Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-118/2022 20.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Orucova (Babayeva) Jalə Məhərrəm qızına qarşı “əmlak” haqqında ilk, Orucova (Babayeva) Jalə Məhərrəm qızının İddiaçı qarşı “əmlak” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli, 2(008)-422/2018 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh Orucova (Babayeva) Jalə Məhərrəm qızına (bundan sonra, cavabdeh) qarşı “əmlak” haqqında iddia ərizəsi (iddianın dəyişdirilmiş formasında) ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Fransa Respublikası Nanter şəhərində Jorj Klemanso küçəsi, 289 ünvandakı yaşayış evinin (bundan sonra – mübahisə predmeti olan ev) üzərində Fransa qanunları ilə müəyyən edilmiş qaydada onun və cavabdehin birgə mülkiyyət kimi paylarının müəyyən edilməklə bölünməsi, birgə nikah dövründə onun tərəfindən alınan və iddia ərizəsinə əlavə olunmuş siyahıda qeyd olunan ümumi dəyəri 72720 manat olan qızıl-zinət və brilyant əşyalarının, birgə nikah dövründə onun tərəfindən alınan və iddia ərizəsinə əlavə olunmuş siyahıda qeyd olunan ümumi dəyəri 42700 manat olan mebellərin və ev əşyalarının birgə mülkiyyət kimi bərabər şəkildə bölünməsi, həmin əşyalardan ona düşən hissənin özünün və ya dəyərinin, eyni zamanda ona məxsus olan şəxsi əşyalarının və uşaqlarına məxsus olan kubok mükafatların cavabdeh tərəfindən ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh öz növbəsində qarşılqılı iddia ərizəsi ilə müraciət edərək, ona məxsus cehiz əşyalarının iddiaçıdan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh, eyni zamanda ilk iddiaya qarşı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçı mübahisəli evin ona məxsus olmasını bildirsə də, həmin əmlakın mövcud olması, hüquqi statusu, əmlak üzrərində istifadə, icarə, mülkiyyət və s. hüquqların mövcudluğu, hüquq sahibi və s. kimi əhəmiyyətli hallar mübahisəlidir və 2013-cü ildən hal-hazıradək aralarında Fransada məhkəmə mübahisəli mövcuddur. Digər tərəfdən, Fransada yerləşən hər hansı əmlakın Azərbaycan Respublikasında yerləşən məhkəmə tərəfindən bölünməsi qeyrimümkündür. İddiaçının tələb etdiyi mebel və ev əşyaları isə mövcud olmamış, nikah dövründə bir çox xarici ölkədə yaşadıqlarından iddiaçının işlədiyi şirkət onları müvəqqəti kirayə ev və ev əşyaları ilə təmin etmişdir. Eyni zamanda, tələb olunan qızıl-zinət əşyaları da mövcud olmamış, 1-2 fotoşəkildə əks olunmuş bəzək əşyaları isə bijuteriya olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 göstərmişdir ki, cavabdeh oğlu olmaqla iddiaçı ilə xx.xx.2003-cü il tarixdə nikah münasibətlərinə daxil olmuş və nikahdan bir müddət sonra Fransa Respublikasına iş müqaviləsi çərçivəsində gedib orada yaşamış və birgə nikah dövründə 20-dən çox ölkəyə səyahət etmişlər. O, bir böyük kimi həmişə oğluna demişdir ki, qazandıqları pulları yatırım kimi qızıllara versin, çünki qızıl daimi bahalanır. Oğlu da belə etmişdir. Oğlu nəinki Fransada, başqa dövlətlərdə də, xüsusən Cənubi Afrika Respublikasına 4 dəfə səyahəti zamanı müxtəlif yüksək qiymətli və keyfiyyətli brilliantlarla dolu qızıl-zinət əşyaları almışdır. Cavabdeh bu qızıl zinət əşyalarını tez-tez istifadə etmiş, toylarda, ad günlərdə üstünə taxsa da, bunlar hamısı birgə nikah dövründə ümumi əmlaka aid olmasını özü çox gözəl anlamışdır. Bu baxımdan, cavabdehin birgə nikah dövründə çəkdikləri şəkillərlə qızıl-zinət əşyalarının mövcudluğu şübhə altına alınmamalıdır. Bir çox toy şəkillərində cavabdeh müxtəlif yüksək qiymətli və keyfiyyətli brilliantlarla dolu qızıl-zinət əşyaları taxmağı tam olaraq təyin olunmuşdur. Odur ki, oğlu tərəfindən məhkəməyə təqdim edilən qızıl-zinət əşyalarını tam təsdiqləyir. 2004-cü ildə böyük nəvəsi Səbinə anadan olanda Fransa Respublikasına getmiş və orada nəvəsinin adına yüksək qiymətli və keyfiyyətli brilliantlarla dolu qızıl üzük vermişdir. 2005-ci ildə isə Səbinənin 1 yaşına da tək qaşlı brilliant sırğa vermişdir. Bundan başqa, doğma bacısı sibir brilliantlı yüksək karatı və keyfiyyəti olan bir qədim üzüyü 2001-ci ildə satmışdır ki, bu üzüyün pulunu İddiaçı hələ 2001-ci ildə vermişdir və bu üzük Həbibə məxsus olan şəxsi əmlakıdır. Lakin bu üzük də cavabdeh tərəfindən qanunsuzcasına mənimsənilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, iddiaçının qardaşı ilə 2000-i ildə nikaha daxil olmuş, iddiaçı isə 2003-cü ildə cavabdehlə nikaha daxil olmuş, bir müddət sonra isə Fransaya gedərək orada yaşamışlar. İddiaçı və ailəsi tez-tez müxtəlif dövlətlərə səyahət etmiş, orada özləri üçün müxtəlif qızılzinət əşyaları əldə etmişlər. İddiaçı ailəsi ilə hər dəfə Azərbaycana bir aylıq istirahətə gələndə cavabdehdə yeni-yeni yüksək qiymətli və keyfiyyətli brilliantlarla dolu qızıl-zinət əşyaları görmüşdür. Bu zinət əşyaları onların ümumi əmlakı olsa da, cavabdeh tərəfindən bu əşyalardan toy və məclislərdə istifadə etməsinin şahidi olmuşdur. O, 2013-cü ilin iyul ayında Fransa Respublikasına səyahət edərək, iddiaçı və cavabdehin yaşadığı mənzildə bir aya yaxın müddətdə yaşamış, siyahıda qeyd olunmuş mənzil və mənzildə olan əşyaların orada olduğunu və həmin evdə yerləşdiyini, yüksək keyfiyyətli mebel, texnika avadanlıqları, eləcə də Afrika suvenirləri görmüşdür. İddiaçının övladları müxtəlif şahmat yarışlarından qazandıqları kuboklarını da həmin mənzildə görmüşdür. Həmçinin 2013-cü ildə o, Fransada onların mənzilində qalan zaman adətən cavabdehdə gördüyü yüksək qiymətli və keyfiyyətli brilliantlarla dolu qızıl-zinət əşyalarının həmin vaxt onda olmasının şahidi olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Məhərrəm Orucov ifadəsində göstərmişdir ki, iddiaçı onun qızı, cavabdeh isə keçmiş kürəkənidir. Qızı gəlin köçəndə xeyli sayda zəruri olan cehiz əmlakı Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən onların ər-əravad kimi yaşamaları üçün nəzərdə tutulmuş evə yerləşdirilmişdir. Qızı ilə kürəkəni bir həftəyə yaxın orada yaşayıb, daha sonra Fransa Respublikasına köçmüşlər. Bakı şəhərində yerləşən həmin ev təmir işlərindən sonra boş olmuş və gəlinin valideynləri kimi onlar oranı cehizlə doldurmuşlar. Nikahda olduqları zaman kərəkəni tərəfindən qızına hər hansı qızıl-zinət əşyası və ya qiymətli əmlak alınmasını eşitməmiş, qızının əynində də belə bir əşya görməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli, 2(008)-422/2018 saylı qətnaməsi ilə (hakim Anar Qasımov) ilk iddia qismən təmin edilərək, tərəflərin birgə nikah dövründə əldə etdikləri dəyəri 550 manat X5 istehsalı olan sırğa iki yarpaq, brilyant qaşlar ilə, dəyəri 750 manat X5 istehsalı olan üçbucaq gül şəklində xırda brilyant ilə olan sırğa, dəyəri 190 manat Rusiya Federasiyasının istehsalı olan göz qaşı ilə sep, dəyəri 240 manat İtaliya Respublikasının istehsalı olan Səbinə yazısı ilə sep, dəyəri 1800 manat X5 istehsalı yarpaqları ilə sep, dəyəri 200 manat Rusiya Federasiyasının istehsalı olan quş şəklində mirvari ilə sep, dəyəri 500 manat Fransa Respublikasının istehsalı tam qızıldan yumru sırğa, dəyəri 100 manat Rusiya Federasiyasının istehsalı olan kulon asılqan baş ilə (qədimi), dəyəri 700 manat X5 istehsalı olan brilyant ilə 6 qaş gül şəklində iri üzük, dəyəri 2500 manat Fransa Respublikasının istehsalı olan brilyant qaşlar ilə 14 qaş brilyant paxlava üzük, dəyəri 400 manat Fransa Respublikasının istehsalı olan xırda brilyant və rubin (göy) qaş ilə qızıl üzük, dəyəri 280 manat Fransa Respublikasının istehsalı olan nazik, bürc “Vodoley” sep, dəyəri 240 manat Fransa Respublikasının istehsalı olan tam qızıldan 2 ürək ilə sırğa, dəyəri 200 manat Fransa Respublikasının istehsalı olan tam qızıldan 1 ürək ilə sırğa, dəyəri 220 manat Fransa Respublikasının istehsalı olan tam qızıldan yumru nöqtəli başlı sırğa, dəyəri 1550 manat İtaliya Respublikasının istehsalı olan yumru (Versachi) qolbaq, dəyəri 800 manat İtaliya Respublikasının istehsalı olan 12 ədəd brilyant qaş ilə birgə nişan üzüyü, dəyəri 420 manat İtaliya Respublikasının istehsalı olan iri tam qaşlı (Versachi) iri sırğa, dəyəri 380 manat Fransa Respublikasının istehsalı olan 3 sıra xırda brilyant üzük, dəyəri 3200 manat Fransa Respublikasının istehsalı olan tam qızıldan kolye, dəyəri 1550 manat Fransa Respublikasının istehsalı olan tam qızıldan qolbaq, dəyəri 1800 manat Cənubi Afrika Respublikasının istehsalı olan 32 ədəd mirvari ilə iri kolye, dəyəri 5500 manat Cənubi Afrika Respublikasının istehsalı olan ağ qızıldan-brilyant 35 ədəd qaşTanzanit qaşları 7 ədəd 1.4 karatlı qolbaq, dəyəri 6500 manat Cənubi Afrika Respublikasının istehsalı olan ağ qızıldan-kulon, ağ qızıldan 8 ədəd iri brilyant ilə (l.l)-l ədəd çox iri Tanzanit qaşı 1.6 karat olan sep, dəyəri 2100 manat Cənubi Afrika Respublikasının istehsalı olan ağ qızıldan 12 ədəd brilyant qaş və 1 ədəd iri Tanzanit qaş ilə 0.8 karat olan üzük, dəyəri 2300 manat Cənubi Afrika Respublikasının istehsalı olan ağ qızıldan brilyant qaşlı (4 iri+10 xırda+11 orta) sırğa, dəyəri 1400 manat Fransa Respublikasının istehsalı olan ürəklər ilə qolbaq, dəyəri 400 manat Fransa Respublikasının istehsalı olan “Ürək” şəklində brilyantlar ilə üzük, dəyəri 350 manat Fransa Respublikasının istehsalı olan nazik, Svorovski ürək şəklində iri qaşlı sep, dəyəri 1300 manat Fransa Respublikasının istehsalı olan tros şəklində sep - ümumi dəyəri 51170 manat olan qızılzinət və brilyant əşyaları; dəyəri 3200 manat olan Fransanın “Gautier” firmasından 8 ədəd stul, dəyəri 5000 manat Fransanın “Gautier” firmasından olan 2 ədəd divan kreslo, dəyəri 2850 manat Fransanın “Gautier” firmasından olan eni 2,5 metr iri kamod, dəyəri 510 manat Fransa Respublikasının istehsalı olan jurnal stolu, dəyəri 550 manat Fransa Respublikasının istehsalı olan mebel televizor altı, dəyəri 300 manat Cənubi Koreya Respublikasının istehsalı olan “Samsung” markalı, 82 sm, Avropa standartlı televizor, dəyəri 2600 manat İtaliya Respublikasının istehsalı olan “Whirlpood” markalı, iki kameralı, 490 litrli soyuducu, dəyəri 450 manat Cənubi Koreya Respublikasının istehsalı olan “Samsung” markalı, Avropa standartlı paltaryuyan, dəyəri 450 manat Cənubi Koreya Respublikasının istehsalı olan “Samsung” markalı, Avropa standartlı qabyuyan, dəyəri 170 manat İtaliya Respublikasının istehsalı olan “Ariston” markalı, Avropa standartlı 4 gözlü elektrik sobası üstü, dəyəri 240 manat Fransa Respublikasının istehsalı olan 4 ədəd mətbəx stolu, dəyəri 1250 manat Fransa Respublikasının istehsalı olan ofis mebeli, kreslo, dəyəri 2200 manat iki 2 Zürafə (2 metr)+l balaca (0,6 metr), Anqolada bahalı qırmızı ağac taxtasından düzəldilmiş əl işi olan suvenir, dəyəri 1800 manat Anqola Respublikasının istehsalı olan üstü stol iki fil suveniri, Anqolada bahalı qırmızı ağac taxtasından düzəldilmiş əl işi olan suvenir, dəyəri 1400 manat Anqola Respublikasının istehsalı olan divardan asmaq üçün “Kərgədan” suveniri, Anqolada bahalı qırmızı ağac taxtasından düzəldilmiş əl işi olan suvenir, dəyəri 2500 manat Fransa Respublikasının istehsalı olan yataq dəsti (taxt, şifoner, tumba, kamod), dəyəri 2200 manat Fransa Respublikasının istehsalı olan yataq dəsti (taxt, şifoner tumba), dəyəri 420 manat Fransa Respublikasının istehsalı olan iki mərtəbəli uşaq yataq dəsti, dəyəri 200 manat Hollandiya Respublikasının istehsalı olan “Philips” markalı tozsoran, dəyəri 150 manat Fransa Respublikasının istehsalı olan “Brandt” markalı mikrodalğalı soba, dəyəri 280 manat Fransa Respublikasının istehsalı olan ütü mərkəzi buxar sistemi ilə, dəyəri 40 manat Fransa Respublikasının istehsalı olan “Babyliss” markalı saç qurudan (professional), dəyəri 350 manat Yaponiya Respublikasının istehsalı olan “Fuji” markalı fotoaparat, dəyəri 60 manat olan Fransa Respublikasının istehsalı olan giriş otağı üçün güzgü, dəyəri 600 manat olan Afrika suveniri, adam statusu, dəyəri 22 manat Fransa Respublikasının istehsalı olan plastik materiallardan paltar qurudan, dəyəri 450 manat Cənubi Koreya Respublikasının istehsalı olan “Samsung” markalı ev kinoteatr mərkəzi, dəyəri 40 manat Fransa Respublikasının istehsalı olan yay üçün açılan kreslo, dəyəri 550 manat Çin Xalq Respublikasının istehsalı olan “Laptop” kompyuter, dəyəri 340 manat Mərakeş Krallığının istehsalı olan dəvə dərisindən oturmaq üçün puf, dəyəri 480 manat Cənubi Afrika Respublikasının istehsalı olan ağ rəngli dəvə quşu yumurtaları, dəyəri 240 manat Cənubi Afrika Respublikasının istehsalı olan bəzəkli dəvə quşu yumurtaları, dəyəri 180 manat Fransa Respublikasının istehsalı olan zal otağında suvenirlər üçün hündür gorka mebeli və dəyəri 60 manat Fransa Respublikasının istehsalı olan gecə çıl-çırağı və Fransa Respublikası Nanter şəhərində Jorj Klemanso küçəsi 289 ünvanda yerləşən yaşayış evinin birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilməsi və hər bir əşya üzrə iddiaçının 1/2, cavabdehin 1/2 payının müəyyən edilməsi və həmin əşyaların dəyərinin (hər bir əşyanın) yarısı cavabdehdən alınaraq iddiaçıya ödənilməsi; cavabdehə məxsus olan təkqaş dəyəri 3000 manat Rusiya Federasiyasının istehsalı olan üzük, Sibir brilyant (təmizliyi WS1 rəngi “F”), dəyəri 2600 manat Rusiya Federasiyasının istehsalı olan qızıl saat (Antikvar, Çayka markalı), dəyəri 240 manat İtaliya Respublikasının istehsalı olan Səbinə yazısı ilə sep, dəyəri 6300 manat Cənubi Afrika Respublikasının istehsalı olan ağ qızıldan-brilyant 30 ədəd qaşlı qolbaq, dəyəri 850 manat Rusiya Federasiyasının istehsalı olan qədimi saat üçün iki hissəli qolbağın və ya həmin əşyaların dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi, ilk iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilərək, dəyəri 300 manat olan 1 ədəd 3x4 olan xalça, dəyəri 300 manat olan 1 ədəd mətbəx kombaynı, dəyəri 50 manat 1 ədəd olan sadə çilçıraq, dəyəri 1800 manat olan 1 masa və 8 ədəd stulun və ya həmin əşyaların dəyərinin iddiaçıdan alınaraq cavabdehə qaytarılması, qarşılıqlı iddianın qalan hissədə rədd olunması qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək, ilk iddianın tam təmin olunması və mübahisə predmeti olan evin onun və cavabdehin birgə mülkiyyəti kimi müəyyən edilməklə paylarının Fransa qanunları ilə müəyyən edilmiş qaydada bölünməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbində mübahisəli evin tərəflərin birgə mülkiyyət kimi müəyyən edilməklə payların Fransa qanunları ilə müəyyən edilmiş qaydada bölünməsini xahiş etsə də, məhkəmə bu hissədə mübahisənin həllinə Azərbaycan Respublikasının qanunlarını tətbiq etmişdir. Bu hal isə gələcəkdə qətnamənin icrasında ciddi problemlər yarada bilər. Çünki, əmlak Fransa Respublikasında yerləşdiyindən qərarın həmin hissəsi Fransa Respublikasında icra olunmalıdır. Bundan başqa, məhkəmə iddia tələbini əsassız olaraq qismən təmin etmişdir. Belə ki, iddiaçı tələbində sadaladığı əşyaların mövcudluğu barədə məhkəməyə kifayət qədər sübutlar təqdim etmişdir. Həmçinin məhkəmə iclasında ifadə vermiş X8 cehiz əmlak sırasında 1 ədəd stol və 8 ədəd stulun mövcüd olduğunu etiraf etməmişdir. Şahidin ifadəsi məhkəmə tərəfindən səhv nəzərə alınmışdır, sözügedən əmlak nikah dövründən əvvəl alınan predmetlər olduğundan birgə əmlak kimi sayıla bilməz. Cavabdeh də, apellyasiya şikayəti verərək, qətnamənin qismən, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunmuş hissələrində ləğv edilməsi, ilk iddia rədd, qarşılıqlı iddianın isə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, iddiaçı iddia tələbinin (mübahisəli əşyaların cavabdehdən alınıb ona verilməsi) dispozisiya şərtlərini (əşyaların mövcudluğu, tərəflərin birgə mülkiyyəti olub-olmadığı, iddiaçının şəxsi əmlakı olub-olmadığı və həmin əşyaların cavabdehdə olub-olmadığı) sübut edə bilməmişdir. İddiaya qarşı verdiyi etirazında da qeyd etdiyi kimi həmin əşyaların mövcudluğu iş materialları ilə öz təsdiqini tapmamış, işdə olan fotoşəkillər, video yazı, ümumi şəkildə verilmiş şahid ifadələri, tərəflərin izahatları ilə qeyd olunan şərtlərin sübuta yetirilməsi baxımından kifayət etməmişdir. Belə ki, fotoşəkillər vasitəsilə hər hansı bəzək əşyasına oxşar əşyanın qızıl (brilyant) olub-olmadığını, eyni zamanda, iddia tələbində göstərilən əşyaların video və şəkillərdəki əşyalarla eynilik təşkil etdiyini, həmin əşayaların cavabdehdə olmasını, videoçəkilişin məhz mübahisəli evdə aparıldığını müəyyən etmək qeyri-mümkündür. Bundan başqa, məhkəmə tələb olunan əşyaların bir qismini iddiaçının şəxsi mülkiyyəti kimi qiymətləndirsə də, həmin əşyaların nəinki iddiaçıya məxsus olması, ümumiyyətlə mövcudluğu sübuta yetirilməmişdir. Digər tərəfdən, məhkəmə iddiaçının evi münaqişəli vəziyyətdə tərk etdiyinə istinad edərək, tələb olunan əşyaların cavabdehdə olmadığını sübuta etmək vəzifəsini cavabdehin üzərinə qoymuş, lakin yuxarıda da qeyd edilidiyi kimi əşyaların mövcudluğu, iddiaçının evi hansı vəziyyətdə, nə ilə tərk etməsi, onun evi tərk etməsindən əvvəl evdə nəyin olması iş materialları ilə öz təsdiqini tapmamışdır. Qeyd olunanlardan əlavə, Fransada yerləşən əmlakın hüquqi rejimi Fransa qanunları əsasında müəyyən edilməli olduğu halda, məhkəmə mübahisəyə Azərbaycan Respublikasının qanunlarını tətbiq etmişdir. Həmçinin, əmlakın hüquqi rejimi ilə bağlı istinad olunan arayışda mübahisəli evin tərəflərə satıldığından deyil, tikintisi planlaşdırılan və tikintisi başa çatdıqdan sonra əmlak sahiblərinə veriləcək əmlakdan danışılır. Məhkəmə, iş üzrə qəbul etdiyi qətnamədə Fransada yerləşməsi güman edilən əmlakın bölünməsinin icra mexanizmlərini də göstərməmişdir. İddiaçı, cavabdehin apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, ixtisaslı neft mühəndisi kimi işi ilə əlaqədar olaraq 2005-2007-ci illərdə Anqolada, 2007- 2009-cu illərdə isə Konqo Respublikasında ailəvi yaşayaraq, “Total” Neft şirkətində çalışmışdır. xx.xx.2009-cu il tarixdə Fransanın Paris şəhərinə iş ilə əlaqədar ailəvi köçərək, Şirkət tərəfindən Babayevlər ailəsi üçün ayrılmış Paris şəhərinin ətrafında olan Kurbevua şəhəri, Pyer Lyom küçəsi, 10 ünvanında yerləşən “İdarə Mənzili”ndə yaşamışlar. İddiaçı mənzildə yaşamaq üçün bütün zəruri olan mebel və ev ləvazimatlarını almış, həmçinin Anqola və Konqo dövlətlərində yaşayan dövr ərzində əldə edilən müxtəlif suvenir və əşyaları təhvil alaraq həmin mənzildə yerləşdirmişdir. Parisdə yaşayan müddət ərzində ailədə bir sıra problemlər yaşanmışdır ki, bunun əsas səbəbi iddiaçının iş müqaviləsi bitdikdən sonra cavabdehin Bakı şəhərinə qayıtmaq istəməməsi, müxtəlif bəhanələrlə Fransa Respublikasında məskunlaşmaq məqsədi olmuşdur. 27-xx.xx.2013-cü il tarixdə cavabdeh təxribata əl atmaqla Fransa Polisinə şikayət edərək iddiaçını uydurma məişət zorakılığında ittiham etmiş, bunun əsasında onun barəsində cinayət işi qaldırılmış və cavabdeh, eyni zamanda Fransanın Nanter şəhər Məhkəməsinə ayrı-ayrı yaşamaq icazəsi üçün müraciət etmişdir. xx.xx.2013-cü ildə iddiaçı polis şöbəsinə çağırılmış və həmin gündən etibarən polis və məhkəmə orqanlarının əmri ilə “qadınla amansız rəfdar edən bir müsəlman” kimi təsvir edilərək, cavabdehin sübutsuz, yalan və böhtanla dolu ifadələrinə əsasən öz mənzilinə (“İdarə Mənzili”nə) qayıtmağa qadağa qoyulmuşdur. Beləliklə, iddiaçı 4 il ərzində yaşadığı mənzildən kənarlaşdırılmış, bir dəst pal-paltarla küçədə qalmış, uzun müddət hotellərdə, xx.xx.2014-cü il tarixdən isə başqa mənzildə tək yaşamışdır. Belə bir vəziyyətdə o, özünə aid, eləcə də birgə nikah dövründə əldə olunmuş əşyalar üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirməkdən məhrum olmuşdur. İş müqaviləsi xx.xx.2014-cü il tarixdə bitdiyindən övladları ilə Azərbaycana dönmək məcburiyyətinə qalmış, cavabdeh isə Fransada həmin “İdarə Mənzili”ndə qeyri-leqal olaraq yaşamışdır. Beləliklə iddiaçı Fransanı tərk edən zaman özünə məxsus olan və birgə nikah dövründə əldə edilmiş bütün əmlak həmin yaşadıqları mənzildə qalmış, dəfələrlə cavabdehdən bəzi əşyaları tələb etsə də, sonuncu bu tələbi qəti olaraq rədd etmiş, xx.xx.2014-cü ildə uşaqları atalarına təhvil verərkən yalnız iki çemodan uşaqlara məxsus pal-paltar vermiş, onlara məxsus bütün başqa əşyalar, xüsusən də şahmat kubokları, digər pal-paltarları, məktəb ləvazimatları, kitab və oyuncaqlar Fransada qalmışdır. Məhkəməyə təqdim edilmiş həmin idarə mənzil daxilində aparılmış videoyazıdan açıq-aydın görünür ki, mənzildə birgə nikah dövründə əldə edilmiş mebel, müxtəlif texnika, suvenirlər və digər ev ləvazimatları mövcuddur. xx.xx.2014-cü il tarixdə bütün sadalanan əşyalar hələ də mənzildə olmuş, sonralar bu əşyalar üzərində hər hansı hərəkəti cavabdeh tək etmiş, əşyaların bir çox hissəsini satıb pula çevirmiş, digər hissəsini isə saxlayıb hazırda Fransada yaşayaraq istifadə edir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 dekabr 2018-ci il tarixli, 2(103)- 12483/2018 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, qətnaməsi - dəyəri 190 manat Rusiya Federasiyasının istehsalı olan göz qaşı ilə sep, dəyəri 240 manat İtaliya Respublikasının istehsalı olan Səbinə yazısı ilə sep, dəyəri 100 manat Rusiya Federasiyasının istehsalı olan kulon asılqan baş ilə (qədimi), dəyəri 200 manat Fransa Respublikasının istehsalı olan tam qızıldan 1 ürək ilə sırğa, dəyəri 220 manat Fransa Respublikasının istehsalı olan tam qızıldan yumru nöqtəli başlı sırğa, dəyəri 1800 manat Anqola Respublikasının istehsalı olan üstü stol iki fil suveniri, Angolada bahalı qırmızı ağac taxtasından düzəldilmiş əl işi olan suvenir əşyalarına tərəflərin birgə mülkiyyət hüquqlarının tanınmasına, eləcə də iddiaçıya məxsus olduğu hesab edilən dəyəri 3000 manat Rusiya Federasiyasının istehsalı olan üzük+Sibir brilliant (təmizliyi VVS1 rəngi “F”), dəyəri 2600 manat Rusiya Federasiyasının istehsalı olan qızıl saat (Antikvar, Çayka markalı), dəyəri 240 manat İtaliya Respublikasının istehsalı olan Səbinə yazısı ilə sep, dəyəri 6300 manat Cənubi Afrika Respublikasının istehsalı olan ağ qızıldan-brilliant 30 ədəd qaşlı qolbaq, dəyəri 850 manat Rusiya Federasiyasının istehsalı olan qədimi saat üçün iki hissəli qolbağın və ya həmin əşyaların dəyərinin cavavdehdən alınaraq iddiaçıya verilməsinə dair hissələrdə dəyişdirilərək, tərəflərin birgə nikah dövründə əldə etdikləri dəyəri 550 manat, X5 istehsalı olan sırğa iki yarpaq, brilliant qaşlar ilə, dəyəri 750 manat X5 istehsalı olan üçbucaq gül şəklində xırda brilliant ilə olan sırğa, dəyəri 1800 manat, X5 istehsalı yarpaqları ilə sep, dəyəri 200 manat Rusiya Federasiyasının istehsalı olan quş şəklində mirvari ilə sep, dəyəri 500 manat Fransa Respublikasının istehsalı tam qızıldan, yumru sırğa, dəyəri 700 manat, X5 istehsalı olan biriliant ilə 6 qaş gül şəklində iri üzük, dəyəri 2500 manat, Fransa Respublikasının istehsalı olan brilliant qaşlar ilə, 14 qaş brilliant ilə paxlava üzük, dəyəri 400 manat Fransa Respublikasının istehsalı olan xırda brilliant və rubin (göy) qaş ilə qızıl üzük, dəyəri 280 manat Fransa Respublikasının istehsalı olan nazik, burc “Vodoley” sep, dəyəri 240 manat Fransa Respublikasının istehsalı olan tam qızıldan 2 ürək ilə sırğa, dəyəri 1550 manat İtaliya Respublikasının istehsalı olan yumru (Versachi) qolbaq, dəyəri 800 manat İtaliya Respublikasının istehsalı olan 12 ədəd brilliant qaş ilə birgə nişan üzüyü, dəyəri 420 manat İtaliya Respublikasının istehsalı olan iri tam qaşlı (Versachi) iri sırğa, dəyəri 380 manat Fransa Respublikasının istehsalı olan 3 sıra xırdabrilliant üzük, dəyəri 3200 manat Fransa Respublikasının istehsalı olan tam qızıldan kolye, dəyəri 1550 manat Fransa Respublikasının istehsalı olan tam qızıldan qobaq, dəyəri 1800 manat Cənubi Afrika Respublikasının istehsalı olan 32 ədəd mirvari ilə iri kolye, dəyəri 5500 manat Cənubi Afrika Respublikasının istehsalı olan ağ qızıldan-brilliant 35 ədəd qaş - Tanzanit qaşları 7 ədəd, 1.4 karatlı qolbaq, dəyəri 6500 manat Cənubi Afrika Respublikasının istehsalı olan ağ qızıldan-kulon ağ qızıldan, 8 ədəd iri brilliant ilə (l.l)-l ədəd çox iri Tanzanit qaşı 1.6 karat olan sep, dəyəri 2100 manat Cənubi Afrika Respublikasının istehsalı olan ağ qızıldan 12 ədəd brilliant qaş və 1 ədəd iri Tanzanit qaş ilə 0.8 karat olan üzük, dəyəri 2300 manat Cənubi Afrika Respublikasının istehsalı olan ağ qızıldan brilliant qaşlı (4 iri+10 xırda+11 orta) sırğa, dəyəri 1400 manat Fransa Respublikasının istehsalı olan ürəklər ilə qolbaq, dəyəri 400 manat Fransa Respublikasının istehsalı olan “Ürək” şəklində brilliantlar ilə üzük, dəyəri 350 manat Fransa Respublikasının istehsalı olan nazik, Svorovski ürək şəklində iri qaşlı sep, dəyəri 3000 manat, Rusiya Federasiyasının istehsalı olan tək-qaş üzük+Sibir brilliant (təmizliyi VVS1 rəngi “F”), dəyəri 1300 manat Fransa Respublikasının istehsalı olan tros şəklində sep (ümumi dəyəri 40470 manat olan qızıl-zinət və brilliant əşyaları), dəyəri 3200 manat olan Fransanın “Gautier” firmasından stol və 8 ədəd stul, dəyəri 5000 manat Fransanın “Gautier” firmasından olan divan və 2 ədəd kreslo, dəyəri 2850 manat Fransanın “Gautier” firmasından olan və eni 2.5 metr iri komod, dəyəri 510 manat Fransa Respublikasının istehsalı olan jurnal stolu, dəyəri 550 manat Fransa Respublikasının istehsalı olan mebel televizor altı, dəyəri 300 manat Cənubi Koreya Respublikasının istehsalı olan “Samsung” markalı, 82 cm, Avropa standartlı televizor, dəyəri 2600 manat İtaliya Respublikasının istehsalı olan “Whirlpool” markalı, iki kameralı, 490 litrli soyuducu, dəyəri 450 manat Cənubi Koreya Respublikasının istehsalı olan “Samsung” markalı, Avropa standartlı paltar yuyan, dəyəri 450 manat Cənubi Koreya Respublikasının istehsalı olan “Samsung” markalı, Avropa standartlı qab yuyan, dəyəri 170 manat İtaliya Respublikasının istehsalı olan “Ariston” markalı, Avropa standartlı 4 gözlü elektrik sobası üstü, dəyəri 240 manat Fransa Respublikasının istehsalı olan stol və 4 ədəd mətbəx stulu, dəyəri 1250 manat Fransa Respublikasının istehsalı olan ofis mebeli, kreslo, dəyəri 2200 manat iki iri Zürafə (2 metr)+l balaca (0,6 metr), Angoloda bahalı qırmızı ağac taxtasından düzəldilmiş əl işi olan suvenir, dəyəri 1400 manat Anqola Respublikasının istehsalı olan divardan asmaq üçün “Kərgədan” suveniri, Angoloda bahalı qırmızı ağac taxtasından düzəldilmiş əl işi olan suvenir, dəyəri 2500 manat Fransa Respublikasının istehsalı olan yataq dəsti (taxt, şifoner, tumba, komod), dəyəri 2200 manat Fransa Respublikasının istehsalı olan yataq dəsti (taxt, şifoner, tumba), dəyəri 420 manat Fransa Respublikasının istehsalı olan iki mərtəbəli uşaq yataq dəsti, dəyəri 200 manat Hollandiya Respublikasının istehsalı olan “Philips” markalı tozsovuran, dəyəri 150 manat Fransa Respublikasının istehsalı olan “BRANDT” markalı mikro dalğalı soba, dəyəri 280 manat Fransa Respublikasının istehsalı olan ütü mərkəzi buxar ilə, dəyəri 40 manat Fransa Respublikasının istehsalı olan “BABYLİSS” markalı saç qurudan professional, dəyəri 350 manat Yaponiya Respublikasının istehsalı olan FUJİ markalı foto aparat, dəyəri 60 manat olan Fransa Respublikasının istehsalı olan giriş otağı üçün güzgü, dəyəri 600 manat olan Afrika suveniri, adam statusu, dəyəri 22 manat Fransa Respublikasının istehsalı olan plastik materiallardan paltar qurudan, dəyəri 450 manat Cənubi Koreya Respublikasının istehsalı olan “Samsung” markalı ev kinoteatr mərkəzi, dəyəri 40 manat Fransa Respublikasının istehsalı olan yay üçün açılan kreslo, dəyəri 550 manat Çin Xalq Respublikasının istehsalı olan Lap top kompyuter, dəyəri 340 manat Mərakeş Krallığının istehsalı olan dəvə dərisindən oturmaq üçün puf, dəyəri 480 manat Cənubi Afrika Respublikasının istehsalı olan ağ rəngli dəvə quşu yumurtaları, dəyəri 240 manat Cənubi Afrika Respublikasının istehsalı olan bəzəkli dəvə quşu yumurtaları, dəyəri 180 manat Fransa Respublikasının istehsalı olan zal otağında suvenirlər üçün hündür gorka mebeli və dəyəri 60 manat Fransa Respublikasının istehsalı olan gecə çıl-çırağın (ümumi dəyəri 30332 manat olan mebel və ev əşyaları) və Fransa Respublikası Nanter şəhərində Jorj Klemanso küçəsi 289 ünvanda yerləşən yaşayış evinin onların birgə nikah dövründə əldə olunmuş əmlakı hesab edilməsi və hər bir əşya üzrə iddiaçının ½, cavabdehin ½ payının müəyyən edilməsi və həmin əşyaların dəyərinin (hər bir əşyanın) yarısının cavabdehdən alınaraq iddiaçıya oğluna ödənilməsi, tərəflərin birgə nikahından doğulmuş uşaqları tərəfindən müxtəlif yarışlarda qazanılmış şahmat kuboklarının, o cümlədən X3 məxsus olan kiçik ölçülü parlaq gümüş rəngli iki xırda qulplu şahmat kuboku, parlaq gümüş rəngli ətrafı mavi rənglə bəzənmiş iri ölçülü şahmat kuboku, qəhvəyi rəngli taxtadan hazırlanmış üzərində gümüş rəngli şahmat fiqurları təsvir edilmiş şahmat kuboku, parlaq gümüş rəngli ətrafı tünd qırmızı rənglə bəzənmiş iri ölçülü şahmat kuboku, parlaq gümüş rəngdə aşağı oturacağı qəhvəyi rəngli orta ölçülü şahmat kuboku, parlaq qızıl rəngdə olan aşağı oturacağı mərmər rəngli orta ölçülü şahmat kuboku, parlaq gümüş rəngli orta hissəsi qızıl parlaq olan aşağı oturacağı mərmər rəngdə iri ölçülü şahmat kuboku, 5 ədəd kiçik ölçülü parlaq qızıl rəngli olan aşağı oturacaqlarında 2010, 2011 və 2012 illər qeyd edilən şahmat kubokları, kiçik ölçülü parlaq gümüş rəngli iki iri qulplu şahmat kuboku, orta ölçülü olan parlaq gümüş və qızıl rəngdə şahmat kuboku, parlaq gümüş rəngdə olan aşağı oturacağı mərmər rəngli iri ölçülü şahmat kuboku, qara şüşə üzərində at fiquru, dörd rəngli parlaq şüşəli və Nimes 2012 yazılı şahmat kubokunun və X4 məxsus olan kiçik ölçülü mavi və rəngsiz şüşədən hazırlanmış ortasında qızıl parlaq elementi olan şahmat kuboku, kiçik ölçülü parlaq qızıl rəngli iki xırda qulplu şahmat kuboku, kiçik ölçülü tünd şüşədən hazırlanmış və üzərində şahmat fiqurları olan şahmat kuboku, qəhvəyi rəngli taxtadan hazırlanmış üzərində gümüş rəngli şahmat fiqurları təsvir edilmiş şahmat kuboku, kiçik ölçülü parlaq gümüş rəngli aşağı oturacağı mərmər rəngli şahmat kuboku, orta ölçülü parlaq gümüş rəngli orta hissəsi və aşağı oturacağı mərmər rəngdə şahmat kuboku, iri ölçülü parlaq qızıl rəngli aşağısı və üzəri parlaq qırmızı rənglə bəzənmiş aşağı oturacağı mərmər rəngli şahmat kuboku, orta ölçülü parlaq gümüş rəngli orta hissəsi yaşıl parlaq rəngli olan aşağı oturacağı mərmər rəngdə şahmat kuboku, iri ölçülü parlaq qızıl rəngli olan aşağısı parlaq qızıl rəngli üzəri isə parlaq qırmızı rənglə bəzənmiş aşağı oturacağı mərmər rəngli şahmat kuboku, iki iri ölçülü parlaq qızıl rəngli üst tərəfi parlaq gümüş rəngli aşağısı və üzəri parlaq qırmızı rənglə bəzənmiş aşağı oturacağı mərmər rəngli şahmat kubokları, iki çox iri ölçülü parlaq qızıl rəngli üst tərəfi parlaq gümüş və dairəvi qırmızı rəngli aşağısı parlaq qızıl üzəri dairəvi parlaq qırmızı rənglə bəzənmiş aşağı oturacağı mərmər rəngli şahmat kuboklarının cavabdehdən alınıb iddiaçıya qaytarılması, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən cavabdeh kassasiya şikayəti verərək, qətnamənin qismən, yəni onun apellyasiya şikayətinin rədd, iddiaçının apellyasiya şikayətinin təmin edildiyi hissələrdə ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 31 may 2019-cu il tarixli, 2(102)-2790/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli, 2(103)- 12483/2018 saylı qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində ləğv olunaraq, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 dekabr 2019-cu il tarixli 2(103)- 10732/2019 saylı qətnaməsi ilə hər iki apelyasiya şikayəti qismən təmin edilərək, qətnamə ilk iddianın təmin olunması hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək, ilk iddia qismən təmin edilmiş; Fransa Respublikası Nanter şəhəri, Jorj Klemanso prospekti 285-323 və Vatford küçəsi 2/6 ünvanlarda yerləşən çoxmənzilli yaşayış kompleksindəki 261 saylı mənzilin tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak hesab edilməsi, həmin mənzil üzərində hər birinin 1/2 hissədə payının müəyyən olunması; dəyəri 550 manat X5 istehsalı olan sırğa iki yarpaq, brilyant qaşlar ilə, dəyəri 750 manat X5 istehsalı olan üçbucaq gül şəklində xırda brilyant ilə olan sırğa, dəyəri 1800 manat X5 istehsalı yarpaqları ilə sep, dəyəri 200 manat Rusiya Federasiyasının istehsalı olan quş şəklində mirvari ilə sep, dəyəri 500 manat Fransa Respublikasının istehsalı olan tam qızıldan yumru sırğa, dəyəri 700 manat X5 istehsalı olan biriliant ilə 6 qaş gül şəklində iri üzük, dəyəri 2500 manat Fransa Respublikasının istehsalı olan brilyant qaşlar ilə, 14 qaş brilyant ilə paxlava üzük, dəyəri 400 manat Fransa Respublikasının istehsalı olan xırda brilyant və rubin (göy) qaş ilə qızıl üzük, dəyəri 280 manat Fransa Respublikasının istehsalı olan nazik, burc “Vodoley” sep, dəyəri 240 manat Fransa Respublikasının istehsalı olan tam qızıldan 2 ürək ilə sırğa, dəyəri 1550 manat İtaliya Respublikasının istehsalı olan yumru (Versachi) qolbaq, dəyəri 800 manat İtaliya Respublikasının istehsalı olan 12 ədəd brilyant qaş ilə birgə nişan üzüyü, dəyəri 420 manat İtaliya Respublikasının istehsalı olan iri tam qaşlı (Versachi) iri sırğa, dəyəri 380 manat Fransa Respublikasının istehsalı olan 3 sıra xırdabrilyant üzük, dəyəri 3200 manat Fransa Respublikasının istehsalı olan tam qızıldan kolye, dəyəri 1550 manat Fransa Respublikasının istehsalı olan tam qızıldan qobaq, dəyəri 1800 manat Cənubi Afrika Respublikasının istehsalı olan 32 ədəd mirvari ilə iri kolye, dəyəri 5500 manat Cənubi Afrika Respublikasının istehsalı olan ağ qızıldan-brilyant 35 ədəd qaş - Tanzanit qaşları 7 ədəd, 1.4 karatlı qolbaq, dəyəri 6500 manat Cənubi Afrika Respublikasının istehsalı olan ağ qızıldan-kulon ağ qızıldan, 8 ədəd iri brilyant ilə (l.l)-l ədəd çox iri Tanzanit qaşı 1.6 karat olan sep, dəyəri 2100 manat Cənubi Afrika Respublikasının istehsalı olan ağ qızıldan 12 ədəd brilyant qaş və 1 ədəd iri Tanzanit qaş ilə 0.8 karat olan üzük, dəyəri 2300 manat Cənubi Afrika Respublikasının istehsalı olan ağ qızıldan brilyant qaşlı (4 iri+10 xırda+11 orta) sırğa, dəyəri 1400 manat Fransa Respublikasının istehsalı olan ürəklər ilə qolbaq, dəyəri 400 manat Fransa Respublikasının istehsalı olan “Ürək” şəklində brilyantlar ilə üzük, dəyəri 350 manat Fransa Respublikasının istehsalı olan nazik, Svorovski ürək şəklində iri qaşlı sep, dəyəri 3000 manat, Rusiya Federasiyasının istehsalı olan tək-qaş üzük+Sibir brilyant (təmizliyi VVS1 rəngi “F”), dəyəri 1300 manat Fransa Respublikasının istehsalı olan tros şəklində sep (ümumi dəyəri 40470 manat); Dəyəri 3200 manat olan Fransanın “Gautier” firmasından stol və 8 ədəd stul, dəyəri 5000 manat Fransanın “Gautier” firmasından olan divan və 2 ədəd kreslo, dəyəri 2850 manat Fransanın “Gautier” firmasından olan və eni 2,5 metr iri komod, dəyəri 510 manat Fransa Respublikasının istehsalı olan jurnal stolu, dəyəri 550 manat Fransa Respublikasının istehsalı olan mebel televizor altı, dəyəri 300 manat Cənubi Koreya Respublikasının istehsalı olan “Samsung” markalı, 82 sm, Avropa standartlı televizor, dəyəri 2600 manat İtaliya Respublikasının istehsalı olan “Whirlpool” markalı, iki kameralı, 490 litrli soyuducu, dəyəri 450 manat Cənubi Koreya Respublikasının istehsalı olan “Samsung” markalı, Avropa standartlı paltar yuyan, dəyəri 450 manat Cənubi Koreya Respublikasının istehsalı olan “Samsung” markalı, Avropa standartlı qab yuyan, dəyəri 170 manat İtaliya Respublikasının istehsalı olan “Ariston” markalı, Avropa standartlı 4 gözlü elektrik sobası üstü, dəyəri 240 manat Fransa Respublikasının istehsalı olan stol və 4 ədəd mətbəx stulu, dəyəri 1250 manat Fransa Respublikasının istehsalı olan ofis mebeli, kreslo, dəyəri 2200 manat iki iri Zürafə (2 metr)+l balaca (0.6 metr), Angolodan bahalı qırmızı ağac taxtasından düzəldilmiş əl işi olan suvenir, dəyəri 1400 manat Anqola Respublikasının istehsalı olan divardan asmaq üçün “Kərgədan” suveniri, Angolodan bahalı qırmızı ağac taxtasından düzəldilmiş əl işi olan suvenir, dəyəri 2500 manat Fransa Respublikasının istehsalı olan yataq dəsti (taxt, şifoner, tumba, komod), dəyəri 2200 manat Fransa Respublikasının istehsalı olan yataq dəsti (taxt, şifoner, tumba), dəyəri 420 manat Fransa Respublikasının istehsalı olan iki mərtəbəli uşaq yataq dəsti, dəyəri 200 manat Hollandiya Respublikasının istehsalı olan Philips markalı tozsovuran, dəyəri 150 manat Fransa Respublikasının istehsalı olan “BRANDT” markalı mikro dalğalı soba, dəyəri 280 manat Fransa Respublikasının istehsalı olan ütü mərkəzi buxar ilə, dəyəri 40 manat Fransa Respublikasının istehsalı olan “BABYLİSS” markalı saç qurudan professional, dəyəri 350 manat Yaponiya Respublikasının istehsalı olan “FUJİ” markalı fotoaparat, dəyəri 60 manat olan Fransa Respublikasının istehsalı olan giriş otağı üçün güzgü, dəyəri 600 manat olan Afrika suveniri, adam statusu, dəyəri 22 manat Fransa Respublikasının istehsalı olan plastik materiallardan paltar qurudan, dəyəri 450 manat Cənubi Koreya Respublikasının istehsalı olan “Samsung” markalı ev kinoteatr mərkəzi, dəyəri 40 manat Fransa Respublikasının istehsalı olan yay üçün açılan kreslo, dəyəri 550 manat Çin Xalq Respublikasının istehsalı olan “Laptop” kompüter, dəyəri 340 manat Mərakeş Krallığının istehsalı olan dəvə dərisindən oturmaq üçün puf, dəyəri 480 manat Cənubi Afrika Respublikasının istehsalı olan ağ rəngli dəvə quşu yumurtaları, dəyəri 240 manat Cənubi Afrika Respublikasının istehsalı olan bəzəkli dəvə quşu yumurtaları, dəyəri 180 manat Fransa Respublikasının istehsalı olan zal otağında suvenirlər üçün hündür gorka mebeli və dəyəri 60 manat Fransa Respublikasının istehsalı olan gecə çıl-çırağın (ümumi dəyəri 30.332 manat) tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak hesab edilməsi, həmin əşyalar üzərində hər birinin 1/2 hissədə payının müəyyən olunması və onların arasında bölünmüş, qızıl-zinət, mebel və ev əşyalarına aid hissədə qətnamə icra olunarkən həmin əşyalardan hər hansı yaxud heç biri müəyyən edilmədikdə, çatışmayan əmlakın dəyərinin yarısının cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, tərəflərin birgə nikahından doğulmuş uşaqlarının müxtəlif yarışlarda qazandıqları şahmat kuboklarının - X3 məxsus olan kiçik ölçülü parlaq gümüş rəngli iki xırda qulplu şahmat kuboku, parlaq gümüş rəngli ətrafı mavi rənglə bəzənmiş iri ölçülü şahmat kuboku, qəhvəyi rəngli taxtadan hazırlanmış üzərində gümüş rəngli şahmat fiqurları təsvir edilmiş şahmat kuboku, parlaq gümüş rəngli ətrafı tünd qırmızı rənglə bəzənmiş iri ölçülü şahmat kuboku, parlaq gümüş rəngdə aşağı oturacağı qəhvəyi rəngli orta ölçülü şahmat kuboku, parlaq qızıl rəngdə olan aşağı oturacağı mərmər rəngli orta ölçülü şahmat kuboku, parlaq gümüş rəngli orta hissəsi qızıl parlaq olan aşağı oturacağı mərmər rəngdə iri ölçülü şahmat kuboku, 5 ədəd kiçik ölçülü parlaq qızıl rəngli olan aşağı oturacaqlarında 2010, 2011 və 2012 illər qeyd edilən şahmat kubokları, kiçik ölçülü parlaq gümüş rəngli iki iri qulplu şahmat kuboku, orta ölçülü olan parlaq gümüş və qızıl rəngdə şahmat kuboku, parlaq gümüş rəngdə olan aşağı oturacağı mərmər rəngli iri ölçülü şahmat kuboku, qara şüşə üzərində at fiquru, dörd rəngli parlaq şüşəli və Nimes 2012 yazılı şahmat kuboku və X4 məxsus olan kiçik ölçülü mavi və rəngsiz şüşədən hazırlanmış ortasında qızıl parlaq elementi olan şahmat kuboku, kiçik ölçülü parlaq qızıl rəngli iki xırda qulplu şahmat kuboku, kiçik ölçülü tünd şüşədən hazırlanmış və üzərində şahmat fiqurları olan şahmat kuboku, qəhvəyi rəngli taxtadan hazırlanmış üzərində gümüş rəngli şahmat fiqurları təsvir edilmiş şahmat kuboku, kiçik ölçülü parlaq gümüş rəngli aşağı oturacağı mərmər rəngli şahmat kuboku, orta ölçülü parlaq gümüş rəngli orta hissəsi və aşağı oturacağı mərmər rəngdə şahmat kuboku, iri ölçülü parlaq qızıl rəngli aşağısı və üzəri parlaq qırmızı rənglə bəzənmiş aşağı oturacağı mərmər rəngli şahmat kuboku, orta ölçülü parlaq gümüş rəngli orta hissəsi yaşıl parlaq rəngli olan aşağı oturacağı mərmər rəngdə şahmat kuboku, iri ölçülü parlaq qızıl rəngli olan aşağısı parlaq qızıl rəngli üzəri isə parlaq qırmızı rənglə bəzənmiş aşağı oturacağı mərmər rəngli şahmat kuboku, iki iri ölçülü parlaq qızıl rəngli üst tərəfi parlaq gümüş rəngli aşağısı və üzəri parlaq qırmızı rənglə bəzənmiş aşağı oturacağı mərmər rəngli şahmat kubokları, iki çox iri ölçülü parlaq qızıl rəngli üst tərəfi parlaq gümüş və dairəvi qırmızı rəngli aşağısı parlaq qızıl üzəri dairəvi parlaq qırmızı rənglə bəzənmiş aşağı oturacağı mərmər rəngli şahmat kubokların cavabdehdən alınıb iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən hər iki tərəf kassasiya şikayəti verərək, iddiaçı qismən ləğv olunmasını və ilk iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini; cavabdeh isə qismən, yəni iddiaçının apelyasiya şikayətinin təmin edildiyi hissədə ləğv olunmasını, ilk iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 22 iyun 2020-ci il tarixli, 2(102)-2566/2020 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti rədd, iddiaçının kassasiya şikayəti isə qismən təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2019-cu il tarixli, 2(103)-10723/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, məhkəmə kollegiyasından onun şikayətinin təmin, cavabdehin şikayətinin isə rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) isə, öz apellyasiya şikayətlərini müdafiə edərək, verdiyi izahatında eyni dəlillərdən çıxış etmiş, əlavə olaraq göstərmişdir ki, tərəflərin birgə nikahdan olan uşaqlarının Fransa Respublikasında şahmat yarışlarından əldə etdikləri kubokları cavabdeh Azərbaycana gələn zamanı iddiaçıya vermişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından cavabdehin şikayətinin təmin, iddiaçının şikayətinin isə rədd olunmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlk öncə qeyd edilməlidir ki, məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qətnaməsinə yalnız qüvvəyə minməmiş hissəsində, yəni ilk iddiaya aid hissədə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə iddiaçının və cavabdehin apellyasiya şikayətlərinin bu hissədə dəlilləri ilə bağlıdır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayətiləri qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə (ilk iddiaya aid hissədə) ləğv olunmalı, ilk iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan sənədlərə və tərəflərin izahatlarına əsasən müəyyən olunur ki, tərəflər xx.xx.2003-cü il tarixdə nikaha daxil olmuş və bu nikahdan xx.xx.2004-cü ildə Səbinə Babayeva, xx.xx.2007-ci ildə Sitarə Babayeva adlı qızları doğulmuşdur. İddiaçı iş müqaviləsi əsasında Fransa Respublikasında işləmiş və 2009-cu ildən ailəsi ilə birlikdə çalışdığı Şirkət tərəfindən verilmiş Paris şəhərinin ətrafında Kurbevua şəhəri, Pyer Lyom küçəsi, 10 ünvanında yerləşən idarə mənzilində yaşamışlar. Bir müddət həmin mənzildə birlikdə yaşadıqdan sonra tərəflər arasında ailədaxili gərginlik yarandığından cavabdehin müraciəti əsasında Nanter şəhəri Böyük instansiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə tərəflər ayrı-ayrı yaşamış, cavabdeh idarə mənzilində qalmış, iddiaçı isə mənzildən kənarlaşdırılmışdır. Bundan sonra, xx.xx.2014-cü il tarixdə iş müqaviləsinin müddəti bitdiyindən iddiaçı övladları ilə birlikdə Azərbaycan Respublikasına qayıtmış və cavabdehə qarşı nikahın pozulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Həmin iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(008)-6624/2014 saylı qətnaməsi ilə nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların iddiaçının yanında qalması qət edilmişdir. Qətnamə nikahın pozulması hissəsində qanuni qüvvəsini alsa da, uşaqların ayrı yaşayan valideynlərdən birinə verilməsi hissəsində məhkəmə mübahisələri davam etmiş və son olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-4525/2020 saylı qərarı ilə uşaqların iddiaçının yanında saxlanılması barədə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əsasən, həmçinin müəyyən olunur ki, tərəflər birgə nikahda olduqları dövrdə Fransa Respublikası, Nanter şəhəri, Jorj Klemanso prospekti 285-323 və Vatford küçəsi 2/6 ünvanlarda yerləşən çoxmənzilli yaşayış kompleksində 261 saylı mənzili əldə etmişlər (iş materiallarında həmin mənzilin ünvanı həm də Fransa Respublikası Nanter şəhərində Jorj Klemanso küçəsi 289 ünvanda yerləşən yaşayış evi kimi də göstərilmişdir). Həmin mənzilin alqısatqısını həyata keçirmiş Paris şəhərində fəaliyyət göstərən norarius Tomas Levi tərəfindən verilərək Fransanın Azərbaycandakı Konsulu tərəfindən leqallaşdırılmış xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, xx.xx.2010-cu il tarixli satış aktına əsasən iddiaçı və cavabdeh qeyd olunan mənzili almışlar və onlar yaşayış binasının inşa işləri tamalanandan sonra əmlakın tam sahibirdirlər. Daşınmaz əmlakın dövlət reyestri xidmətindən xx.xx.2018-ci il tarixdə alınmış sənəd tərəflərin əmlak sahibləri olduğunu təsdiq edir. Fransa Respublikasının "xxxx" Şirkəti tərəfindən verilərək Fransanın Azərbaycandakı Səfirliyinin Konsulu tərəfindən leqallaşdırılmış xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, iddiaçı sözügedən mənzilin dəyərini - 503000 Avro məbləğində ödənişi xx.xx.2010xx.xx.2012-ci illlər ərzində tam ödəyib qurtarmışdır, həmin mənzilə görə heç bir borcu yoxdur. Hazırda iddiaçı, birgə nikah dövründə əldə edildiyinə istinad edərək, Fransa qanunları ilə müəyyən edilmiş qaydada mübahisə predmeti olan mənzil üzərində payının müəyyən olunmasını, eyni zamanda tələbində sadaladığı qızıl-zinət, mebel, ev əşyalarının ona düşən hissəsinin və ya dəyərlərinin, eyni zamanda uşaqlara məxsus kubokların və digər əşyların cavabdehdən alınaraq ona verilməsini tələb edir. Cavabdeh isə iddiaya etiraz edərək, həmin əşyaların mövcudluğunun iddiaçı tərəfindən sübuta yetirilmədiyinə, mebellərin iddiaçının işlədiyi Şirkət tərəfindən təmin edilmiş idarə mənzili ilə birlikdə müvəqqəti istifadələrinə verildiyinə və işə əlavə olunmuş fotoşəkillərdəki zinət əşyalarının qızıl olmadığına, uşaqlara məxsus kubokların isə iddiaçıya qaytarıldığına istinad edir. Məhkəmə kollegiyası, hazırkı mübahisənin tərəflərin Fransa Respublikasında yaşadıqları dövrdə əldə olunduğu iddia edilən daşınar və daşınmaz əşayalarla bağlı olduğunu nəzərə alaraq, hesab edir ki, ilk növbədə mübahisəyə hansı ölkənin qanunvericiliyinin tətbiq olunması məsələsi həll edilməlidir. Azərbaycan Respublikasının “Beynəlxalq xüsusi hüquq haqqında” Qanununun 1.1-ci maddəsinə əsasən, bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir. Həmin Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur. Bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə, məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir. Qanunun 5.1-ci maddəsinə əsasən, bu Qanuna görə tətbiq olunmalı hüquqdan asılı olmayaraq müvafiq münasibətləri tənzimləyən Azərbaycan Respublikası hüququnun imperativ normaları tətbiq edilir. Qanunun 20.1-ci maddəsinə əsasən, daşınar və daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqları, qanunla başqa hallar nəzərdə tutulmayıbsa, əmlakın yerləşdiyi ölkənin hüququ ilə müəyyən olunur. Qanunun 21-ci maddəsinə əsasən, əmlak üzərində əşya hüquqlarının əmələ gəlməsi və xitamı, Azərbaycan Respublikası qanunvericiliyi ilə başqa hallar nəzərdə tutulmayıbsa, əşya hüquqlarının əmələ gəlməsi və xitamı üçün əsas olan hərəkət və ya digər hallar baş verdiyi zaman həmin əmlakın yerləşdiyi ölkənin hüququ ilə müəyyən edilir. Mübahisənin hüquqi həlli ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyini tətbiq edən ikinci apellyasiya icraatında qəbul edilmiş qətnaməni ləğv edərkən kassasiya instansiyası məhkəməsi 22 iyun 2020-ci il tarixli qərarında göstərmişdir ki, ...apellyasiya məhkəməsi hazırkı iş üzrə tətbiq edilməli olan Azərbaycan Respublikasının “Beynəlxalq xüsusi hüquq haqqında” Qanununun müvafiq müddəalarının tələblərinə əməl etməmişdir. Belə ki, məhkəmə həmin Qanunun 2.2-ci maddəsinin 2.1-ci maddəsində asılılılığına diqqət yetirməmiş, Qanunun 20 və 21-ci maddələrinə əsasən mübahisəyə tətbiq edilməli olan xarici hüququn məzmununun müəyyən olunması ilə bağlı 2-ci maddənin tələblərinə əməl etməmiş, bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün zəruri tədbirləri görməmişdir. Belə olan təqdirdə isə, məhkəmənin həmin Qanunun 2.2-ci maddəsinə istinad etməklə, mübahisəyə Azərbaycan Respublikası qanunvericiliyinin tətbiq edilməli olması barədə qənaəti əsaslı olmamışdır. ...Məhkəmə kollegiyası Fransa Respublikasında yerləşən daşınar və daşınmaz əmlakların bölünməsi barədə qəbul ediləcək məhkəmə qərarının həmin dövlətdə icra olunmalı olduğunu və bunun üçün həmin dövlətdə tanınmalı olmasını nəzərə alaraq, bu məsələdə gələcəkdə yarana biləcək ciddi problemlərin qarşısının alınması üçün tətbiq edilməli olan hüququn dəqiqi müəyyən edilməsini vacib hesab edir. Yalnız bu məsələ həll edildikdən sonra bölünməsi və alınması tələb edilən əmlakların mövcudluğunu, mövcud olduğu təqdirdə həmin əşyaların iddia tələblərində qeyd edilən əşyalarla eynilik təşkil edib-etməməsini, həmin əşyaların tərəflərə hər hansı aidiyyətini, hüquqi əlaqəsinin olub-olmamasını, həmin əşyaların ümumi birgə əmlak olmasını və ya həmin əşyaların iddiaçıya şəxsi mülkiyyət hüququ əsasında məxsusluğunu (şəxsi əşya) və ən əsası həmin əşyaların cavabdehdə (onun sahibliyində, istifadəsində) olmasını aydınlaşdırılmalı idi. MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşə yeni apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən xx.xx.2020-ci il tarixli qərardadla iş üzrə icraat dayandırılaraq, tərəflərin birgə nikah dövründə, onların ümumi gəlirləri hesabına Fransa Respublikasında (Fransa Respublikası, Nanter şəhəri, Jorj Klemanso küçəsi, ev 289) iddia tələbində göstərilən daşınar və daşınmaz əşyaların əldə olunub-olunmamasının, daşınmaz əmlakın hüquqi statusunun (daşınmaz əmlakın nə vaxt, hansı əsasla satın alınması, dəyərinin nə vaxt, hansı məbləğdə, kimin tərəfindən ödənilməsi, əmlak üzərində tərəflərdən hər hansı birinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və s.), eləcə də cavabdehin iddia tələblərinə münasibətinin və s. halların müəyyən edilməsi məqsədi ilə Fransa Respublikasının aidiyyəti orqanlarına məhkəmə tapşırığı göndərilmiş, sorğuda həmçinin ərarvad arasında birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi sahəsində Fransa Respublikasında tətbiq olunan hüquq (qanunvericilik normalarının məzmunu) barədə məlumatların verilməsi xahiş olunmuşdur. Bununla əlaqədar, Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyindən daxil olmuş xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, qarşı tərəfin cavab notasında sübutların əldə edilməsinə dair tələbin qismən təmin edildiyi və icra edilmədi üçün Nanter şəhər məhkəməsinin prokuroruna gönsərildiyi bildirilir. Qeyd olunur ki, tərəflər arasında əmlak bölgüsü ilə əlaqədar Fransa məhkəmələrində hər hansı bir iddiaya baxılıb-baxılmamasına dair məlumat yalnız tərəflərin özlərinə verilə bilər. Həmçinin, tələbdə cavabdehin Fransadakı ünvanının göstərilməli olduğu xatırladılır. Bu, mülki və kommersiya hakiminin şəxsin yerini müəyyənləşdirmək səlahiyyətində olmaması ilə izah edilir. Sonra Ejustice proqramı vasitəsilə sorğu edən xarici dövlət orqanlarının Fransanın milli qanunvericiliyinə uyğun olaraq ailə vəziyyəti və əmlak bölgüsü ilə bağlı məlumataları əldə edə biləcəyi qeyd olunur. Göründüyü kimi, yuxarıda adıçəkilən Qanunun tələblərinə əsasən, eyni zamanda kassasiya instansiya məhkəməsinin göstərşləri nəzərə alınmaqla daşınar və daşınmaz əmlaka mülkiyyət hüquqlarından irəli gələn hazırkı tələb üzrə həmin əşyaların yerləşdiyi Fransa Respublikasının bu sahədə mövcud olan hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün zəruri tədbirlər görülmüş, lakin bu tədbirlər nəticə vermədiyindən, tərəflər də bu istiqamətdə tələb və etirazlarını əsaslandırmaq üçün sənədlər təqdim etmədiyindən, mübahisə Azərbaycan Respublikası qanunvericiliyinə əsasən həll edilməlidir. Birinci instansiya məhkəməsi isə, hazırkı mülki hüquqi münasibətin xarici elementli olmasına, o cümlədən iddiaçının mübahisəyə Fransa qanunları ilə müəyyən edilmiş qaydada baxılması barədə ayrıca tələbinə baxmayaraq, tətbiq olunmalı hüququn müəyyən edilməsi ilə bağlı heç bir prosessual hərəkət (araşdırma) aparmadan mübahisəyə Azərbaycan Respublikası ailə qanunvericiliyinə aid normaları tətbiq etmiş, bununla da məhkəmənin xidməti vəzifəsinə görə etməli olduğu yuxarıdakı hüquqi hərəkətləri etməmişdir. Bu səbəbdən, eləcə də aşağıda geyd olunanlara əsasən rayon məhkəsinin qətnaməsi yoxlanılan hissədə ləğv olunaraq, ilk iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. MM-in 225.3-cü maddəsinə görə, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Eyni zamanda, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra, AM) 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinin tələbinə görə, ər-arvadın ümumi birgə mülkiyyətinə: 1) onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 2) ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. AM-in 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Göründüyü kimi, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (AM, maddə 31.1). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Həsənzadənin şikayəti üzrə 20 aprel 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, ərlə arvadın mülkiyyəti iki hüquqi rejimdə mövcud olur: ər-arvadın ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyəti. Ər-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətləri çıxış etdiyi halda, onların hər birinin şəxsi mülkiyyətinin yaranması əsaslarından biri isə müvafiq payın qanun və ya vərəsəlik üzrə keçməsidir. Sadalanan normalardan və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən aydın olur ki, əmlakın ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilməsi üçün eyni zamanda iki halın – 1) həmin əmlakın nikah müddətində və 2) ümumi gəlirlər hesabına əldə olunması zəruridir. Xüsusi diqqətə alınmalıdır ki, mülki qanunvericilikdə nikah dövründə əldə edilən əmlakın kim tərəfindən əldə olunmasından asılı olmayaraq, ər-arvadın birgə mülkiyyətinə daxil edilməsi nəzərdə tutulmuşdur. Oxşar mövqe Konstitusiya Məhkəməsinin adı çəkilən qərarında da ifadə edilmişdir. Kollegiya, qeyd olunan normaların tələbləri baxımından mübahisə predmeti olan əşyalara münasibətdə aşağıdakıları qeyd edir. Mübahisə predmeti olan mənzil (Fransa Respublikası, Nanter şəhəri, Jorj Klemanso prospekti 285-323 və Vatford küçəsi 2/6 ünvanlarda yerləşən çoxmənzilli yaşayış kompleksində 261 saylı mənzil) tərəflərin birgə nikah dövründə, yəni xx.xx.2010-cu il tarixdə alındığından, əksi sübut olunana qədər həmin əmlaka münasibətdə ər-arvadın əmlakının ümumiliyi prezumpsiyası qüvvədədir. Məhkəmə kollegiyası cavabdeh bu hissədə etirazın əsası kimi gətirdiyi dəlilləri isə əsaslı hesab etmir, ona görə ki, işdə olan rəsmi (leqallaşdırılmış) sənədlər (mənzilin alqısatqısını həyata keçirmiş Paris şəhərində fəaliyyət göstərən notarius Tomas Levi tərəfindən verilərək Fransanın Azərbaycandakı Konsulu tərəfindən leqallaşdırılmış xx.xx.2018-ci il tarixli və "xxxx" Şirkəti tərəfindən verilərək Fransanın Azərbaycandakı Səfirliyinin Konsulu tərəfindən leqallaşdırılmış xx.xx.2019-cu il tarixli arayışlar) əsasında həmin əmlakın mövcudluğu, tərəflərin birgə nikah dövründə əldə olunması və dəyərinin tam şəkildə ödəniməsi sübuta yetir. Həmçinin qeyd edilməlidir ki, kassasiya instansiyası 31 may 2019-cu il tarixli qərarında mənzillə bağlı hissədə qeyd etmişdir ki, iş materialları ilə mənzilin dəyərinin iddiaçı və cavabdeh tərəfindən tam ödənilməsi təsdiq olunmur. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi mənzilin hüquqi statusunu tam müəyyən etməmiş, mənzilin alınması ilə bağlı sonrakı ödəmələrin kim tərəfindən və hansı qaydada aparılmasını aydınlaşdırmamışdır. Kassasiya instansiyasının qeyd edilən göstərişi ilə bağlı işdə olan Fransa Respublikasının "xxxx" Şirkəti tərəfindən verilərək Fransanın Azərbaycandakı Səfirliyinin Konsulu tərəfindən leqallaşdırılmış xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, iddiaçı sözügedən mənzilin dəyərini - 503000 Avro məbləğində ödənişi xx.xx.2010-xx.xx.2012-ci illlər ərzində tam ödəyib qurtarmışdır, həmin mənzilə görə heç bir borcu yoxdur. Göründüyü kimi, kassasiya instansiyasının göstərişləri araşdırıldıqdan sonra da, mübahisəli mənzilin birgə nikah dövründə əvəzli olaraq əldə olunması və tərəflərin ümumi birgə mülkiyyəti sayılması müəyyən edilmişdir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, dəlillərini ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Odur ki, Kollegiyanın qənaətinə görə, sözügedən mübahisə predmeti olan mənzil hüquqi rejiminə görə ər-arvadın ümumi birgə mülkiyyəti hesab olunaraq, üzərində tərəflərin hər birinin ½ hissədə payları müəyyən edilməlidir. Bununla belə, məhkəmə kollegiyası, hesab edir ki, iddiaçı birgə nikah dövründə əldə etdiyini iddia etdiyi mebel, ev və qızıl-zinət əşyalarının ona düşən hissəsinin, yaxud onların dəyərinin qaytarılmasını tələb etməkdə haqlı deyildir. Belə ki, həmin tələblər mülkiyyətin müdafiəsini təmin edən MM-in 157.2-ci maddəsinə söykənir. Bu maddəyə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: 1) iddiaçının əşyanın mülkiyyətçisi olması, 2) cavabdehin əşyanın sahibi olması (həmin əşyaların cavabdehin faktiki sahibliyində olması), 3) cavabdehin əşyaya sahiblik hüququnun olmaması. İddianın bu əsasla haqlı sayılması üçün iş üzrə hər üç dispozisiya şərtinin müəyyən edilməsi zəruridir. Qeyd edilən şərtlərdən hər hansı birinin mövcud olmaması bu normaya söykənən tələbin rədd edilməsi üçün əsasdır. Həmin halları sübuta yetirmək isə iddiaçının vəzifəsidir. Belə ki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Tələb edilən mebel, ev və qızıl-zinət əşyalarının mövcudluğuna dair iddiaçı tərəfindən sübut kimi onların yerləşdiyi mənzildə aparılmış videoçəkiliş, fotoşəkillər və şahid ifadələri təqdim olunmuşdur. Kollegiya, ilk növbədə şahid ifadələrinə hüquqi qiymət verərək, bildirir ki, şahid qismində dindirilmiş şəxslər iddiaçının anası və qardaşı arvadı olmaqla, aralarındakı qohumluq münasibətlərinin dərəcəsi nəzərə alındıqda onun mənafeyindən çıxış edərək, leyhinə ifadə vermələri ehtimalı olduqca yüksəkdir. Digər tərəfdən, həmin şəxslərin hər ikisi daimi olaraq Azərbaycan Respublikasında yaşdıqlarından tərəflərin Fransada yaşdıqları bir neçə il ərzində hansı əşyaları əldə etdiklərini dəqiq bilmələri adi məntiq qaydaları çərçivəsində mümkün deyil. Ona görə də, həmin ifadələr təkbaşına götürüldükdə iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi baxımından mötəbər sübut kimi qəbul edilə bilməz, işdə olan digər sübutlar isə onları dəstəkləməyə kifayət etmir. Belə ki, cavabdeh mebel və ev əşyalarına aid hissədə iddiaya etiraz etiraz edərək, tərəflərindən heç bir mebel və ev əşyası alınmadığını, yaşadıqları mənzilin iddiaçının işlədiyi Şirkət tərəfindən təmin edilən idarə mənzili olmaqla bütün əşyalarla birlikdə onların istifadəsinə verildiyini bildirmişdir. Məhkəmə kollegiyası, bu hissədə cavabdehin etirazının dəlilləri ilə razılaşır, ona görə ki, işdən mübahisəsiz qaydada müəyyən olunur ki, tərəflər ayrılanadək Fransa Respulikasında işlədiyi Şirkət tərəfindən iddiaçıya təmin edilmiş idarə mənzilində yaşamış və iddiaçı tərəfindən tələb edilən həmin əşyalarla bağlı videoçəkiliş və fotoşəkillər də həmin mənzildə aparılmışdır (iddiaçının özü də bu halı inkar etmir). Belə olan halda isə, əcnəbinin işlədiyi xarici ölkədə boş mənzillə təmin olunması həyatın təbii axarına, eyni zamanda bu sahədə formalaşmış adət qaydalarına uyğun gəlmir. Başqa sözlə, Fransada yerləşən bir xarici şirkətin Azərbaycan Respublikasından dəvət etdiyi işçini mənzil şəraiti ilə təmin edərkən bunu, orada yaşamaq üçün zəruri olan ev əşyaları olmadan etməməsi, həmin təminatın mahiyyəti ilə uzlaşmamaqla, inandırıcı hesab olunmur. İddiaçı isə, məhkəməyə həmin əşyaların birgə nikah dövründə özləri tərəfindən alındığını təsdiq edəcək daha konkret mötəbər sübutlar təqdim edə bilməmiş, gətirdiyi şahidlər də bu istiqamətdə ümumi ifadələr verməklə, tərəflərin evinə qonaq getdiklərində həmin əşayaların orada olduğunu bildirmiş, lakin nə vaxt, kim tərəfindən alınması ilə bağlı fərdiləşdirmə apara bilməmişlər. Kollegiya, qızıl-zinət əşyalarına münasibətdə, həmçinin vurğulayır ki, iddiaçı bu hissədə də tələbinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirə bilməmişdir. Belə ki, həmin əşayaların mövcudluğuna dair təqdim etdiyi bəzi fotoşəkillər tərəflərin toy mərasimində çəkilmişdir ki, bu da həmin əşyaların cavabdehə hədiyyə olunmaqla, onun fərdi mülkiyyəti sayılması nəticəsini doğurur. Həmçinin, nəzərə alınmalıdır ki, birinci apellyasiya icaatı qaydasında mübahisəli məişət və qızıl-zinət əşyalarının bir qisminin təmin olunması barədə çıxarılmış məhkəmə qətnaməsini ləğv edərkən kassasiya instansiya məhkəməsi xx.xx.2019-cu il tarixli Qərarında vurğulamışdır ki, ...iddiaçı birinci instansiya məhkəməsində işə baxılan zaman izahatında qeyd etmişdir ki, Paris şəhəri kriminogen şəhər olduğundan əvvəllər qızıl-zinət əşyalarını cavabdehə birlikdə siyahıya alaraq, sığorta etdirmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçı həmin siyahını sığorta təşkilatından əldə edəcəyi halda təqdim edə bilməsini təsdiq etmiş, buna baxmayaraq, bu barədə hər hansı bir sənəd işə əlavə olunmamışdır. Bu isə işin mühüm hallarından biridir. Belə ki, tərəflərə məxsus qızıl-zinət əşyalarının siyahısını müəyyən etməklə həmin əşyaların hansının hədiyyə olub-olmadığına, cavabdehin həmin əşyalarla bağlı təkzib etdiyi dəlillərə düzgün hüquqi qiymət verilərdi. İddiaçının işin ikinci apellyasiya icraatında təqdim etdiyi Fransa Respublikasının "xxxx" Sığorta Anonim Şirkəti tərəfindən verilmiş arayışdan görünür ki, o, xx.xx.2011-ci ildən xx.xx.2011-ci ilədək dövrü əhatə edən müddətdə təzə “Citroen AK-213-CE” markalı avtomobilini və “Mənim şəxsi seyfim” sığorta növü üzrə şəxsi qızıl-zinət əşyalarını sığortalatdırmışdır. Avtomobilin sığorta haqqı 400 Avro franşiza ilə 605,43 Avro, qızıl-zinət əşyalarının sığorta haqqı isə 720 Avro təşkil etmişdir. Göründüyü kimi, bu sübut da işin həlli baxımından natamam olmaqla, tərəflərə məxsus qızıl-zinət əşyalarının siyahısını dəqiq müəyyən etməyə, onlardan hansıların fərdi, hansıların isə ər-arvadın ümumi mülkiyyəti olmasını aydınlaşdırmağa kifayət etməmişdir. Özünün verdiyi izahatlar isə özü-özlüyündə mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Odur ki, məhkəmə kollegiyası qeyd olunanları birlikdə qiymətləndirərək, bu qənaətə gəlir ki, iddiaçı, Mülki Məcəllənin 157.2-ci maddəsinin zəruri dispozisiya şərtlərinin məcmu halda mövcudluğunu, habelə əşyaların ümumi birgə mülkiyyət kimi mövcudluğunu sübuta yetirə bilmədiyindən iddia qeyd edilən hissələrdə əsassızıdır. Nəhayət, birgə nikahdan doğulmuş uşaqlara məxsus kubokların qaytarılması tələbinə münasibətdə qeyd olunmalıdır ki, iş materiallarına əlavə edilmiş kifayət qədər fotoşəkillərdən aydın görünür ki, tərəflərin birgə övladları Səbinə Babayeva və X10 Respublikasında yaşayan zaman müxtəlif şahmat yarışlarında iştirak etmiş və həmin yarışlarda çoxsaylı şahmat kubokları qazanmışlar (cavabdeh tərəf bu halı mübahisələndirmir). İddiaçı həmin kubokların cavabdeh tərəfindən qaytarılmasını tələb etsə də, birinci instansiya məhkəməsi həmin tələbi təmin etməmişdir. Qeyd edilən hissədə iddianı təmin olunması barədə apellyasiya instansiyasının qətnaməsini ləğv edərkən kassasiya instansiyası məhkəməsi qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşaqların valideyinlərin hansının yanında qalmasına dair yekun məhkəmə qərarının olmamasını nəzərə almamış və hüquqi əsas olmadan onlara məxsus əmlakların (kubokların) cavabdehdən alınıb iddiaçıya qaytarılması nəticəsinə gəlmişdir. Kassasiya instansiyasının qeyd edilən göstərişi ilə bağlı Kollegiya bildirir ki, hazırda uşaqların valideynlərdən hansının yanında qalması ilə bağlı məhkəmə mübahisəsi yekunlaşmış və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-4525/2020 saylı qərarı ilə uşaqların iddiaçının yanında saxlanılması barədə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (kassasiya instansiyası ) Nəzərə alınmalıdır ki, bu müddət ərzində uşaqlar ataları ilə birgə yaşamışlar və hazırda da onun himayəsindədirlər. AM-in 36.6-cı maddəsinin tələbinə görə, yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. Cavabdehin nümayəndəsi apellyasiya baxışı zamanı verdiyi izahatında uşaqlar tərəfindən müxtəlif yarışlarda müvafiq kubokların qazanılmasını təsdiq etmiş, sadəcə həmin kubokların cavabdeh tərəfindən Azərbaycan Respublikasına gələn zamanı şəxsən iddiaçıya verməsini bildirmiş, lakin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. İddiaçı isə belə bir halın olmamasını, cavabdeh tərəfindən ona uşaqlara məxsus kubokların verilməməsini bildirmişdir. Məhkəmə kollegiyası tərəflərin birgə nikahından doğulmuş övladlarının hazırda iddiaçının yanında qalmasını və məhkəmə qərarı ilə onun yannıda saxlanalmasını və sonuncunun öz iddiasında uşaqların şahmat kuboklarının cavabdeh tərəfindən qaytarılmasını tələb etməsini, habelə əvvəlki apellyasiya icraatında şahid qismində iştirak etmiş X2 xahişini də nəzərə alaraq hesab edir ki, fotoşəkillərdə müəyyən edilmiş və uşaqlar tərəfindən müxtəlif yarışlarında qazanılmış şahmat kubokları cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır. Beləliklə, Kollegiya, yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, hər iki tərəfin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv edilməli, ilk iddia qismən təmin olunaraq, Fransa Respublikası, Nanter şəhəri, Jorj Klemanso prospekti 285-323 və Vatford küçəsi 2/6 ünvanlarda yerləşən çoxmənzilli yaşayış kompleksində 261 saylı mənzil ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilməklə, həmin mənzil üzərində hər birinin ½ payla mülkiyyət hüququ tanınmalı və tərəflərin birgə nikahından doğulmuş uşaqlara məxsus kuboklar cavabdehdən alınıb iddiaçıya qaytarılmalı, ilk iddia yoxlanılan qalan hissədə təmin olunmamaldır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh Orucova (Babayeva) Jalə Məhərrəm qızına qarşı “əmlak” haqqında ilk, Orucova (Babayeva) Jalə Məhərrəm qızının İddiaçı qarşı “əmlak” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli, 2(008)-422/2018 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli, 2(008)- 422/2018 saylı qətnaməsi yoxlanılan hissədə (ilk iddiaya aid hissədə) ləğv edilsin, ilk iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilsin. Fransa Respublikası Nanter şəhəri, Jorj Klemanso prospekti 285-323 və Vatford küçəsi 2/6 ünvanlarda yerləşən çoxmənzilli yaşayış kompleksindəki 261 saylı mənzil İddiaçı və cavabdeh Orucova (Babayeva) Jalə Məhərrəm qızının birgə nikah dövründə əldə etdikləri ümumi birgə mülkiyyəti hesab edilməklə, həmin mənzil üzərində hər birinin ½ hissədə mülkiyyət payı müəyyən edilsin. Tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqlarının müxtəlif yarışlarda qazandıqları şahmat kubokları - X3 məxsus olan kiçik ölçülü parlaq gümüş rəngli iki xırda qulplu şahmat kuboku, parlaq gümüş rəngli ətrafı mavi rənglə bəzənmiş iri ölçülü şahmat kuboku, qəhvəyi rəngli taxtadan hazırlanmış üzərində gümüş rəngli şahmat fiqurları təsvir edilmiş şahmat kuboku, parlaq gümüş rəngli ətrafı tünd qırmızı rənglə bəzənmiş iri ölçülü şahmat kuboku, parlaq gümüş rəngdə aşağı oturacağı qəhvəyi rəngli orta ölçülü şahmat kuboku, parlaq qızıl rəngdə olan aşağı oturacağı mərmər rəngli orta ölçülü şahmat kuboku, parlaq gümüş rəngli orta hissəsi qızıl parlaq olan aşağı oturacağı mərmər rəngdə iri ölçülü şahmat kuboku, 5 ədəd kiçik ölçülü parlaq qızıl rəngli olan aşağı oturacaqlarında 2010, 2011 və 2012-ci illər qeyd edilən şahmat kubokları, kiçik ölçülü parlaq gümüş rəngli iki iri qulplu şahmat kuboku, orta ölçülü olan parlaq gümüş və qızıl rəngdə şahmat kuboku, parlaq gümüş rəngdə olan aşağı oturacağı mərmər rəngli iri ölçülü şahmat kuboku, qara şüşə üzərində at fiquru, dörd rəngli parlaq şüşəli və Nimes 2012 yazılı şahmat kuboku və X4 məxsus olan kiçik ölçülü mavi və rəngsiz şüşədən hazırlanmış ortasında qızıl parlaq elementi olan şahmat kuboku, kiçik ölçülü parlaq qızıl rəngli iki xırda qulplu şahmat kuboku, kiçik ölçülü tünd şüşədən hazırlanmış və üzərində şahmat fiqurları olan şahmat kuboku, qəhvəyi rəngli taxtadan hazırlanmış üzərində gümüş rəngli şahmat fiqurları təsvir edilmiş şahmat kuboku, kiçik ölçülü parlaq gümüş rəngli aşağı oturacağı mərmər rəngli şahmat kuboku, orta ölçülü parlaq gümüş rəngli orta hissəsi və aşağı oturacağı mərmər rəngdə şahmat kuboku, iri ölçülü parlaq qızıl rəngli aşağısı və üzəri parlaq qırmızı rənglə bəzənmiş aşağı oturacağı mərmər rəngli şahmat kuboku, orta ölçülü parlaq gümüş rəngli orta hissəsi yaşıl parlaq rəngli olan aşağı oturacağı mərmər rəngdə şahmat kuboku, iri ölçülü parlaq qızıl rəngli olan aşağısı parlaq qızıl rəngli üzəri isə parlaq qırmızı rənglə bəzənmiş aşağı oturacağı mərmər rəngli şahmat kuboku, iki iri ölçülü parlaq qızıl rəngli üst tərəfi parlaq gümüş rəngli aşağısı və üzəri parlaq qırmızı rənglə bəzənmiş aşağı oturacağı mərmər rəngli şahmat kubokları, iki çox iri ölçülü parlaq qızıl rəngli üst tərəfi parlaq gümüş və dairəvi qırmızı rəngli aşağısı parlaq qızıl üzəri dairəvi parlaq qırmızı rənglə bəzənmiş aşağı oturacağı mərmər rəngli şahmat kubokları cavabdeh Orucova (Babayeva) Jalə Məhərrəm qızından alınaraq İddiaçı verilsin. İlk iddia qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-118/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-118/2022
20.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver