Məhkəmə qərarları › İş №2(103)-11892/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11892/2021

03.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11892/2021 03.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, iddiaçı "xxxx" Sığorta Şirkətinin cavabdeh X1 qarşı “subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin “ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasındakı fikir ayrılığının həll edilməsi barədə” müraciətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Hazırkı işin ərazi aidiyyəti ilə bağlı fikir ayrılığı yaranıb. Sabunçu RM işi ərazi aidiyyəti üzrə baxılması üçün Suraxanı RM-nə göndərib, Suraxanı RM isə bununla razılaşmayaraq ərazi aidiyyəti ilə bağlı fikir ayrılığının həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə fikir ayrılığının həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddia ərizəsində cavabdehin ünvanı ünvan 1aq iddia ərizəsi Sabunçu RM-nə verilib. Daha sonra cavabdehə aid olan vəsiqə təqdim olunub (iş v. 58), həmin vəsiqədə cavabdehin yaşayış yeri “Suraxanı rayonu, Bakıxanov qəsəbəsi, Yaqub Əliyev küçəsi, ev 9” kimi göstərilib. Sabunçu RM bu vəsiqəyə əsaslanaraq işi ərazi aidiyyəti üzrə Suraxanı RM-nə göndərib. Suraxanı RM isə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək bildirib ki, Bakıxanov qəsəbəsi Suraxanı rayonunun inzibati ərazisinə aid edilmir. MPM-in 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bakıxanov qəsəbəsi yaşayış məntəqəsi olaraq Sabunçu rayonunun ərazisinə aid olduğun görə iş aidiyyəti üzrə baxılması üçün Sabunçu RM-nə göndərilməlidir. Sabunçu RM cavabdehin vəsiqəsində göstərilən ünvan barədə məlumatdakı ziddiyyət aradan qalıdırmalı, vəsiqəni vermiş müvafiq dövlət qurumundan (Dövlət Miqrasiya Xidmətindən) bu barədə məlumat almalı, bundan sonra işin Sabunçu RM-nə aid olmadığını müəyyən edərsə aidiyyətlə bağlı müvafiq qərar qəbul etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 45.4-cü maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hazırkı mülki iş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar