Məhkəmə qərarları › İş №2(103)-1156/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1156/2022

07.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1156/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5769/2021 saylı işi üzrə 25 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 37000 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh 11.08.2021-ci il tarixində iddia ərizəsinə etiraz verərək, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının rədd olunaraq icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir (iş.səh. 31). Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: İddiaçı Cavabdeh ondan 40000 manat pulu alaraq geri qaytarmadığı əsası ilə polis idarəsinə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Kamran Əliyev tərəfindən qəbul edilmiş 02 yanvar 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Ərizə əsasında araşdırma zamanı həm İddiaçı, həm də Cavabdehlə Ə.Ə.Nəsibovun izahatları alınmışdır. İddiaçı polis idarəsində də hazırki məhkəmə iclasındaki izahatına uyğun izahat vermiş, Cavabdeh izahatında Xanəli ilə Əliqulunu tanış etdiyini, Xanəlinin Əliquluya aylıq 1000 manat olmaqla 30000 manat pul verdiyini, bundan sonra Əliqulunun Xanəliyə 15 ay hər ay 1000 manat olmaqla pul ödəməsini, sonradan isə Əliqulunun müflis olduğunu və pulunu ödə bilmədiyini, Xanəlinin şəxsən ona pul vermədiyini göstərmişdir. Polis idarəsində verdiyi izahatında X1 Xanəliyevi ümumiyyətlə tanımadığını, Cavabdeh 70000 manat pulu faizlə ödəmək şərti ilə aldığını, borcunu tam olaraq ödədiyini bildirmişdir. Cavabdeh əməllərində cinayət tərkibi olmadığından "cinayət işi başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. X3 izahatında göstərdi ki, həqiqətən də Cavabdehlə işbirliyi, pul haqq-hesabı olmuşdur. Belə ki, o, işi ilə əlqədar pula ehtiyacı olduğundan Akifdən kömək istəmiş, Akif də hər dəfə ona istədiyi pulu tapıb vermişdir. İndiyədək Akif ona 100000 manatdan çox pul vermişdir. Hazırda onunla Akif arasında pul haqq-hesabı qalmamışdır. Lakin, o, Akifin həmin pulları kimlərdən almasından məlumatlı olmamışdır. O cümlədən, İddiaçı də əvvəllər tanımamış, ondan şəxsən özü pul almamışdır.Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, atası Əliqulu Nəsibov bir müddət ölkə ərazisində olmamış, həmin vaxt atası ona zəng vuraraq Cavabdehlə görüşməsini və 5000 manat pulu “telefonçu” adlandırdıqları və sonradan bildiyi İddiaçıa verməyi tapşırmışdır. O, hazırki məhkəmə iclasınadək İddiaçı tanımamış, atası ilə Cavabdeh söhbətlərindən belə başa düşmüşdür ki, atası ilə Cavabdeh faizlə geri ödəmək şərti ilə bir sıra şəxsdən, o cümlədən, “telefonçu” adlandırdıqları şəxsdən pul götürmüşlər. O, atasının sözü ilə X11 aldığı avansla 5000 manat məbləğində pulu Akif Mirzəyevlə birlikdə Binəqədi rayonu, Azadlıq prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə getmiş, orada Cavabdeh maşından düşərək bir nəfər şəxslə görüşmüş və pulu həmin şəxsə vermişdir. (iş.səh. 6, 32, 44, 48, 56.). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5769/2021 saylı işi üzrə 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin olunması, 27000 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi,iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 427.3; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı həm iddia ərizəsində, həm də izahatında cavabdehə 40000 manat pul verdiyini göstərsə də, buna dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Lakin, cavabdeh izahtında iddiaçıdan X3 ilə birlikdə 30000 manat pulu faizlə ödəmək şərti ilə borca aldığını bildirmiş, məhkəmə iclasında şahid qismində dindirilmiş Əliqulu Nəsibov isə izahatında İddiaçı ümumiyyətlə tanımadığını, ona borca pulu daim Cavabdeh tapdığını, pulu Cavabdeh aldığını bildirmişdir. Beləliklə, Cavabdeh İddiaçı 30000 manat pulu alması Cavabdeh həm məhkəmə iclasındakı, həm də polis idarəsində verdiyi izahatı ilə öz təsdiqini tapır. Cavabdeh izahatında bu pula görə iddiaçıya 15 ay müddətində hər ay 1000 manat olmaqla faiz ödənildiyini bildirsə də, bu hal nə iş materialları, nə də işdə iştirak edən şəxslərin izahatları ilə öz təsdiqini tapmır. Yalnız iddiaçı özü cavabdeh tərəfindən ona 3000 manat pul qaytarıldığını etiraf edir.Məhkəmə iddiaçıya 5000 manat pulun qaytarılması ilə bağlı şahid qismində dindirilmiş Rəşad Nəsibovun izahatına münasibətdə qeyd edir ki, R.Nəsibov özü də izahatında əvvəllər İddiaçı tanımadığını, atasının göstərişi ilə 5000 manat pulu Cavabdehlə birlikdə "telefonçu” kimi qiyabi tanıdığı şəxsə vermək üçün yanacaqdoldurma məntəqəsində getdiyini, orada Cavabdeh maşından düşərək bir nəfər şəxslə görüşüb pulu həmin şəxsə verdiyini bildirmişdir. Yəni, R.Nəsibov 5000 manat pulun hansı əsasla və məhz İddiaçı ödənildiyini bilməmişdir İşin müəyyən edilən hallarına görə hazırkı halda yazılı müqavilə olmasa da yaranmış münasibətlər nəticəsində tərəflər borclu və kreditor kimi çıxış edir. Məhkəmə cavabdehin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Nəsibov Əliqulu iddiaçını tanımadığı halda ondan pul ala bilməsi mümkünsüzdür, digər tərəfdən cavabdehin Ə.Nəsibovun aldığı pulu heç bir bir şərt olmadan vaxtaşırı iddiaçıya qaytarılmasını təmin etmək barədə razılıq verməsi ağılabatan görünmür. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 40000 deyil, 30000 manat məbləğində pul verməsi, habelə, Cavabdeh tərəfindən İddiaçı 3000 manat pul qaytarması öz təsdiqini tapdığından ödənilməmiş 27000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Hazırkı iş üzrə iddiaçı öz tələblərinin əsası kimi istinad etdikləri halları sübuta (şahid ifadələri, "Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 02 yanvar 2021-ci il tarixli qərar) yetirdiyi halda cavabdeh yuxarıda qeyd olunanlara əsasən bunu edə bilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, məhkəmə qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəllənin 8.1,14.1, 14.2, 76.3, 77.1, 77.3, 80, 81, 88, 217.1, 217.4; Mülki Məcəllənin 386.1, 386.2, 739.1, 739.2, 746-cı maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə çıxışlarını təhrif etmişdir. Belə ki, iddiaçı ilə Nəsibov Əliqulunu tanış etmiş və iddiaçı Əliquluya ayda 1000 manat faiz ödəmə qarşılığında 30000 manat pul vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, 30000 manatın cavabdeh tərəfindən alınmasını sübut edən hər hansısa qəbz və ya müqavilənin olmadığını, iş materilallarına və Polisin qərarında kimin kimə borcunun olduğunun müəyyən edilmədiyini, bu qərardan şikayət vermədiklərini eyni zamanda iddiaçının müddəti ötürdüyünü, iddiaçının 2015-ci ildə cavabdehə 30000 manat verməsini bildirdiyini, lakin 6 il ərzində 30000 manat məbləğində pula görə heç bir orqana müraciət etmədiyini, birinci instansiya məhkəməsinin icraatı zamanı Əliqulu adlı şəxsin oğlunun məhkəmə iclasında 5000 manat pulu iddiaçıya təqdim etdiklərini bildirdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, pulun verilməsi üçün cavabvdehlə dəfələrlə müraciət etdiyini, lakin onun pulu ödəmədiyini, iş qurmaq, qazanc əldə etmək məqsədi ilə 30000 manat verdiyini, cavabdehin ona yol çəkməklə bağlı iş quracağını bildirdiyini, 30000 manatı da yol çəkməklə bağlı işə görə verdiyini, cinayət işinin başlanılması ilə bağlı müraciət edən zaman cavabdehin ona pulu Əliqulu adlı şəxsə verdiyini bildiriyini, Əliqulu adlı şəxsi tanımadığını, Əliqulu adlı şəxsin də onu tanımadığını birinci instansiya məhkəməsinin iclası zamanı da bildirdiyini, Əliqulu adlı şəxsin tanımadığı şəxsə 5000 manatı verməsinin ağlasığmaz olduğunu, cavabdehi illərdir ki tanıdğını, pulu ala bilmədiyini gördükdən bir müddət sonra Binəqədi Rayon Polis İdarəsinə iki dəfə mürciət etdiyini, lakin icraata xitam verildiyini, daha sonra isə məhkəməyə müraciət etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 21, 324, 385-390, 739-745, 777- 786.; Mülki Prosesual Məcəllənin 14.2, 48-49, 72, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385, 386, 388, 389 və 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə gəldiyi nəticəyə müvafiq qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti əsassız olduğundan apellyasiya instansiyasına müraciətlə bağlı məhkəmə xərcləri ödəyən tərəfin özünə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, 02 yanvar 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın məzmunundan məlum olur ki, iddiaçı cinayət təqibi orqanına 2018-ci ildə müraciət etmiş və qərarla pulun iddiaçıdan cavabdehə verilməsi müəyyən edilmişdir. Cavabdehin dəlilləri isə 30000 manat məbləğində pul vəsaitinin onun tərəfindən iddiaçıdan özünə deyil üçüncü şəxs üçün istənilməsi, sonuncu tərəfindən isə əksinə iddiaçını tanımaması və pul münasibətlərinin olmamaması, o cümlədən bu münasibətlərin yalnız cavabdehlə olması, habelə birinci instansiya məhkəməsi zamanı cavabdehin təqdim etdiyi sübut kimi üçüncü şəxsin (Əliqulunun) oğlunun cavabdeh vasitəsi ilə iddiaçya pulun qaytarılmasında iştirakı kimi verdiyi şahid ifadəsi, cavabdehin iddiaçı ilə borc münasibətlərinbdə olmasını sübuta yetirir. Cavabdehin biləvasitə özü üçün deyil tanıdığı şəxs üçün pul vəsaitlərinin alnması, iddiaçı ilə üçüncü şəxsin bir-birlərini tanımaması və iddiaçının etibar (tapşırıq) əsasında pulun verməsi vəkalət alanın (cavabdehin) tapşırığı qəbul etməsindən sonra mümkün olmuş, deməli borc müqaviləsi tapşırıq müqaviləsi əsasında baş tutaraq qüvvəyə minmişdir. Qeyd edilməlidir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilən zaman araşdırma predmeti olmuş iddia tələbinə dair sübutedici əsaslarına rəğmən apellyasiya şikayətinin dəlilləri üzrə fərqli hallar və iddianın rədd edilməsi (qətnamənin dəyişdirilməsi) üçün əsaslar müəyyən etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5769/2021 saylı işi üzrə 25 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar