Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1174/2024 08.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər:ərazi aidiyyəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), dan ibarət tərkibdə, İddiaçı Cavabdehn qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-6752/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq,aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh icra olunmamış xidmətə görə 700 manat, faiz 120.75 manat, hüquqi xidmətə görə sərf olunmuş vəsaitlər 250 manat, mənəvi ziyan 200 manat, cəmi 1270.75 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 6752/2023 nömrəli qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir.
3. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbinin mahiyyətindən aydın olduğu kimi mübahisə vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlıdır və bu halda iddia ərizəsi cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. Elektron informasiya sistemindən əldə edilən məlumatlardan müəyyən edilmişdir ki, cavabdehin rəsmi qeydiyyat ünvanı ünvan 1ri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
4. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və mülki işin Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində baxılması üçün qaytarılmasını xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə təqdim olunmuş cavabdehin axırıncı məlum olan yaşayış yeri barədə arayışına əsasən ilkin olaraq iddianı mümkün hesab edib öz icraatına almışdır. Məhkəmə bildirişi geri qayıdandan sonra məhkəmə elektron sistem vasitəsi ilə cavabdehin qeydiyyatı barədə məlumatını əldə etmiş və məhkəmənin hazırlıq iclasında aidiyyət məsələsinə yenə baxıb mülki işi başqa məhkəməyə göndərilməsinə dair qərardad qəbul etmişdir. Mübahisə borc üzrə pul tələbi deyil, göstərilmiş xidmətlərə görə narazı qalmış sifarişçinin tələbidir. Xidmətlərə dair razılaşması və onun icrası Bakı şəhərində baş tutmuşdur. Bu səbəbdən mübahisə aidiyyət üzrə Bakı şəhərində baxılmalıdır. Məhkəmə proses zamanı iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023 il tarixli məktublarını nəzərə almamışdır. 8-ci Polis Bölməsinin məlumatına əsasən Cavabdeh ünvan 2 ünvanında faktiki yaşayır. Bu ünvanı cavabdeh özü polis əməkdaşlarına vermişdir. Məhkəmənin bildiriş məktubunun məhkəməyə qeri qayıtması cavabdehin orada yaşamamasını sübut etmir. Məhkəmə bildirişləri sms vasitəsi ilə tərəflərə ötürülür və cavabdehin aktiv mobil nömrəsi mövcuddur. Məhkəmə cavabdehlə onun mobil nömrəsi ilə əlaqə saxlayıb onun Zaqatala şəhərində yaşamamasının faktını aydınlaşdıra bilərdi.
6. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı: Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 36.11. İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Maddə 44.2.2. İş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Maddə 384.0.4. Apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Maddə 387.2.9. İşə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. İşdən görünür ki, hazırki tələb müqavilə münasibətlərindən irəli gələn pul tələbidir. Lakin iş üzrə tərəflər arasında bağlanmış yazılı müqavilə iş materiallarında mövcud olmadığından müqavilədə icra yerinin nəzərdə tutulub-tutulmamasını müəyyən etmək mümkün olmamışdır.
13. Belə olan halda kollegiya qeyd edir ki, iş materiallarında iddianın cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməməsi üçün qanunla başqa halın nəzərdə tutulmasına əsas ola biləcək, o cümlədən müstəsna aidiyyəti nəzərdə tutan hallar mövcud deyildir.
14. İşdən həmçinin müəyyən olunur ki, cavabdehin rəsmi qeydiyyat ünvanı Zaqatala rayonu, Zaqatala şəhəri, Bakı prospekti, ev 3-dür.
15. Mülki-prosessual qanunvericiliyin imperativ tələblərindən göründüyü kimi, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. İşə aidiyyət qaydalarının pozulması ilə baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməlidir.
16. Bundan başqa, birinci instansiya məhkəməsi işə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyini aşkar etdiyi təqdirdə işi başqa məhkəmədə baxılmağa verməlidir.
17. Məhkəmə kollegiyası onu da qeyd edir ki, mülki-prosessual qanunvericilik iddiaçının da üzərinə bu növ iddialar üzrə iddianı cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsi vəzifəsini qoyur.
18. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-6752/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: