Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11774/2021 02.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddia üzrə Cavabdeh vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müflisolma və iflas prosesinə başlanma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı müflisolma və iflas prosesinə başlanma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yaşayan Cavabdeh müflis elan edilməsini, iflas prosesinə başlanmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.10.2021-ci il tarixli, 2(001)- 8186/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “müflisolma və iflas prosesinə başlanma” tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(001)-8186/2021 nömrəli qərardadından şikayət vermiş, həmin Məhkəmənin 27.10.2021-ci il tarixli, 2(001)-8186/2021 qərardadı ilə şikayət təmin edilməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən, İddiaçı Cavabdeh qarşı müflisolma və iflas prosesinə başlanma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(001)- 8186/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, hazırki iddia ilə məhkəməyə müflisolma tələbi ilə kreditor kimi müraciət etmiş, tərəflər arasında bağlanmış kredit müqaviləsi, borcluya bildiriş, borclunun ona ünvanladığı cavab məktubu ilə yanaşı tərəflərin imzaladığı üzləşmə aktının əsillərini məhkəməyə təqdim etmişdir. Eyni zamanda qeyd etmişdir ki, “Müflisləşmə və İflas haqqında” Azərbaycan Respublikasının Qanununun 6cı maddəsində kreditorların iflas prosesinə başlaması qaydası müəyyən edilmiş və zəruri olan hansı sənədlərin iddia ərizəsinə əlavə edilməli olduğu göstərilmişdir. İddiaçı qeyd etmişdir ki, həmin qanunda göstərilən sənədləri iddia ərizəsinə əlavə etmiş və borclu isə ödəmə qabiliyyətində olmamasını şəxsən təsdiq etmişdir. Kollegiya iş materiallarını nəzərdən keçirərək və Cavabdeh vəkili və nümayəndəsi X1 şikayətin təmin edilməsinə dair izahatını dinləyib hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsi məsələsinə baxılması üçün iş Bakı şəhəri Binəqədi Rayon Məhkməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinə kredit müqaviləsinin suətini, borcluya xəbərdarlıq məktubunu və cavabdehin həmin xəbərdalığa cavab məktubunu, borcluya bildiriş, üzləşmə aktını əlavə etmiş, lakin birinci instansiya məhkəməsi göstərilənləri nəzərə almadan, Mülki Prosessual Məcəllənin 149.2-ci və 150.2-ci maddələrinə istinad edərək, 12.10.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla səhv nəticəyə gəlmişdir.. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: İddiaçı şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.10.2021-ci il tarixli, 2(001)- 8186/2021 nömrəli qərardadı ləğv edilsin və iddia ərizəsinin icraata qəbul edilməsi və baxılması üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-11774/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11774/2021
02.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver