Məhkəmə qərarları › İş №2(103)-11775/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11775/2021

06.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11775/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı Sami oğlunun nümayəndəsi Vəkil və cavabdehlər X6 və Cavabdeh2 nümayəndəsi vəkil X3 iştirakları ilə, İddiaçı Sami oğlunun cavabdehlər X4 və Cavabdeh2 qarşı “borcun qaytarılması və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5084/2021 saylı işi üzrə 14 sentyabr 2021-ci il tarixli qərardadından İddiaçı Sami oğlunun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Sami oğlu cavabdehlər Cavabdeh2 və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 182848 ABŞ dolları məbləğində pulun və 13337 manat məbləğində pulun, vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 50000 manat məbləğində pulun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 182848 ABŞ dollarının və 63367 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və X2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı Sami oğlu iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanındakı 12 saylı mənzilin, eləcə də ünvan 21D (10 saylı) qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmaqla, həmin əmlaklara dair sərəncam verilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5084/2021 saylı işi üzrə 22.07.2021ci il tarixli qərardadına əsasən ərizə qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 12 saylı mənzilin və ünvan 21D (10 saylı) qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi Cavabdeh2 və digər şəxslərə qadağan edilmiş, qalan hissədə ərizə rədd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.09.2021-ci il tarixli, 2(001)-5084/2021 saylı qərardadı ilə mülki iş baxılmamış saxlanılmışdır. Cavabdeh2 şikayət ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5084/2021 saylı işi üzrə 22.07.2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5084/2021 saylı işi üzrə 14 sentyabr 2021-ci il tarixli qərardadı ilə, (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 162.1, 162.2, 269.1, 269.2-ci maddələrinə istinadən) Cavabdeh2 şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5084/2021 saylı, 22.07.2021-ci il tarixli qərardadı ilə tətbiq olunmuş iddianı təmin etmə tədbiri ləğv olunması, ünvan 1 ünvanında yerləşən 12 saylı mənzilin və ünvan 21D (10 saylı) qeyri- yaşayış sahəsinin Cavabdeh2 və digər şəxslər tərəfindən özgəninkiləşdirilməsinə qoyulmuş qadağa götürülməsi, şikayət qalan hissədə rədd edilməsi qərara alınmışdır. Qərardadda qeyd edilmişdir ki, mülki iş baxılmamış saxlanılmış və bu da öz növbəsində iddianı təmin etmə tədbirinin ləğv edilməsini şərtləndirir. Bu səbəbdən şikayəti iddianı təmin etmə tədbirinin ləğv edilməsi hissəsində əsaslı , şikayətdə göstərilən dəlillər əsaslı hesab edilməmişdir. İddiaçı qərardaddan şikayət verərək Məhkəmənin 14 sentyabr 2021 -ci il tarixli qərardadının ləğv edilməsi və İddiaçı Sami oğlunun verdiyi iddianın təmini tədbirinə dair ərizənin təmin edilərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddianın təmini tədbiri kimi Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanındakı 12 saylı mənzilin, eləcə də ünvan 21D (10 saylı) qeyri-yaşayış sahəsinin Cavabdeh2 və digər şəxslər tərəfindən özgəninkiləşdirilməsinə qadağa qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.2, 158.1.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qərardadı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir.Belə ki, məhkəmə tərəfindən qəbul edilmiş qərardad aşağıdakı kimi əsaslandırılmışdır:“Cavabdeh2 şikayətini, miilki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayşt qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli, 2(001)-5084/2021 saylı qərardadı ilə tətbiq edilmiş iddianı təmin etmə tədbiri ləğv edilməlidir.Belə ki, mülki iş baxılmamış saxlanılmış və bu da öz növbəsində iddianı təmin etmə tədbirinin ləğv edilməsini şərtləndirir. Bu səbəbdən şikayəti iddianı təmin etmə tədbirinin ləğv edilməsi hissəsində əsaslı hesab edir. Lakin şikayətdə göstərilən dəlilləri əsaslı hesab etmir. ”Göstərilənlərlə bağlı qeyd etmək istəyir ki, mülki işin baxılmamış saxlanıldığı məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməmişdir. Belə ki, təyin olunmuş vaxtdan əvvəl məhkəmə iclas zalına gəlmiş və başqa bir məhkəmə iclası getdiyindən zala daxil olmamış, məhkəmə iclas zalınının qarşısındakı koridorda gözləmişdir. Bir müddət sonra iclas zalına daxil olduqda isə, mülki işin baxılmamış saxlanıldığı bildirilmişdir.Tərəfindən müvafiq vəsatətlə məhkəməyə müraciət edilərək, mülki iş üzrə qəbul edilmiş iddianın baxılmamış saxlanılması barədə qərardadın ləğv edilərək mülki iş üzrə icraatın təzələnərək mahiyyəti üzrə baxılmasına davam etdirilməsinə dair müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məlumdur ki, iddianın təmini tədbirinin tətbiq edilməsində məqsəd qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarətdir . Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5084/2021 saylı işi üzrə 01.10.2021ci il tarixli qərardadı ilə, İddiaçı Sami oğlunun nümayəndəsi və vəkili Vəkil ərizəsinin təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(001)5084/2021 saylı qərardadının ləğv edilməsi, mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi, həmin mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(001)-5084/2021 saylı qərardadından İddiaçı Sami oğlunun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə baxıldıqdan sonra növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi qərara alınmışdır ( iş səh.87). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5084/2021 saylı işi üzrə 01.10.2021ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Sami oğlunun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, iddia təmin tədbiri barədə ərizənin rədd edilməsinin əsassız olduğunu, mülki işin birinci instansiya məhkəməsinin icraatı zamanı baxılmamış saxlanıldığını, onlar tərəfindən ərizə təqdim edildiyini, bunun əsasında icraatın təzələndiyini, ancaq iddia təmin tədbiri barədə ərziənin təmin edilməsi qərardadının əsassız ləğv edildiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər X6 və Cavabdeh2 nümayəndəsi vəkil X8 apellyasiya şikayətini qəbul etməyərək, iddia təmin tədbiri barədə ərizənin əsaslı olmadığını bildirmiş və şikayətin təmin edilməməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Konstitusiyasının 24(İİİ), 80, “X9 haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 63-67 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 14, 15, 77, 88, 157-164, 236, 372, 385, 387; 390, 395-397-ci maddələrinə əsasən hesab edir ki, qərardad ləğv edilməli, iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Qeyd edilməlidir ki, mülki prosessual qanunvericilik heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını ehtiva edir. Diqqətə çatdırılmalıdır ki, gələcəkdə iddia tələbinin təmin edilmədiyi təqdirdə şəxsin və digər şəxslərin hüquqlarının məhdudlaşmasına səbəb olan hallar və bu şəxslərin dairəsi müəyyən edilməlidir. Qeyd edilənlər nəzərə alınmaqla birinci instansiya məhkəməsi məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, məhkəmənin qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Diqqətə çatdırılmalıdır ki, şikayətə baxılmazdan öncə ərizənin baxılmamış saxlanılması haqqında qərardad ləğv edilərək icraat təzələnmiş və bu əsasla ləğv edilmiş iddia təmini tədbiri haqqında qərarddan verilən şikayətin təmin edilməməsi üçün əsaslar mövcud olmamışdır. Ona görə, məhkəmə özü qəbul etmiş olduğu qərardadı ləğv etməklə, məhz bu əsasla ləğv edilmiş və digər tərəfin şikayət vermədiyi iddianın təmin edilməsi barədə tədbiri barədə qərardadın ləğv edilməsinə dair qərardadı ləğv etməklə müvəqqəti təminatın təmin edilməsini (şikayəti) təmin etməli olduğu halda bunu etməmişdir. Ona görə mübahisə edilən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5084/2021 saylı işi üzrə 14 sentyabr 2021-ci il tarixli qərardad ləğv edilməlidir. Mübahisələndirilən qərardad ləğv edildiyindən şikayətdə göstərilən digər tələblərin təmin edilməsi qüvvəsin alan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5084/2021 saylı işi üzrə 22.07.2021-ci il tarixli qərardadı ilə həll edildiyindən təkrarlanmasına zərurət qalmır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397, 398,400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Sami oğlunun şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5084/2021 saylı işi üzrə 14 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin və sonrakı prosessual hərəkətlərinin həyata keçirilməsi üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar