Məhkəmə qərarları › İş №2(103)-1153/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1153/2024

23.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1153/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh10, Cavabdeh9, Cavabdeh8, Bakı Şəhəri 11 saylı Notariat Ofisi, Bakı Şəhəri 35 saylı Notariat Ofisi və Bakı Şəhəri 51 saylı Notariat Ofisinə qarşı “əqdin etibarsız hesab edilməsi və sair tələbi barədə” iddiasına, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən iş üzrə üçüncü şəxs Şıxməmmədova (Salmanova) Esmira Mirzəbala qızının cavabdehlər İddiaçı, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh10, Cavabdeh9, Cavabdeh8, Bakı Şəhəri 11 saylı Notariat Ofisi, Bakı Şəhəri 35 saylı Notariat Ofisi və Bakı Şəhəri 51 saylı Notariat Ofisinə qarşı “əqdin etibarsız hesab edilməsi və sair tələbi barədə” müstəqil iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X14 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 noyabr 2022-ci il tarixli qətnamədən cavabdehlər Cavabdeh6 və Cavabdeh8 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə, İddiaçı özünün və onun vəkili (nümayəndəsi) Vəkil2, cavabdehlər Cavabdeh4, X4, Cavabdeh6, X15, Cavabdeh9, Cavabdeh5, X2, Cavabdeh8, Cavabdeh6 vəkili (nümayəndəsi) Vəkil7 və Cavabdeh8 vəkili (nümayəndəsi) Vəkil6 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) İşin halları barədə məlumat

1. Mirzəbala Ağabala oğlu ilə Raya Qəhrəman qızı xx.xx.1958-ci il tarixində rəsmi nikaha daxil olmuşdur.

2. Bakı şəhəri, 8-ci mikrorayon S.S.Axundov küçəsi, 2 saylı evin 20 saylı (mübahisəli) mənzili tam mülkiyyət hüququ ilə Mirzəbala Ağabala oğluna məxsus olmuşdur. Onun həmin mənzil üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestrində” xx.xx.1995-ci il tarixdə qeydiyyata alınmışdır.

3. Mirzəbala Ağabala oğlunun Bakı Şəhəri 26 saylı Notariat Kontoru tərəfindən xx.xx.1995-ci il tarixdə 2B-76 reyestr nömrəsi ilə qeydə alınmış “Vəsiyyətnamə”sindən görünür ki, Mirzəbala Ağabala oğlu mülkiyyətində olan həmin mənzili (iddiaçı) İddiaçı vəsiyyət etmişdir

4. Mirzəbala Ağabala oğlu xx.xx.2002-ci il tarixdə ölmüşdür.

5. Mirzəbala Ağabala oğlunun arvadı Raya Qəhrəman qızının və onların övladı (hər iki iddia üzrə cavabdehlərdən biri olan) Cavabdeh2 11 saylı Notariat Kontoruna ünvanladığı xx.xx.2006-cı il tarixli ərizə əsasında həmin Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən görünür ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş Mirzəbala Ağabala oğlunun vərəsələri (mübahisəli) mənzildə yaşayan Cavabdeh2 və Bakı şəhəri, 8-ci mikrorayon, N.Nərimanov küçəsində yerləşən 23 “B” saylı evin 6 saylı mənzilində yaşayan Raya Qəhrəman qızıdır və onların hər biri miras əmlakdan 1/2 hissədə pay almış, eyni gündə 11 saylı Notariat Kontorunda təsdiqlənmiş xx.xx.2006-cı il tarixli “Mənzilin bağışlanılması barədə” müqaviləyə əsasən Cavabdeh2 mənzilin ona aid 1/2 hissəsini anası Raya Qəhrəman qızına bağışlamışdır. Həmin əmlak xx.xx.2006-cı il tarixdə tam mülkiyyət hüququ üzrə Raya Qəhrəman qızının adına “Daşınmaz əmlakın dövlət reyestrində” 173 nömrəli reyestr kitabının 18211 nömrəli vərəqində qeydiyyata alınmışdır.

6. Raya Qəhrəman qızı xx.xx.2011-ci il tarixdə ölmüşdür

7. İşdə olan və 1 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, Raya Qəhrəman qızı Bakı şəhəri, 8-ci mikrorayon, N.Nərimanov küçəsində yerləşən 23 “B” saylı evin 6 saylı mənzilində qeydiyyatda olmaqla yaşamış, onun ölümü ilə əlaqədar xx.xx.2011-ci il tarixdə həmin mənzildən qeydiyyatdan çıxarılmış, həmin ünvanda qeydiyyatda olmaqla X11, İddiaçı, X16, Cavabdeh5, Cavabdeh4, X23, Cavabdeh10 və X24 yaşayırlar.

8. İşdə olan və 72 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli arayışından müəyyən olunur ki, Raya Qəhrəman qızı mübahisəli mənzilində qeydiyyatsız yaşamış, xx.xx.2011-ci il tarixdə vəfat etmiş, xx.xx.2006-cı il tarixdə açılmış qeydiyyat vəsiqəsi onun adınadır. Bu ünvanda Cavabdeh2 başqa heç kim qeydiyyatda yoxdur.

9. X5 ünvan ünvanladığı xx.xx.2013-cü il tarixli ərizəsindən görünür ki, o, Bakı şəhəri 8-ci mikrorayon N.Nərimanov küçəsi 23B saylı evin 6 saylı mənzilində yaşayan anası Raya Qəhrəman qızının xx.xx.2011-ci il tarixdə vəfat etməsini, miras əmlakın – mübahisəli mənzilindən ibarət olmasını, ondan başqa vərəsələrin Cavabdeh2, Cavabdeh4, İddiaçı və Cavabdeh5 olmasını bildirib, göstərilən miras əmlaka dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.

10. İddiaçı, Cavabdeh5, Cavabdeh4 11 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli ərizələrindən görünür ki, onlar xx.xx.2011-ci il tarixdə vəfat etmiş anaları Raya Qəhrəman qızından sonra irs qalmış mirası qəbul etməmiş və miras əmlaka qarşı heç bir iddiaları yoxdur, mirasın qəbul edilməsi vaxtının uzadılması üçün məhkəməyə müraciət etməyəcəklərini bildirmişdirlər.

11. Cavabdeh2 11 saylı Notariat Kontoru tərəfindən təsdiqlənmiş xx.xx.2013-cü il tarixli ərizəsindən görünür ki, o, anası Raya Qəhrəman qızından miras qalmış əmlaka miras qoyanın oğlu X5 “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə yazılmasına razılıq vermişdir.

12. Bakı Şəhəri 11 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2013-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən görünür ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş Raya Qəhrəman qızının vərəsələri Bakı şəhəri, 8-ci mikrorayon N.Nərimanov küçəsində yerləşən 23 “B” saylı evin 6 saylı mənzilində qeydiyyatda olan oğlu X11 və mübahisəli mənzildə qeydiyyatda olan qızı Cavabdeh2dır və onlar miras əmlakdan 1/2 hissədə pay almalıdırlar.

13. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2013-cü il tarixli, ******* saylı “Çıxarışdan” görünür ki, mübahisəli mənzilinə dair X5 mülkiyyət hüququ “Reyestrdə” 173 nömrəli reyestr kitabının 18211 nömrəli vərəqində qeydiyyata alınmışdır.

14. İşdə olan və 1 saylı Bakı Asan Xidmət Mərkəzində fəaliyyət göstərən Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İİ seriyalı, 202764 saylı “Nikah haqqında şəhadətnamədən” görünür ki, X11 ilə X6 xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuşlar. Nikaha daxil olduqdan sonra arvada Salmanova soyadı verilmişdir.

15. İşdə olan və 3 saylı Bakı Asan Xidmət Mərkəzində fəaliyyət göstərən Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı, 176929 saylı “Ölüm haqqında şəhadətnamədən” görünür ki, X11 xx.xx.2021-ci il tarixdə ölmüşdür.

16. Cavabdeh6 35 saylı Notariat Ofisinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Bakı şəhəri, 8-ci mikrorayon, N.Nərimanov küçəsində yerləşən 23 “B” saylı evin 6 saylı mənzilində qeydiyyatda olmuş əri X5 xx.xx.2021-ci il tarixdə vəfatından sonra ondan qalan miras əmlakın – mübahisəli mənzilin olmasını, miras qoyanın ondan başqa Cavabdeh10 və Cavabdeh9 qanun üzrə vərəsələri olmasını bildirib göstərilən əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.

17. Cavabdeh9 11 saylı Notariat Ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X3 miras qalmış əmlakdan ona çatası hissəsindən anası Cavabdeh6 xeyrinə imtina etmişdir.

18. Cavabdeh10 11 saylı Notariat Ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X3 miras qalmış əmlakdan ona çatası hissəsindən anası Cavabdeh6 xeyrinə imtina etmişdir.

19. Bakı Şəhəri 35 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən” görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi, mübahisəli mənzildə qeydiyyatda olan Cavabdeh6 miras əmlakda tam hissədə pay almış, şəhadətnamə verilmiş miras əmlak Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixdə X8 verilmiş dövlət reyestrindən çıxarışa əsasən yuxarıda qeyd edilən mübahisəli mənzilindən ibarətdir.

20. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” görünür ki, mübahisəli mənzilə dair Cavabdeh6 mülkiyyət “Reyestrdə” 173 nömrəli kitabın 18211 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.

21. İşdə olan və 1 saylı Bakı Asan Xidmət Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, mübahisəli mənzilində Cavabdeh6, xx.xx.1965-ci il təvəllüdlü X20, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh10, xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh9, xx.xx.1986-cı il təvəllüdlü X29 daimi qeydiyyatdadırlar.

22. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4645/2022 saylı qərarından görünür ki, həmin qərarla Cavabdeh6 iddiası təmin edilərək yuxarıda qeyd edilən mübahisəli mənzildən üçüncü şəxslər X9 və X21 qeydiyyatdan çıxarılması öhdəliyi həmin inzibati iş üzrə cavabdeh olan Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

23. Cavabdeh2 11 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, qeydiyyatda olduğu mübahisəli mənzilinin satılmasına razıdır.

24. “Satıcı” olaraq Cavabdeh6 ilə “Alıcı” olaraq Cavabdeh8 arasında xx.xx.2022-ci il tarixdə bağlanmaqla və 51 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək, qeydə alınmış AN İ seriyalı, ******* saylı “Alğı-satqı müqaviləsindən” görünür ki, Cavabdeh6 mübahisəli mənzili 80.000 manata Cavabdeh8 satmışdır.

25. Cavabdeh8 mülkiyyət hüquqları xx.xx.2022-ci il tarixdə “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmışdır.

26. İşdə olan sənədlərdən görünür ki, Cavabdeh8 iddiaçı olaraq cavabdehlər İddiaçı, Cavabdeh4, X10, Məmmədova Hicran Əli qızına qarşı “mənzildən çıxarılma tələbi barədə” iddia ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin iş üzrə icraat hazırki mülki iş üzrə qəbul edilə biləcək yekun məhkəmə qərarı qüvvəyə minənədək dayandırılmışdır.

27. Bakı Şəhəri 26 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, X-101 saylı məktubundan görünür ki, İddiaçı elektron notariat informasiya sistemindən əldə edilmiş məlumata əsasən, Mirzəbala Ağabala oğlu tərəfindən xx.xx.1995-ci il tarixdə İddiaçı adına “Vəsiyyətnamə” verilməsi bildirilmişdir.

28. Elektron Notariat Avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışdan görünür ki, xx.xx.1995-ci il tarixdə 26 saylı Notariat Kontorunda vəsiyyət edən Mirzəbala Ağabala oğlunun “Vəsiyyətnaməsi” üzrə vərəsəsi övladı olan İddiaçıdur. “Vəsiyyətnamə” xx.xx.2011-ci il tarixdə “Sistemə” daxil edilmişdir.

29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2022ci il tarixli məktubundan görünür ki, 26 saylı Notariat Kontorunda xx.xx.1995-ci il tarixdə 2B-76 reyestr nömrəsi ilə təsdiq edilmiş “Vəsiyyətnamənin” xx.xx.2022-ci il tarixədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə Arxivə məlumatın daxil olmamışdır. “Vəsiyyətnamənin” surəti İddiaçı təqdim olunmuşdur.

30. İşdə olan və 72 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 287 saylı arayışdan görünür ki, İddiaçı, Cavabdeh4, X33, X36, Məmmədova Hicran Əli qızı, X25 və X17 mübahisəli mənzildə qeydiyyatsız yaşayırlar.

31. İddiaçı məhkəməyə təqdim etdiyi mənzil kommunal xidməti üçün 2007-ci ilə aid ödəniş qəbzlərindən görünür ki, mübahisəli mənzil üzrə kommunal ödənişlər Mirzəbala Ağabala oğlunun adından 8 nəfər ailə tərkibi üçün aparılmışdır. b) iddialar barədə məlumat

32. İddiaçı yuxarıda qeyd edilən cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aşağıdakı tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini Rayon Məhkəməsindən xahiş etmişdir: - Cavabdeh2 11 saylı Notariat Kontorunda tərtib və təsdiq edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” verilməsi barədə ərizəsinin, Raya Qəhrəman qızının 11 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” verilməsi barədə ərizəsinin, 2V-57 reyestr nömrəli xx.xx.2006cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin”, Cavabdeh2 1/2 hissədə payının anası Raya Qəhrəman qızına bağışlamasına dair 4Ə/2-352 reyestr nömrəli, xx.xx.2006-cı il tarixli “Bağışlama müqavilənin”, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş MH seriyalı, ******* nömrəli, xx.xx.2006-cı il tarixli “Çıxarışın” etibarsız hesab olunmaqla ləğv edilməsi; - cavabdehlər X5, Cavabdeh4, Cavabdeh2 anaları Raya Qəhrəman qızının xx.xx.2011-ci il tarixdə vəfatından sonra mübahisəli mənzili ilə bağlı xx.xx.2013-cü il tarixli vərəsəlik işi üzrə 11 saylı Notariat Kontorunun notariusu X22 iştirakı ilə tərtib və təsdiq edilmiş Cavabdeh5 7E/3737 nömrəli xx.xx.2013-cü il tarixli ərizəsinin, o cümlədən İddiaçı 7E/3761 nömrəli xx.xx.2013-cü il tarixli ərizəsinin, Cavabdeh4 xx.xx.2013-cü il tarixli 7E/3764 nömrəli ərizəsinin, Cavabdeh2 7E/3833 nömrəli xx.xx.2013-cü il tarixli ərizəsinin, nəticə etibarı ilə X5 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” və həmin “Şəhadətnamə” əsasında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli “Çıxarışın” etibarsız hesab olunmaqla ləğv edilməsi; - xx.xx.2021-ci il tarixdə vəfat etmiş qardaşı X5 adına olan əmlakla bağlı 35 saylı Notariat Ofisində tərtib və təsdiq edilmiş Cavabdeh6 8İ-5722 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli, **********722 nömrəli mirasın qəbul edilməsi barədə ərizəsinin, Cavabdeh10 8İ3060 reyestr nömrəli xx.xx.2021-ci il tarixli paydan imtina etməsi barədə ərizəsinin, 11 saylı Notariat Ofisində tərtib və təsdiq edilmiş Cavabdeh9 8İ-4253 nömrəli xx.xx.2021-ci il tarixli paydan imtina etməsi barədə ərizəsinin, 35 saylı Notariat Ofisinin xüsusi notariusu C.M.Məmmədov tərəfindən tərtib və təsdiq edilmiş 2V-177 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin”, DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsindən alınmış **********44-05101-093010 reyestr nömrəli xx.xx.2021-ci il tarixli “Reyestrindən çıxarışın” etibarsız hesab olunmaqla ləğv edilməsi; - “Alıcı” olaraq Cavabdeh8 ilə “Satıcı” olaraq Cavabdeh6 arasında mübahisəli mənzilə dair bağlanmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2022-ci il tarixli “Alğı-satqı müqaviləsinin” və həmin müqavilə əsasında Cavabdeh8 adına verilmiş “Reyestrdən çıxarışın” etibarsız hesab olunmaqla ləğv edilməsi.

33. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası Mirzəbala Ağabala oğlu ilə anası Raya Qəhrəman qızının birgə nikahından 6 övladları olmuşdur: xx.xx.1976-cı il təvəllüdlü İddiaçı, xx.xx.1976-cı il təvəllüdlü X11, xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh5, xx.xx.1966-cı il təvəllüdlü X12, xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh4. Atası 1995-ci ildə mübahisəli mənzilini aldıqdan sonra o, valideynləri və bacıqardaşları ilə birlikdə bu mənzildə yaşamağa başlamışdır. Nənəsinə ayrılan hal-hazırda da dövlət mülkiyyətində olan mənzildə qeydiyyatda olsa da, o, daimi olaraq mübahisəli mənzilində yaşamış və yaşayır. Evin kiçik övladı kimi valideynlərinin qayğısına qalmış, mərhum valideynlərinə, mərhum qardaşı Ağabalaya xəstə yatağında qulluq etmişdir. Atası 2002-ci ildə, anası isə 2011-ci ildə vəfat etmişlər. O, mübahisəli mənzilində daimi yaşadığından miras əmlakı faktiki olaraq qəbul etmişdir. Lakin atasının ölümündən sonra o, notariat kontoruna dəvət olunmamışdır. Onlar atalarına məxsus mübahisəli mənzilində birgə və mehriban yaşadıqlarından vərəsələr arasında mübahisə olmamışdır. Ona görə də onlar analarının ölümündən 2 il sonra notariat kontoruna gedib mənzili böyük qardaşları Ağabalanın adına sənədləşdirmişlər. Mənzilin kommunal xidmətləri onun tərəfindən ödənildiyindən o, 2007-ci ildə apardığı ödənişlər barədə bəzi qəbzləri də saxlamışdır. Həmin qəbzlərdən mənzildə 8 nəfərin yaşaması təsdiq olunur. Bundan başqa atasına və anasına məxsus əmanət kitabçaları da ona verilmişdir. O da qardaşları kimi ailə qurduqdan sonra öz həyat yoldaşını bu mənzilə köçürmüşdür. Onun bu mənzildə bir övladı anadan olmuşdur. Bütün qohumları və qonşuları onun mübahisəli mənzilində daimi yaşamasını təsdiq edə bilərlər. Onun arvadı işləmədiyindən, daimi olaraq mənzildə olur. Ona görə də alıcı Cavabdeh8 mənzili alarkən mənzilə baxmış olsaydı heç olmasa onun arvadını evdə görməli idi. 2022-ci ilin aprel ayında, Cavabdeh8 mənzili boşaldılmasını tələb etməyə gələrkən, o, mənzilin satılmasından xəbər tutmuşdur. Daha sonra qardaşı Cavabdeh4 ona demişdir ki, ataları mübahisəli mənzilə dair onun (İddiaçı) adına “Vəsiyyətnamə” qoymuşdur. Bundan sonra o, rəsmi qaydada müraciət edərək “Vəsiyyətnamənin” olub-olmamasını, qüvvədə olub-olmamasını soruşmuş və ona dəqiq məlum olmuşdur ki, “Vəsiyyətnamə” mövcuddur və qüvvədədir. Atasının ölümündən sonra notarius onu dəvət etməmiş, vəsiyyətnamənin olmasını ona elan etməmişdir. Daha sonra mənzilə dair sənədləşmə aparılarkən də, notariat hərəkətlərini aparan notariuslar elektron sistemdə qeydiyyatı aparılan vəsiyyətnaməni gördükləri halda bu barədə ona məlumat verməmişlər. Beş otaqdan ibarət, birinci mərtəbədə yerləşən mənzilin 80.000 manat satılması da inandırıcı deyildir. Belə ki, onun müraciəti əsasında aparılan qiymətləndirmə nəticəsində mənzilin qiymətinin 230.000 manat olması müəyyən edilmişdir. “Vəsiyyətnamə” barədə məlumatı olsaydı o, mənzildə olan payından imtina etməzdi. Anasının ölümündən 2 il sonra Notariat Kontoruna dəvət olunarkən bütün vərəsələr arasında mübahisə olmadığından o, da notarius tərəfindən tərtib olunan imtina barədə ərizənin mətnini oxumadan imzalamışdır. Mərhum atasından miras qalan mənzili o, vəsiyyətnamə üzrə yeganə vərəsə kimi faktiki olaraq qəbul etmişdir. Ona görə mülkiyyətçi kimi pozulmuş hüquqlarının bərpa edilərək iddia tələblərinin təmin edilməsini xahiş edir.

34. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X7 da öz növbəsində müstəqil iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək eyni tələblər üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir.

35. İddiaçı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış müstəqil iddia ərizəsində Esmira Şıxməmmədova əlavə olaraq göstərmişdir ki, o, 1986-cı ildə nikaha daxil olaraq ərinin evinə köçmüş və daimi olaraq gəlin köçdüyü evdə yaşayır. 1995-ci ildən etibarən valideynləri, bacısı Sədaqət və qardaşları mübahisəli mənzilində yaşayırlar. Qardaşları ailə qurduqdan sonra öz arvadlarını həmin mənzilə köçürmüşlər. Qardaşı Ağabala da bir müddət bu mənzildə yaşamışdır. Ağabalanın arvadı Bibixanım tez-tez öz valideynlərinin evinə getdiyindən onun qızlarını faktiki olaraq onlar böyütmüşlər. Daha sonra Ağabala onların nənələrinə məxsus və dövlət mülkiyyətində olan mənzildə - Bakı şəhəri, 8-ci mikrorayon N.Nərimanov küçəsində yerləşən 23 “B” saylı evin 6 saylı mənzilində yaşamışdır. Bibixanım xəstə əri Ağabalanın qayğısına qalmadığından qardaşları Ağabalanı 2017-ci ildə mübahisəli mənzilə gətirmişlər. O, ərinin evində yaşasa da, daim atasının evinə gəlib-getmişdir. Valideynlərinin ölümündən sonra o, notariat kontoruna dəvət olunmamışdır. xx.xx.2022-ci il tarixdə qardaşı arvadı ona zəng edərək Bibixanımın mübahisəli mənzili satmasını, alıcının onları mənzildən çıxarmaq üçün gəlməsini bildirmişdir. Bundan sonra o, Bibixanıma zəng edərək mənzilin həqiqətən satılmasını öyrənmişdir. c) iddia tələblərinə dair cavabdeh tərəfin münasibəti barədə məlumat

36. Cavabdeh6 vəkili (nümayəndəsi) Vəkil1 iddia tələblərinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda göstərmişdir ki, Cavabdeh6 məxsus olmuş və hazırda mübahisələndirilən mənzil qanuni əsaslarla onun mülkiyyətinə keçmiş, daha sonra Cavabdeh6 mənzili notarial qaydada təsdiq olunan müqavilə bağlayaraq mənzili Cavabdeh8 satmışdır. Məlumdur ki, hər bir daşınmaz əmlakla bağlı olan məsələlər elektron qaydada aparılır. Əgər daşınmaz əmlakla bağlı sənədlərdə hər hansı bir problem olarsa bu asanlıqla bilinir. Göründüyü kimi Cavabdeh6 daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etdiyi zaman iddiaçı və cavabdehlər bu məsələyə dair hər hansı bir formada müdaxilə etməmişlər. Mübahisəli mənzilin ucuz və ya baha qiymətə satılması alqı-satqı müqaviləsinin tərəflərinin iradə ifadəsidir. Cavabdeh6 ilk əvvəl mənzili 120.000 manata təklif etmiş, sonra tərəflər 80.000 manata razılaşmışlar. Nəzərə almaq lazımdır ki, bina yeni tikili deyildir, şəhərin mərkəzi hissəsindən xeyli aralı məsafədə yerləşir.

37. Cavabdeh8 iddia tələblərinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda göstərmişdir ki, o, mübahisəli mənzili Cavabdeh6 xx.xx.2022-ci il tarixdə notarial qaydada bağlanmış müqaviləyə əsasən almışdır. İlk əvvəl Cavabdeh6 mənzili 120.000 manata satdığını bildirsə də, qarşılıqlı razılıq əsasında o, mənzili 80.000 manata almışdır. xx.xx.2022-ci il tarixdə o, aldığı mənzilə gedərək mənzildə olan şəxslərdən mənzili boşaldaraq ona təhvil vermələrini tələb etmişdir. Həmin vaxt Cavabdeh4 sənədin səhv olması səbəbindən mənzilin satıla bilməməsini, İddiaçı isə mənzilin satılmasının mümkün olmamasını ona demişlər. Cavabdeh5 getməyə yerinin olmadığını dediyindən o, Əlibalaya kirayə mənzil tutması üçün 350 manat vermişdir. Lakin mənzil boşaldılaraq ona təhvil verilmədiyindən o, mənzildə olan şəxslərin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mənzili alarkən mübahisənin olması ona məlum olmadığından və o, vicdanlı alıcı olduğundan iddia ərizələrinin təmin edilməməsini xahiş edir.

38. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizələrini qəbul edərək izahatında göstərmişdir ki, ataları Mirzəbala Ağabala oğlunun mülkiyyətində olan mənzilə dair mirası qəbul edərkən onlar atalarının Rövşənə vəsiyyətnaməsinin olmasını bilməmiş, bu barədə onlara notarius tərəfindən məlumat verilməmiş, başqa vərəsələrin olubolmaması soruşulmadığından, onlarda bu barədə notariusa heç bir söz deməmişlər. 2011-ci ildə anası Raya Qəhrəman qızı vəfat etmiş, 2013-cü ildə vərəsələr arasında heç bir mübahisə olmadığından onlar birlikdə notariat kontoruna gedib analarından miras qalan mənzilə dair paylarından böyük qardaşları Ağabalanın xeyrinə imtina etmişlər, o, isə öz payına dair Ağabalanın adına şəhadətnamə verilməsinə razılıq vermişdir. 2021-ci ildə qardaşları Ağabala vəfat etmişdir. 2022-ci ilin aprel ayında Ağabalanın arvadı Bibixanım ona mənzili satmaq istəməsini deyib, bu barədə qardaşlarına heç bir söz deməməsi üçün ona Qurana əl basıb and içməsini, mənzili satdıqdan sonra ona bir otaqlı mənzil alacağını demişdir. O, Bibixanımla razılaşaraq notariat kontorunda mənzilin satılmasına dair razılıq ərizəsi vermişdir. Mənzil satılmamışdan bir həftə əvvəl Bibixanım xalça yumaq bəhanəsi ilə mənzili tərk etmiş, özünün yaşadığı otağın qapısını qıfılla bağlamışdır. Mənzili alan Elşən mənzilə gəldikdən sonra o, qardaşlarının qorxusundan işdən çıxdıqdan sonra mənzilə qayıtmamışdır. Bibixanım bacısının əri Akiflə birlikdə Nərimanov rayonunda Metroparkın arxasında 5 mərtəbəli evin 5-ci mərtəbəsində kirayə 3 otaqlı mənzil tutmuş, o, Bibixanım və qızları ilə birlikdə həmin mənzildə bir həftə yaşamışdır. Həmin vaxt o, Cavabdeh8 də evin yaxınlığında görmüşdür. Bibixanım mənzilin pulunun alıcı tərəfindən hələ verilmədiyindən mənzil ala bilmədiyini ona demişdir. Daha sonra o, Bibixanımın qızları ilə danışıqlarını eşidib ona mənzil alınmayacağını başa düşüb Bakı şəhəri 8-ci mkr., S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə qayıtmış, qardaşlarına hadisə barədə danışmışdır. Bundan sonra mərhum atasının Rövşənin adına mənzilinə dair vəsiyyətnamə qoymasını bilmişdir. Rövşən məhkəməyə müraciət etdikdən sonra Bibixanım ona zəng edərək vədinə əməl edəcəyini demişdir. Lakin artıq o, Bibixanımın vədinə inanmır. Ona görə də iddianın təmin edilməsini xahiş edir.

39. Cavabdeh4 və Cavabdeh5 iddia ərizələrini qəbul edərək, təmin edilməsini xahiş etmişdirlər. d) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

40. İşə baxmış Binəqədi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsini, Raya Qəhrəman qızının və Cavabdeh2 11 saylı Notariat Kontoruna ünvanladıqları xx.xx.2006-cı il tarixli ərizələrin, həmin Notariat Kontoru tərəfindən Raya Qəhrəman qızının adına mübahisəli mənzilə dair verilmiş xx.xx.2006-cı il tarixli, 2V-57 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” etibarsız hesab edilməsini, “hədiyə verən” Cavabdeh2 ilə “hədiyyə alan” Raya Qəhrəman qızı arasında bağlanmış və 11 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək, qeydə alınmış xx.xx.2006-cı il tarixli “mübahisəli mənzilinin 1/2 hissəsinin bağışlanılması barədə müqavilənin” etibarsız hesab edilməsini, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “daşınmaz əmlakın dövlət reyestrindən” Raya Qəhrəman qızının adına mübahisəli mənzilə dair verilmiş MH seriyalı, ******* saylı, xx.xx.2006-cı il tarixli “Çıxarışın” ləğv edilməsini, Ağabala Salmanovun 11 saylı Notariat Kontoruna ünvanladığı xx.xx.2013-cü il tarixli ərizənin etibarsız hesab edilməsini, Cavabdeh5 11 saylı Notariat Kontoruna ünvanlandığı xx.xx.2013-cü il tarixli ərizənin etibarsız hesab edilməsini, İddiaçınun 11 saylı Notariat Kontoruna ünvanlandığı xx.xx.2013-cü il tarixli ərizənin etibarsız hesab edilməsini, Cavabdeh4 11 saylı Notariat Kontoruna ünvanlandığı xx.xx.2013-cü il tarixli ərizənin etibarsız hesab edilməsini, Cavabdeh2 11 saylı Notariat Kontoruna ünvanlandığı xx.xx.2013-cü il tarixli ərizənin etibarsız hesab edilməsini, Cavabdeh2 11 saylı Notariat Kontoruna ünvanlandığı xx.xx.2013-cü il tarixli ərizənin etibarsız hesab edilməsini, 11 saylı Notariat Kontoru tərəfindən Ağabala Salmanovun adına mübahisəli mənzilinə dair verilmiş xx.xx.2013-ci il tarixli, 2V-51 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” etibarsız hesab edilməsini, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “daşınmaz əmlakın dövlət reyestrindən” Ağabala Salmanovun adına mübahisəli mənzilə dair verilmiş xx.xx.2013-cü il tarixli, ******* saylı “Çıxarışın” ləğv edilməsini, Cavabdeh6 35 saylı Notariat Ofisinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizənin etibarsız hesab edilməsini, Cavabdeh9 həmin Notariat Ofisinə ünvanlandığı xx.xx.2021-ci il tarixli ərizənin etibarsız hesab edilməsini, Cavabdeh10 həmin Notariat Ofisinə ünvanlandığı xx.xx.2021-ci il tarixli ərizənin etibarsız hesab edilməsini, 35 saylı Notariat Ofisi tərəfindən Bibixanın Salmanovanın adına mübahisəli mənzilinə dair verilmiş xx.xx.2021-ci il tarixli, 2V-177 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” etibarsız hesab edilməsini, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “daşınmaz əmlakın dövlət reyestrindən” Bibixanın Salmanovanın adına mübahisəli mənzilə dair verilmiş xx.xx.2021-ci il tarixdə verilmiş “Çıxarışın” ləğv edilməsini, “satıcı” Cavabdeh6 ilə “alıcı” Cavabdeh8 arasında mübahisəli mənzilinə dair xx.xx.2022-ci il tarixdə bağlanmış və 51 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək, təsdiqi edilmiş AN-İ seriyalı, ******* saylı “Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsini, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh8 adına mübahisəli mənzilinə dair verilmiş “Çıxarışın” ləğv edilməsini, Cavabdeh6 80.000 manat məbləğində pul vəsaitinin alınaraq Cavabdeh8 verilməsini, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən üçüncü şəxs Esmira Şıxməmmədovanın iddiasının təmin edilməməsini qət etmişdir.

41. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, atasının vəsiyyətnaməsi barədə 2022-ci ilin aprel ayının sonunda məlumatı olmuş İddiaçı mərhum atasının mülkiyyətində olan mübahisəli mənzildə vəsiyyət edən Mirzəbala Ağabala oğlunun ölümündən sonra da daimi yaşamaqla miras əmlaka faktiki sahiblik edərək mirası faktiki olaraq qəbul etmiş, İddiaçı mərhum anasının vərəsəsi kimi həmin mənzildə olan payından imtina etməsi barədə tərtib edilmiş formal xarakter daşıyan ərizəsi isə iddiaçının artıq qəbul etdiyi miras əmlaka dair yaranmış özünün mülkiyyət hüququndan imtina etməsi kimi qəbul edilə bilməz. Belə ki, dövlət tərəfindən qorunmasına təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsi ilə yanaşı məhkəmə müdafiəsinə də təminat vermişdir. İddiaçı xx.xx.2002-ci il tarixdə vəfat etmiş atası Mirzəbala Ağabala oğlundan sonuncunun vəsiyyətnaməsi əsasında mübahisəli mənzilinə dair mirası faktiki olaraq qəbul etdiyindən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayıldığından, qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edildiyi üçün notariat orqanlarının öz vəzifələrini icra edərkən yol verdikləri pozuntular vərəsənin dövlət tərəfindən qorunmasına təminat verilən mülkiyyət hüququndan məhrum edilməsi üçün əsas olmadığından, mübahisəli mənzilinə dair tərtib olunmuş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr”, “Mirasın qəbulundan imtina edilməsi barədə” ərizələr, mənzilə dair bağlanmış “Bağışlama müqavilələr” və “Alğı-satqı müqaviləsi” etibarsızdır. Belə ki, bu ərizələr tərtib edilərkən, əqdlər bağlanarkən miras əmlak kimi mənzili faktiki qəbul etmiş mülkiyyətçisi olan İddiaçı iradə ifadəsi mövcud olmamışdır. Həmçinin, etibarsız əqdlər üzrə tərəflərdən hər biri əqd üzrə aldıqlarını geri qaytarmalı olduğundan Rayon Məhkəməsi hesab etmişdir ki, xx.xx.2022-ci il tarixdə bağlanmaqla 51 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək, qeydə alınmış AN İ seriyalı, ******* saylı “Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə” əsasən, “satıcı” Cavabdeh6 “alıcı” Cavabdeh8 aldığı 80.000 manat “satıcı” tərəfindən “alıcıya” geri qaytarılmalıdır. Rayon Məhkəməsi İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və bağlanmış əqdlərə əsasən mübahisəli mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestrdən” verilmiş “Çıxarışların” etibarsız hesab edilməklə ləğv edilməsi tələbləri ilə bağlı qeyd etmişdir ki, reyestrdə qeydlər yuxarıda göstərilmiş “Şəhadətnamələr” və “Müqavilələr” əsasında aparıldığından həmin “Şəhadətnamələrin” və “Müqavilələrin” etibarsızlığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından aparılmış qeydlər ləğv edilməlidir. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən üçüncü şəxs Esmira Şıxməmmədovanın iddia tələbləri ilə bağlı sübutları tədqiq etmiş Rayon Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Esmira Şıxməmmədovanın özünün də izahatında qeyd etdiyi kimi o, nikaha daxil olduqdan sonra ərinin evində yaşadığından, valideynlərinin ölümünü bildiyi halda vərəsə olaraq mirası qəbul etməsi üçün heç bir tədbir görmədiyindən hazırkı iddia ərizəsində qeyd olunan tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Ona görə də Esmira Şıxməmmədovanın iddia tələbləri əsassız hesab edilməlidir. Rayon Məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 71, 127-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 1133.1, 1133.2, 1134.2, 1145, 1146, 1147, 1191, 1224.0, 1231, 1243, 1246, 1255, 1256, 1261, 1269, 1272, 1273, 1321-1323-cü, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59, 60-cı maddələrinə istinad edərək əsaslandırmışdır. e) apellyasiya şikayətləri barədə məlumat

42. Cavabdehlər Cavabdeh6 və Cavabdeh8 həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin qismən – İddiaçı iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilərək, həmin tələblərin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

43. Cavabdeh6 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin qətnaməsi İddiaçı iddiasının bir qisminin təmin edilməsi barədə hissədə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir. Vəsiyyət verilən vaxt əmlak mərhum Mirzabala Ağabala oğlunun xüsusi mülkiyyətində olmamışdır. Həmçinin həmin mənzilin İddiaçı vəsiyyət edilməsi belə, onun mənzilin yeganə mülkiyyətçisi kimi çıxış etməsini istisna edir. Belə ki, işin mübahisəsiz halıdır ki, mübahisəli mənzil iddiaçının mərhum atası Mirzəbala Ağabala oğlunun və anası Raya Qəhrəman qızının birgə nikahda olduqları dövrdə əvəzli əqd əsasında əldə edilmişdir. Belə olan halda mənzilin 1995-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında alındığı tarixdə qüvvədə olmuş Nikah və Ailə Məcəlləsinin 23-cü maddəsinə əsasən həmin mənzilin 1/2 hissəsi mərhum Raya Qəhrəman qızına məxsus olmuşdur. Bununla da həmin mənzilin yalnız 1/2 hissəsi vəsiyyətnamənin təsir dairəsinə düşməklə iddiaçıya vəsiyyət edilmiş hesab olunur. Eləcə də vəsiyyətnamə əsasında həmin mənzilin 1/2 hissəsi üzərində də digər qanun üzrə vərəsələrin məcburi payı olması səbəbindən iddiaçı tam mülkiyyət hüququ əldə etmir. Həmin mənzil X35un mülkiyyətinə anası (eləcə də iddiaçının anası) mərhum Raya Qəhrəman qızının ölümündən sonra ondan miras qalmış əmlak kimi digər qanun üzrə vərəsələrin, eləcədə İddiaçı miras payından imtina etməsindən sonra verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında keçmişdir. X35 xx.xx.2021-ci il tarixdə öldükdən sonra onun arvadı Cavabdeh6 digər qanun üzrə birinci növbə vərəsələri olan övladlarının paylarından imtina etmələrindən sonra ərindən miras qalmış həmin mənzilə dair tam hüquqi və qanuni əsaslarla verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında mülkiyyət hüququ əldə etmiş və sonra onu satmışdır. Lakin qeyd edilənləri nəzərə almamış Rayon Məhkəməsi iddianın təmin olunması hissəsində qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

44. Cavabdeh8 apellyasiya şikayəti də eyni dəlillərlə əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, İddiaçı qanunda göstərilən müddət ərzində mirası qəbul etmək hüququnu həyata keçirməməsi, İddiaçı mirasa subyektiv vərəsəlik hüququnu itirilməsi Rayon Məhkəməsi tərəfindən nəzərə alınmamışdır. f) apellyasiya instansiyası məhkəməsində birinci icraat zamanı iş üzrə gəlinən nəticə barədə məlumat

45. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə (iş № 2(103)-1440/2023) ilə hər iki apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını qət etmişdir. g) kassasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

46. Cavabdehlər Cavabdeh8 və Cavabdeh6 həmin qətnamədən ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərar (iş № 2(102)-3428/2023) ilə kassasiya şikayətlərinin qismən təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini qərara almışdır.

47. Kassasiya instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmələrin mənzilin iddiaçıya vəsiyyət edilməsinə və iddiaçının həmin mənzildə atası ölən gündən bugünədək faktiki yaşamasına əsaslanaraq həmin mənzilin miras açılan gündən iddiaçının mülkiyyəti hesab olunması barədə qənaəti işin hallarına və Mülki Məcəllənin 1243.1, 1243.2, 1246, 1273-1, 1262-ci maddələrinin tələblərinə zidd olmuşdur. Belə ki, qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (“G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarı). İddiaçı vəsiyyətnamənin mövcudluğundan məlumatlı olması qəbul edilsə belə, o, birinci növbə vərəsələrdən biri olaraq atasından miras qalan mənzili qanun üzrə vərəsəlik qaydasında belə qəbul etməyə maraqlı olmamışdır. İddiaçı iddia ərizəsində anası Raya Qəhrəman qızının və bacısı Cavabdeh2 atadan qalan miras qəbul edilərkən onun dəvət edilməməsinə və vərəsələr arasında mübahisənin olmamasına istinad etsə də, anası vəfat edən zaman artıq həmin mənzilin miras kimi anası və bacısı tərəfindən qəbul edilməsini bilmiş və anasının vərəsəsi kimi ondan qalmış mirası qəbul etmədiyini və miras əmlaka qarşı heç bir iddiasının olmaması barədə xx.xx.2013-cü il tarixli ərizə verməklə, bu mənzili nə atadan, nə də anadan qalan miras kimi qəbul etmək niyyətinin olmamasını açıq-aşkar bəyan etmişdir. Yəni iddiaçı özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətinin olmadığını açıq-aşkar təsdiqləmişdir. İddiaçının hərəkətləri onun mirası qəbul etmək məqsədi güdmədiyini göstərir. Belə olan halda, iddiaçı tərəfindən mirasın faktiki qəbul edildiyi və miras açıldığı güdən onun mülkiyyəti hesab olunması barədə məhkəmələrin mövqeyi əsassız olmuşdur. Məhkəmə Kollegiyası iddiaçının mərhum anasının vərəsəsi kimi həmin mənzildə olan payını qəbul etməməsi barədə ərizəsinin formal xarakter daşıyan ərizə hesab edilməsi barədə məhkəmələrin mövqeyini də əsassız hesab edir. Belə ki, iddiaçının həmin ərizəsi konkret hüquqi nəticə yaradaraq, vərəsənin mirası qəbul etmək niyyətinin olmamasını göstərməklə yanaşı, mirasın digər vərəsə Ağabala Salmanov tərəfindən qəbul edilməsinə razılığını ifadə etmiş və miras əmlakın sonuncunun mülkiyyətinə keçməsi ilə nəticələnmişdir. İddiaçı özü də iddia ərizəsində mənzildə mehriban yaşadıqlarından vərəsələr arasında mübahisə olmadığını, ona görə də, analarının ölümündən iki il sonra notariat kontoruna gedib mənzili böyük qardaşları Ağabalanın adına sənədləşdirdiklərini göstərmişdir. Məhkəmə Kollegiyası mübahisəli mənzilə dair 2V-57 reyestr nömrəli, xx.xx.2006-cı il tarixli və 2V-51 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin” etibarsız hesab edilməsinə dair hazırki mübahisənin açılması müddəti ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçı tərəfindən Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verməmişdir. Halbuki mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (“B.Mürsəlovun şikayəti üzrə” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı). Məhkəmə Kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı mənzilə dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrlə yanaşı həmin vərəsəlik işində olan bütün vərəsələrin mirasla bağlı ərizələrinin də etibarsız hesab edilməsini tələb etmiş və məhkəmələr tərəfindən həmin şəxslərin bu barədə müvafiq tələbləri olmadığı halda, vərəsəlik işlərində olan bütün ərizələr etibarsız hesab edilmişdir. Halbuki iddiaçının digər vərəsələr adında belə tələblər irəli sürmək hüququ işdən müəyyən edilmir. Məhkəmə Kollegiyası mənzilə dair bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi üzrə gəlinən nəticəni də Mülki Məcəllənin 140-cı maddəsinin tələblərinə zidd hesab etmişdir. Belə ki, birinci instansiya məhkəməsi mənzilin mülkiyyətçisinin İddiaçı olmasına istinad edərək bağlanmış alğı-satqı müqaviləsinin onun iradə ifadəsinə uyğun olmadığını hesab etmiş və həmin əqdi etibarsız hesab etmiş, apellyasiya məhkəməsi həmin qətnamədən mənzilin alıcısı tərəfindən verilmiş apelyasiya şikayətini təmin etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası Mülki Məcəllənin 140-cı maddəsinin tələblərini nəzərə alaraq qeyd etmişdir ki, əmlakın onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə edilməsi mübahisəli əmlaka dair bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün o vaxt əsas ola bilər ki, alıcı bu fakt barədə məlumatlı olsun, əmlakı vicdanlı əldə edən olmasın. Hazırki işdə məhkəmələr tərəfindən Cavabdeh8 vicdanlı olubolmaması barədə heç bir araşdırma aparılmadan onunla bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi yuxarıda qeyd edilən maddi hüquq normasına, formalaşmış məhkəmə təcrübəsinə, Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı hüquqi mövqelərinə zidd olmuşdur. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarında qeyd edilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “X13 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, əmlakın üçüncü şəxsə keçməsində mülkiyyətçinin birbaşa və ya dolayısı iştirakının olmaması, əldə edənin (vicdanlı sahibin) əmlakla bağlı hüquqlarının yaranmasının əsasının isə onun mülkiyyətçisi ilə bağlanan əqddən törənən əlaqələrə söykənməməsi, onun mülkiyyətçiyə geri qaytarılmasına məhdudiyyət qoyan təminatın əqdin etibarsız hesab edilməsi ilə bağlı iddia ilə dəf olunmasını istisna edir. Məhkəmə Kollegiyası nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. Məhkəmə Kollegiyası qeyd etmişdir ki, qüvvədə olan mülki qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka 3cü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Qanunun tələbinə görə əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakın geri qaytarılması formasında nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilərsə bu halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. h) yeni apellyasiya icraatı zamanı işdə iştirak edən şəxslərin məhkəmə iclasında iştirakı və verdikləri izahatlar barədə məlumat

48. Cavabdeh6 və onun vəkili (nümayəndəsi) Vəkil7 apellyasiya baxışı iclaslarında iştirak edərək, Cavabdeh6 apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və həmin şikayətin məzmununa uyğun izahat verdilər.

49. Apellyasiya baxışında iştirak edən Cavabdeh8 və onun vəkili (nümayəndəsi) Vəkil6, Cavabdeh8 apellyasiya şikayətin dəlillərini müdafiə etdilər və həmin apellyasiya şikayətinin məzmununa uyğun izahat verdilər.

50. Apellyasiya baxışında iştirak edən İddiaçı və onun vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdilər.

51. Cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 aellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətlərinə etiraz etdilər və şikayətlərin təmin edilməməsini xahiş etdilər.

52. Cavabdehlər Lalə Salmanova və Cavabdeh9 apellyasiya baxışında iştirak edərək, anaları Cavabdeh6 apellyasiya şikayətini müdafiə etdilər və təmin olunmasını xahiş etdilər.

53. Apellyasiya baxışının əvvəlki iclaslarında iştirak etmiş üçüncü şəxs Esmira Şıxməmmədova apellyasiya şikayətlərinin dəlillərinə etiraz etdi və şikayətlərin təmin olunmamasını xahiş etdi.

54. İş üzrə üçüncü şəxs Esmira Şıxməmmədova işə apellyasiya qaydasında baxılmanın sonuncu iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmişdir.

55. İş üzrə digər cavabdehlər - Bakı Şəhəri 11 saylı Notariat Ofisi, Bakı Şəhəri 35 saylı Notariat Ofisi və Bakı Şəhəri 51 saylı Notariat Ofisinin nümayəndələri işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmişlər.

56. Qeyd edilən şəxslərin apellyasiya baxışı iclasına gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. i) apellyasiya baxışının hədləri barədə məlumat

57. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, Rayon Məhkəməsi tərəfindən İddiaçı iddia tələbi qismən təmin olunmuş, üçüncü şəxs Esmira Şıxməmmədovanın (Salmanovanın) iddiası isə təmin olunmamışdır. Buna baxmayaraq onlar qətnamədən apellyasiya şikayəti verməmiş, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışlar.

58. Qətnamədən apellyasiya şikayətləri vermiş cavabdehlər Cavabdeh6 və Cavabdeh8 isə qətnaməni qismən, yəni İddiaçı iddiasının təmin edilməsi hissəsində mübahisələndirmişlər. Onlar, qətnamənin qalan hissəsini mübahisələndirməmişlər.

59. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

60. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. j) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

61. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, hər iki apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

62. Belə ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi).

63. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cü maddəsinin İ, İİ, İİ, İV, Vİİ hissələri).

64. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (maddə 1133.1.). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (maddə 1133.2.). Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər (maddə 1134.2.). Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır (maddə 1145.). Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146.). Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır (maddə 1147.1.). Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır (maddə 1147.2.). Vəsiyyət edən öldükdən sonra notarius gün təyin edərək maraqlı şəxsləri vəsiyyətnamənin məzmunu ilə tanış edir. Bu barədə müvafiq protokol tərtib edilməlidir. Əgər vəsiyyətnamənin qoyulduğu zərf möhürlənmişdirsə, möhürün salamatlığı qeyd edilməlidir (maddə 1191.). Vəsiyyətnamə aşağıdakı hallarda qüvvədən düşür: xeyrinə vəsiyyətnamə tərtib edilmiş şəxs vəsiyyət edəndən tez öldükdə; vəsiyyət edilmiş əmlak vəsiyyət edənin sağlığında itirildikdə və ya onun tərəfindən özgəninkiləşdirildikdə; yeganə vərəsə mirası qəbul etməkdən imtina etdikdə (maddə 1224.01.-1224.0.3.). Vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər (maddə 1231.1.). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (maddə 1243.1.). Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2.). Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243.3.). Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (maddə 1255.). Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər (maddə 1261.). Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir (maddə 1269.). Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər (maddə 1272.). Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir (maddə 1273.). Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər (maddə 1321.1.). Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir (maddə 1321.2.). Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun (maddə 1321.3.). Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir (maddə 1322.). Bu Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməlidir (maddə 1323.).

65. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Mirzəbala Ağabala oğlu mülkiyyətində olan mübahisəli mənzili Bakı Şəhəri 26 saylı Notariat Ofisində xx.xx.1995-ci il tarixdə 2B-76 reyestr nömrəsi ilə təsdiq edilmiş “Vəsiyyətnaməyə” əsasən, mənzili oğlu İddiaçı vəsiyyət etmiş və bu “Vəsiyyətnamə” dəyişdirilməmiş və ya ləğv edilməmişdir.

66. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixli qərarı qəbul edildikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarı qəbul edilmişdir.

67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələrini mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab etmişdir.

68. Mülki Məcəllənin artıq qüvvədən düşmüş 1246-cı maddəsində qeyd edilirdi ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

69. Mülki Məcəllənin artıq qüvvədən düşmüş 1273-1-ci maddəsində isə qeyd edilirdi ki, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir.

70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarında qeyd etmişdir ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır.

71. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz.”

72. Həmin qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.

73. MPM-in 13.7-ci maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.

74. Belə olan halda, iddiaçının qanunla müəyyən edilmiş müddətdə miras əmlakı qəbul etmək üçün notariat orqanına ərizə verməməsi və ya mirası faktiki qəbul edəcək hərəkətlər etməməsinin onun öz subyektiv vərəsəlik hüququnu həyata keçirməməsi kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, İddiaçı tərəfindən atası Mirzəbala Ağabala oğlundan miras qalmış əmlakın qəbul edilməsindən imtina edilməmişdir. İddiaçı imtinası anası Raya Qəhrəman qızının miras əmlakı ilə bağlı olmuşdur.

75. Məhkəmə onu da nəzərə alır ki, iş birinci instansiya məhkəməsinin icraatında olarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarı hələ qəbul edilməmişdi və Rayon Məhkəməsi tərəfindən tətbiq edilə bilməzdi. Lakin Plenum qərarında mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edildiyi təsbit edilmişdir.

76. Məhkəmə qeyd edir ki, vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları).

77. Qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir.

78. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər (maddə 59.). Notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. Beləliklə, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir (maddə 60.).

79. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, vəsiyyət edən Mirzəbala Ağabala oğlunun ölümündən sonra notarius gün təyin edərək maraqlı şəxsləri vəsiyyətnamənin məzmunu ilə tanış etməmiş, bu barədə müvafiq protokol tərtib edilməmiş, İddiaçı adına verilmiş “Vəsiyyətnamə” xx.xx.2011-ci il tarixdə “Elektron Notariat” X1 daxil edilsə də, sonradan həmin mənzillə bağlı notariat hərəkətləri aparan notariuslarda vəsiyyətnamənin mövcud olması barədə vərəsəyə və ya notariat hərəkətlərini aparmaq üçün müraciət edən şəxslərə vəsiyyətnamə barədə məlumat verməmiş, Suraxanı rayonunda yerləşən 35 saylı Notariat Ofisinin notariusu isə xx.xx.2021-ci il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verərkən mirasqoyanın Binəqədi rayonunda yaşamasını, mənzilin Binəqədi rayonu ərazisində yerləşməsini nəzərə almamışdır.

80. Cavabdeh2 xx.xx.2002-ci il tarixdə vəfat etmiş atası Mirzəbala Ağabala oğlunun ondan başqa vərəsəsinin mərhumun arvadı Raya Qəhrəman qızının olmasını bildirib miras qalmış mübahisəli mənzilə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilməsini xahiş edərkən 11 saylı Notariat Kontorunun notariusu vəsiyyətnamə və ya qanun üzrə digər vərəsələrin olmasının müəyyən edilməsi barədə araşdırma aparmadan mirasqoyanın ölümündən 4 ildən çox vaxt keçdikdən sonra müraciət etmiş vərəsəyə xx.xx.2006-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” vermişdir.

81. Məhkəmə iddiaçı Rövşən Salmanoun mərhum anasının vərəsəsi kimi həmin mənzildə olan payını qəbul etməməsi barədə ərizəsi ilə bağlı bildirir ki, vərəsə, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirasın qəbulundan imtina etmək hüququna malikdir. Artıq müəyyən edilmişdir ki, İddiaçı atası Mirzəbala Ağabala oğlundan qalmış mirası qəbul etmişdir. İddiaçı anası Raya Qəhrəman qızı 2011-ci ildə vəfat etmişdir. İddiaçının mərhum anasının vərəsəsi kimi həmin mənzildə olan payını qəbul etməməsi barədə ərizəsi isə 2013-cü ildə verilmişdir. İmtina ərizələri formal xarakter daşımasa da, qanunla müəyyən edilmiş müddət daxilində verilmədiyi üçün əhəmiyyətsizdir.

82. Məhkəmə mübahisəli mənzilə dair 2V-57 reyestr nömrəli, xx.xx.2006-cı il tarixli və 2V-51 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin” etibarsız hesab edilməsinə dair hazırki mübahisənin açılması müddəti ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Rayon Məhkəməsi isə iddiaçı tərəfindən Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verməmişdir.

83. Halbuki mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir.

84. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllə; maddə 375.2.). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə” qəbul etdiyi xx.xx.2020-ci il tarixi qərarı).

85. İddiaçı bildirir ki, atasının ona vəsiyyətnamə qoymasından xəbəri olmayıb. Miras əmlakla bağlı vərəsəlik işləri açılarkan notariat ofisləri tərəfindən vəsiyyətnamənin olması müəyyən edilməmiş və nəzərə alınmamışdır. “Elektron Notariat” Sistemdən çıxarışdan da müəyyən edilir ki, vəsiyyətnamə 2011-ci ildə elektron sistemə daxil edilmişdir. 2013-cü ildə iddiaçının anası Raya Qəhrəman qızından qalmış miras əmlakla bağlı vərəsəlik işi açılarkən isə, miras qoyan ilə vəsiyyətnamə verən fərqli şəxslər olduğu üçün notarius tərəfindən vəsiyyətnamənin mövcud olmasının müəyyən edilə bilməməsi anlaşılandır. İddiaçı müraciəti əsasında təqdim edilmiş 26 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli məktubunda ona atası Mirzəbala Ağabala oğlu tərəfindən vəsiyyətnamə qoyulması barədə məlumat verilmişdir. Vəsiyyətnamənin surəti isə Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli məktubu ilə İddiaçı təqdim edilmişdir. İş materiallarında İddiaçı bundan daha əvvəl vəsiyyətnamədən məlumatlı olmasını və onun surətini əldə etməsini təsdiq edən sübut yoxdur. İddiaçı hazırki iş üzrə irəli sürdüyü iddiası xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh8 ilə Cavabdeh6 arasında mübahisəli mənzilə dair alğı-satqı müqaviləsinin xx.xx.2022-ci il tarixdə bağlanması nəzərə alındıqda, İddiaçı vəsiyyətnamənin mövcudluğu barədə məlumat əldə etdikdən sonra ağlabatan müddətdə vəsiyyətnaməni əldə etmək üçün lazımi addımları atdığı və iddia tələbini qanunla müəyyən edilmiş müddət daxilində irəli sürdüyü müəyyən edilir.

86. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarda göstərilənlərə və iş materiallarına istinadən həmçinin onu da qeyd edir ki, İddiaçı mənzilə dair verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrlə” yanaşı həmin vərəsəlik işində olan bütün vərəsələrin mirasla bağlı ərizələrinin də etibarsız hesab edilməsini tələb etmiş və Rayon Məhkəməsi tərəfindən həmin şəxslərin bu barədə müvafiq tələbləri olmadığı halda, vərəsəlik işlərində olan bütün ərizələr İddiaçı iddiası əsasında etibarsız hesab edilmişdir. Halbuki İddiaçı digər vərəsələr adında belə tələblər irəli sürmək hüququ işdən müəyyən edilmir. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, həmin şəxslər İddiaçı bununla bağlı etibarnamə verməmişlər.

87. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə” xx.xx.2008-ci il tarixli qərarında qeyd etmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

88. Odur ki, Məhkəmə hesab edir ki, İddiaçı digər vərəsələrin adından çıxış etmək üçün subyektiv hüququ olmadığından digər vərəsələrin mirasla bağlı ərizələrinin etibarsız hesab edilməsi hissəsində Rayon Məhkəməsinin qətnaməsi əsassız olduğu üçün ləğv edilməli və həmin hissədə İddiaçı iddia tələbi rədd edilməlidir.

89. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, atasının vəsiyyətnaməsi barədə 2022-ci ilin aprel ayının sonunda məlumatı olan İddiaçı mərhum atasının mülkiyyətində olan mübahisəli mənzildən ibarət mirası qəbul etmiş, İddiaçı mərhum anasının vərəsəsi kimi həmin mənzildə olan payından imtina etməsi barədə tərtib edilmiş ərizəsi isə iddiaçının artıq qəbul etdiyi miras əmlakdan qanunla müəyyən edilmiş müddət daxilində imtina etmədiyi üçün əhəmiyyətsizdir. Belə ki, dövlət tərəfindən qorunmasına təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsi ilə yanaşı məhkəmə müdafisinə də təminat vermişdir.

90. Mülki Məcəllənin tələblərinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (maddə 324.1.). Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər (maddə 324.2.). Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir (maddə 324.3.). Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (maddə 324.5.).

91. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur.

92. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

93. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.

94. Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İstər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir.

95. Lakin Məhkəmə, mənzilə dair bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi üzrə gəlinən nəticəni Mülki Məcəllənin 140-cı maddəsinin tələblərinə zidd hesab edir. Belə ki, Rayon Məhkəməsi mənzilin mülkiyyətçisinin İddiaçı olmasına istinad edərək bağlanmış alğı-satqı müqaviləsinin onun iradə ifadəsinə uyğun olmadığını hesab etmişdir.

96. Məhkəmə Mülki Məcəllənin 140-cı maddəsinin tələblərini nəzərə alaraq qeyd edir ki, əmlakın onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə edilməsi mübahisəli əmlaka dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün o vaxt əsas ola bilər ki, alıcı bu fakt barədə məlumatlı olsun, əmlakı vicdanlı əldə edən olmasın. Hazırki işdə Rayon Məhkəməsi tərəfindən Cavabdeh8 vicdanlı olub-olmaması barədə heç bir araşdırma aparılmadan onunla bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi yuxarıda qeyd edilən maddi hüquq normasına, formalaşmış məhkəmə təcrübəsinə, Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı hüquqi mövqelərinə zidd olmuşdur.

97. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarında qeyd edilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.

98. “X13 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, əmlakın üçüncü şəxsə keçməsində mülkiyyətçinin birbaşa və ya dolayısı iştirakının olmaması, əldə edənin (vicdanlı sahibin) əmlakla bağlı hüquqlarının yaranmasının əsasının isə onun mülkiyyətçisi ilə bağlanan əqddən törənən əlaqələrə söykənməməsi, onun mülkiyyətçiyə geri qaytarılmasına məhdudiyyət qoyan təminatın əqdin etibarsız hesab edilməsi ilə bağlı iddia ilə dəf olunmasını istisna edir.

99. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar.

100. Məhkəmə qeyd edir ki, qüvvədə olan mülki qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdansız sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alğı-satqı anında mübahisəli əmlaka 3cü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Qanunun tələbinə görə əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakın geri qaytarılması formasında nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilərsə bu halda Mülki Məcəllənin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir.

101. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli, 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

102. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi müzakirə edilən hissədə yuxarıda göstərilən maddi və prosessual normaların pozulması ilə qəbul edildiyindən qanuni və əsaslı sayıla bilməz. İş materiallarında Cavabdeh8 vicdansız alıcı olmasını təsdiq edən hər hansı sübut mövcud deyil.

103. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

104. Hazırki iş üzrə Cavabdeh8 vicdansız alıcı olması ilə bağlı iddiaçının dəlili onun mənzili alarkən ona baxış keçirməməsindən ibarətdir. Lakin qanunvericilikdə alğı-saqı müqaviləsi bağlanmazdan əvvəl alıcının aldığı əmlakı yerində müayinə etməli olması ilə bağlı hər hansı imperativ norma nəzərdə tutulmamışdır. İddiaçının bu dəlili Cavabdeh8 vicdanlı alıcı olmasını istisna etmək üçün yetərli dəlil hesab edilə bilməz.

105. Odur ki, “alıcı” olaraq Cavabdeh8 ilə “satıcı” olaraq Cavabdeh6 arasında mübahisəli mənzilə dair bağlanmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2022-ci il tarixli “Alğı-satqı müqaviləsinin” və Cavabdeh8 adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışın” ləğv edilməsi hissəsində iddianı təmin etməklə Rayon Məhkəməsi iş üzrə səhv nəticəyə gəlmişdir.

106. Belə olan halda qəbul edilməlidir ki, Rayon Məhkəməsi tərəfindən Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiqində də səhvə yol verilmişdir. Çünki Mülki Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidirlər.

107. Qeyd edilən xx.xx.2022-ci il tarixli “Alğı-satqı müqaviləsi” etibarsız hesab edilmədiyindən, Bibixanış Salmanovadan 80.000 manatın alınaraq Cavabdeh8 verilməsi hissəsində də Rayon Məhkəməsinin qətnaməsi əsassız sayılaraq ləğv edilməlidir.

108. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli “Alğı-satqı müqaviləsi” üzrə alıcı Cavabdeh8 vicdanlı alıcı olduğundan, İddiaçı vərəsəlik payına uyğun məhrum olduğu əmlak dəyəri ilə bağlı onun hüququnu pozmuş şəxsə (şəxslərə) qarşı pul tələbi ilə məhkəməyə müraciət edə bilər.

109. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərinin mövcud olması aşkar olunmadığından Rayon Məhkəməsi haqlı olaraq İddiaçı vəkili (nümayəndəsi) Vəkil2 iş üzrə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsinə dair vəsatətini təmin etməmişdir. k) apellyasiya baxışının nəticəsi

110. Odur ki, şərh olunanları, MPM-nin 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, hər iki apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni Cavabdeh6 ilə Cavabdeh8 arasında mübahisəli mənzilə dair xx.xx.2022-ci il tarixdə bağlanmış “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh8 adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışın” ləğv edilməsi, Cavabdeh6 80.000 manatın alınaraq Cavabdeh8 verilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, həmin hissədə iddia rədd edilməli, apellyasiya baxışının predmeti olan qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

111. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan, MPM-in 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Hər iki apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 noyabr 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni satıcı Cavabdeh6 ilə alıcı Cavabdeh8 arasında Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair xx.xx.2022-ci il tarixdə bağlanmaqla Bakı Şəhəri 51 saylı Notariat Ofisində təsdiq olunmuş AN-İ seriyalı, ******* saylı “Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi, ”Daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh8 adına həmin mənzilə dair verilmiş “Çıxarışın” ləğv edilməsi, Cavabdeh6 80.000 manatın alınaraq Cavabdeh8 verilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, həmin iddia tələbləri rədd edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 noyabr 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Nəzərə alınsın ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 noyabr 2022-ci il tarixli qətnamənin İddiaçı iddia tələbinin qalan hissəsini və üçüncü şəxs Şıxməmmədova (Salmanova) Esmira Mirzəbala qızının iddia tələbinin tam həcmdə təmin edilməməsi hissəsi hazırki apellyasiya baxışının predmeti olmamışdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar