Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1169/2025 07.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə (açar sözlər: icraatın dayandırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-1320/2024 nömrəli qərardadından verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-1320/2024 nömrəli qərardadı ilə 2(011)-1320/2024 nömrəli mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və mülki iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli 9/4309 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi məhkəməyə daxil olmuşdur və məhkəmə tərəfindən icraat təzələnərək hazırlıq iclas təyin edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-1320/2024 nömrəli qərardadı ilə iddiaçıların nümayəndəsi (vəkili) Vəkil1 vəsatəti təmin edilmiş və mülki iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(011)-1320/2024 nömrəli qərardadından şikayət verilmişdir. Şikayət onunla əsaslandırılır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 1320/2024 nömrəli iş üzrə xx.xx.2024 tarixli qərardadın icraatın dayandırılması barədə hissəsindən ona görə şikayət verilir ki, Məhkəmənin e-2(011)-1320/2024 saylı xx.xx.2024cü il tarixli qərardadı ilə aşağıdakılar qərara alınmlşdır: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair 2(011)-1320/2024 nömrəli mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilsin. 2. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılsın. 3. Ekspertin qarşısında aşağıdakı suallar qoyulsun. 3.1. Mülki iş materiallarına əlavə edilmiş sənədlərə və fotoşəkillərə əsasən “Mitsubishi Lancler” markalı (buraxılış ili 2006-cı il, Sedan, gümüşü metalik rəng), 10UT752 dövlət qeydiyyat nişanlı avtomobilin 2024-cü il üçün real bazar qiyməti neçə manat təşkil edir? 3.2. Mülki iş materiallarına əlavə edilmiş sənədlərə və fotoşəkillərə əsasən “Mitsubishi Lancler” markalı (buraxılış ili 2006-cı il, Sedan, gümüşü metalik rəng), 10-UT752 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün çəkilmiş xərclərin real bazar qiyməti neçə manat təşkil edir? e-2(011)-1320/2024 saylı mülki iş üzrə uzun müddət əvvəl təyin olunmuş ekspertiza üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəy məhkəməyə daxil olub. Bu barədə məhkəməyə ərizə verib rəyin elektron sistemə əlavə edilməsini, onunla tanış olmaları və müdafiələrini qurmaları üçün şərait yaradılmasını xahiş etmişlər. Bundan sonra xx.xx.2024-cü il tarixində iddiaçı vəsatət verib təkrar ekspertiza keçirilməsi ilə əlaqədar qərardad qəbul edilməsini xahiş edib. Lakin məhkəmə xx.xx.2024-cü il tarixdə iddiaçının təkrar ekspertiza keçirilməsi barədə vəsatətin verildiyi gün axşam saat 17:00-də iclas keçirərək, bu iclasın keçirilməsi barəsində onlara məlumat vermədən vəsatəti təmin edərək təkrar ekspertizanın keçirilməsi haqqında qərardad qəbul edərək icraatı dayandırmışdır. Məhkəmə xx.xx.2024-cü il tarixdə dayandırılmış icraatı təzələyib iddiaçının vəsatəti ilə onlara məlumat vermədən hazırlıq iclası təyin edərək həmin gündə təkrar ekspertizanın keçirilməsi barədə qərardad qəbul emtəklə çəkişmə prinsipini pozmuş, ekspert rəyi barədə fikirlərini dinləməmiş, iddiaçının vəsatətinə münasibət bildirmələrini təmin etməmiş, ekspert rəyi ilə bağlı vəsatət vermələrinə şərait yaratmamışdır. Buna görə icraatın dayandırılması barədə qərardad ləğv edilməli və yeni iclas təyin edilərək məsələyə aydınlıq gətirilməlidir. Ona görə də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1320/2024 nömrəli iş üzrə xx.xx.2024 tarixli qərardadının mülki iş üzrə icraatın dayandırılmasına dair hissəsində ləğv edilməsinə və yeni iclas təyin edilərək şikayətdə göstərilən məsələlərin aydınlaşdırılması xahiş olunur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-1320/2024 nömrəli qərardadı ilə Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-1320/2024 nömrəli qərardadından verdiyi şikayət təmin edilməmiş, şikayət 2(011)-1320/2024 nömrəli mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə 172.1. İşə ağlabatan müddətdə, lakin ərizə məhkəməyə daxil olduğu vaxtdan aşağıdakı müddətlərdən gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır: 172.1.1 işə bərpa, aliment tutulmasına dair işlərə - 2 ay; 172.1.2 ipoteka müqaviləsindən irəli gələn mübahisələrə və iflas haqqında işlərə - 3 ay; 172.1.3. digər mübahisələrə dair işlərə - 4 ay müddətində. Maddə 255.0. Məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə aşağıdakı hallarda iş üzrə icraatı dayandıra bilər: 255.0.5. məhkəmə tərəfindən ekspertiza təyin olunduqda; Maddə 256.0.2. bu Məcəllənin 254.1.3-cü və 255-ci maddələri ilə nəzərdə tutulmuş hallarda tərəfin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, digər qoşunların və qoşun birləşmələrinin tərkibində olub dövlət vəzifəsini yerinə yetirməsi qurtaranadək, qulluq ezamiyyətindən qayıdanadək, tərəfin müalicə müəssisəsindən buraxılmasınadək, cavabdehin axtarışının nəticələri məlum olanadək, ekspertin rəyi və ya qəyyumluq və himayəçilik orqanının rəyi məhkəməyə təqdim edilənədək, məhkəmə tapşırıgına cavab alınanadək; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2.kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən iş üzrə ekspertiza təyin olunduğu halda mülki iş üzrə icraatın dayandırılması mülki prosessual qanunvericiliyin müddəalarından irəli gəlir. Kollegiya şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixinə təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə xx.xx.2024-cü il tarixdə SMS bildiriş göndərməklə onlara rəsmi qaydada məlumat vermiş, cavabdeh və onun nümayəndəsi (vəkili) isə prosessual hüquqlarından vaxtında istifadə etməli olduqları halda məhkəmə iclasında iştirak etməmişlər. MPM-in yuxarıda istinad olunan normalarına əsasən, məhkəmə işdə iştirak edən şəxslərin şifahi və ya yazılı vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. Məhkəmə tərəfindən ekspertiza təyin olunduqda məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Hazırkı işdən müəyyən olunur ki, mülki iş üzrə ekspert rəyi alınmış, lakin qarşı tərəf rəydə qeyri-dəqiqlik, ekspert qarşısında qoyulan suallara tam, ətraflı cavab verilməməsi səbəbindən təkrar ekspertiza keçirilməsinə zərurətin yarandığnı bildirmiş, işə prosessual qanunvericiliklə müəyyən olunmuş prosessual müddətlər ərzində baxmalı olan məhkəmə, tərəflərə yeri və vaxtı barədə rəsmi qaydada məlumat verdiyi məhkəmə iclasında vəsatəti müzakirə edərək təmin etmişdir. İstinad olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas olmadığından şikayət təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398,402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-1320/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1169/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1169/2025
07.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver