Məhkəmə qərarları › İş №2(103)-1184/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1184/2021

08.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1184/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçılar İddiaçı15li oğlunun, İddiaçı11, İddiaçı13 və İddiaçı8, habelə İddiaçı9 nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı9 və digərlərinin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “gecikdirilmiş pul məbləğinə görə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6444/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı9 və digərləri cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı gecikdirilmiş pul məbləğinə görə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6444/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmış, qərardad belə əsaslandırılmışdır ki, iddiaçılar bir-biri ilə əlaqəli olmayan bir-neçə tələbi bir iddia ərizəsində birləşdirməklə Mülki Prosessual Məcəllənin 152.1.7-ci maddəsinin tələbinə əməl etməmişdir. Həmin qərardaddan iddiaçıların şikayəti birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin xx xxxxxx 2020-ci il qərardadı ləğv edilməlidir, belə ki, hər bir iddiaçının hökmdə göstərilən təmin olunmuş mülki iddiası üzrə pul məbləğləri fərqli olmuş olsa belə, mahiyyət etibarı ilə sonucda bu məbləğlər bir hökmdə - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 1(101)-334/16 saylı hökmündə nəzərdə tutulmuş və pul məbləğinin ödənilməsi yalnız bir cavabdehə yönəlmişdir. Bu onu göstərir ki, iddiaçıların tələb etdiyi pul məbləğləri bir-biri ilə bağlıdır. Bu iddia tələblərinin ayrı- ayrı verilməsi ümumiyyətlə mümkün deyildir. Çünki burada cavabdeh eynidir, həmçinin gələcəkdə çıxarılacaq qətnamənin icrası ilə də bağlı problemlərin olmaması üçün bütün iddiaçıların tələbi bir iddia ərizəsində qoyulması məqsədə uyğundur. İddia tələbinin 2-ci bəndində deyilir ki, “Cavabdeh1 iddiaçıların xeyrinə tutulacaq pul məbləğlərinin ödənilməsini Cavabdeh2 adma rəsmiləşdirilmiş Cavabdeh3 MTK-ya məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, 855-ci məhəllə, Təbriz küçəsi, 63 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi xahiş olunur” – burada iki cavabdeh qoyulur ki, bu da birbaşa bu tələblə bağlıdır. Yuxarıda göstərilən eyni hökm üzrə cavabdehlərdir. Mülki iddia tələbinin ödənilməsi həmin əmlaka yönəldilmişdir. Burada da zərərin ödənilməsinin həmin əmlaka yönəldilməsi qanunidir və hər 3 cavabdehə qarşı yönəldilmiş tələb bir-biri ilə sıx bağlıdır. Hətta bu tələblərin ayrı-ayrı verilməsi, yəni hər bir iddiaçının ayrıca iddia verməsi işlərin effektiv və obyektiv baxılmasına maneə törədə bilər. Azərbyacan Respublikası Mülki Prosesual Məcəllənin 51.1-ci maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Həmin Məcəllənin 53- cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Yəni gələcəkdə hər hansı problem olarsa bu maddədən iddiaçılar istifadə edə bilər. Göründüyü kimi, iddia ərizəsinin icraata götürülməsi üçün heç bir maneəçilik yoxdur. Əgər belə bir hal olarsa işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində Azərbyacan Respublikası Mülki Prosesual Məcəllənin 169.1-ci maddəsinə əsasən hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, tələblərdən birini və ya bir neçəsini ayrıca icraata ayırmağa haqlıdır. Göstərilənlərə əsasən şikayətin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf şikayəti müdafiə edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasının mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilərək qərardad ləğv edilməli və iddia ərizəsinin icraatq götürülməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi şikayətə baxarkən öz mövqeyini Mülki Prosessual Məcəllənin 157.1.7-ci maddəsi ilə əsaslandırmış, iddiaçıların cavabdehlərə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirib irəli sürdüyünü vurğulamışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçıların eyni cavabdehlərə qarşı irəli sürdüyü müxtəlif tələblər bir-biri ilə əlaqədar olmayan tələblər deyildir. Belə ki, iddiaçıları iddiasının əsasında duran əsas odur ki, hər bir iddiaçı cinayət prosesi zamanı ayrı-ayrılıqda verilmiş mülki iddialar üzrə təmin edilmiş tələblərlə bağlı gecikdirilmiş pul məbləği, əldən çıxmış faydaya və mənəvi zərərə görə müxtəlif məbləğlərdə pul tələbidir. Göründüyü kimi iddiaçıların tələbləri eyni cavabdehlərə qarşı irəli sürülmüş iddia tələbi üzrə pul məbləğləri fərqli olmuş olsa belə, mahiyyət etibarı ilə bu məbləğlər bir hökmdə - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 1(101)-334/16 saylı hökmündə nəzərdə tutulmuş və pul məbləğinin ödənilməsi yalnız bir cavabdehə yönəlmişdir. Buna görə də kollegiya hesab edir ki, iddiaçıların irəli sürüyü iddia tələbləri bir-biri ilə əlaqəli olduğundan, mübahisələndirilən qərardad ləğv edilərək iddia ərizəsinin icraata götürülməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Nəzərə alınmalıdır ki, prosessual qanunvericiliyin tələblərinə əsasən iddia ərizəsini icraata qəbul etmək səlahiyyəti birinci instansiya məhkəməsinə aiddir. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti isə bununla bağlı olaraq yalnız iddia ərizəsinin icraata qəbul edilməməsinin əsaslılığını və qanuniliyini yoxlamaqdan ibarətdir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6444/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş iddia ərizəsinin icraata götürülməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar