Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-116/2023 08.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, X21 qızının katibliyi, X1, İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil2, Cavabdehin vəkili-nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh3 qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Sabunçu rayon Bilgəh bələdiyyəsi, X16 və Rusiyanın Azərbaycandakı Səfirliyi müstəqil tələb irəli sürməyən 3-cü şəxslər kimi cəlb edilməklə) “darvazanın və hasarın sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-401/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 nümayəndəsi-vəkili Vəkil1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Abşeron rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesində yerləşən 1 mərtəbəli, bir otaqlı, 24 kv.m yaşayış sahəsindən ibarət 8 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı iddia edir ki, 2017ci ildən xüsusi mülkiyyətində olan bağ sahəsinə yol bağlandığı üçün gedib-gələ bilmir. Bununla əlaqədar İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bak şəhəri, Sabunçu rayonu, Bilgəh Bələdiyyəsinə qarşı “xüsusi mülkiyyətində olan torpaq sahəsinə yol açılması” tələbi ilə Bakı 2 saylı inzibati-iqtisad məhkəməsinə iddia ilə müraciət edərək xüsusi mülkiyyətində olan Abşeron rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şosessi 8 ünvanda yerləşən torpaq sahəsinə yol açılması barədə qərar qəbul edilməsini tələb etmişdir. Həmin məhkəmənin xx.xx.2019-cu il tarixli, №2- 1(82)- 1924/2019) saylı qərardadı ilə onun iddiası mümkün sayılmamışdır. Hazırki tələbində iddiaçı xüsusi mülkiyyətində olan Bilgəh qəsəbəsi, Zaqulba şossesi 8 nömrəli fərdi yaşayış evinə və torpaq sahəsinə cavabdeh tərəfindən bağlanmış yolun açılması üçün darvazanın və hasarın sökülməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Sabunçu rayon Bilgəh bələdiyyəsi və Cavabdeh3 qarşı «darvazanın və hasarın sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Bilgəh qəsəbəsi, Zaqulba şossesi 8 nömrəli fərdi yaşayış evinə və torpaq sahəsinə yol açılması üçün darvazanın və hasarın sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron şəhər Ərazi İdarəsi tərəfindən 14 mart 2007-ci il tarixdə ona MN seriyalı ******* saylı çıxarışa əsasən Abşeron rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesində olan 0,0072 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 24 kv.metr yaşayış sahəsindən ibarət 8 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə onun adına 5 saylı reyestr kitabının 53 saylı vərəqində qeydə alınmışdır. Bir müddət ölkənin hüdudlarından kənara olduğu üçün həmin evə baş çəkə bilməmişdir. 2017-ci ildə Bakı şəhərinə qayıtdıqda görmüşdür ki, bağ evinə gedə bilmir, hər tərəfdən digər torpaq sahələri ilə əhatə olunub, mülkiyyətində olan evinə gedə bilmir. 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2019-cu il tarixli (iş №2- 1(82)- 1924/2019) Qərardadı ilə onun iddiası mümkün sayılmasa da, Qərardadın 3-cü səhifəsində qeyd edilmişdir ki, “iddiaçının mülkiyətində olan torpaq sahəsinə gedən yolun başqa şəxslər tərəfindən istifadə edilməsi mülki hüquq münasibətidir və bu mübahisənin yaranma əsasını mülki hüquq münasibətləri təşkil edir.” Həmin qərardadın 3-cü səhifəsində qeyd olunub ki, iddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinə gedən yolun zəbt edildiyini iddia etsə də, məhkəməyə təqdim edilmiş ekspert rəyində yol kimi iddia olunan torpaq sahəsinə hər hansı fiziki və ya hüquqi şəxsin adına hüquqi və ya texniki sənədin verilməsi müəyyən olunmayıb. Deməli qonşular tərəfindən yəni, 6 saylı evin mülkiyyətçisi tərəfindən dövlət tərəfindən müəyyən edilmiş yol əsassız olaraq zəbt edilərək darvaza qoyulmuş və bununla də onun (iddiaçının) bağa giriş-çıxışı məhdudlaşdırılmışdır. Sabunçu RPİ-nə şikayət ərizəsi ilə müraciət etsə də, 30 aprel 2020-ci il tarxli (cinayət işinin başlanmasının rədd edilməsi barədə) qərarın məzmununa görə tərəflərə mübahisənin mülki hüquq münasibətləri çərçivəsində həlli üçün müvafiq məhkəmə orqanına müraciət etmələri tövsiyə edilmişdir. Onun xüsusi mülkiyyətində olan bağ sahəsinə girişi mümkün deyil, çünki qanunsuz olaraq darvaza qoyularaq, yol hasara alınıb və onun hüquqları kobud surətdə pozulub. Onda olan məlumata görə Bilgəh qəsəbəsi, Bilgəh-Zaqulba şossesi küçəsində, 6 saylı yaşayış evin mülkiyyətçisi Cavabdeh3dır. Sonradan İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və Bakı şəhəri, Cavabdeh2 cavabdehlər sırasından xaric edilərək iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı ərizə ilə məhkəməyə növbəti ərizə ilə müraciət edərək, Bakı şəhəri, Cavabdeh2 iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən 3-cü şəxs sırasından da xaric edilməsini xahiş etmişdir. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-401/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı xüsusi mülkiyyətində olan Bilgəh qəsəbəsi, Zaqulba şossesi 8 nömrəli fərdi yaşayış evinə və torpaq sahəsinə gedən yol üzərində Abşeron rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesində ünvanda yerləşən 6 saylı fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh3 tərəfindən inşa etdirilmiş darvaza və hasarın sökülməklə Bilgəh qəsəbəsi, Zaqulba şossesi 8 nömrəli fərdi yaşayış evinə və torpaq sahəsinə yol açılması qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı toplanmış və tədqiq edilmiş sübutlarla iddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi hallar öz təsdiqini tapmışdır. İddia əsaslı olduğu üçün təmin edilməklə İddiaçı xüsusi mülkiyyətində olan Bilgəh qəsəbəsi, Zaqulba şossesi 8 nömrəli fərdi yaşayış evinə və torpaq sahəsinə gedən yol üzərində Abşeron rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesində ünvanda yerləşən 6 saylı fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh3 tərəfindən inşa etdirilmiş darvaza və hasar sökülməklə Bilgəh qəsəbəsi, Zaqulba şossesi 8 nömrəli fərdi yaşayış evinə və torpaq sahəsinə yol açılmalıdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1, 8.2, 152 və 157-ci maddələrinə, Konstitusiyanın 13, 29, 60 və 71-ci maddələrinə, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 8-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarına istinadla əsaslandırılmışdır. Qətnamədən narazı qalan Cavabdeh3 nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı mülki iş üzrə mübahisənin həll edilməsində birinci instansiya məhkəməsi əsas «sübut» kimi mülki işin 50-52 səhifələrində olan 6 saylı evin yalnız əvvəlki mülkiyyətçisi X3 adının göstərildiyi 6 saylı evə dair tərtib olunmuş 97 inventar nömrəli, 1997-ci il tarixli texniki pasportun kserosurətinə istinad etmişdir. Həmin «sübut» Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/3386 saylı rəyinin də əsasını təşkil etmişdir. Lakin həmin «sübut» əvvəla, kserosurət olduğundan Azərbaycan Respublikası MPM-nin 89-cu maddəsinin tələblərinə görə sübut kimi qəbul edilməli olmadığından, ikincisi isə mülki işdə olan digər, lakin həmin «sübut»la müqayisədə sözün əsl mənasında mötəbər sübutlar hesab ediləcək sübutlarla (məsələn X3 və Cavabdeh3 ikisinin də adlarının olduğu əsl texniki pasport, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli cavab məktubu) kəskin ziddiyyət yaratdığından məhkəmə tərəfindən sübut kimi qəbul edilməli deyildi. Lakin əgər sübut kimi qəbul edilmişdirsə və həm də mülki iş üzrə məhkəmənin gəldiyi qənaətin əsasını təşkil etmişsə, bundan da əlavə həm də iş üzrə cavabdehin ona qarşı irəli sürülmüş hazırkı iddia ilə bağlı mülki işə baxılmasından xəbəri, məlumatı olmadığı dövrdə keçirilmiş ekspertiza üzrə verilmiş ekspert rəyinin də əsasını təşkil etmişsə, onda işin tam, hərtərəfli və obyektiv araşdırılması onu tələb edirdi ki, iş üzrə təkrar məhkəmə ekspertizası təyin edilməli və iş üzrə həqiqi halları üzə çıxaracaq suallara ekspertiza tədqiqatı nəticəsində cavab tapılmalı, habelə hansı sübutun daha mötəbər olduğu müəyyən olunmalıdır. Lakin mülki işdən görünür ki, birinci instansiya məhkəməsi sanki həmin «sübut»un mötəbər olmadığını gizləmək üçün əvvəla, həmin «sübut»u digər sübutlarla müqayisəli şəkildə təhlil edərək qiymətləndirməmiş, iş üzrə cavabdehin torpaq sahəsinin texniki pasportun ölçülərinə uyğun olub-olmadığının müəyyən edilməsi ilə bağlı ekspertizanın təyin edilməsindən isə ekspertiza nəticəsində həmin «sübut»un mötəbər olmadığının üzə çıxacağından ehtiyat etdyindən imtina etmiş, həmin «sübut»un əslinin və ya notariat qaydasında təsdiq edilmiş surətinin mülki işə əlavə edilməsi üçün əldə edilməsindən yayınmış, iddia olunan istiqamətdə yolun olub-olmadığının, habelə əslində yolun hansı istiqamətdən olub, sonradan bağlandığının və kim tərəfindən bağlandığının müəyyən olunmaması üçün isə şahidlərin dindirilməsindən imtina etmişdir. Mülki işdə olan məhkəmə iclas protokollarından, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məhkəmə iclas protokollarına dair verilmiş yazılı qeydlərdən, məhkəmənin mülki işə baxan zaman qəbul etdiyi qərarlardan, habelə məhkəmənin qətnaməsindən də aydın görünür ki, birinci instansiya məhkəməsi iş üzrə araşdırmanı yarımçıq, natamam, qeyri-obyektiv və yalnız bir istiqamətdə, yəni nəyin bahasına olursa-olsun iddiaçıya Cavabdeh3 xüsusi mülkiyyətində olan 6 saylı evin həyətyanı sahəsindən, həmin istiqamətdə heç vaxt yol, küçə olmadığının işdə olan mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, yol açılması istiqamətində aparmışdır. Cavabdeh3 iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə və həmin fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi olaraq iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinə iddiaçının hər hansı hüququnu, iddiaçının öz əmlakına sahiblik etmək, ondan istifadə etməklə bağlı hər hansı hüquqlarını pozmamışdır. İddiaçı ilə cavabdehin evləri və həyətyanı torpaq sahələri tamamilə başqa-başqa ünvanlarda yerləşir, bir-birindən təcrid olunublar, birinin sərhəddi digərinin sərhəddi ilə üst-üstə düşmür, kəsişmir. Cavabdeh iddiaçının fərdi yaşayış evində və ya onun həyətyanı torpaq sahəsində yerləşməmişdir, onları və ya onların hər hansı bir hissəsini zəbt etməmişdir, iddiaçının öz evindən, habelə həyətyanı torpaq sahəsindən istifadə etməsinə, onlara sahiblik etməsinə hər hansı formada maneçilik etmir. Belə olan halda iddiaçının Cavabdeh3 qarşı neqator iddia (sahiblikdən məhrum etmə ilə əlaqədar olmayan pozuntuya son qoyma tələbi) ilə çıxış etmək hüququ da yaranmır. İddiaçı onun evindən bir ev və bir torpaq sahəsi uzaqda olan, torpaq sahələri arasında ümumi hasarları belə olmayan Cavabdeh3 xüsusi mülkiyyətində olan 6 saylı evin həyətyanı torpaq sahəsindən özünə keçid, yol tələb edir ki, əvvəla belə keçid, yol heç vaxt mövcud olmamışdır, ikincisi də əgər mövcud olmuş olsa idi belə, iddia edilən həmin yolun, küçənin iddiaçının mülkiyyətində, sahibliyində olması mümkün deyildi. Çünki iddia olunan yol, küçə olsa-olsa ümumi istifadədə olan yol, küçə ola bilər ki, belə bir yol, küçə də iddiaçının mülkiyyətində və ya sahibilyində ola bilməz. Çünki ümumi istifadədə olan yollar, küçələr mülkiyyətə verilmir. Maraqlıdır, belə olan halda iddiaçı mülkiyyət hüququ ilə sahib olduğu hansı daşınmaz əşyasına mülkiyyət hüququnu müdafiə etmək üçün neqator iddia qaldırmışdır? Göründüyü kimi, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsini mübahisənin həllinə düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1, 6.1.4, 8.2,152.1, 152.2, 152.3, 152.4-cü maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçının mülkiyyət hüququ qorunmalıdır. Lakin mülki işdə iddiaçının xüsusi mülkiyyətində olan 8 saylı evə olan mülkiyyət hüququnun və həmin evin həyətyanı torpaq sahəsinə olan istifadə hüququnun pozulduğuna dair heç bir sübüt yoxdur. Ev iddiaçının mülkiyyətindədir, torpaq sahəsi qanuni istifadəsindədir, iddiaçının bu hüquqlarına hər hansı şəxs tərəfindən hər hansı formada müdaxilə edilmir. Lakin iddiaçı buna hər hansı hüquqi və əsası olmadığı, digər tərəfdən mülki işdə olan mötəbər sübutlarla mütləq mənada təkzib edildiyi halda iddia edir ki, onun Cavabdeh3 xüsusi mülkiyyətində olan 6 saylı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən keçən yolu olmuşdur. Halbuki, Cavabdeh3 istifadəsində, sahibliyində, mülkiyyətində olan 6 saylı evinin texniki pasportunda göstərilmiş ölçülərdən artıq torpaq sahəsi yoxdur. İş materiallarına əlavə olunmuş ərizələrdən görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evinin torpaq sahəsini onun atası almış, orada bir otaqlı hazırda mövcud olan evi tikdirmiş, həmin evin və torpaq sahəsinin hasarının çəkilməsi üçün tikinti materiallarını sanatoriyanın həyətindən saldıqları torpaq yolla daşımış, özü, sonradan oğlu İddiaçı da həmin yoldan torpaq sahələrinə gedib-gəlmişlər, onlara yol verilməsi üçün sanatoriya ilə danışıqlar aparmışlar, sanatoriyanın həyətindən transformatorun yanından, divar dibi ilə onlara 5-6 metr enində yol verilcəyini razılaşdırmışlar, lakin sonradan sanatoriyadan məcburi köçkünləri köçürdükdən sonra sanatoriyanın ərazisi mühafizə altına alınmış, girişi bağlanılmış, buna görə də daha sanatoriyanın həyətindən istifadə edə bilməmişlər. Həmçinin həmin ərizələrdən görünür ki, Rusiya Səfirliyinin torpaq sahəsinin hasarını çəkərkən hasarı çəkən türk şirkətinin işçiləri də məhz sanatoriya tərəfdən salınmış yoldan isitfadə etmişlər, torpaq sahəsinə yeganə giriş-çıxışın olduğu dəmir darvazanı da məhz sanatoriya tərəfdən salınmış yol istiqamətində qoymuşlar. Rusiya Səfirliyinin torpaq sahəsi ilə Cavabdeh3 torpaq sahəsi arasında heç vaxt hər hansı küçə və ya yol olmamışdır, əks təqdirdə həmin ərazidə iddaçıdan da əvvəl torpaq sahəsi olan Rusiya Səfirliyi elə darvazasını sanatoriya tərəfdən deyil, Cavabdeh3 torpaq sahəsinin olduğu istiqamətdən qoyardı. Beləliklə, müəyyən olunur ki, iddiaçının atası 8 saylı evi alarkən onun yolunun olmadığını bilib almış, lakin ümid etmişdir ki, sanatoriya tərəfdən ona öz bağına gedib-gəlmək üçün yol veriləcəkdir. Buna görə sanatoriyanın ərazisindən məcburi köçkünlərin yaşadıqları ərəfədə yol kimi istifadə edərək torpaq sahəsinin hasarını çəkdirmiş, orada bir otaqlı ev tikdirmişdir. Lakin sonradan sanatoriya tərəfdən gedib-gəlmək mümkün olmamış, buna görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya şikayətinə qoşmada təqdim etdikləri ərazinin, orda olan bağ evlərinin, Rusiya Səfirliyinin torpaq sahəsinin, onun hasarının, darvazasının, iddiaçının və cavabdehin torpaq sahələrinin, onların arasında olan başqa bir bağ sahəsinin, iddiaçının və Rusiya Səfirliyinin torpaq sahəsinə sanatoriya tərəfdən gedən torpaq yolun fotoşəkillərindən də aydın görünür ki, iddiaçının öz bağına gəlib-getmək üçün istifadə etdiyi yol məhz sanatoriya ərazisindən olan torpaq yol olmuş, Cavabdeh3 torpaq sahəsi tərəfdən, Cavabdeh3 torpaq sahəsi ilə Rusiya Səfirliyinin torpaq sahəsi arasında hər hansı küçə, yol olmamışdır. Hazırkı mülki işə baxarkən birinci instansiya məhkəməsinin Cavabdeh3 münasibətdə sərgilədiyi qərəzli mövqe məhkəmə iclas protokollarına dair tərəflərindən verlimiş yazılı qeydlərdən də aydın görünür. Bununla bağlı olaraq bir daha qeyd edirlər ki, işdə olan heç bir məhkəmə iclas protokolunda iş üzrə Cavabdeh3 məhkəmə iclasına gəlməməsi səbəbindən məhkəmə iclasının təxirə salındığına dair hər hansı qeydin olmadığı, işə uzun müddət baxılmasının səbəblərinin isə məhz iddiaçının vəsatətləri əsasında, yaxud da məhkəmənin öz təşəbbüsü ilə müxtəlif orqanlara sorğular verilməsi, həmin sorğulara cavabların gözlənilməsi, iş üzrə ekspertizanın təyin edilməsi, əvvəlcə ekspertizanın baş tutmaması, ekspertin ekspertizanın aparılmasından imtina etməsi, sonradan ekspertizanın keçirilməsi səbəblərinin olduğu, Cavabdeh3 ona qarşı irəli sürülmüş iddia ilə bağlı mülki işə baxıldığından 2021-ci ilin avqust ayında, ekspertin əraziyə baxış keçirməsindən sonra xəbər tutduğunun müəyyən olunduğu, məhkəmə iclaslarına dair bildirişlərin məhkəmə tərəfindən iddiaçının iddia ərizəsində cavabdehin ünvanı kimi göstərdiyi «Bilgəh qəsəbəsi, Bilgəh-Zaqulba şossesi ev 6» ünvanına göndərildiyi, cavabdehin həmin ünvanda yaşamaması səbəbindən bildirişlərin məhkəməyə geri qaytarıldığı, cavabdehin ünvanının etibarnamədən də göründüyü kimi «ünvan 2 ünvanının müəyyən edilməsi ilə bağlı MAPS arayışının olmadığı, cavabdehin hazırkı mülki işlə bağlı məlumat aldıqdan sonrakı ilk təyin edilmiş məhkəmə iclasına, yəni xx.xx.2021ci il tarixə təyin edilmiş iclasına vəkilini göndərdiyi, lakin bütün bunlara baxmayaraq məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında işlə tanış ola bilmək üçün vaxt istəyərkən, məhkəmənin mülki işə baxılmasının uzun müddət yubadılmasının təqsirini Cavabdeh3 görərək məhkəmə iclasını təxirə salmaqdan əvvəlcə imtina etməsi, yalnız onların bir neçə dəfə israrla təkrar olunan tələblərindən sonra məhkəmənin məhkəmə iclasını yalnız bir gün ara ilə, yəni xx.xx.2021-ci il tarixə və səhər saat 09:30-a təxirə salması, həmin məhkəmə iclasında isə mülki iş üzrə araşdırmanı natamam, qeyri-obyektiv və birtərəfli aparması məhkəmənin Cavabdeh3 münasibətdə qərəzli olması, bununla da məhkəmə tərəfindən Cavabdeh3 Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi ilə təsbit olunmuş «…hüquq və azadlıqlarının… məhkəmədə müdafiəsinə..» olan hüququnun, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş «Hər kəsin, mülki hüquq və vəzifələri müəyyən edilərkən,…qanun əsasında yaradılmış …. qərəzsiz… məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması…»na olan hüququnun qərəzli olaraq pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə iddiaçının torpaq sahəsinin həqiqətən də onun adına verilmiş texniki pasportda göstərilmiş koordinatlarda yerləşib-yerləşmədiyini müəyyən etməmişdir. Şahidlərin ərizələrindən görünür ki, torpaq sahəsini iddiaçının atası almışdır və oradakı hasar və bir otaqlı ev də onun tərəfindən təxminən 1999-2000-ci illərdə tikilmişdir. Mülki işdə olan sənədlərdən isə göürünr ki, həmin torpaq sahəsi və bir otaqlı ev 1996-cı ildə X8 adına olmuş, yalnız 2007-ci ildə iddiaçının adına keçmişdir. Bu halların aydınlaşdırılması ilə iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olub-olmadığı müəyyən edilə bilər. Məhkəmə iddiaçının torpaq sahəsinin yolunun həqiqətən olub-olmadığını, ev və hasar tikilərkən tikinti materiallarının hansı yoldan daşındığını, iddiaçının və sanatoriya tərəfdə olan bağ sahiblərinin, habelə Rusiya Səfirliyinin öz torpaq sahələrinə hansı yoldan gedib-gəldiklərini, Rusiya Səfirliyinin hansı yola çıxışının olduğunu, ümumiyyətlə iddiaçının bağ sahəsi, onun sanatoriya tərəfdə olan bağ qonşusunun və Rusiya səfirliyinin torpaq sahələrinin səlahiyyətli orqanlar tərəfindən ayrılmış yollarının olub-olmadığını, Rusiya səfirliyinin torpaq sahəsinin çıxışının (darvazasının) hansı yol istiqamətində olduğunu, sanatoriyanın hansı sanatoriya olduğunu, hazırda fəaliyyət göstərib-göstərmədiyini, kimin tabeliyində olduğunu, iddiaçının bağ sahəsi ilə Cavabdeh3 evi arasında üçüncü bir qonşunun da bağ sahəsinin olub-olmadığını, əgər varsa həmin qonşunun kim olduğunu, yolunun hardan olduğunu aydınlaşdırmamışdır. Məhkəmə, əgər iddiaçının iddia etdiyi kimi Rusiya səfirliyinin torpaq sahəsi ilə Cavabdeh3 torpaq sahəsi arasında küçə, yol olmuşdursa, onda Rusiya səfirliyinin torpaq sahəsinin həmin istiqamətdə çıxışının olub-olmadığını, Cavabdeh3 tərəfindən məhkəməyə təqdim edilmiş 6 saylı evə dair 97 inventar nömrə ilə 1997-ci il tarixdə tərtib edilmiş texniki pasportun notariat qayadasında təsdiq edilmiş surətində Cavabdeh3 torpaq sahəsi ilə Rusiya səfirliyinin torpaq sahəsi arasında küçə olmadığı halda, eyni evə dair mülki işdə olan evin əvvəlki mülkiyyətçisi Cavanşir Xəlilovun adına eyni inventar nömrə ilə eyni tarixdə tərtib olunmuş texniki pasportun kserosurətində həmin yerdə küçə olduğunun qeyd edilməsi arasındakı ziddiyyəti aradan qaldıra biləcək halı bununla bağlı Cavabdeh3 həyətyanı torpaq sahəsinin ölçülərinin texniki pasportda göstərilən ölçülərdən artıq olub-olmadığını iş üzrə mühəndis-texniki ekspertizasının təyin edilməsi ilə aydınlaşdırmamışdır (müəyyən etməmişdir). Habelə, məhkəmə sözügedən kserosurət texniki pasportun əslini və ya qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş surətini əldə etmək istiqamətində zəruri prosessual hərəkətləri etməklə həmin sübutun mötəbərliliyinə olan əsaslı şübhələri aradan qaldırmamışdır. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının yolu Cavabdeh3 xüsusi mülkiyyətində olan 6 nömrəli evin torpaq sahəsindən olmuşdur. Bu halı məhkəmə mülki işin 50-52-ci səhifələrində olan haqqında yuxarıda bəhs edilən kserosurət texniki pasportda Cavabdeh3 torpaq sahəsi ilə Rusiya səfirliyinin torpaq sahəsi arasında küçənin olduğunun qeyd edilməsi və məhz kserosurət texniki pasport əsasında verilmiş ekspert rəyi əsasında müəyyən etmişdir. Lakin mülki işdə olan Cavabdeh3 məxsus 6 saylı evə dair 97 inventar nömrə ilə 1997-ci il tarixdə tərtib edilmiş texniki pasportun notariat qayadasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 torpaq sahəsi ilə Rusiya Səfirliyinin torpaq sahəsi arasında küçə yoxdur, olmamışdır. Əgər həmin yerdə küçə olsaydı, Rusiya Səfirliyi torpaq sahəsinə darvazanı sanatoriya tərəfdən deyil, elə Cavabdeh3 torpaq sahəsi tərəfdən qoyardı, torpaq sahəsinə ordan gələrdi də, daha tikinti materilları ilə dolu ağır yük maşınlarını, hasarı çəkən işçiləri sanatoriya tərəfdən niyə gətiridi? Bunlar bir tərəfə rus səfiri niyə səfirliyin torpaq sahəsinə sanatoriya tərəfdən gəlib-gedirdi ki, elə o da rahat, mövcud olan yoldan gələrdi də. Mülki işdə iddiaçının bağ sahəsinə gedən dövlət tərəfindən müəyyən edilmiş hər hansı yolun olduğunu təsdiq edən hər hansı mötəbər sübut yoxdur. İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətinə təqdim etdiyi etirazda göstərmişlər ki, Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır və aşağıda qeyd etdikləri faktlara görə apellyasiya şikayəti təmin olunmamalıdır. 1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, /103386 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Abşeron rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesində yerləşən ünvanda 8 nömrəli fərdi yaşayış evinə dair 1996-cı ildə tərtib olunmuş, inventar nömrəsi 56 olan Texniki Pasportda yaşayış evinin arxa hissəsinin küçə kimi qeyd olunmasını və Abşeron rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesi ünvanında yerləşən 6 saylı fərdi yaşayış evinə dair 1997-ci il tarixli Texniki Pasportda torpaq sahəsinin uzunluğu boyu (Rusiya Səfirliyinin torpaq sahəsi ilə qonşuluqda) küçə qeyd olunmasını, eləcə də xx.xx.2020-ci il tarixli, **********81 nömrəli mütəxəssis rəyində qeyd olunanları nəzərə alaraq, həmin sənədlər üzrə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesində yerləşən 8 nömrəli fərdi yaşayış evinə giriş-çıxış üçün yolun (küçə) mövcud olduğu, lakin faktiki olaraq yolun (küçə) giriş hissəsində cavabdeh tərəfindən hasar hörüldüyü və həmin yolun bağlandığı müəyyən olunur. 2. Mütəxəssis qismində cəlb edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri xidmətinin aparıcı məsləhətçisi X13 məhkəmə iclasında bildirmişdir ki, iddiaçının evi hazırki iş materiallarında olan sənədlərdə qeyd edilən koordinatda yerləşir, onlar yerli baxışa getdikləri zaman giriş-çıxışın bağlı olduğunu müəyyən etdilər. İddiaçının rəsmi sənədlərlə yolu var, lakin faktiki olaraq yolu kəsiblər, cavabdehlərin evləri qeydiyyatsız evlərdir, onların daxili sistemində mövcud deyildir. DƏDRX də həmin koordinatları təsdiq edib. Mübahisəli əraziyə sanatoriya tərəfdən yol bağlıdır. Zaqulba 8 ünvandan da tikililər mövcuddur. Tikililər giriş-çıxışa birbaşa mane olur, bütün yollar bağlıdır, giriş qeyri-mümkündür. Proses iştirakçılarının izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkilinümayəndəsi Vəkil1 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil2 izahat verərək apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Sabunçu rayon Bilgəh bələdiyyəsinin nümayəndəsi X17 izahatında bildirmişdir ki, iddiaçını uzun illərdir tanıyır, iddiaçının atası Fikrət müəllimi də tanımışdır, iddiaçı 8 saylı fərdi yaşayış evinin torpaq sahəsini alarkən ona torpaq sahəsinin yolunun olmadığı bildirilmiş, lakin iddiaçı o zaman belə cavab vermişdi ki, “mən katerlə gedib-gələcəm, mənə yol lazım deyil”. İddiaçı və Rusiya səfirliyinin öz torpaq sahələrinə gediş-gəliş yolları olmamışdır, iddiaçı və səfirliyin torpaq sahəsinin hasarını çəkmiş işçilər Zaqulba sanatoriyasının ərazisindən istifadə edərək torpaq sahələrinə gedib-gəlmişlər. Cavabdeh3 məxsus 6 saylı fərdi yaşayış evi ilə Rusiya səfirliyinin torpaq sahəsi arasında heç vaxt yol, küçə olmamışdır. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxs Rusiya Səfirliyinin əməkdaşı X7 izahat verərək apellyasiya şikayətinin məhkəmənin mülahizəsinə əsasən həll edilməsini bildirsə də, izahatında göstərmişdir ki, Rusiya Səfirliyinə 1994-cü ildə torpaq sahəsi ayrılmışdır, torpaq sahəsi ayrılarkən torpaq sahəsi ilə Xəzər dənizi arasında hansısa başqa şəxsə, o cümlədən iddiaçıya məxsus torpaq sahəsi olmamışdır. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş digər üçüncü şəxs X12 vəkili və nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, bağ sahəsi bir tərəfdən Rusiya səfirliyinin torpaq sahəsi, bir tərəfdən Cavabdeh3, bir tərəfdən İddiaçı bağ bağ sahəsi, bir tərəfdən də Xəzər dənizi ilə əhatə olunmuşdur. Bağ sahəsinə əvvəllər Rusiya səfirliyinin torpaq sahəsindən keçərək Zaqulba sanatoriyasının ərazisindən gedib-gəlmişdir, sanatoriyada müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər köçürüldükdən sonra isə sanatoriyanın ərazisi mühafizə altına alınmış, bundan sonra bağına gedib-gələ bilməmişdir. Sonrakı məhkəmə iclasları barədə üçüncü şəxslərə məlumat verilsə də, onlar məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ, İİİ hissələrinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 24-cü maddəsinin İİİ hissəsinə görə, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2 Qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzıün tətbiq edilməməsi; məhkəmənin ıəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı ona məxsus Abşeron rayonu, Bilgəh, Zaqulba şossesi 8 ünvanında yerləşən fərdi yaşayış evinin gediş-gəliş yolunun Abşeron rayonu, Bilgəh, Zaqulba şossesi 6 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi Cavabdeh3 tərəfindən zəbt edilərək yolun üzərində hasar çəkilib darvaza qoyulduğunu iddia edərək darvazanın və hazarın sökülməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iddia tələbini əsaslandıran halları sübut etmək üçün 8 saylı fərdi yaşayş evinə dair xx.xx.2007-ci il tarixdə ona verilmiş MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa, 8 saylı evə dair iddiaçının adına 12 mart 2007-ci il tarixdə tərtib edilmiş texniki pasporta, həmin evə dair əvvəlki mülkiyyətçi X8 adına Abşeron rayon Texniki İnventerlaşdırma Bürosu tərəfindən verilmiş tarixsiz qeydiyyat vəsiqəsinə, həmin evə dair X8 adına 1996-cı ildə tərtib edilmiş texniki pasporta, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1924/2019 saylı qərardadına və mülki işdə olan (səh: 50-52) Cavabdeh3 məxsus 6 saylı fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi X3 adına 1997-ci il tarixdə inventar nömrəsi 97, qeyd nömrəsi 6298 olaraq tərtib edilmiş texniki pasportun kserosurətinə istinad etmişdir. Mülki işdən görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin iştirakının olmadığı (təmin edilmədiyi) məhkəmə iclaslarında iddiaçı tərəfindən təqdim edilmiş sübutlar tədqiq edilmiş, həmin sübutlar əsasında iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert tərəfindən mülki işin 1-ci cild 50-52-ci səhifələrindəki Cavabdeh3 xüsusi mülkiyyətində olan 6 saylı fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi X3 adına tərtib edilmiş inventar nömrəsi 97, qeyd nömrəsi 6298 olan texniki pasportun kserosurətinə istinad edilərək keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli 10/3386 saylı ekspertiza rəyi ilə Cavabdeh3 xüsusi mülkiyyətində olan 6 saylı fərdi yaşayış evi ilə Rusiya səfirliyinin torpaq sahəsinin arasında küçə, yol olduğuna dair rəy verilmiş və həmin sübutlar əsasında birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Cavabdeh tərəf iddiaya etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh3 mülkiyyətində olan 6 saylı evin torpaq sahəsi ilə qonşu Rusiya səfirliyinin torpaq sahəsi arasında küçə, yol yoxdur, heç vaxt da olmamışdır, olması da mümkün deyildir, çünki əgər belə bir yol, küçə olmuş olsa və həmin yol da Cavabdeh3 tərəfindən zəbt edilmiş olsa idi, o zaman Cavabdeh3 mülkiyyətində olan 6 saylı fərdi yaşayış evinin texniki pasportundakı ölçüləri torpaq sahəsinin faktiki ölçülərindən artıq olmalı idi. Lakin torpaq sahəsinin faktiki ölçüləri texniki pasportda göstərilmiş ölçülərdən artıq deyil. İddiaçı xüsusi mülkiyyətində olan 8 saylı evin ümumiyyətlə heç vaxt yolu olmayıb, iddiaçı, eynilə Rusiya səfirliyi kimi qonşuluqda olan Zaqulba sanatoriyasının ərazisindən saldıqları torpaq yoldan istifadə edərək torpaq sahəsinə gedib-gəlmiş, Zaqulba sanatoriyasndan məcburi köçkünlər köçürüldükdən və sanatoriyanın ərazisi mühafizə altına alındıqdan sonra da iddiaçının və Rusiya səfirliyinin öz torpaq sahələrinə gedib-gəlmələri mümkün olmamışdır. Cavabdeh3 vəkili və nümayəndəsi həmçinin bildirmişdir ki, iddiaçının, birinci instansiya məhkəməsinin və ekspertin öz rəyində istinad etdiyi Cavabdeh3 xüsusi mülkiyyətində olan 6 saylı fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi X3 adına tərtib edilmiş inventar nömrəsi 97, qeyd nömrəsi 6298 olan texniki pasportun kserosurəti saxtalaşdırılmışdır, belə ki, Cavabdeh3 məxsus 6 saylı fərdi yaşayış evinin torpaq sahəsi ilə Rusiya səfirliyinin torpaq sahəsi arasında heç vaxt küçə, yol olmadığı və olmasının da mümkün olmadığı halda, həmin kserosurət texniki pasportda göstərilmişdir ki, onlar arasında küçə vardır. İddiaya etirazlarını əsaslandıran halların təsdiqi üçün Cavabdeh3 vəkili və nümayəndəsi Cavabdeh3 xüsusi mülkiyyətində olan 6 saylı fərdi yaşayış evinin inventar nömrəsi 97, qeyd nömrəsi 6298 olan texniki pasportunun notariat qadasında təsdiq olunmuş kserosurətini birinci instansiya məhkəməsinə, daha sonra isə məhkəmə kollegiyasının tələbi üzrə əslini məhkəmə kollegiyasına təqdim etmiş, mülki işin 50-52-ci səhifələrində olan kserosurət əsasında deyil, təqdim edilmiş əsl texniki pasport əsasında tədqiqat aparılmaqla Cavabdeh3 məxsus 6 saylı fərdi yaşayış evinin torpaq sahəsi ilə Rusiya səfirliyinin torpaq sahəsi arasında küçə, yol olub-olmadığının müəyyən edilməsi məqsədilə əlavə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 məxsus 6 saylı fərdi yaşayış evinin inventar nömrəsi 97, qeyd nömrəsi 6298 olan texniki pasportunun əsli (məhkəmə iclasında tədqiq edildikdən sonra qaytarılmışdır), notariat qadasında təsdiq edilmiş surəti (iş vərəqə:cild 1, səhifə 162-167) və mülki işin 1-ci cild 50-52-ci səhifələrində olan 6 saylı fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi X3 adına tərtib edilmiş inventar nömrəsi 97, qeyd nömrəsi 6298 olan texniki pasportun kserosurəti ilə müqayisəli şəkildə, tərəflərin, onların nümayəndələrinin iştirakları ilə tədqiq edilmiş və müəyyən edilmişdir ki, həqiqətən də Cavabdeh3 məxsus 6 saylı fərdi yaşayış evinin inventar nömrəsi 97, qeyd nömrəsi 6298 olan texniki pasportunun nə əslində, nə də notariat qadasında təsdiq edilmiş surətində 6 saylı fərdi yaşayış evinin torpaq sahəsi ilə Rusiya səfirliyinin torpaq sahəsi arasında hər hansı küçənin, yolun olduğu göstərilmədiyi halda, mülki işin 1-ci cild 50-52-ci səhifələrində olan 6 saylı fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi X3 adına tərtib edilmiş eyni inventar nömrəsi (97), eyni qeyd nömrəsi (6298) olan texniki pasportun kserosurətində 6 saylı fərdi yaşayış evinin torpaq sahəsi ilə Rusiya səfirliyinin torpaq sahəsi arasında küçə olduğu qeyd edilmişdir. İddiaçı tərəf məhkəmə kollegiyasının iclasında mülki işin 1-ci cild 50-52-ci səhifələrində olan 6 saylı fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi X3 adına tərtib edilmiş eyni inventar nömrəsi (97), eyni qeyd nömrəsi (6298) olan texniki pasportun kserosurətinin məhkəməyə onlar (iddiaçı) tərəfindən təqdim edilmədiyini məhkəmə kollegiyasına bildirmişlər. Mülki iş üzrə təyin edilmiş əlavə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh3, ondan əvvəl də X3 xüsusi mülkiyyəti olmuş, Abşeron rayon DTİMHQ tərəfindən verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zağulba şossesi 6 saylı fərdi yaşayış evinin torpaq sahəsinin texniki pasportunda göstərilmiş ölçülərinə və adları qeyd edilmiş qonşu torpaq sahələrinə əsasən faktiki göstərilən torpaq sahəsi uyğun gəlir. (“A” tikilisi mövcud deyil). Cavabdeh3, ondan əvvəl də X3 adına verilmiş texniki pasportdakı ölçülərə əsasən Rusiya Federasiyası səfirliyinin torpaq sahəsi ilə arasında artıq sahə qalmır, küçə, yol görünmür. İddiaçı, ondan əvvəl də X8 adına verilmiş texniki pasportlarında göstərilmiş fərdi yaşayış evi və həmin evin torpaq sahələri texniki pasportları ilə eynidir, faktiki ilə də üst-üstə düşür. İddiaçı, ondan əvvəl də X8 adına verilmiş texniki pasportda göstərilmiş fərdi yaşayış evi və həmin evin torpaq sahələri faktiki olaraq yerləşdiyi yerin, faktiki vəziyyətdə torpaq sahəsinin perimetrik ölçüləri ilə texniki pasportları ölçüləri arasında müəyyən fərqlə koordinatları üst-üstə düşür və torpaq sahəsinin bir hissəsi dənizin mühafizə zolağında yerləşir. Rusiya Federasiyasının Bakıdakı Səfirliyinə Bakı şəhər İHB-nın xx.xx.1994-cü il sərəncamı ilə ayrılmış 1.6 ha torpaq sahəsi, Bilgəh qəsəbəsindəki “Azərbaycan” (indiki “Xəzər”) istirahət evinin, Cavabdeh3 faktiki istifadə etdiyi sahəsindən sonra cənubşərqdə yerləşən mövcud vəziyyətdə 1.1836 ha (iddiaçılara yol nəzərə alınmadan) olmaqla koordinatları faktiki vəziyyətə uyğun müəyyən edilmişdir. Qeyd edilən torpaq sahəsinə giriş-çıxış yolu yoxdur, müəyyən etmək olmur. Qeyd edilən torpaq sahəsi Bilgəh qəsəbəsindəki “Azərbaycan” (indiki “ Xəzər”) istirahət evinə məxsus torpaq sahəsinin daxilində yerləşmir. X16 adına verilmiş texniki pasportda göstərilmiş fərdi yaşayış evi və həmin evin torpaq sahələri faktiki olaraq yerləşdiyi yerin (torpaq sahəsinin) perimetrik ölçülərindən fərqlidir, fərdi yaşayış evi uyğun gəlmir (texniki pasportdakı deyil) ərazinin mövcud koordinatları texniki pasportdakı ölçülərə görə fərqlidir. Qeyd edilən torpaq sahəsinin və evin rəsmi sənədlərdə (texniki pasportda) göstərilən torpaq sahəsi faktikidən perimetrik ölçüləri fərqlidir, iddia edilən torpaq sahəsinin konfiqurasiyasına uyğun gəlir, fərdi yaşayış evi uyğun gəlmir və torpaq sahəsinin bir hissəsi dənizin mühafizə zolağında yerləşir. Qeyd edilən torpaq sahəsinə giriş-çıxış yolu yoxdur, müəyyən etmək olmur. Mülki iş üzrə təyin edilmiş əlavə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7455 saylı rəyindən görünür ki, ekspertiza qarşısında qoyulmuş suallara aşağıdakı kimi cavab verilmişdir: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli mütəxəssis rəyində qeyd olunanlara əsasən Cavabdeh3, ondan əvvəl də X3 xüsusi mülkiyyəti olmuş, Abşeron rayon DTİMHQ tərəfindən verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zağulba şossesi 6 saylı fərdi yaşayış evinin torpaq sahəsinin texniki pasportunda göstərilmiş ölçülərinə və adları qeyd edilmiş qonşu torpaq sahələrinə görə faktiki göstərilən torpaq sahəsinin uyğun gəldiyi müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubük hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2023-ci il tarixli mütəxəssis rəyində qeyd olunanlara əsasən, Cavabdeh3, ondan əvvəl də X3 adına verilmiş texniki pasportdakı ölçülərə görə Rusiya Federasiyası səfirliyinin torpaq sahəsi ilə arasında artıq sahə qalmır, küçə, yol görünmür. Ekspert tərəfindən qeyd olunur ki, Abşeron rayonu, Bilgəh qəsəbəsi, Zağulba şossesində ünvanın yerləşən 224,6 kv.m yaşayış sahəsindən, 191,1 kv.m köməkçi sahədən ibarət 6 saylı fərdi yaşayış evinə dair tərtib olunmuş X3 adına olan 1997-ci il tarixli Texniki Pasport (iş.m Səh 50-52) sənədindən görünür ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iki tərəfdən küçə ilə, bir tərəfdən boş sahə ilə, digər tərəflərdən qonşu sahələr ilə əhatə olunmuşdur. Texniki pasportda torpaq sahəsi ilə qonşuluqda yerləşən Rusiya səfirliyinə aid ərazi arasında küçə olduğu qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-ci İl tarixli mütəxəssis rəyində qeyd olunanlara əsasən, İddiaçı, ondan əvvəl də X8 adına verilmiş texniki pasportlarında göstərilmiş fərdi yaşayış evi və həmin evin torpaq sahələri texniki pasportları ilə eyni olduğu və faktiki ilə də üst-üstə düşdüyü müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubiik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli mütəxəssis rəyində qeyd olunanlara əsasən, İddiaçı, ondan əvvəl də X8 adına verilmiş texniki pasportda göstərilmiş fərdi yaşayış evi və həmin evin torpaq sahələrinin faktiki olaraq yerləşdiyi yeri, faktiki vəziyyətdə torpaq sahəsinin perimetrik ölçüləri ilə texniki pasportları ölçüləri arasında müəyyən fərqlə koordinatlarının üst-üstə düşdüyü və torpaq sahəsinin bir hissəsinin dənizin mühafizə zolağında yerləşdiyi müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli mütəxəssis rəyində qeyd olunanlara əsasən, Rusiya Federasiyasının Bakıdakı Səfirliyinə Bakı şəhər İHB-nın xx.xx.1994-cü il sərəncamı ilə ayrılmış 1.6 ha torpaq sahəsi, Bilgəh qəsəbəsindəki “Azərbaycan” (indiki “Xəzər") istirahət evinin, Cavabdeh3 faktiki istifadə etdiyi torpaq sahəsindən sonra cənub-şərqdə yerləşən mövcud vəziyyətdə 1.1836 ha (iddiaçılara yol nəzərə alınmadan) olmaqla koordinatları faktiki vəziyyətə uyğun müəyyən edilmişdir. Qeyd edilən torpaq sahəsinə giriş-çıxış yolu yoxdur, müəyyən etmək olmur. Qeyd edilən torpaq sahəsi Bilgəh qəsəbəsindəki "Azərbaycan” (indiki “ Xəzər”) istirahət evinə məxsus torpaq sahəsinin daxilində yerləşmir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli mütəxəssis rəyində qeyd olunanlara əsasən, X16 adına verilmiş texniki pasportda göstərilmiş fərdi yaşayış evi və həmin evin torpaq sahələri faktiki olaraq yerləşdiyi yerin (torpaq sahəsinin) perimetrik ölçülərindən fərqlidir, fərdi yaşayış evi uyğun gəlmir (texniki pasportdakı deyil) ərazinin mövcud koordinatları texniki pasportdakı ölçülərə görə fərqlidir. Qeyd edilən torpaq sahəsinin və evin rəsmi sənədlərdə (texniki pasportda) göstərilən torpaq sahəsi faktikidən perimetrik ölçüləri fərqlidir, iddia edilən torpaq sahəsinin konfiqurasiyasına uyğun gəlir, fərdi yaşayış evi uyğun gəlmir və torpaq sahəsinin bir hissəsi dənizin mühafizə zolağında yerləşir. Qeyd edilən torpaq sahəsinə giriş-çıxış yolu yoxdur, müəyyən etmək olmur. Həm mütəxəssis rəyinin, həm də ekspertiza rəyinin məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiqi zamanı müəyyən edilmiş bir sıra ziddiyyətlərin aydınlaşdırılması məqsədilə ekspert və mütəxəssis məhkəmə iclasına dəvət edilmiş, ekspert X10 məhkəmə iclasında suallara cavab verərkən bildirmişdir ki, o, birinci instansiya məhkəməsində sahəyə baxış keçirmiş, lazım olan sənədləri də iş materiallarından götürmüşdür. Faktiki vəziyyətdə ölçülər uyğun gəlir, yol yoxdur. Texniki pasportun notarial qaydada təsdiq olunmuş surəti ilə arxivdə olan nüsxə eynidir. İş materiallarına (1-ci cild 50-52-ci səhifələrində) əlavə olunmuş texniki pasportun saxta olub-olmamasını müəyyən etmək onun səlahiyyətləri xaricindədir. Əsl texniki pasportun notariat qaydasında təsdiq olunmuş surətinin mülki işdə olduğunu bilməmişdir. Tədqiqat aparılan mülki işin 1-ci cild, 50-52-ci səhifələrində olan texniki pasporta istinad edilmişdir. Bu səbəbdən də ikinci tədqiqat zamanı da birinci tədqiqatdakı sənədlərə əsaslanmışlar. Faktiki vəziyyətdə yol görünmür. Texniki pasportun notarial qaydada təsdiq olunmuş surəti ilə arxivdə olan nüsxə eynidir. 14 mart 2007-ci il tarixli texniki pasportda, iddiaçının adına olan, həmçinin Əfidənin texniki pasportdakı torpaq sahəsinin ölçüləri, cizgiləri, sxemi müəyyən olunmamışdır. Sənədlərdə koordinatlar mövcud deyil. Texniki cəhətlərinə görə müqayisə aparılanda hər iki sahə eyni sahədir. Mütəxəssis rəyində qeyd olunan ölçülərlə torpaq ayırma sənədinin texniki göstəricilərinin müqayisəli tədqiqatını aparmaq istəsələr də, sənədlər olmadığı üçün mümkün olmamışdır. Faktiki olaraq Rusiya Federasiyasının istifadəsində olan torpaq sahəsi kimi göstərilən sahə 1.1836 ha-dır. Heç bir yerində yol görsənmir. Torpaq sahəsinin arxa hissəsi nəzərə alınmamışdır. İddiaçının adına olan texniki pasportdakı küçə 1.1836 ha sahənin içindədir. Koordinatlar mütəxəssis rəyində faktiki göstəricilərə uyğun olaraq müəyyən olunub. Koordinatların müəyyən olunması torpaq sahəsinin sənəd üzrə yerinin müəyyən olunması demək deyildir, bu sadəcə texniki işdir.Tədqiqat zamanı Rusiya Federasiyasına ayrılmış, müqavilədə göstərilən 1.6 ha torpaq sahəsinin torpaq ayırma cizgiləri olmadığından həmin torpaq sahəsinin naturada harda yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də həmin torpaq sahəsinin çatışmayan hissəsinin harada yerləşməsini də müəyyən edə bilməmişdir. Faktiki vəziyyətdə yolun olmaması ümumiyyətlə yolun olmaması demək deyil. Yolun olması da sənədlərlə müəyyən olunur, hazırda da bunu təsdiq edən sənəd yoxdur. Təqdim olunan sənəd də yalnız texniki pasportdur, burada da yol görsənmir. Faktiki olaraq iddiaçının sahəsində qapı, darvaza mövcuddur. Elektron baza məlumatlarından görünür ki, Rusiya Səfirliyinin faktiki istifadəsində olan torpaq sahəsinin bir hissəsi Xəzər dənizinin mühafizə zonasına düşür. İddiaçının sahəsi sənəd üzrə torpaq sahəsinin giriş darvazasının arxa hissəsində yerləşən küçəyə düşür. Faktiki olaraq hardadır, onu müəyyən etmək olmur. Koordinatlarla bağlı suallara isə hesab edir ki, mütəxəssis daha dolğun cavab verə bilər. İddiaçıya məxsus yerin qapısı Rusiya Səfirliyinin faktiki istifadəsində olan torpaq sahəsinə açılır, sənəd üzrə isə həmin sahəyə açılıb-açılmamasını dəqiq demək mümkün olmur. Cizgilərlə bağlı sənəd təqdim olunduğu halda Rusiya Səfirliyinə düşən sahəni müəyyən etmək mümkün olar. Mütəxəssis rəyinə əlavə edilmiş cizgidə səfirliyin torpaq sahəsinin ölçüləri dəqiq göstərilməmişdir, çünki torpaq sahəsi düzbucaqlı deyil, çoxlu bucaqları vardır, həmin bucaqları dəqiq ölçüb hesablamadan torpaq sahəsinin dəqiq ölçüsünü cizgidə göstərilmiş rəqəmlər əsasında hesablamaq düzgün deyil. Səfirliyin torpaq sahəsi sənədlərə görə 1.6 hadır. Əlbəttə, ekspert olaraq kiməsə yol vermək, ayırmaq kimi bir səlahiyyəti yoxdur, ekspert rəyində səfirliyin torpaq sahəsinin iddiaçılara yol nəzərə alınmadan 1.1836 ha olduğunun qeyd edilməsi yalnız onunla bağlıdır ki, iddiaçı həmin ərazidə özünün yolu olduğunu iddia edir. İddiaçılara yol nəzərə alınmadan ifadəsi rəydə iddiaçının iddia etdiyi yol nəzərə alınmadan anlamında yazılmışdır. 2001-ci ilin peyk görüntüsündə iddiaçının və üçüncü şəxs B.Ağamovun evlərinin, onların torpaq sahələrinin görünməməsi isə onunla bağlı ola bilər ki, bəlkə həmin ildə iddiaçı evini sökmüş, sonra da yenidən tikmişdir. İddiaçı məxsus 8 saylı fərdi yaşayış evinin texniki pasportunda, ona qədər də Əfidə Əliyevanın adına tərtib edilmiş texniki pasportda 8 saylı evin torpaq sahəsinin üç tərəfdən qonşu, bir tərəfdən küçə ilə əhatə olunduğunun, mütəxəssis rəyinə əlavə edilmiş cizgidə isə həmin torpaq sahəsinin üç tərəfdən qonşu bir tərəfdən Xəzər dənizi (onun mühafizə zolağı) ilə əhatə olunduğunun qeyd edilməsi onunla bağlıdır ki, texniki pasport tərtib edilərkən Xəzər dənizi qonşu olaraq göstərilmiş, Səfirliyin torpaq sahəsi tərəf olan hissə isə, orda iddiaçının iddia etdiyi yol olduğundan, küçə kimi göstərilmişdir. Yerli baxış zamanı ekspert olaraq tərəfindən Rusiya səfirliyinin torpaq sahəsinin giriş-çıxışının Zaqulba sanatoriyası istiqamətində olduğu, həmin istiqamətdə darvaza olduğu, darvazanın qarşısından Zaqulba sanatoriyası istiqamətində torpaq yol olduğu, İddiaçı torpaq sahəsinin darvazanın Rusiya səfirliyinin torpaq sahəsinə açıldığı, iddiaçının torpaq sahəsindən səfirliyin torpaq sahəsinə çıxan kimi Zaqulba sanatoriyası istiqamətində bir dəmir darvazanın da olduğu müəyyən edilmiş, lakin sənədlərdə həmin giriş-çıxış yolları, darvazalar qeyd olunmadığından o da rəydə onları qeyd etməmişdir. Məhkəmə iclasında dindirilmiş mütəxəssis X2 cavab verərkən bildirmişdir ki, mütəxəssis rəyinə əlavə edilmiş cizgidə göstərilən rəqəmlər doğru rəqəmlərdir, həmin rəqəmlər əsasında cizgidə göstərilmiş torpaq sahələrinin dəqiq ölçülərini müəyyən etmək olar. Rusiya Səfirliyinin torpaq sahəsi torpaqayırma sənədlərinə görə 1,6 ha ölçüsündədir, lakin yerində müəyyən edilmişdir ki, faktiki ölçüsü 1.1836 ha-dır. Mütəxəssis rəyində həmin ölçünün mötərizədə iddiaçılara yol nəzərə alınmadan qeyd edilmiş olması isə onunla bağlıdır ki, iddiaçı həmin ərazidən onun yolu olduğunu iddia edir. Lakin sənədlərə görə və faktiki olaraq da həmin ərazidə yol olduğu müəyyən edilmir. İddiaçının evinə gedən yol mövcud deyil və yolun olubolmamasını müəyyən etmək mümkün deyil. Mülki iş materiallarında olan və apellyasiya baxışı zamanı tədqiq edilmiş: - MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Bilgəh, Zaqulba şosessində istifadəsində olan 0,0072 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 24 kv.m yaşıyış sahəsindən ibarət 8 nömrəli fərdi yaşıyış evi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyetr kitabının 53 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. - Abşeron rayon X5 Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 97 invertar nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, Abşeron rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesi ünvanda yerləşən 224.6 kv.m yaşayış sahəsindən, 191.1 kv.m köməkçi sahədən ibarət 6 saylı fərdi yaşayış evi Cavabdeh3 adına qeydiyyata alınmışdır. - Abşeron rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesində yerləşən ünvanda 8 nömrəli fərdi yaşayış evinə dair X8 adına invertar nömrəsi 56 olan Texniki Pasport 1996-cı ildə tərtib edilmişdir. - ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə dair X12 adına invertar nömrəsi 379 olan Texniki Pasport tərtib edilmişdir. - 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2019-cu il tarixli (iş №2- 1(82)- 1924/2019) qərardadından görünür ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri Cavabdeh2nə qarşı xüsusi mülkiyyətində olan torpaq sahəsinə yol açılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası mümkün sayılmamışdır. - Bakı şəhər İcra Hakimiyyəti Başçısısının xx.xx.1994-cü il tarixli 579 saylı «Torpaq sahəsi ayrılması haqqında» sərəncamından görünür ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xx.xx.1994-cü il tarixli, 136/13 saylı məktubu nəzərə alınaraq Əzizbəyov rayonu, “Azərbaycan” istirahət evinin cənub-şərq hissəsində Bakı şəhər İcra Hakimiyyətinin Əsaslı Tikinti İdarəsinə Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 5/357 saylı qərarı ilə sağlamlıq kompleksi tikintisi üçün nəzərdə tutulmuş ərazisinin bir hissəsində, Rusiya Federasiyasının Bakıdakı səfirliyinə istirahət zonası layihələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. - Zaqulba qəsəbəsində torpaq sahəsinin təmənnasız istifadəyə verilməsi haqqında Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi və Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.1999-cu il tarixli müqavilədən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısısının xx.xx.1994-cü il tarixli 579 saylı sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyəti Sabunçu rayonunun Zaqulba qəsəbəsindəki «Azərbaycan» istirahət evini cənub-şərq ərazisində yerləşən 16000 kvm torpaq sahəsinin 99 il müddətinə təmənnasız olaraq Rusiya tərəfinin istifadəsinə verir. - X6 imzası notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, “o, 1992-ci ildən 2007-ci ilin aprel ayınadək Zaqulba sanatoriyasında məcburi köçkün kimi yaşamış, hazırda da burdakı bağlardan birində işləyir. Həmin bağda da qalır. O, İddiaçı atası Fikrət müəllimi tanımışdır. Bütün ətrafda olan bağ sahələrində fəhlə işləmişdir. Fikrət müəllimin bağında da işləmişdir. Belə ki, Fikrət müəllim Rusiya səfirliyinin dəniz tərəfdən olan torpaq sahəsini almış, həmin torpaq sahəsi boş olmuşdur. O, da orada fəhlə olaraq işləmişdir. Onlar torpaq sahəsinin ətrafına hasar çəkmiş, bir otaqdan və bir hamam-tualetdən ibarət ev tikmişlər. Fikrət müəllimin oğlu Azəri isə sonradan tanımışdır. Belə ki, Fikrət müəllimin aldığı torpaq sahəsində işləyərkən oğlu İddiaçı da ora gəlirmiş. Fikrət müəllim onu bizimlə tanış edib oğlu olduğunu bildirmiş və ona demişdir kı, Azər gələndə bağa keçməyə ona da kömək edək. Belə ki, Fikrət müəllimin aldığı torpaq sahəsinin Rusiya səfirliyinin torpaq sahəsinin və dənizə tərəf baxanda onlardan sağda, yəni sanatoriya tərəfdə yerləşən bağ sahəsinin yolu yalnız sanatoriya tərəfdən idi. Fikrət müəllim xahiş etmişdi ki, Azər gələndə yolu göstərək ki, o da gəlib-gedə bilsin sanatoriyadan. 2007-ci ilin aprel ayının 17-dən başlayaraq onları Zaqulba sanatoriyasından Ramanada salınmış Şuşa şəhərciyinə köçürməyə başlamışlar. Onları köçürdükdən sonra isə sanatoriyanın girişinə mühafizə qoymuşlar. Həmin vaxtdan sonra mühafizənin icazəsi olmadan sanatoriyanın ərazisinə heç kimi, o cümlədən bağ sahiblərini də buraxmadılar. Lakin mühafizə qoyulana qədər, yəni onları sanatoriyadan köçürənə qədər Fikrət müəllim də öz maşını ilə sanatoriya tərəfdən olan yolla gəlib maşınını üzü dənizə tərəf baxanda Fikrət müəllimin bağ sahəsindən sağda olan qonşusunun bağ sahəsinin sanatoriya tərəfdən olan hasarının yanında saxlayıb, əvvəlcə Rusiya səfirliyinin torpaq sahəsinin darvazasından, darvazadan keçəndən sonra də Rusiya səfirliyinin torpaq sahəsinin ərazisindən piyada keçib öz bağ sahəsinə gedib-gəlirdi. Lap əvvəldən Fikrət müəllimin bağ sahəsinin yeri boş idi. Həmin torpaq sahəsi Rusiya səfirliyinin torpaq sahəsinə bitişik idi. Bununla da Rusiya səfirliyinin torpaq sahəsi dənizə qədər uzanırdı. Hətta Rusiya səfirliyinin torpaq sahəsinin hasarını tikən türk şirkətinin işçiləri indi Fikrət müəllimin, yəni hazırda Fikrət müəllimin oğlu İddiaçı bağ sahəsinin olduğu torpaq sahəsindən dənizə gedib-gəlirdilər. Hətta o işçilər həmin torpaq sahəsində betondan uzun, təxminən 1,5-2 metr uzunluğu, 1 (bir) metr eni olan ortası stol iki kənarında da stola bitişik oturacaqları (skameykaiar) olan beton oturacaq da tökmüşdülər (düzəltmişdilər). Rusiya səfirliyinin hasarını tikən işçilər həmişə o stolda oturub çörək yeyirdilər, çay içirdilər. Rusiya səfirliyinin hasarını tikən işçilər Fikrət müəllimin oğlu İddiaçı indiki evinin yerində olan torpaq sahəsindən dənizə düşüb-çıxırdılar. Onlar elə bilirdilər ki, Rusiya səfirliyinin torpaq sahəsi dənizə qədər olan bütün ərazini əhatə edir. Çünki onlar torpaq sahəsinə 3 (üç) tərəfdən hasar çəkmiş, dəniz tərəfi isə boş saxlamışlar. Ordakı bağların əksəriyyətinin quruluşu belə idi. Çünki dənizə çıxış olmayandan sonra dənizinkənarında bağ sahəsi almağın da bir mənası yox idi. Lakin sonradan Fikrət müəllim gətdi, dedi kı, bura onundur, onlar da oranı Fikrət müəllimin bağı kimi hasara almışlar. Fikrət müəllimin bağında işlədikləri vaxtlarda onlar da həmin beton stolda çay içib-çörək yemişlər. O, fikrət müəllimdən başqa həmin bağ sahəsinin ayrı sahibinin olduğunu bilməmiş, görməmişdir. Əgər oranın bir başqa sahibi də olsa idi, o, onu mütləq görərdi, bilərdi. Əvvəllər o torpaq sahəsini Rusiya səfirliyinin torpaq sahəsinin bir hissəsi kimi, Fikrət müəllim gələndən sonra isə onun torpaq sahəsi kimi bilmişdir. Sonra da Fikrət müəllim rəhmətə getmiş, həmin sahə onun oğluna qalmışdır. Hazırda həmin torpaq sahəsinə gəlib-getmək sanatoriya tərəfdən olan yol bağlandığından, sanatoriyanın ərazisi mühafizə altına alındığından mümkün deyil. Sanatoriya tərəfdən olan yol sanatoriyanın ərazisindən vaxtilə Rusiya səfirliyinin hasarını çəkən türk şirkətinin işçiləri, həmin ərazidə olan bağ sahələrinin sahibləri, o bağlarda işləyən işçilər Rusiya səfirliyinin torpaq sahəsinin hasarını çəkərkən tikinti materialları daşıyan, bağ sahələrinə tikinti materialları daşıyan yük maşınları tərəfindən salınmış torpaq yol idi. Həmin yol Rusiya səfirliyinə torpaq sahəsi ayrılana qədər yox idi. Zaqulba şossesi tərəfdən sanki həyətinə asfalt yol çəkilmişdi, həmin asfalt yol düz dənizə qədər düşürmüş. O asfalt yol indi də var. Lakin o yol Rusiya səfirliyinin torpaq sahəsinə, onun sanatoriya tərəfdən yanında olan bağ sahəsinə, o cümlədən İddiaçı bağ sahəsinə qədər gedib çıxmır. O asfalt yolla Rusiya səfirliyinin torpaq sahəsi, onun sanatoriya tərəfdən yanında olan bağ sahəsi, o cümlədən İddiaçı bağ sahəsi arasında təxminən 300-350 metr məsafə var. Əvvəllər sanatoriyanın Zaqulba şossesi tərəfdən olan girişi açıq olduğundan bağ sahibləri, o cümlədən Fikrət müəllim də həmin girişdən sanatoriyanın ərazisinə daxil olub asfalt yolla sanatoriyanın ərazisinin bir hissəsinə qədər gəlib sonra da ağaclıq olan hissə ilə gedib öz bağlarına qədər çatırdılar. Tikinti materialları daşıyırdılar. Belə-belə həmin asfalt yoldan Rusiya səfirliyinin torpaq sahəsinə qədər torpaq yol əmələ gəlmişdir. Rusiya səfirliyinin torpaq sahəsinin dəmir darvazası da elə həmin yola açılır. Fikrəl müəllim də, ondan sonra oğlu İddiaçı da həmin yoldan gəlibgedirdilər. Nə İddiaçı, nə Rusiya səfirliyinin, nə də onların sanatoriya tərəfdən qonşusu olan bağların Cavabdeh3 evi olan tərəfdən heç vaxt yolları olmayıb. Həm də Cavabdeh3 bağının yanından heç vaxt yol keçməyib. Cavabdeh3 bağ sahəsi dənizə tərəf baxanda soldan başqa qonşular, sağdan isə Rusiya səfirliyinin torpaq sahəsi və başqa qonşular ilə əhatə olunub. Rusiya səfirliyi torpaq sahəsi ilə Cavabdeh3 torpaq sahəsi arasında küçənin, yolun olmadığı həm də ondan görünür ki, Rusiya səfirliyinin torpaq sahəsinin hasarı Cavabdeh3 torpaq sahəsinin bütun sərhəddi boyu çəkilmişdir. Yəni, Rusiya səfirliyinin torpaq sahəsi ilə Cavabdeh3 torpaq sahəsi arasındakı hasar onların ortaq hasarları hesab olunur və orada hər hansı darvaza yoxdur. Əgər orda bir küçə, yol olmuş olsaydı, onda Rusiya səfirliyi torpaq sahəsinin darvazasını elə ordan qoyar, tikinti materiallarını da heç əziyyət çəkmədən elə ordan daşıtdırardı. Yoxsa darvazasını santorıya tərəfdən qoyub, daş, qum, sement yüklənmiş ağır yük maşınlarını yağışda, qarda palçığa batıra-batıra minbir əziyyətlə sanatoriya tərəfdən torpaq yolla niyə gətizdirirdi ki? Həmin torpaq yol indi də var, lakin sanoriyanın ərazisi mühafizə altında olduğundan, həm də sanatoriyanın Zağulba şossesi tərəfdən girişinə onları sanatoriyadan köçürəndən sonra dəmir darvaza qoyulduğundan daha həmin yolla gedib-gəlmək mümkün deyil. Hazırda sanatoriyanın ərazisi onun bildiyinə görə Əmlak Komitəsinə aiddir. Əmlak Komitəsinin işçiləri tez-tez sanatoriyaya gəlib ərazidə qanunsuz tikinti işlərinin aparılıb-aparılmadığına nəzarət edirlər. Bir neçə gün əvvəl də gəlmişdilər. Rusiya səfirliyindən də uzun illərdir ki, gəlib-gedən yoxdur.” - X11 imzası notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, “o, 25 mart 1979-cu il tarixdə Əsgərən rayonunda anadan olmuş, 1992-ci ildən 2007-ci ilin aprel ayınadək Zaqulba sanatoriyasında məcburi köçkün kimi yaşamışdır. Zaqulba sanatoriyasında yaşadığı vaxtlarda ətrafda tikilən bağ evlərində işləmiş,indidə iş olanda gedib işləyir. O ətrafda olan bütün bağ evlərini, sahiblərini, yolları, küçələri tanıyır. Təxminən 1996-1997-cı illərdə Rusiya səfirliyi Zaqubla sanatoriyasının yaxınlığında torpaq sahəsi götürüb hasara almış, hasarın inşasını bir «Ferko» adlı bir türk şirkəti həyata keçirmişdir. Həmin hasarın çəkilməsi işlərində o da fəhlə kimi işləmiş, hasarın çəkilməsi təxminən 5-6 ay ərzində yekunlaşmışdır. Torpaq sahəsi dörd tərəfdən hasara alınmış, dəniz tərəfdən olan hasar bünövrəsiz olduğuna görə sonradan uçub-dağılmış, digər üç tərəfdən olan hasar bünövrə üzərində inşa edildiyindən hələ də salamatdır. Hasarın çəkilməsi işləri aparılarkən bütün tikinti materialları sanatoriyanın ərazisindən daşınmışdır. İşçilər, Rusiya səfirliyinin əməkdaşları, o cümlədən səfir də həmin yoldan, yəni sanatoriyanın ərazisindən olan yoldan gəlib-gedirdilər. Rusiya Səfirliyinin torpaq sahəsinə yalnız bir tərəfdən, yəni sanatoriya tərəfdən girib-çıxmaq mümkün idi, elə buna görə də darvazanı da elə həmin yola çıxışda qoymuşlar. Həmin darvaza indi də durur. Rusiya səfirliyinin torpaq sahəsi bır tərəfdən də Cavabdeh3 torpaq sahəsi ilə sərhəddir. Həmin sərhəd boyu hasar çəkilmişdir. Həmin tərəfdən küçə, yol olmamışdır. Əgər Cavabdeh3, torpaq sahəsi tərəfdən hər hansı küçə, yol olmuş olsaydı, Rusiya səfirliyi torpaq sahəsinin darvazasını sanatoriya tərəfdən deyil , elə o tərəfdən qoyardı. Rusiya səfirliyinin torpaq sahəsi ilə dəniz arasında o vaxtlar hər hansı bağ sahəsi yox idi. Boş torpaq sahəsi idi. Rusiya səfirliyinin torpaq sahəsinin hasarını çəkən türk şirkətinin işçiləri boş olan o torpaq sahəsindən dənizə gedib-gəlirdilər. O, işçilər hətta həmin boş torpaq sahəsində nahar etmək üçün betondan stol-stul da tökmüşdülər. Onlar də çörəyi o stol-stulda yeyirmişlər. Sonradan o torpaq sahəsini Fikrət müəllim adlı şəxs almış və oranı üç tərəfdən hasara aldırıb dəniz tərəfini isə boş saxlamışdır. Orda həm də bir otaqlı balaca bir ev də tikilmişdir. Fikrət müəllim adlı şəxs də Rusiya səfirliyi və sanatoriya tərəfdən olan bütün digər bağ sahibləri kimi tikinti materiallarını sanatoriyanın ərazisindən olan yolla daşıtmış, özü də bağ sahəsinə sanatoriyanın ərazisindən gəlib-gedirmiş. Firkrət müəllimin «Hyundai Sonata» markalı tünd rəngli maşını var idi. Bağına gələndə o maşını ilə sanatoriyanın ərazisindən gəlib sanatoriya tərəfdən olan birinci bağ evinin hasarının dibində saxlamış, sonra da piyada gəlib Rusiya səfirliyinin darvazasından keçib bağ evinə gəlib-gedirmiş. Piyada gələndə isə sanatoriyanın hasarından keçib gəlibgedirdi. Belə ki, sanatoriyada yaşayan məcburi köçkünlər işə gedib-gəlmək üçün sanatoriyanın hasarının hər iki tərəfindən kubık daşlardan pilləkan düzəltmişdirlər. Sonradan həmin pilləkanlardan bağ sahibləri, bağ evlərində işləyən işçilər, o cümlədən Fikrət müəllim adlı şəxs də istifadə edirdi. İddiaçı Fikrət müəllimdən əvvəl tanımışdır. Belə ki, o vaxtlar onun mühafizə işlədiyi bağ evinin sahibi ilə Azər tanış idi. Bir neçə dəfə onlara gəlib-getmişdi. Sonra da Azərin atası Fikrət müəllimin oradan torpaq sahəsi aldıqdan sonra Azər də o torpaq sahəsinə gəlib-gedirdi. Azər də hamı kimi sanatoriyanın ərazisindən olan yolla bağ evlərinə gedib-gəlirdi. Sanatoriyanın ərazisindən olan yol sanatoriyanın Zaqulba şossesindən olan yolu idi. Belə ki, həmin yol sanatoriyanın ərazisindən keçib dənizə qədər düşürdü və asfalt yol idi. İşçilər, bağ sahibləri həmin girişdən girib asfalt yolla- sanatoriyanın bir hissəsinə qədər gəlirdilər, sonra da torpaq yolla öz bağlarına qədər gedirdilər. Sanatoriyanın ərazisində olan torpaq yol belə əmələ gəlmişdi. Cavabdeh3 ilə İddiaçı torpaq sahələri arasında bir bağ evi, torpaq sahəsi də var. O bağ evinin torpaq sahəsinin də darvazası sanatoriya tərəfə açılır. Lakin sanatoriya tərəfdən yol hazırda bağlı olduğundan, o bağ evinə də gediş-gəliş yoxdur. Çünki məcburi köçkünləri köçürəndən sonra sanatoriyanın Zaqulba şossesi tərəfdən girişinə darvaza qoyulmuş və ərazisi də mühafizə altına alınmışdır, indi sanatoriyanın ərazisinə mühafizənin icazəsi olmadan girib-çıxmaq mümkün deyil. Mülki iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsas sübut kimi mülki işin 1-ci cild 50-52-ci səhifələrindəki ünvan 8 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evinin, Cavabdeh3 əvvəlki mülkiyyətçisi X3 adına tərtib olunmuş eyni, yəni 97 inventar nömrəli, eyni, yəni 6298 qeyd nömrəli 1997-ci il tarixli texniki pasportunun kserosurətinə, birincin instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının məhz həmin kserosurət əsasında aparılmış tədqiqat üzrə tərtib edilmiş xx.xx.2021-ci il tarixli 10/3386 saylı rəyinə istinad edərək bu qənaətə gəlmişdir ki, iddiaçının bağ sahəsinin giriş-çıxış yolu Cavabdeh3 tərəfindən zəbt edilib, darvaza qoyulub, hasar hörülərək bağlanmışdır. Məhkəmə kollegiyası əvvəla, iddiaçı tərəfin iddia tələbinin əsasını təşkil edən halları təsdiq edən əsas sübut kimi məhkəməyə təqdim edilmiş, müvafiq olaraq həm iddiaçı tərəfin, həm birinci instansiya məhkəməsinin, həm də mülki iş birinci instansiya məhkəməsinin icraatında olarkən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının əsas tədqiqat obyekti olaraq istinad etdiyi mülki işin 1-ci cild 50-52ci səhifələrindəki ünvan 8 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evinin, Cavabdeh3 əvvəlki mülkiyyətçisi X3 adına tərtib olunmuş eyni, yəni 97 inventar nömrəli, eyni, yəni 6298 qeyd nömrəli texniki pasportunun kserosurətinə qiymət verməyi zəruri hesab edir. Belə ki, eyni, yəni 6 saylı fərdi yaşayış evinə dair Cavabdeh3 adına 1997-ci il tarixdə tərtib olunmuş 97 inventar nömrəli, 6298 qeyd nömrəli texniki pasportun mülki işdə olan notariat qaydasında təsdiq edilmiş surəti (1-ci cild, səhifə 162-167), habelə məhkəmə kollegiyasının tələbi üzrə Cavabdeh3 vəkili və nümayəndəsi tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş həmin, yəni Cavabdeh3 adına 1997-ci il tarixdə tərtib olunmuş 97 inventar nömrəli, 6298 qeyd nömrəli texniki pasportun əsli məhkəmə iclasında bütün tərəflərin, onların nümayəndələrinin iştirakı ilə tədqiq edilmiş və müəyyən edilmişdir ki, texniki pasportun əslində və notariat qaydasında təsdiq edilmiş surətində 6 saylı fərdi yaşayış evinin torpaq sahəsi ilə Rusiya Federasiyası Səfirliyinin torpaq sahəsi arasında hər hansı küçə, yol və ya artıq sahə göstərilmədiyi, qeyd edilmədiyi halda, mülki işin 1-ci cild 50-52-ci səhifələrində olan eyni evə dair eyni inventar və qeyd nömrələri ilə eyni tarixdə tərtib olunmuş, belə çıxır ki, eyni texniki pasportun kserosurətində həmin yerdə, yəni 6 saylı fərdi yaşayış evinin torpaq sahəsi ilə Rusiya Federasiyası Səfirliyinin torpaq sahəsi arasında küçə olduğu göstərilmişdir. Mülki iş materiallarından görünür ki, Cavabdeh3 vəkili və nümayəndəsi hələ mülki iş birinci instansiya məhkəməsinin icraatında olarkən iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş mülki işin 1-ci cild 50-52-ci səhifələrində olan kserosurət texniki pasportun əslinin və ya lazımi qaydada təsdiq edilmiş surətinin təqdim edilməsinin iddiaçı tərəfdən tələb edilməsini, habelə həmin kserosurət texniki pasportun Azərbaycan Respublikası Milli Arxiv İdarəsindən məhkəmə sorğusu əsasında əldə edilərək mülki işə əlavə edilməsini yazılı vəsatətlə məhkəmədən xahiş etmişdir. Sözügedən kserosurət texniki pasportun əsli və ya təsdiq edilmiş surəti apellyasiya icraatı zamanı da iddiaçı tərəfdən tələb edilmiş, eyni zamanda aidiyyəti dövlət qurumlarına müvafiq sorğular verilərək təsdiq edilmiş surətinin əldə edilməsinə cəhd edilmişdir. Lakin iddiaçı tərəf, iddiaçı tərəfin əsas sübutu hesab olunan həmin kserosurət texniki pasportun əslini və ya təsdiq edilmiş surətini məhkəmə kollegiyasına təqdim etməmiş, məhkəmə sorğuları əsasında təsdiq edilmiş surətinin aidiyyəti dövlət qurumlarından əldə edilməsi mümkün olmamış, apellyasiya icraatının son iclaslarında isə iddiaçı tərəf həmin kserosurət texniki pasportun onlar tərəfindən deyil, Bilgəh bələdiyyəsi tərəfindən təqdim edildiyini bildirmişdir. Lakin mülki işdən görünür ki, Bilgəh bələdiyyəsinin nümayəndəsi birinci instansiya məhkəməsində iddianın rədd edilməsini xahiş etmiş, apellyasiya instansiyası məhkəməsində isə əlavə olaraq, iddiaçının ümumiyyətlə yolu olmadığını, torpaq sahəsini alarkən iddiaçıya «buranın yolu yoxdur» sözü deyilərkən iddiaçının «mənə yol lazım deyil, mən dənizdən katerlə gəlib-gedəcəm» dediyini bildirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd edilənlər əsasında məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, mülki işin 1-ci cild 50-52-ci səhifələrində olan kserosurət texniki pasport 6 saylı fərdi yaşayış evinə dair 1997-ci ildə 97 inventar və 6298 qeyd nömrəsi ilə X3 adına tərtib edilmiş, sonradan 6 saylı fərdi yaşayış evi Cavabdeh3 adına keçərkən eyni texniki pasportda X3 adının üzərindən xətt çəkilərək yeni mülkiyyətçinin, yəni Cavabdeh3 adının qeyd olunduğu texniki pasportun əsli ilə təsdiq olunmayan kserosurətidir. Təsadüfi deyildir ki, texniki pasportun əslinin üzərində «Abşeron rayon 2-ci DNKnun 11 mart 2006-cı il tarixli 402-182 reyestr nömrəli a/s müqaviləsinə əsasən yaşayış evi Cavabdeh3 adına keçirilmişdir» qeydi yazılmış və üzərinə də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsinin möhürü vurulmuşdur. Texniki pasportun notariat qaydasında təsdiq edilmiş surətində də eyni qeydin olduğu görülür. Mülki işin 1-ci cild 50-52-ci səhifələrində olan kserosurət texniki pasportda isə belə qeyd yoxdur. Mülki işdən görünür ki, Cavabdeh3 vəkili və nümayəndəsi hələ mülki iş birinci instansiya məhkəməsinin icraatında olarkən sözügedən kserosurətin mötəbər sübut olmadığını, onun əsasında verilmiş ekspertiza rəyinin mötəbər rəy olmadığını, onun tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş 6 saylı evin notariat qaydasında təsdiq edilmiş texniki pasportu və təqdim edilmiş əlavə sübutların da ekspertlərə təqdim edilərək mülki iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini yazılı vəsatətlə xahiş etmiş, lakin birinci instansiya məhkəməsi mülki iş üzrə olduqca mühüm əhəmiyyət kəsb edən bu hala diqqətsiz yanaşaraq həmin halı araşdırmamış, nəticədə mötəbər olmayan sübut və həmin sübut əsasında aparılmış ekspertiza tədqiqatı üzrə verilmiş əsassız rəy əsasında düzgün olmayan qətnamə qəbul etmişdir. Mülki iş üzrə apellyasiya icraatı zamanı təyin edimliş əlavə məhkəmə tikintitexniki və əmtəəşünaslıq ekspertizasının nəticəsində verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi və xx.xx.2023-cü il tarixli 10/7455 saylı ekspert rəyinin, habelə müvafiq olaraq həmin rəyləri imzalamış mütəxəssis və ekspertin məhkəmə iclasında verdikləri izahatların mülki işdə olan digər sübutlarla müqayisəli tədqiqi nəticəsində məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh3 mülkiyyətində olan 6 saylı fərdi yaşayış evinin torpaq sahəsinin faktiki ölçüləri həmin evin texniki pasportundakı ölçülərinə uyğundur, 6 saylı evlə Rusifa Səfirliyinin torpaq sahəsi arasında hər hansı küçə, yol yoxdur, bu isə o deməkdir ki, Cavabdeh3 tərəfindən hər hansı, o cümlədən iddiaçının xüsusi mülkiyyətində olan 8 saylı fərdi yaşayış evinin yolu bağlanmamış, zəbt edilməmişdir. Rusiya Səfirliyinin torpaq sahəsinə giriş-çıxışı üçün qoyulmuş dəmir darvazası hazırda istifadəsiz olan, lakin ərazisi mühafizə olunan Zaqulba sanatoriyasının ərazisi istiqamətindədir. Rusiya Səfirliyinin torpaq sahəsi ilə Cavabdeh3 xüsusi mülkiyyətində olan 6 saylı fərdi yaşayış evinin torpaq sahəsi arasında çox illər bundan əvvəl inşa edilmiş (hörülmüş) daş hasar var. Rusiya Səfirliyinə 1994-cü ildə ayrılmış torpaq sahəsi 1999-cu ilə bağlanmış müqavilə əsasında 16000 kvm olaraq təqdim edilmiş, həmin torpaq sahəsi ilə Xəzər dənizi arasında başqa şəxsə/şəxslərə məxsus torpaq sahəsi, fərdi yaşayış evi olmamışdır, lakin hazırda həmin torpaq sahəsi mütəxəssis rəyinə əlavə edilmiş cizgidən göründüyü kimi cizgidəki rəqəmlərlə hesabladıqda faktiki olaraq 13268 kv.m-dir. Lakin həm mütəxəssis, həm də ekspert rəylərində Rusiya Səfirliyinin torpaq sahəsinin hazırda 1.1836 kv.m (iddiaçılara yol nəzərə alınmadan) olduğunu göstərmiş, məhkəmə iclasında bunu onunla izah etmişlər ki, iddiaçının mülkiyyətində olan 8 saylı fərdi yaşayış evinə dair tərtib olunmuş texniki pasportda, ona qədər də eyni evə dair əvvəlki mülkiyyətçi X8 adına tərtib edilmiş texniki pasportda 8 saylı evin bir tərəfdən küçə, üç tərəfdən qonşu ilə əhatə olunduğu göstərilmişdir, əraziyə yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçının darvazası Rusiya Səfiliyinin torpaq sahəsinə açılır, faktiki olaraq iddiaçının yolu yoxdur, lakin 8 saylı evə dair tərtib olunmuş texniki pasortlarda küçə qeyd olunduğundan həmin küçənin Rusiya Səfirliyinin torpaq sahəsi istiqamətində olduğunu güman edib Rusiya Səfirliyinin torpaq sahəsinin hazırda 1.1836 kvm (iddiaçılara yol nəzərə alınmadan) olduğunu rəylərdə göstərmişlər. Mütəxəssis rəyinə əlavə edilmiş cizgidən (cild 3) görünür ki, İddiaçı mülkiyyətində olan 8 saylı fərdi yaşayış evinin torpaq sahəsinin, habelə iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X14 məxsus fərdi yaşayış evinin torpaq sahəsinin bir hissəsi Xəzər dənizinin mühafizə zolağına düşür. Həmçinin cizgidən görünür ki, iddiaçının fərdi yaşayış evi 3 tərəfdən qonşu, bir tərəfdən isə Xəzər dənizi (onun mühafizə zolağı) ilə əhatə olunmuşdur. Bu hal əraziyə (torpaq sahələrinə) tərəflərin iştirakı ilə məhkəmə kollegiyası tərəfindən yerində müayinə keçirilərkən də müəyyən olunmuşdur. Mülki işdə olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, iddiaçı cavabdehlər - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Sabunçu rayon Bilgəh bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan torpaq sahəsinə yol açılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, iddia ərizəsini isə onunla əsaslandırmışdır ki, cavabdehlər onun müraciətlərinə etinasız yanaşaraq onun bağ sahəsinə gediş-gəliş yolunun olmamasına əhəmiyyət verməmişlər. Məhkəmə kollegiyası mülki işdə toplanmış sübutları ayrı-ayrılıqda və birlikdə müqayisəli şəkildə tədqiq edərək, mülki iş üzrə müəyyən edilmiş həqiqi halları qiymətləndirərək bu qənaətə gəlir ki, əvvəla Cavabdeh3 Qazıyeva tərəfindən hər hansı küçə, yol zəbt edilməmişdir, digər tərəfdən Cavabdeh3 mülkiyyətində olan 6 saylı fərdi yaşayış evi, onun torpaq sahəsi ilə qonşu Rusiya Səfirliyinin torpaq sahəsi arasında hər hansı küçə, yol yoxdur, olmamışdır. İddiaçı mülkiyyətində olan 8 saylı bağ evinin əvvəldən gediş-gəliş yolunun olması müəyyən olunmur, iddiaçı, eynilə Rusiya Səfirliyinə ayrılmış torpaq sahəsinin hasarını çəkmiş işçilər kimi, Zaqulba sanatoriyasının ərazisindən, həmin ərazi mühafizə altına alınana qədər, özünün bağ sahəsinə gedib-gəlmək üçün istifadə etmişdir. Sonradan Zaqulba sanatoriyasının ərazisi mühafizə altına alınmış (bu hal həm də onunla öz təsdiqini tapmışdır ki, torpaq sahələrinin yerində müayinə edilməsi üçün əraziyə gedərkən məhkəmə tərkibinə Zaqulba sanatoriyasının giriş darvazasından daxil olmağa ərazinin məhz mühafizə olunduğu əsası ilə icazə verilməmiş, bu səbəbdən məhkəmə tərkibi və tərəflər, onların nümayəndələri torpaq sahələrinə əvvəlcə cavabdehin, sonra da üçüncü şəxs X12 torpaq sahəsindən keçərək getmişdir), bundan sonra iddiaçı ona yol verilməsi (ayrılması) üçün cavabdehlər - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Sabunçu rayon Bilgəh bələdiyyəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, ərizəsi mümkün sayılmadıqda isə hazırkı iddia ilə Cavabdeh3 qarşı məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi işin bu halına diqqət yetirməmişdir ki, ekspert rəyində istinad edilmiş mülki işin 1-ci cild 50-52 səhifələrində olan 6 saylı evin yalnız əvvəlki mülkiyyətçisi X3 adının göstərildiyi 6 saylı evə dair tərtib olunmuş 97 inventar nömrəli, 1997-ci il tarixli texniki pasportu kserosurət olmaqla nə əsli, nə də təsdiq edilmiş surəti iş materiallarında mövcud olmamışdır. Azərbaycan Respublikası MPM-nin 89-cu maddəsinin tələblərinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən sənəd sübut kimi qəbul edilməməli olmasından əlavə, birinci instansiya məhkəməsi X3 və Cavabdeh3 ikisinin də adlarının olduğu əsl texniki pasportun təqdim edilməsinin zəruri olmasına, eləcə də rəyin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli cavab məktubu kəskin ziddiyyət yaratmasına qiymət verməmiş, bununla Azərbaycan Respublikasının MPM-nin 88, 101.3, 206.1 və 103.1-ci maddələrinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli cavab məktubundan görünür ki, 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr bazasında iddia edilən yol barəsində məlumat yoxdur. Şərti olaraq yol kimi göstərilən sahə digər şəxslərin istifadəsində olan sahələrin hasarı daxilində olan yerlərdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki işə əlavə edilmiş ərazinin peykdən çəkilmiş 2001-2021-ci ilər üzrə dövrü aydın əks etdirən 17 ədəd foto görüntüsündən də Cavabdeh3 torpaq sahəsinin iddiaçının torpaq sahəsinin üzü dəniz istiqamətində baxanda sol tərəfində yerləşdiyi, onların torpaq sahələri arasında üçüncü bir şəxsin də torpaq sahəsinin olduğu, iddiaçının torpaq sahəsinin sağ tərəfində isə yalnız bir qonşunun olduğunun, iddiaçının torpaq sahəsinin aşağı hissəsində isə Rusiya Federasiyası Səfirliyinin torpaq sahəsinin olduğu, sağ tərəfdə olan qonşu və Rusiya Səfirliyinin hər hansı başqa yoldan deyil, məhz sağ tərəfdən olan yoldan istifadə etdiklərinin, həmin yolun isə məhz sanatoriya tərəfdən olan yol olduğunun açıq-aşkar görünməsinə birinci instansiya məhkəməsi diqqət yetirməyərək işin bu hallarına qiymət verməmişdir. Məhkəmə kollegiyası tərəfindən də yerində müayinə aparılmış və müəyyən edilmişdir ki, iddiaçı əvvəllər istifadə etdiyini bildirdiyi yol, yəni cavabdehin mülkiyyətində olan bağ sahəsinin girişi dəmir darvazadan ibarətdir. Dəmir qapıdan içəri daxil olduqdan sonra asfalt örtüklü 200-250 metr uzunluğunda olan yolla davam edildi. Yolun sonunda, yəni asfalt örtük bitdikdən sonra torpaq yolla davam edildi və bir mərtəbəli dənizə birbaşa baxışı olan yarım tikilinin qarşısından X14 məxsus bağ sahəsinə daxil olmadan onun divarına bitişik dəmir darvazadan Rusiya Səfirliyinin torpaq sahəsinə daxil olundu. Rusiya Səfirliyinin torpaq sahəsi baxımsız vəziyyətdə, ot və kol örtüklü, qayalıq relyefdədir. Rusiya Səfirliyinin torpaq sahəsinə daxil olarkən sol tərəfdə iddiaçıya məxsus torpaq sahəsinin dəmir darvazası, dəmir darvaza ilə üzbəüz dayandıqda isə sağ əldə digər bir dəmir darvaza olduğu müəyyən edildi. Bu dəmir darvaza açılmır, çöl tərəfdən qarşısında böyük qaya daşı var və istifadə edilmədiyi müəyyən edildi. Rusiya Səfirliyinin torpaq sahəsinin girişi olan dəmir darvazasına baxış keçirərkən isə həmin qapıya sanatoriya ərazisindən keçməklə davam edən torpaq yolun olduğu müəyyən edildi. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı onun evindən bir ev və bir torpaq sahəsi, uzaqda olan, torpaq sahələri arasında ümumi hasarları belə olmayan Cavabdeh3 xüsusi mülkiyyətində olan 6 saylı evin həyətyanı torpaq sahəsindən özünə keçid, yol tələb etsə də bunların mövcud olmasına dair mötəbər və tutarlı sübutlar təqdim etməmişdir. İddiaçının sübut olaraq istinad etdiyi kserosurət texniki pasporta isə yuxarıda hüquqi qiymət verilmişdir. Başqa sözlə, iddiaçının onun Cavabdeh3 xüsusi mülkiyyətində olan 6 saylı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən öz torpaq sahəsinə keçən yolun olması və bu yolun da sonradan cavabdeh tərəfindən bağlanmasına dair dəlilləri mötəbər sübutlarla təkzib edilir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən Cavabdeh3 istifadəsində, sahibliyində mülkiyyətində olan 6 saylı evinin texniki pasportunda göstərilmiş ölçülərdən artıq torpaq sahəsi olmamasına dair ekspert rəyində göstərilənləri xüsusilə vurğulayır. Kollegiya iddiaçının iddiasının əsası kimi istinad etdiyi hallara və apellyasiya şikayətinə etirazın dəlillərinə qiymət verərək hesab edir ki, Rusiya Federasiyası Səfirliyinin torpaq sahəsi ilə Cavabdeh3 torpaq sahəsi arasında hər hansı küçə və ya yol olması da işin araşdırılmış halları ilə təsdiqini tapmır. Kollegiyanın qənaətinə görə əks təqdirdə həmin ərazidə iddaçıdan da əvvəl torpaq sahəsi olan Rusiya Federasiyası Səfirliyinin darvazasının sanatoriya tərəfdən deyil, Cavabdeh3 torpaq sahəsinin olduğu istiqamətdən qoyulmasına dair cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri inandırıcıdır. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının torpaq sahəsinin yolunun həqiqətən olub-olmadığını, ev və hasar tikilərkən tikinti materiallarının hansı yoldan daşındığını, iddiaçının və sanatoriya tərəfdə olan bağ sahiblərinin, habelə Rusiya Səfirliyinin öz torpaq sahələrinə hansı yoldan gedib-gəldiklərini, Rusiya səfirliyinin hansı yola çıxışının olduğunu, ümumiyyətlə iddiaçının bağ sahəsi, onun sanatoriya tərəfdə olan bağ qonşusunun və Rusiya Səfirliyinin torpaq sahələrinin səlahiyyətli orqanlar tərəfindən ayrılmış yollarının olub-olmadığını, Rusiya səfirliyinin torpaq sahəsinin çıxışının (darvazasının) hansı yol istiqamətində olduğunu, iddiaçının bağ sahəsi ilə Cavabdeh3 evi arasında üçüncü bir qonşunun da bağ sahəsinin olub-olmadığını, əgər varsa həmin qonşunun kim olduğunu, yolunun hardan olduğunu aydınlaşdırmamış, iddiaçının iddia etdiyi kimi Rusiya Səfirliyinin torpaq sahəsi ilə Cavabdeh3 torpaq sahəsi arasında küçə, yol olmuşdursa, onda Rusiya Səfirliyinin torpaq sahəsinin həmin istiqamətdə çıxışının olub-olmadığını, Cavabdeh3 tərəfindən məhkəməyə 6 saylı evə dair 97 inventar nömrə ilə 1997-ci il tarixdə tərtib edilmiş texniki pasportun notariat qayadasında təsdiq edilmiş surətində Cavabdeh3 torpaq sahəsi ilə Rusiya səfirliyinin torpaq sahəsi arasında küçə olmadığı halda, eyni evə dair mülki işdə olan evin əvvəlki mülkiyyətçisi Cavanşir Xəlilovun adına eyni inventar nömrə ilə eyni tarixdə tərtib olunmuş texniki pasportun kserosurətində həmin yerdə küçə olduğunun qeyd edilməsi arasındakı ziddiyyətin aradan qaldırılması ilə bağlı heç bir araşdırma aparmadan əsassız olaraq iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halların öz təsdiqini tapması, 6 saylı evin mülkiyyətçisi olan Cavabdeh3 tərəfindən dövlət tərəfindən müəyyən edilmiş yolun əsassız olaraq zəbt edilərək hasar çəkilməklə darvaza qoyulması ilə iddiaçının 8 nömrəli fərdi yaşayış evinin yerləşdiyi sahəyə (bağa) giriş-çıxışının faktiki olaraq məhdudlaşdırılması kimi səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası ərazinin, orda olan bağ evlərinin, Rusiya Səfirliyinin torpaq sahəsinin, onun hasarının, darvazasının, iddiaçının və cavabdehin torpaq sahələrinin, onların arasında olan başqa bir bağ sahəsinin, iddiaçının və Rusiya Səfirliyinin torpaq sahəsinə sanatoriya tərəfdən gedən torpaq yolun fotoşəkillərinə istinadən də hesab edir ki, iddiaçının öz bağına gedib-gəlmək üçün istifadə etdiyi yol məhz sanatoriya ərazisindən olan torpaq yol olmuş, Cavabdeh3 torpaq sahəsi tərəfdən, onun torpaq sahəsi ilə Rusiya Səfirliyinin torpaq sahəsi arasında hər hansı küçə, yol olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsassız iddianı təmin edərək cavabdehin mülkiyyətində olan torpaq sahəsinin tərkibində ümumi istifadədə olan hər hansı yol olmadığı halda, cavabdehin mülkiyyətində olan torpaq sahəsindən iddiaçının fərdi yaşayış evinə və torpaq sahəsinə yol açılmalı olmasını qət etməklə faktiki olaraq cavabdehin mülkiyyət hüququnu pozan nəticəyə gəlmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası mülki iş üzrə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə gedib-gəlmək üçün yolunun olmadığının müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, belə bir vəziyyətdə iddiaçıya mülkiyyətində olan fərdi yaşayış evinə gedib-gələ bilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş servitutdan, özgənin sahibliyində olan sahədən zəruri yol və keçiddən istifadə etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat məbləğində pul İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-401/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh3 qarşı “darvazanın və hasarın sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. Apellyatorlarun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat məbləğində pul İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xumar Mərdanova Hakimlər Elnur Həsənov Vahid Sadıqov