Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1178/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı maraqlı şəxs Yasamal rayon Prokurorluğuna qarşı “şikayətlərinin Prokurorluqda araşdırılması və xx xxxx 2020-ci il tarixli qərarın ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)-5204/2020 saylı qərardadından iddiaçının şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı maraqlı şəxs Yasamal rayon Prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şikayətlərinin Prokurorluqda araşdırılması və xx xxxx 2020ci il tarixli qərarın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulu yolverilməz hesab olunmuş və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında deyil, cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılmalıdır. İddiaçı şikayət verərək qərardadın ləğv olunmasını, iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün məhkəmənin icraatında qəbul edilməsi və qanunla müəyyən olunmuş qaydada sonrakı prosessual hərəkətlərin həyata keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və maraqlı şəxs məhkəmə iclasında təmsil olunmamış, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (maddə 153.2.1). Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələr üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 153.2.1 maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması mümkünlüyünü nəzərdə tutur. İddiaçının şikayətindən də göründüyü kimi, o, şikayətlərinin Prokurorluqda araşdırılması və xx xxxx 2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə şikayət edir. Bu cür iddialara baxılması isə qanunvericiliklə prokurora və müvafiq olaraq məhkəmə nəzarətini həyata keçirən məhkəmələrə aid edilmişdir. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 122.2-ci maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından yuxarı prokurora və məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilə bilər. Ona görə də birinci instansiya məhkəməsi qanuni və əsaslı olaraq iddianın qəbulundan onun yolverilməzliyinə görə imtina etmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)- 5204/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-1178/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1178/2021
25.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver