Məhkəmə qərarları › İş №2(103)-11737/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11737/2021

17.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11737/2021 17.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4504/2021 saylı, 11 avqust 2021-ci il tarixli qərardadından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan Opel Antara minik markalı, 99TV588 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərə görə 32415 (otuz iki min dörd yüz on beş) manat pul vəsaitinin, iddiaçıya məxsus avtomobilin ümumi texniki baxışdan keçirilməsi və qüsur aktının tərtib edilməsinə görə ödənilmiş 150 (bir yüz əlli] manat pul vəsaitinin, 10000 (on min) manat məbləğində vurulmuş mənəvi zərərin və 30 (otuz] manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə cəmi 42595 (qırx iki min beş yüz doxsan beş] manat pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "Çinarə Lizinq” MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı 11 avqust 2021-ci il tarixində məhkəməyə iddianın təmin tədbiri barədə ərizə ilə müraciət edərək, iş üzrə yekun qərar qəbul edilənədək, Cavabdeh2 məxsus Honda CRV minik markalı 99KF466 dövlət qeydiyyat nişanlı avtomobilin və Cavabdeh1 idarə etdiyi və Cavabdeh3 MMC-nin mülkiyyətində olan İnfiniti FX35 minik markalı 99PC422 nömrəli avtomobilin üzərinə həbs qoyulmasını və sərəncam vermək hüququnun cavabdeh ƏliyevaSamirə Qasımovnaya və Cavabdeh3 MMC-yə MMC-yə qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(010)- 4504/2021 saylı qərardadı ilə ərizə təmin edilməklə, Cavabdeh2 mülkiyyətində olan **-KF-*** dövlət qeydiyyat nişanlı, “Honda CRV” markalı nəqliyyat vasitəsinin və Cavabdeh3 MMC-nin mülkiyyətində olan **-PC-*** dövlət qeydiyyat nişanlı, “İnfiniti FX35” markalı nəqliyyat vasitəsinin üzərinə üzərinə həbs qoyulması və Cavabdeh2 məxsus “Honda CRV” minik markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobil və Cavabdeh1 idarə etdiyi və Cavabdeh3 MMC-nin mülkiyyətində olan “İnfiniti FX35” minik markalı **-PC-*** nömrəli avtomobil üzərinə sərəncan vermək hüququnun Cavabdeh2 və Cavabdeh3 MMC-yə qadağan edilməsi qərara alınmışdır. Cavabdeh1 həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırmışdır ki, İnfiniti FX35” minik markalı **-PC-*** nömrəli avtomobil Cavabdeh3 MMC-nin mülkiyyətindədir və lizinq müqaviləsi ilə onun istifadəsində olsa da, hadisədə nə Cavabdeh3 MMC-nin nə də Cavabdeh2 heç bir inzibati və mülki pozuntusu olmadığından həmin şəxslər nə cavabdeh ola bilməz, nə də onlara qarşı hər hansısa bir iddia tələbi qaldırıla bilməz. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Daha sonra Cavabdeh2 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(010)-4504/2021 saylı qərardadından şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10291/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qərardadı ilə Cavabdeh2 tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(010)-4504/2021 saylı qərardadından şikayət verildiyinə görə şikayətin apellyasiya baxışından çıxarılması və mülki işin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər qismən təmin olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxılana qədər Cavabdeh2 məxsus “Honda CRV” minik markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobil və Cavabdeh1 idarə etdiyi və Cavabdeh3 MMC-nin mülkiyyətində olan “İnfiniti FX35” minik markalı **-PC-*** nömrəli avtomobilin cavabdehlər tərəfindən satılması və ya bağışlanması gələcəkdə qəbul edilə biləcək qətnamənin icrasına maneçilik törədə bilər. Bu baxımdan kollegiya hesab edir ki, iddia təmin tədbiri barədə ərizənin Cavabdeh2 məxsus “Honda CRV” minik markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobil və Cavabdeh1 idarə etdiyi və Cavabdeh3 MMC-nin mülkiyyətində olan “İnfiniti FX35” minik markalı **-PC-*** nömrəli avtomobil üzərinə sərəncan vermək hüququnun Cavabdeh2 və Cavabdeh3 MMC-yə qadağan edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Bununla yanaşı kollegiya hesab edir ki, Cavabdeh2 mülkiyyətində olan **-KF-*** dövlət qeydiyyat nişanlı, “Honda CRV” markalı nəqliyyat vasitəsinin və Cavabdeh3 MMC-nin mülkiyyətində olan **-PC-*** dövlət qeydiyyat nişanlı, “İnfiniti FX35” markalı nəqliyyat vasitəsinin üzərinə üzərinə həbs qoyulması hissəsində ərizə təmin edilə bilməz. Belə ki, iddia tələblərinin təmin ediləcəyi təqdirdə məhz həmin hərəkətlərin edilməsi nəticəsində qətnamənin icrasının qeyri-mümkün olması və ya icrada hər hansı çətinliyin yarana biləcəyi və bu halların məhz iddianın təmin etmə tədbiri barədə ərizədə göstərilən həmin tədbirlər nəticəsində aradan qaldırılacağı qənaətinə gəlmək üçün əsaslar yoxdur. Ona görə də, həmin hərəkətlərin edilməsi qətnamənin icrasına maneçilik törədə bilməz. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayətlər qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə ərizə qismən təmin edilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş şikayətlər qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(010)- 4504/2021 saylı qərardadı qismən ləğv edilsin. Cavabdeh2 məxsus Honda CRV minik markalı 99KF466 dövlət qeydiyyat nişanlı avtomobilin və Cavabdeh1 idarə etdiyi və Cavabdeh3 MMC-nin mülkiyyətində olan İnfiniti FX35 minik markalı 99PC422 nömrəli avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qalan hissədə qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Bakı şəhəri Suraxanı rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar