Məhkəmə qərarları › İş №2(103)-11685/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11685/2021

01.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11685/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədirliyi və məruzəsi ilə, X3 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı İddiaçı oğlunun iştirakı ilə, Cavabdeh Cavabdeh iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.09.2021-ci il tarixli 2(001)-4836/2021 saylı qərardadından İddiaçı verdiyi şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aparılmış tikintinin cavabdehin vəsaiti hesabına sökülməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən etibarnamə əsasında ünvan 1 ünvanının qarşısında ünvan 2 ünvanında apardığı tikintinin cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək ona məxsus ünvan 3 ünvanının qarşısında ünvan 2 ünvanında təmir və tikinti işlərinin aparılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.09.2021-ci il tarixli 2(001)-4836/2021 saylı qərardadına əsasə İddiaçı Cavabdeh qarşı etibarnamə əsasında ünvan 2 ünvanında apardığı tikintinin cavabdehin vəsaiti hesabına sökülməsinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Həmçinin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.09.2021-ci il tarixli 2(001)- 4836/2021 saylı qərardadına əsasən İddiaçı ona məxsus ünvan 3 ünvanının qarşısında ünvan 2 ünvanında təmir və tikinti işlərinin aparılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsinə dair ərizəsi təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hər iki 07.09.2021-ci il tarixli 2(001)-4836/2021 saylı qərardadlarından İddiaçı birgə şikayət vermişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.10.2021-ci il tarixli qərardadları ilə hər iki şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda istinad edilən norma AR MPM-nin 259.0.4. bəndinə gəldikdə isə, həmin norma eyni tərəflər arasında mübahisə üzrə işin olmasını müəyyən edir. Belə ki, hazırki iş üzrə Cavabdeh olmuşdursa, digər mübahisə üzrə tələb X2 qarşı olmuşdur. Mübahisə obyektinin eyni tikili olması isə X1 həmin tikiliyə dair Cavabdeh qızma salması əsası ilə vermiş olduğu etibarnamənin mövcutluğu olmuşdur. Hansı ki, Binəqədi rayon icra şöbəsi tərəfindən mübahisəli tikilidə Cavabdeh tərəfindən aparılan tikinti işlərinə X2 eyni tikinti işlərinin aparılmasına qoyulan qadağanın əsas götürülməsi, bunun Cavabdeh qızma aidiyyatı olmaması əsası ilə icra edilməməsi olmuşdur. Əgər predmet və tərəflər eyni olmuşdurlarsa, o zaman nə üçün Binəqədi rayon məhkəməsinin qüvvədə olan qərardadı ilə X2 eyni tikinti işlərinin aparılmasına qoyulan qadağa icra edilmir?. Bundan əlavə X2 qarşı mübahisəli tikilinin sökülməsi barədə iddia tələbi üzrə icraat Bakı İnzibati məhkəməsinin icraatında olan tələb əsas götürülməklə dayandırılmışdır. Hesab edirlər ki, məhkəmə qeyd edilən xüsusalları araşdırmadan, mübahisə predmeti üzrə tərəfləri eyni qəbul etməsi əsassız olmuşdur. Məhkəmə Kollegiyasının iclasında iddiaçı şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında cavabdeh şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı etibarnamə əsasında ünvan 2 ünvanında apardığı tikintinin cavabdehin vəsaiti hesabına sökülməsinə dair iddia ərizəsinin baxılmamış saxlanılması barədə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 07.07.2021-ci il tarixli 2(103)-6962/2021 saylı qərardadından müəyyən olunur ki, Cavabdeh tərəfindən verilmiş şikayətin qismən təmin edilərək hazırkı iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4836/2021 saylı, 27.05.2021-ci il tarixli qərardadının ləğv edilməsi və hazırkı iddia ərizəsinin yolverilməzliyi ilə bağlı məsələsinin müəyyən edilməsi üçün iş materiallarının rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.09.2021-ci il tarixli 2(001)-4836/2021 saylı qərardadından müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı etibarnamə əsasında ünvan 2 ünvanında apardığı tikintinin cavabdehin vəsaiti hesabına sökülməsinə dair iddia ərizəsi baxılmamış saxlanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə digər məhkəmənin icraatında mülki işin olması əsası ilə İddiaçı iddia ərizəsinin baxılmamış saxlanması barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.09.2021-ci il tarixli 2(001)-4836/2021 saylı qərardadı əsaslı olmuşdur. Kollegiya MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.09.2021-ci il tarixli 2(001)-4836/2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar