiya şikayəti vermə müddətinin bərpası barədə ərizə Bakı Apellyasiya Məhkəməsinin 03.09.2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək kassasiya şikayəti geri qaytarılmış və həmin qərardad Ali Məhkəmənin Mülki Kollegiyasının 08.02.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilədə göstərilən məbləğ tam ödənilmədiyinə görə İddiaçı mübahisəli qeyri-yaşayış sahəsinə heç bir hüququ yaranmadığı və bu baxımdan hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmadığı halda birinci instansiya məhkəməsi əsassız olaraq iddianı təmin etmiş və qətnamə çıxararkən MPM-nin 218.3-cü maddəsini tələbini pozaraq iddia tələbindən kənara çıxmışdır. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 19 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin araşdırılmış hallarına və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən müəyyən edilmişdir ki, "xxxx" MİK ilə İddiaçı arasında bağlanmış 02.02.2015-ci il tarixli müqaviləyə əsasən "xxxx" MİK alıcı İddiaçı ünvan 1 ünvanda tikilmiş binanın 1-ci mərtəbəsində yerləşən 90 kv.m qeyri-yaşayış sahəsini satmış və İddiaçı tərəfindən "xxxx" MİK-nə həmin qeyri-yaşayış sahəsinin dəyərini təşkil edən 40000 manat tam olaraq ödənilmişdir. İşin araşdırılmış halları ilə o da müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsində hal-hazırda cavabdeh məskunlaşaraq oradan ofis kimi istifadə edir. "xxxx" MİK əvvəllər 2016-2021-ci illər ərzində İddiaçı ilə bağlanmış həmin 02.02.2015-ci il tarixli alqı-satqı müqaviləsini məhkəmə qaydasında mübahisələndirmiş, lakin alqı-satqı müqaviləsinin həm etibarsız hesab edilməsi, həm də ləğv olunması barədə qaldırılmış iddialar müvafiq məhkəmə qətnamələri ilə rədd olunmuş və yuxarı instansiya məhkəmələri tərəfindən həmin qətnamələr dəyişdirilmədən saxlanılmışdır. Həmin işlər üzrə sonuncu məhkəmə qərarı Ali Məhkəmə tərəfindən 08.02.2021-ci il tarixdə qəbul edilmişdir. Alqı-satqı müqaviləsinin etibarsızlığı və ləğvi ilə bağlı tələblər üzrə çıxarılmış qətnamələr qanuni qüvvəyə mindikdən sonra İddiaçı hazırkı iş üzrə tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi cavabdehin həmin qeyri-yaşayış sahəsindən çıxarılması və özünün həmin sahəyə köçürülməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və gəldiyi nəticəni əsaslandırarkən aşağıdakıları göstərmişdir. Məhkəmə ilk növbədə cavabdeh tərəfin iddiaya etirazının əsası kimi istinad olunan hala - iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənilməməsi və müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi dəlilinə qiymət verərək qeyd etmişdir ki, cavabdeh həmin əsaslarla bundan əvvəl iddiaçıya qarşı müqavilənin etibarsız hesab edilməsi və müqavilənin ləğv edilməsi barədə iddialar qaldırmış, lakin həmin iddialar qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, belə olan vəziyyətdə cavabdehin mübahisəli qeyriyaşayış sahəsində qanunsuz məskunlaşması iddiaçının bir mülkiyyətçi kimi hüquqlarını pozur və bu baxımdan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab etmişdir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının, cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Qanunvericiliyin mənasına görə müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirməyi ehtiva edən bir anlayışdır. Bütün bunlara əsasən müqavilə bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan bu iradəsinin formalaşması və ifadəsi onun özünə mənsubdur. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən iddia tələbini cavabdehin iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən çıxarılması hissəsində əsaslı saymışdır. Məhkəmə eyni zamanda iddia tələbini iddiaçının sözü gedən qeyri-yaşayış sahəsinə köçürülməsi hissəsində də əsaslı saymış və qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində qeyriyaşayış sahəsinə köçürülmə tələbini irəli sürsə də, iddianın əsasından da göründüyü kimi onun niyyəti, əslində Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yol küçəsi 11 saylı binanın 1-ci mərtəbəsində yerləşən 90 kv.m ərazisi olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi barədə tələb irəli sürmək olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» 25 oktyabr 2010-cu il tarixli qərarında hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbindən də göründüyü kimi, iddiaçının daşınmaz əmlak üzərində sərəncam hüququ daşınmaz əmlak dövlət reyestrində qeydə alındıqdan sonra yaranır. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddiaçının pay haqqını tam verdiyi qeyri-yaşayış sahəsinə sahiblik və istifadə etmək hüququ yarandığından, cavabdehin qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməkdən yayınması və hər hansı maneələr yaratması qanunsuz olmuşdur. Odur ki, Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yol küçəsi 11 saylı binanın 1-ci mərtəbəsində yerləşən 90 kv.m ərazisi olan qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək eləcə də yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" MİK İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yol küçəsi 11 saylı binanın 1-ci mərtəbəsində yerləşən 90 kv.m ərazisi olan qeyri-yaşayış sahəsindən çıxarılmalı və həmin qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi, yaxud ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Apellyasiya şikayətinin əsas dəlillərindən biri müqavilədə göstərilən məbləğin iddiaçı tərəfindən tam ödənilməməsi, onun mübahisəli qeyri-yaşayış sahəsinə heç bir hüququ yaranmadığı və bu baxımdan hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmaması barədədir. Məhkəmə kollegiyası bu dəlili əsassız sayır və qeyd edir ki, müqavilədə göstərilən məbləğin iddiaçı tərəfindən tam ödənilməməsi barədə dəlil "xxxx" MİK-in bundan əvvəl İddiaçı qarşı qaldırdığı müqavilənin etibarsızlığı və ləğvi tələblərinə dair işlərdə iddia tələbinin əsası kimi istinad olunan hallardan biri olmuş və iddia əsassız sayılarkən həmin hallara da qiymət verilmişdir. Yəni, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bu hallara qiymət verildiyindən məhkəmə kollegiyası həmin dəlil üzrə ətraflı araşdırma aparmağa lüzum görmür. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşdən göründüyü kimi, hazırkı işin tərəfləri olan İddiaçı və "xxxx" MİK həmin işlərdə də işdə iştirak edən şəxs olmuşlar. İddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə heç bir hüququ yaranmaması və bu baxımdan hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmaması barədəki dəlil müqavilə məbləğinin ödənilməməsi barədəki dəlilə əsaslanmaqla irəli sürüldüyündən məhkəmə kollegiyası həmin dəlilləri də öz-özlüyündə əsassız sayır. Apellyasiya şikayətinin başqa bir dəlili birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən MPM-nin 218.3-cü maddəsinin tələbinin pozulması və iddia tələbindən kənara çıxılması barədədir. Apelyatorun fikrincə, iddia tələbinin qeyri-yaşayış sahəsindən çıxarılma barədə olmasına baxmayaraq məhkəmənin qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarması iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası bu dəlili də əsassız sayır və birinci instansiya məhkəməsinin həmin məsələyə verdiyi qiymətlə razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin mahiyyət və məzmunundan göründüyü kimi, iddiaçının qeyri-yaşayış sahəsindən çıxarılma tələbini irəli sürməkdə məqsədi əslində həmin sahənin ona təhvil verilməsinə nail olmaq, pozulmuş sahiblik və istifadə hüququnu bərpa etməkdən ibarətdir. Bu baxımdan birinci instansiya məhkəməsi mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarmaqda haqlı olmuşdur və məhkəmə kollegiyasının qənaətinə görə bu zaman MPM-nin 218.3-cü maddəsinin tələbi pozulmamışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" MİK-in apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 19 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar