Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11770/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, iddiaçı-cavabdeh İddiaçı1, onun vəkili Nümayəndə3, cavabdeh-iddiaçı Ayaz Mirzəzadənin vəkili Vəkil3, üçüncü şəxs Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nümayəndəsi Ceyhun Nuriyevin iştirakı ilə, iddiaçı X4 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3 qarşı “aparılmış tikinti-təmir, yenidənqurma və yenidənplanlaşdırma işlərinin qanunsuz hesab edilməsi, tikinti və təmir işlərinin nəticələrinin sökülməsi, mənzillərin bərpa edilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi, maneənin aradan qaldırılması və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” qarşılıqlı iddiasına, iddiaçı X2 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi, maneənin aradan qaldırılması və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 29.09.2021-ci il tarixli qətnaməsindən X3 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Hazırkı işdə 1 ilk iddia, 2 qarşılıqlı iddia var. Qətnamə ilə qət olunub ki, hər 3 iddia rədd olunsun. Apellyasya şikayətində qətnamənin yalnız ilk iddiaya aid hissəsi mübahisələndirilib, tələb olunub ki, qətnamə həmin iddiaya aid hissədə ləğv edilsin və ilk iddia təmin olunsun. Ona görə də hazırkı qətnamədə yalnız ilk iddia ilə bağlı məlumatlar qeyd olunacaq. İlk iddiada tələb olunub: 1) Yasamal rayonu, M.İbrahimov küçəsində yerləşən 5 nömrəli binada (bundan sonra – bina) mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan sahələrdə (binanın çardağından və s.) aparılmış tikinti, təmir, yenidənqurma və yenidən planlaşdırma işləri qanunuz hesab olunsun; 2) binanın konstruksiyasına və dayanıqlığına mənfi təsir edən həmin işlərin nəticələri sökülsün; 3) cavabdehlər tərəfindən binanın ümumi istifadə sahəsi olan, İ.Səfərli küçəsi, 12/123 nömrəli binanın çardağ hissəsinə açılmış giriş-çıxış sahəsi bağlanılsın, bununla bağlı aparılmış tikinti, təmir, yenidənqurma və yenidən planlaşdırma işləri qanunsuz hesab edilsin və sökülsün; 4) cavabdehlər tərəfindən qanunsuz icra edilmiş tikinti və təmir işləri nəticəsində ümumi binanın və iddiaçıların mənzillərinin yararsız hala düşmüş konstruktiv elementlərinin bərpa edilməsi cavabdehlərə həvalə edilsin; 5) maddi zərərin əvəzi kimi 10.000 manat, mənəvi zərərin əvəzi kimi 10.000 manat, cəmi 20.000 manat cavabdehlərdən tutularaq İddiaçı1 verilsin; 6) binanın mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan sahələrdən, binanın çardağından və digər sahələrdən istifadə etmək, həmin əraziyə daxil olmaq cavabdehlərə qadağan edilsin; 7) cavabehlər binadan, binanın mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan sahələrindən, binanın çardağından və digər sahələrindən çıxarılsınlar, həmin sahələr iddiaçıların istifadəsinə verilsin və iddiaçıların həmin sahələrdən sərbəst istifadə etmək imkanı təmin edilsin; 8) iddiaçıların binanın mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan sahələrindən (çardağından və s.) istifadə etməsinə imkan verməyən maneələr aradan qaldırılsın, orada qanunsuz inşa edilmiş tikinti, qurğu və qapıların sökülməsi, bağlı kilidlərin açılması, həmin əraziyə cavabdehlər tərəfindən qanunsuz yerləşdirilmiş əşya və qurğuların çıxarılması, həmin sahənin iddiaçıların sərbəst istifadəsinə təhvil verilməsi öhdəliyi cavabdehlərə həvalə edilsin; 9) iddiaçıların binanın mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan sahələrindən (çardağından və s.) istifadə etmələrinə maneçilik törtmək cavabdehlərə qadağan edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçı-cavabdeh İddiaçı1, onun vəkili Nümayəndə3 apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdeh-iddiaçı Ayaz Mirzəzadənin vəkili Vəkil3 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nümayəndəsi baxılan işə dair münasibət bildirmədi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, bina 1912-ci ildə tikilib istifadəyə verilib, 2 mərtəbəlidir, 1-ci mərtəbədə yaşayış mənzilləri yerləşir, 2-ci mərtəbə otel (“Prestije” otel) kimi istifadə olunur. İddiaçı Süban Məmmədov binadakı 10/11 nömrəli mənzilin mülkiyyətçisidir. Həmin mənzil icarə hüququ əsasında Soltan Mustafayevə verilib, xarici qonaqların qarşılanması və müvəqqəti yerləşdirilməsi üçün istifadə olunur. Binadakı 4 nömrəli mənzil digər İddiaçı2 mülkiyyətidir. O, mənzildə qeydiyyatdadır, lakin orada yaşamır. Binanın 1-ci mərtəbəsində yerləşən mənzil Cavabdeh3 adınadır və Ayaz Mirzəzadə orada qeydiyyatdadır. Həmçinin müəyyən edilib ki, binanın çardağına həyətindəki pilləkəndən və İ.Səfərli küçəsi, 12/123 nömrəli binanın həyətində quraşdırılmış pilləkəndan daxil olmaq olur. Lakin İ.Səfərli küçəsi 12/123 nömrəli binadan çardağ hissəsinə giriş texniki pasportda öz əksini tapmamışdır. Birinci instansiya məhkəməsi daha sonra müəyyən etmişdir ki, binanın ümumi istifadə sahəsi olan çardağın 15,0 kv.m sahəsi iddiaçılar İddiaçı1 və İddiaçı2 istifadəsindədir. İddiaçı1 ona məxsus olan mənzilin dam örtüyünə dəmir barmaqlıqlarla məhdudiyyətlər qoymuşdur. Çaradağa əsas giriş İddiaçı2 məxsus mənzilin girişi ilə eynidir. Binanın ümumi istifadə sahəsi olan çardağına İddiaçı2 aid olan girişdən məhdudiyyət qoyulub: dəmir barmaqlıqla arakəsmə var. Onlar çardağın qeyd edilən hissəsinə istifadə olunmayın əşyaları yığıblar. Çardağın qalan hissəsindən cavabdehlər Cavabdeh3 və Ayaz Mirzəzadə istifadə edir. Bundan başqa, müəyyən edilib ki, “Məclis” X1 digər mülkiyyətçilərlə birlikdə binanın çardaq hissəsindən istifadə edir. Müəssisənin qanuni təmsilçisi cavabdeh Ayaz Mirzadəzadədir. Bina çoxmənzilli bina sayılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır (Mənzil Məcəlləsi, maddə 43.1). Çoxmənzilli binanın ümumi əmlakına dair qərar qəbul etmək sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətinə aiddir (Mənzil Məcəlləsi, maddə 43.2). Ümumi yığıncağın keçirilməsi qaydası qanunla müəyyənləşdirilib (Mənzil Məcəlləsi, maddə 44). Lakin iddiada qeyd olunan məsələ ilə bağlı ümumi yığıncaq keçirilməyib. Odur ki, əvvəlcə ümumi yığıcaq çağırılmalı və bu məsələ müzakirə olunaraq qərar qəbul edilməli idi. Belə qərarlar məcburi sayılır (Mənzil Məcəlləsi, maddə 45.5). Bu maddədə qeyd olunub ki, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Belə qərardan məhkəməyə şikayət oluna bilər (Mənzil Məcəlləsi, maddə 45.6). Qərardan şikayət verilmədiyi təqdirdə onun məcburi icrası tələb oluna bilər. Bu halda məhkəməyə iddia verilə bilər, çünki qərarın məcburi icrasının başqa mexanizmi yoxdur. Beləliklə, iddiaçılar çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağını çağırmadan yığıncağın səlahiyyətinə aid olan məsələni məhkəmədə qaldırıblar. Ümumi yığıncağın qərarı olmadığına görə də hesab olunur ki, iddiçılar hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik deyillər, birinci instansiya məhkəməsi düzgün olaraq ilk iddianı rədd edib. Qətnamədən bir iddiaçı - İddiaçı1 apellyasiya şikayəti verdiyinə görə qətnamənin yalnız onun iddiasına aid hissəsi yoxlanıldı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 29.09.2021-ci il tarixli qətnaməsi İddiaçı1 ilk iddiasının rədd edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11770/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11770/2021
24.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver