Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11571/2021 29.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “elektrik yarımstansiyasının yerinin dəyişdirilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(006)-732/2021 saylı qərardadından iddiaçının şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “elektrik yarımstansiyasının yerinin dəyişdirilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanın yaxınlığında "xxxx" ASC-nin 6000 KV-lıq elektrik xəttindən 132 nömrəli KTM-ə çəkilmiş elektrik xəttinin və 132 nömrəli KTM-nin yerinin dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi vəsatət verərək, mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" ASC-yə qarşı ünvan 2 ünvanının yaxınlığında "xxxx" ASC-yə məxsus 6000 kvlıq elektrik xəttindən 132 saylı KTM-ə çəkilmiş elektrik xəttinin və 132 saylı KTM-in yerinin dəyişdirilməsi tələbinə dair Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Göründüyü kimi, hazırkı iş üzrə iddia tələbi mülkiyyət hüququnu həyata keçirilməsinə maneələrin aradan qaldırılması (KTM-in və hava və yeraltı elektrik xətlərinin yerinin dəyişdirilməsi) halları ilə bağlı olduğu üçün işə torpaq sahəsinin və qurğunun olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(006)- 732/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti 3-cü şəxs qismində cəlb edilməklə) «elektrik yarımstansiyasının yerinin dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək, onun ləğv edilməsini, mülki işə ümumi qaydada baxılmasını, əks halda şikayətə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmənin 03.11.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddianın predmeti ünvan 3 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin yaxınlığında "xxxx" ASC-nin 6.000 kv-lıq elektrik xəttindən 132 nömrəli KTM-yə elektrik xəttinin çəkilməsi nəticəsində mülkiyyətçi olan iddiaçının hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçının hüquqlarının pozulduğunu qeyd etdiyi fərdi yaşayış evi Qaradağ rayonu ərazisində yerləşdiyindən, indiki vəziyyətdə mübahisənin ərazi aidiyyəti müəyyənləşdirilərkən müstəsna aidiyyətlə bağlı normalar rəhbər tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin qənaəti düzgündür. İddianın predmetini qanuni sahibin (iddiaçının) hüquqlarının pozulmasını aradan qaldırmaq təşkil edir. İddiaçıya məxsus yaşayış evi isə Qaradağ rayonu ərazisində yerləşir. Belə olan halda məhkəmə haqlı olaraq mülki işə Qaradağ Rayon Məhkəməsində baxılması qənaətinə gəlmişdir. Kollegiya qeyd edir ki, işə sübutların (yerində müayinə, şahidlərin dindirilməsi və s.) əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması zəruri olduğundan, MPM-nin 39.1ci maddəsinə əsasən işə məhz Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(006)- 732/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-11571/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11571/2021
29.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver